GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Kəmaləddin Heydərovun taladığı milyardlar

Kəmaləddin Heydərovun taladığı milyardlar

Tarix: 16-12-2012, 12:01 Bölmə :Manşet Baxış: 815
Kəmaləddin Heydərovun taladığı milyardlar
Qaz-Zaqatala zəlzələsinun maxinasiyaları faş olunur, büdcə pullarına villalar tikilyb...

gundemxeber.az «Kür» Vətəndaş Cəmiyyətinin təşdim etdiyi hesabatın ölkənin aparıcı KİV vasitələrində dərc olunmasından və orada yer alan fikirlərin ictimailəşməsindən sonra isə əsas ittiham ünvanı olan FHN-nin cavab verəcəyi gözlənilən idi. Amma bu nəhəng qurumun və onun rəhbəri K.Heydərovun bir jurnalistin arxasında gizlənərək onun «diliylə» danışacağını heç təxmin etməzdik. Amma bu da oldu. Jurnalist Zaur İbrahimli «Kür»ün «Hesabat»ı böhtan və şər mövqeyindən qaynaqlanır» başlığı ilə dərc etdirdiyi məqalə ilə FHN müdafiə etmək üçün uğursuz cəhdddə bulundu. Ötən saylarımızın birində bu yazının mahiyyəti (əslində mahiyyətsizliyi) haqda yazmışdıq. Əldə etdiyimiz yeni məlumatlar bir daha bu mövzuya qayıtmamıza səbəb oldu.
“Kür” Cəmiyyətinin hesabatında zəlzələ ilə bağlı ayrılan vəsaitlərin təyinatından kənar, korrupsiyaya uğrayaraq xərclənməsi ilə bağlı bəzi məqamlar qeyd edilsə də bu məqamlar ümumi xarakterlidir. Hesabat müəllifləri bu məqamları detallarına qədər açıqlamayaraq qeyd ediblər ki, onlarda olan faktların araşdırılması davam edir və növbəti hesabatda bu məsələlər daha geniş və dəqiq şəkildə qeyd ediləcək. Hesabatda göstərilən bir sıra faktların ictimai yükünü və əhəmiyyətini nəzərə alaraq özümüz araşdırmalara başladıq və çox maraqlı məlumatlar əldə edə bildik.

FHN- nin rəqəmləri- diqqət çəkən məqamlar...
Və ya vəsaitlərin 73%- i xərclənib, işlərin isə 22%- i görülüb


“Kür” Cəmiyyətinin hesabatında qeyd olunduğu kimi zəlzələ nəticəsində 5939 evə ciddi ziyan dəyib. 3545 evin sökülüb yenidən tikilməsinə qərar verilib ki, FHN- nin rəsmi məlumatına görə artıq bu evlərin guya 782- si tikilib istifadəyə verilib. Amma bəzi ekspertlər və yerli mənbələr bu məlumatları təkzib edərək, məlumatın yanlış olduğunu bildiriblər və fakt kimi təklif ediblər ki, tikildiyi iddia edildiyi həmin evlərin ünvanı göstərilsin. Yəni hansı kənddə nə qədər ev tikilibsə kəndbə- kənd sayı göstərilsin. FHN- nin “Kür” Cəmiyyətinin İnformasiya sorğusuna verdiyi cavabda diqqət çəkən digər bir məqam ondan ibarətdir ki, zəlzələ məsələsinə məsul olan sözügedən nazirlik fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində ötən müddət ərzində 234 milyon 605 min manat vəsait xərəcləyib. FHN- nin təqdim etdiyi məlumatlardan belə görünür ki, zəlzələ bölgəsində nəzərdə tutlan 3545 evin 782- si tikilibsə bu, ümumi tikiləcək evlərin 22 faizi edir. Ayrılan vəsaitin 234 milyon manat 605 min manat xərclənibsə bu da ayrılan ümumi 320 milyon manatın 73 faizi edir. Maraqlı nəticə alınır. Vəsaitlərin 73 faizi xərclənib amma nəzərdə tutulan işlərin heç ¼- i görülməyib, Yəni cəmi 22% iş görülüb. Bu məsuliyyətsiliyin, talançalığın, korrupsiyanın pik göstəricisi hesab oluna bilər.

Zəlzələ bölgəsində çalışan şirkətlər...
Və ya işçi heyəti keçmiş polislər və sərhdəçilər olan ailə podrat təşkilatı...


Qax Zaqatala bölgəsində “çalışan” tikinti şirkətlərinin fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün onların birinin “gördüyü” işləri nəzərdən keçirmək kifayət edir. Bu şirkətlərin öndə gedənlərindən biri “Azəri Trans” MMC- dir. Şirkətin FHN- nin rəhbərliyinə daxil olan şəxslər tərəfindən yaradıldığı və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ən yaxın adamlarından olan FHN- də Tikintiyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov tərəfindən birbaşa idarə olunduğu bildirilir. FHN rəhbərliyi üçün “kaşilok” rolunu oynayan, vəzifəsi birbaşa çirkli pulların yuyulmasına xidmət edən sözü gedən şirkətin simvolik rəhbəri Cəbrayıl Xanlarovun yaxın adamı olan, əvvəllər Daxili İşlər Nazirliyinin Təchizat şöbəsində işləmiş Nizami Sadıqovdur. Onun müavini ixtisasca həkim olan İlqar Əliyev isə Sərhəd Qoşunları Xidmətinə məxsus Hospitaldan gəlib və yeri gəlmişkən şirkətin əsas işçi heyəti də məhz keçmiş polislər və sərhdəçilərdir (!?). Hətta şirkətin baş mühasibi və Təchizat İdarəsinin rəisi olan Hidayət Əliyev bu yaxınlarda Sərhəd Qoşunları Xidmətində sıravi gizir rütbəsindən bu vəzifəyə gətirilib. Şirkətin rəis müavini Əbil Şükürov da keçmiş “Sərhədçi” olmaqla digər müavin İlqar Əliyevlə quda olduğuna görə sonuncu tərəfindən bu vəzifəyə irəli çəkilib. Nizami Sadıqovun bacanağı və digər qohumları da “Azəri Trans” MMC- də yüksək vəzifə tuturlar. Göründüyü kimi FHN- nin seçdiyi, etimad göstərdiyi tərəfdaş şirkət ailə podrat təşkilatıdır və ailə marağından uzağa gedə bilməyən bu şirkətə məhz FHN- nin dəstəyi ilə dövlətin çox böyük həcmdə vəsaitinin istədiyi kimi xərcləmək etibar olunub. Mənbənin verdiyi məlumata görə tiktinti şirkəti kimi zəlzələ ilə bağlı son 5 ayda “Azəri Trans” şirkətinə 70 milyon manatdan artıq vəsait köçürülüb. Dövlətə vergi və digər sosial ödənişlər ödəməyən, birbaşa FHN rəhbərliyi tərəfindən himayə olunan şirkətin 70 milyonu hara xərclədiyi bəlli deyil.

Mənimsəmə yolları
Və ya “Gilan” holdinqin hegemonluğu


Ən maraqlı və vacib məqam büdcədən ayrılan vəsaitlərin necə mənimsənilməsidir. Apardığımız araşdırmalar nəticəsində əldə etdiyimiz məlumata görə “mənimsəmə əməliyyatı” bir neçə istiqamətdə, necə deyərlər “kompleks” aparılır. Ən əvvəl onu qeyd edək ki, tikintiyə alınan malların böyük əksəriyyəti (kərpic, qapı, pəncərə, alçıban, lambirin, qum- çınqıl və s.) Kəmaləddin Heydovun şirkəti Gilan Holdinqdən alınır. Belə demək mümkündürsə Kamal müəllim öz malını özünə satır- özü də istədiyi qiymətə. Necə deyərlər pulu bu cibindən götürüb o biri cibinə qoyur. Azərbaycan reallığında buna anoloqu olmayan ticarət deyirlər.
Mənimsəmənin növbəti 2- ci mərhələsi tikinti materiallarının alınmasında həyata keçirilir. Bəzi materiallar da “fövqəlnazir”- in himayəsində və əlaqəsində olan şirkətlər və şəxslər tərəfindən xaricdən ölkəyə gətirilir. Özü də necə deyərlər su qiymətinə və yararsız vəziyyətdə... Məsələn, tikinti üçün taxta Dərbənddən 95 ABŞ dollarına alınaraq (hərgah buna taxta yox, “otxot qarbula” demək daha düzgündür) 295 dollara sənədləşdirilir (!?). Alınan malların həddən artıq baha qiymətlərlə sənədləşdirilməsi təkcə bununla bitmir. Məsələn, Belarusiyadan 1200 ədəd 95 manata alınmış keyfiyyətsiz (karton) qapılar 400 manata sənədləşdirilərək zəlzələ bölgəsinə gətirilib və hazırda da ucuz, keyfiyyətsiz malların baha qiymətlərlə alınaraq sənədləşdirilib ölkəyə gətirilməsi prosesi davam edir. Sinif otaqları üçün partalar da Türkiyədən analoji olaraq ucuz qiymətə gətirilib dəfələrlə baha qiymətə sənədləşdirilir. Sual oluna bilər; maraq nədir ki, Azərbaycanda bu qədər mebel, taxta sexlərinin olduğu bir ölkəni qoyub başqa ölkədən qapı, parta gətirilir? Təbii yenə də məqsəd birdir; dövlət vəsaitini asan yollarla, şişirdilmiş bazar qiymətləri adı altında mənimsəmək.
Zəlzələ bölgəsində tikintiyə istifadə olunan standartdan kənar “kolbasa”, “bud” daşlar 10 qəpiyə alınıb 34 qəpiyə sənədləşdirilir və Bakıdan Zaqatalaya həmin kubik daşların gətirilməsi 75 qəpiyə “başa gəlir”.
Mənimsəmənin 3- cü fazası. Daha geniş miqyaslı, mənimsəmə zəlzələ bölgəsində evlərin tikilməsində həyata keçirilir. Araşdırmalarımıza görə həqiqətən Qax- Zaqatalada evlərin kvadrat metri 500 manata tikilir (!?). Bu qiymət təxminən Bakının bir çox yerlərində tikilən evlərin qiymətinə bərabər qiymətdir. Halbu ki, torpağın havayı olduğu, inzibatı müdaxilənin, tikintiyə icazənin, rüşvətin və “şapka”-nın olmadığı uzaq bölgədə fərdi həyət evinin tikintisinin 1 kvadratmetrinin 500 manata başa gəlməsi başdan- ayağa korrupsiyanın, talançılığın nümunəsidir. Digər tərəfdən Bakıda ev tikib vətəndaşlara sataraq pul qazanan şirkətlər kimi FHN- də ucqar bir bölgədə dövlətin, xalqın pulu ilə tikdiyi binalarım kvadrat metrini Bakıda olduğu kimi 500 manatdan xalqa satıb öx xeyrini götürür. Bizimlə razılaşarsınız ki, dünyanın heç bir yerində vətəndaşa ayrılan pulla bu cür bazarlıq, alış- veriş yoxdur. Elə olmasaydı evlərin tikilməsi üçün nəzərdə tutulan pullar vətəndaşın özünə verilərdi və o öz istəyinə, zövqünə uyğun özünə ev tikərdi.


Zəlzələdən mənimsənilən pullar hara xərclənir?
Və ya Göy-göldə tikilən dəbdəbəli villa


Apardığımız araşdırmalara görə Qax- Zaqatala zəlzəsi ilə bağlı mənimsənilən vəsaitlər bir neçə istiqamətdə xərclənir. Bu vəsaitlər təkcə şəxsi istək və arzuların reallaşmasına, problemlərin həllinə deyil, digər məqsədlər üçün də istifadə olunur. Çox maraqlıdır ki, bu vəsaitlərin xərclənmə coğrafiyası bəzən FHN- ni aşaraq digər yüksək vəzifəli şəxslərin maraq dairəsinə, bəzən isə siyası məqsədlərə xidmət edir. Əldə etdiyimiz bilgilərə görə həmin pulların bir hissəsi FHN- nin rəhbərliyində təmsil olunan şəxslərin, onların yaxın ətrafının, qohumlarının ailə və biznez maraqlarının təmin olunmasına srəf olunur. Vəsaitlərin digər hissəsi isə daha yuxarı oqranlara göndərilir. Mənbəmizin verdiyi məlumata görə fəlakətə ayrılan pullarla orda çalışmalı olan şirkətlər Xızıda Prezident Administrasiyaında işləyən yüksək vəzifəli şəxslərə, onların yaxın qohum- əqrabasına və digərləri üçün müasir tələblərə cavab verən yaraşıqlı, böyük iqamətgahlar tikiblər. Eyni zamanda həmin şirkətlər, konkret olaraq “Azəri Trans” şirkəti FHN rəhbərliyinə yaxın bir şəxsin ailə üzvləri üçün Göy- göldə Zodda 2400 kvadrat metr sahəyə malik prezident sayağı analoji iqamətgah tikir. Bu iqamətgah Zod kəndinin ən pik nötəsində, dəniz səviyyəsindən yüksəklikdə yerləşən 2400 kvadrat mert sahəsi olan 3 mərtəbəli liftli, böyük hovuzu, su çəni, yeni yol, qaz, suyu, işığı çəkilən yaşayış ofis villadır. Hətta Göygöl rayonun mərkəzindən Zodda olan bu iqamətgah üçün 17- 18 km yol asfalt çəkilərək hər iki tərəfindən hasarlanıb üzlük daşlarla bəzədilir. Biz sadəcə etik cəhətdən həmin şəxsin və şəxslərin adlarını çəkmirik. Amma bu istiqamətdə araşdırmalarımız davam edir.
Əldə etdiyimiz digər bilgiyə görə Qax- Zaqatala zəlzələsinin əsas ilhamverici və pay sahibi olan şirkətlərindən biri olan “Azəri Trans” şirkəti Zirə qəsəbəsində Heydər Əliyev Fondunun adı ilə bu yaxınlarda orta məktəb tikib istifadəyə verib. Dövlət başçısının da açılışında iştirak etdiyi 280 yerlik bu məktəbin tikintisinə “Azəri Trans” şirkəti nə az, nə çox Zaqatala zəlzələsi üçün ayrılan vəsaitdən 9, 5 milyon manat vəsait xərcləyib. İşi həyata keçirən bütün işçilərə də bərk- bərk tapşırılıb ki, bu məktəbin FHN adından inşa olunmasına dair heç yerdə bir kəlmə də olsun danışmayın. Soruşan olsa deyin ki, məktəbi Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən tikilib.
Başqa misallar; FHN rəhbərliyi ilə qohumluq əlaqəsində olan Ağdaş RİH başçısının xətti ilə sözü gedən rayonda 7 mərtəbəli 5 ulduzlu Olimpiya oteli, Yanıqsöndürmə Məntəqəsinin inşa olunmasını, rayonun asfalt örtüyünün dəyişdirilməsini və digər bir sıra sosial yönümlü işləri də “Azər Trans” MMC həyata keçirilib və bunun üçün “zəlzələ qaçqınları” üçün ayrılan vəsaitdən milyonlarla manat vəsait xərclənib.
Həmçinin, Lənkəran şəhərində tikilən, təməl qoyma mərasimində Prezidentin iştirak etdiyi 7 ədəd 7 mərtəbəli 5 ulduzlu otel komleksi də Qax- Zaqatala üçün ayrılmış vəsait hesabına inşa edilib. Amma bir müddət sonra maraqlıdır ki, xərc çəkilib özülü qoyulan otel kompleksi yerlə -yeksan edilib. Sual oluna bilər; bu qədər vəsaiti sərf edib, sonradan prezidenti aldadaraq otel kompleksini uçurmaqda məqsəd nə idi?
Digər bir misal: Son zamanlar daha çox Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun adı ilə bərabər çəkilən Qəbəblə rayonunun mərkəzi bazar deyilən hissəsindən Aeroporta kimi 48 km yolun hər iki tərəfi hasara alınaraq tikilir və üzlük daş çəkilir. Milyonların yuduğu bu məntiqsiz “hasarlama əməliyyatı”- na ilkin dövrdə 550 işçi cəlb edilmişdi. Hazırda 250 nəfər işçi heyəti ilə davam edən hasarlama işi üçün vəsait yenə də Qax- Zaqatala zəlzələsi ilə bağlı ayrılmış vəsaitdən istifadə olunur. Qəribə məntiqsizlikdir... Təyinatından kənar bu cür məntiqsiz xərcləmə ilə bağlı onlarla, bəlkə də yüzlərlə misal çəkmək olar. Amma nəticə və məqsəd birdir; dövlət büdcəsini mənimsəmək, korrupsiya, səmərəsizlik və talançılıq...
Qax- Zaqatala bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində ayrılan vəsaitlərin təyinatından kənar xərclənməsi və korrupsiyaya uğraması, zəlzələ bölgəsində çalışan şirkətlər, onların “zəlzələ işi”- nə cəlb olunması, eləcə də zəlzələ pulları ilə ölkənin müxtəlif bölgələrində inşa olunan şəxsi obyektlər, villa- iqamətgahlarla bağlı araşdırmalarımız davam edəcək. Bizi izləyin...

“Gündəm xəbər” Analitik Qrupu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kamaləddin Heydərov jurnalistin himayəsinə sığındı

    Kamaləddin Heydərov jurnalistin himayəsinə sığındı ...

    12-12-2012, 14:35

  • 
  • “Kür” Kəmaləddin Heydərovu yoxlayır

    “Kür” Kəmaləddin Heydərovu yoxlayır ...

    17-02-2013, 12:48

  • 
  • Qax- Zaqatala zəlzələsi ilə bağlı növbəti hesabat hazırlanır

    Qax- Zaqatala zəlzələsi ilə bağlı növbəti hesabat ...

    26-12-2012, 13:05

  • 
  • Qax- Zaqatala zəlzələsi ilə bağlı növbəti hesabat hazırlanır

    Qax- Zaqatala zəlzələsi ilə bağlı növbəti hesabat ...

    26-12-2012, 12:14

  • 
  • “Kür”dən nazirə sərt suallar

    “Kür”dən nazirə sərt suallar ...

    7-12-2012, 10:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu