Müsavatın İcra Aparatının rəhbəri Milli Şuranın düşdüyü durumdan yazıb.
Musavat.com-da yerləşdirilmiş "Demokrasidə çarə tükənməz" adlı yazıda deyilir: “Etiraf etməliyik: dalana dirənmişik. Bunun əsas səbəbi Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun Bakıya gələrək seçki prosesinə qatılmasına imkan verilməməsidir.
Belə şəraitdə operativ müzakirələr aparıb, çevik qərarlar qəbul edə bilmirik. Çünki "Vatikan sistemi ilə qərarlar qəbul etmək lazımdır" deyənlər "kardinallar" müəyyənləşərkən prinsipsizliyə yol verdilər. Bunun nəticəsində istənilən halda seçkilərdə iştirakı məqbul saymayanlardan tutmuş, siyasətin əlifbasından belə xəbəri olmayanlara qədər, Milli Şura üzvü ola bildi.
İstənilən vəziyyərdən çıxış yolu var. Milli Şura dərhal yenidən toplanmalıdır. Biz reytinq səsverməsində üstünlük qazanmış qərarın, intellektuallardan birinin yeni vahid namizəd kimi seçilməsinə bir daha cəhd etməliyik. Bu baş tutmasa, yenidən Rüstəm İbrahimbəyovun məktubu əsasında hazırlanmış memoranduma qayıtmalıyıq: yəni seçkinin bu mərhələsində çeçkidə iştirak edən namizədlərə dəstək verib əsas namizədi sonrakı mərhələdə müəyyənləşdirməliyik. Nəzərə almalıyıq ki bu təklifin də kifayət qədər dəstəyi var; birinci təklifdən cəmi 1 səs az topladı.
Birinci varianta Milli Şurada şərti olaraq 4 siyasi qüvvə kimi təqrim olunanları (ACP,EL,ALP,KXCP), ikinci varianta isə AXCP ni razı sala biməsək nə olacaq?
Mən Süleyman Dəmirəlin bir ifadəsini çox sevirəm:"Demokrasilərdə çarə tükənməz". Əgər heç bir varianta güzəştə gedilməsə, Elçibəyin dediyi kimi, gəncləri başımıza yığıb, xalqa arxalanıb, seçkilərdə iştirak etməliyik!”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?