“AXCP əvvəlcədən də israr edirdi ki, Milli Şuraı ideyası üzərimizə öhdəlik qoyur ki, vahid namizədimiz olsun. 4 partiya isə deyirdi ki, kim istəyir namizəd versin. Müsavat Partiyası hər iki təklifə səs verirdi”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azadlıq radiosuna müsahibəsində AXCP sədri Əli Kərimli deyib. O bildirib ki, çox yaxşı haldır ki, gənclər, ziyalılar AXCP-nin təklifinə tam dəstək verdilər və onlar bu mərhələni aşa bildilər.
Ə. Kərimli Milli Şuranın iclasının avqustun 26-na təyin edilməsindən də danışıb: “İclasın ayın 26-da olması təsadüfi deyil. Rüstəm bəyin namizədliyinə mane olan məqamdan istifadə etmək istəyirlər. Hökumətin nəzərində bu əngəl qalır. Ehtimal olunur ki, ayın 26-da bu proses Rusiyada başa çata bilər və həmin vaxta kimi Rüstəm bəy Rusiya vətəndaşlığından çıxa bilər”.
Partiya sədrinin sözlərinə görə, ehtiyat namizəd qərarı o şərtlə qəbul olunub ki, güzəşt olsun və birlik qorunsun.
Ə. Kərimli Milli Şuranın tərkibi və fikir ayrılıqları barədə sualı da cavablandırıb: “Mən bunu şura təsis olunarkən də dedim. Haradasa 30 nəfər haqq etmirdi ki, Milli Şurada olsun. Amma 70-80 nəfər bunu tam haqq edirdi. Biz həmin 70-80 nəfərə görə güzəştə getdik ki, bu birlik yarasın.
Milli Şura var və böyük koalisiyaların daxilində həmişə fikir ayrılığı olur. İndiki mərhələdə Milli Şuranı qoruyub saxlamaq lazımdır”.
“Əgər Milli Şuranın başqa namizədi olacaqsa, Rüstəm bəy ona tam dəstək verəcək. Cəmil Həsənliyə mənim də, Rüstəmin də hörməti var. Biz çalışacağıq konsensus əldə edək. Ümid edirəm ki, hamının razılaşdığı layiqli bir namizəd ortaya çıxara biləcəyik. Bu gec olmayacaq.
Biz sentyabrın 9-na kimi namizəd verə bilərik. Hətta hansısa problem çıxsa belə ayın 26-da mili şurada digər namizəd müəyyənləşib irəli sürüləcək”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?