Qurum rəhbərləri brifinq keçirdilər; amma hələ qeyri-müəyyənlik davam edir Gərgin toplantıdan sonra keçirilən brifinqdə sessiya sədri, Milli Şura İcra Aparatının rəhbəri Eldar Namazov bildirdi ki, MŞ-ın seçkidə iştirakını təmin etmək üçün iki ideya vardı: “Ya yeni vahid ehtiyat namizəd seçilsin, ya bir neçə namizədlə seçkiyə gedilsin. Hər iki variantın tənqid edənləri və tərəfdarı var idi. Sessiyada 4 saata yaxın davam edən müzakirələr sonda səsverməyə qoyuldu. Bir səs fərqlə yəni, 43-ün 42-yə olmaqla ehtiyat vahid namizəd variantı üstünlük qazandı. Yaxın günlərdə növbəti iclasda yekun qərar qəbul olunacaq. Bu ideyanı reallaşdırmaq üçün məsləhətləşmələr aparılacaq”.
E.Namazov söylədi ki, İbrahimbəyovu vahid namizəd kimi sona qədər müdafiə edəcəklər: “Rüstəm müəllim qarşısındakı hüquqi problemləri həll edənə qədər ona dəstək verəcəyik. Ehtiyat namizəd o halda nəzərdə tutulub ki, Rüstəm müəllimin hüquqi problemləri həll olunmasa bu yolu seçək”.
Brifinqdə iştirak edən Müsavat başqanı İsa Qəmbər də jurnalistlərin suallarını cavablandırarkən qeyd etdi ki, sentyabrın 4-ü son gündür: “Çox məhdud da olsa, bizim zamanımız var ki, vəziyyəti dəyərləndirək. Bizim ehtiyat vahid namizədlə bağlı təklifimiz o zaman nəzərə alınmadı. Amma indi zəruri olduğu qəbul edilir. Müsavat Partiyası ehtiyat vahid namizədin seçkidə qələbəsi üçün çalışacaq. Yeni namizədlə bağlı konkret neçə günə qərar veriləcəyini deyə bilmərik. Ancaq 1 ya 2 günlə dünya dağılmayacaq, yaxın günlərdə qərar qəbul ediləcək. İ.Qəmbər dedi ki, Müsavat Partiyası MŞ-nin vahid namizədini qəbul edib, indi də ehtiyat vahid namizədlə də razılaşır: “Əgər bu da alınmasa Müsavat ayrıca seçkidə iştirak edəcək".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?