GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Fərhad Əliyevlə həbsxanada görüşən məmur bilindi

Fərhad Əliyevlə həbsxanada görüşən məmur bilindi

Tarix: 27-08-2013, 10:20 Bölmə :Manşet Baxış: 952
 Fərhad Əliyevlə həbsxanada görüşən məmur bilindi

Həbsdəki sabiq nazirlərlə görüşən mübhəm məmur bilindi; Milli Şuranın Cəmil Həsənlini özünə vahid namizəd seçib seytnotdan çıxması iqtidarı hərəkətə keçirib; prezidentin ən sadiq adamı olan cənab Əsədov türmədə Fərhad Əliyevlə anlaşıb...
Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin ötən həftəsonu türmədən verdiyi bəyanat hələ də mediada və siyasi çevrələrdə müzakirə olunur. Sabiq nazirin bu bəyanatı verməsi ciddi şəkildə dartışılır. F.Əliyevi bu addıma vadar edən səbəblər araşdırılır, onun bu bəyanatı cəmiyyətə ötürməklə iqtidara hansı mesajları vermək istədiyi təhlil edilir.
“Yeni Müsavat” qəzeti və musavat.com saytı ilk gündən keçmiş nazirin sözügedən mesajını şərh etməyə başladı. Bu bəyanatın “dərin”lərini aşkara çıxarmağa çalışdı. Keçmiş nazirin onu müdafiə edən bir komitənin rəhbəri olan Cəmil Həsənlidən az qala imtina anlamına gələn bu bəyanatının arxasında dayanan məcburiyyətləri və ehtiyacları gün işığına çıxarmağa cəhdlər etdik.
F.Əliyev avqustun 24-də türmədən vəkili Elton Quliyev vasitəsilə mətbuata göndərdiyi həmin bəyanatında bildirir: “Bu gün mənə məlum oldu ki, professor Cəmil Həsənli qarşıdan gələn prezident seçkisində Milli Şuranın namizədi olub. Cəmil Həsənli mənim həmyerlim, uzaq qohumumdur və eyni zamanda hüquqlarımı müdafiə komitəsinin sədridir. Ona çox böyük hörmətim var, mənim üçün çəkdiyi əziyyətlərinə görə ona minnətdaram.
Bununla belə, Azərbaycan prezidenti seçkisində yaxından tanıdığım, uzun illər birgə çalışdığım, səriştəsinə, bilik və bacarığına yaxından bələd olduğum, Azərbaycanın iqtisadi dirçəlişini təmin edən, dünyaya tanıdan, uzaqgörən siyasəti ilə beynəlxalq nüfuza malik olan cənab İlham Əliyevə inanıram və onu dəstəkləyirəm. Bu səbəblərə görə də prezident seçkisində cənab İlham Əliyevə səs verəcəyəm. Yaxınlarımın da mənimlə eyni mövqedə durduğuna inanıram".
Ötən sayımızda bu mövzuda hazırladığımız manşet yazısında bəyanatın ortaya çıxma səbəbləri haqda bəzi arqumentlər irəli sürmüş, versiyalar yazmışdıq. Bildirmişdik ki, Fərhad Əliyevin tələsməsinin iki səbəbi ola bilər:
1. Bu müraciəti ondan iqtidardakılar tələb ediblər; təhdid ediblər ki, ortaya mövqe qoysun, yoxsa yaxın çevrəsinə və s. problemlər yaradılacaq.
2. Bu, onun öz təşəbbüsüdür, narahat olub ki, hakimiyyətdəkilər Cəmil Həsənliyə hər cür dəstək verəcəyini, onunla birlikdə hərəkət edəcəyini düşünər, müxalifəti maliyyələşdirməsi barədə şübhəyə düşərlər. Özünün də dediyi kimi, Cəmil Həsənli ilə qohumluq əlaqələri var, professorun öz üzərindəki zəhmətini, haqqını tanıyır və s.
Bu yazıdan sonra redaksiyamıza bəzi məlumatlar daxil olub. Həmin məlumatlarda bildirilir ki, Fərhad Əliyevin sözügedən bəyanatının ortaya çıxması həqiqətən də təsadüf olmayıb. Nəinki təsadüf və sabiq nazirin özfəaliyyəti deyil, hətta mənbə iddia edir ki, bu sənədin yayılmasının arxasında bilavasitə iqtidarın təşəbbüsü və təklifi olub.
Xəbər qaynağımızın iddiasına görə, F.Əliyevə bu bəyanatın yazılmasının vacibliyini prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədov çatdırıb. Hakimiyyət Milli Şuranın Cəmil Həsənli gedişindən sonra ciddi şəkildə narahatlıq keçirməyə başlayıb. Dövlətin təpəsində avqustun 21-dən, yəni MŞ rəhbərliyinin sessiyanın zamanını qabağa çəkməsindən sonra işi ciddiyə alıblar. Proseslərin professor C.Həsənlini Milli Şuranın vahid namizədi etməyə doğru getdiyini həmin gündən başlayaraq saytlar və qəzetlər manşetlərinə daşıdılar. Artıq hər kəs bilirdi, iqtidara da əyan idi ki, 23 avqust sessiyasında Milli Şura özünə yeni vahid namizəd seçəcək və bu da C. Həsənli olacaq. Hakimiyyətin əlində başqa vasitələr də var - o, Milli Şuranı yönləndirənlərin və xüsusilə də Rüstəm İbrahimbəyovla Bakıdan danışıq aparanların hər birini dinləyə və izləyə bilir. Bütün bunlar iqtidarda hələ 21 avqust axşamından belə bir əminlik yarada bilərdi ki, bu dəfə müxalifətin real namizədi ilə qarşı-qarşıya dayanacaq.
Buna qədər isə R.İbrahimbəyovun MŞ-nin vahid namizədi kimi seçkiyə qatıla bilməməsi üzündən müxalifətin bu böyük birliyində fikir ayrılıqlarının, narazılıqların, qarşılıqlı ittihamların yaranması hakimiyyəti xeyli arxayın etmişdi. Vəziyyətin qəfildən dəyişməsi və müxalifətin seçkiyə həbsdəki sabiq nazirlərdən birinin ən yaxın adamı ilə getməsi iqtidarın sinir ocaqlarını və özünüqoruma refleksini tam gücü ilə işə salıb. Və bu instinkt Əli Əsədovu yenidən həbsxanaya - Fərhad Əliyevlə görüşə (sözün birbaşa və dolayı mənasında) getməyə vadar edib. Ötən yazımızda da qeyd etdiyimiz kimi, bu bəyanatın bədəli Əliyev qardaşlarının seçkidən sonra azadlığa çıxması ola bilər. Mənbəmiz bildirir ki, Ə.Əsədov türmədə F.Əliyevə bu barədə çox yüksək səviyyədə söz verib...

Qısa arayış və xatırlatma...

Həbsdəki və bayırdakı sabiq hakimiyyət nümayəndələri ilə, keçmiş alovlu əliyevçilərlə işləmək, əlaqə saxlamaq, vaxtaşırı onlarla görüşmək, vurulmuş və içəri atılmış bu ekslərin təklifini dinləmək, hakimiyyətin təkliflərini onlara çatdırmaq məsələlərinə hörmətli Əli Əsədovun məsul olduğuna dair məlumatlar var. Bu məlumatı bizə vaxtı ilə Əli müəllimlə təmasları olmuş bir sabiq əliyevçinin özü deyib. Həmin şəxsin bildirdiyinə görə, Ə.Əsədov ölkə başçısının adından həmin sabiqlərlə görüşür, onları dinləyir, təkliflərini, etirazlarını dəyərləndirir, bəzi hallarda isə iqtidarın bir sıra tapşırıq və ya xahişini həmin adamlara çatdırır. Bu cür sabiqlərdən biri də deyilənə görə, Fərhad Əliyevdir.

***

Daha bir vacib detal

Bir neçə il öncə F.Əliyevin vəkillərindən biri sabiq nazirin Avropa İnsan Haqları Məhkəməsinə ünvanladığı bir müraciəti səhvən mətbuata ötürmüşdü. Həmin müraciətdə F.Əliyev həbsxanada onunla bir iqtidar yetkilisinin bir neçə dəfə görüşdüyünü, onun dövlət rəhbərliyi adından bəzi təkliflər səsləndirdiyini, tələblərdə bulunduğunu yazmışdı.

***

Bu işin cənab Əsədova həvalə edilməsi də səbəbsiz deyil: Hakimiyyətə yaxın çevrələrin arayışına və həmçinin ortada olan bəzi faktlara əsasən deyə bilərik ki, Əli Əsədov hazırda prezidentin ən etibar etdiyi, güvəndiyi üç-beş məmurdan biridir. Ə.Əsədovun iç məlumatlara çıxış əldə etməsi, prezidentin ən yaxın çevrəsində mövqe tutması onun ölkə başçısı yanında hörmət və etibar qazanması ilə bağlıdır. Hakimiyyətə yaxınlığı mənbələr deyir ki, Ə.Əsədov ölkənin 1-ci şəxsinə, onun ailəsinə həddən artıq sadiq məmurdur. Bu yaxınlıq və onun bu cür güvən qazanması yaxın gələcəkdə vəzifə pillələrində daha da yüksələcəyi haqda məlumatların yayılmasına rəvac verir. Bunun seçkidən sonra baş tutacağı haqda bilgilərimiz olsa da, bu bilgilər hazırkı yazının mövzusuna uymadığı üçün bunu bir başqa yazılarda istifadə etməyi düşünürük. İndi isə mövzumuza qayıdaq.
Mənbə bildirir ki, Əli Əsədovla yanaşı F.Əliyevlə bir başqa məmur da işləməyə görəvləndirilib. Bu, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur. K.Həsənov F.Əliyevin kadrı olub. Həmyerlidirlər. Hər ikisi Cəlilabad rayonundandır. Onu vəzifəyə məhz F. Əliyev irəli çəkib. F.Əliyev həbs edildikdən sonra çoxları K.Həsənovun da işdən çıxarılacağını və tutulacağını gözləsə də tam əks proses baş verdi. Onun rəhbərlik etdiyi qurumun səlahiyyətlərini bir qədər də artırdılar. Bir neçə dövlət idarəsini də Əmlak Komitəsinə tabe etdirdilər, qardaşı deputat seçildi və s.
Mənbənin bildirdiyinə görə, K.Həsənov F.Əliyevin qohumları, yaxın çevrəsi ilə işləməyə təhkim edilib. K.Həsənov Əliyev qardaşlarının bayırdakı yaxınlarının Milli Şuraya səs, ən əsası isə pul vermələrinə əngəl olmalıdır. Qaynağımız bildirir ki, burada təhdid, hədə tonundan daha çox vədlər dövriyyədədir. Görünür, vaxtilə külli miqdarda pula, mülkə nəzarət etmiş Əliyev qardaşlarının maddi baxımdan tam iflas olmalarına iqtidar sahibləri inanmır. Mümkündür ki, bu səbəbdən də hakimiyyət tez-tələsik türmədən Fərhad Əliyevin məlum bəyanatını səsləndirməsinə ehtiyac duyub.
Amma siyasi prosesləri heç cür proqnozlaşdırmaq, önləmək olmur. Bəzən 15 günün içində ölkədə proseslər o dərəcədə sürətlə dəyişir ki, müxalifətin, narazı elektoratın Fərhad Əliyevin (ya da başqasının) qəpik-quruşuna ehtiyacı da qalmır. Bir də görürsən qapı elə yerdən açılır ki, Fərhad Əliyevdən də imkanlı, nüfuzlu, səlahiyyətli adamlar müxalifətə və xalqa xidmət göstərmək üçün növbəyə düzülürlər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəmil Həsənli Fərhad Əliyevlə əlaqəsindən danışdı

    Cəmil Həsənli Fərhad Əliyevlə əlaqəsindən danışdı ...

    21-01-2014, 17:28

  • 
  • Cəmil Həsənli Fərhad Əliyevlə görüşməyib

    Cəmil Həsənli Fərhad Əliyevlə görüşməyib ...

    21-10-2013, 12:47

  • 
  • Fərhad Əliyev üçün ölüm təhlükəsi

    Fərhad Əliyev üçün ölüm təhlükəsi ...

    27-12-2012, 08:34

  • 
  • Cəmil Həsənli Fərhad Əliyevə bir cümlə ilə cavab verdi

    Cəmil Həsənli Fərhad Əliyevə bir cümlə ilə cavab ...

    25-08-2013, 20:05

  • 
  • Fərhad Əliyev siyasi sığınacaq ala bilərmi? - Qardaşı danışdı

    Fərhad Əliyev siyasi sığınacaq ala bilərmi? - ...

    12-02-2014, 13:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu