GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Parlamentdə himnə qarşı sayğısızlığa etiraz

Parlamentdə himnə qarşı sayğısızlığa etiraz

Tarix: 1-10-2013, 12:01 Bölmə :Manşet Baxış: 678
 Parlamentdə himnə qarşı sayğısızlığa etiraz

Deputatlar prezidentin şərəf və ləyaqətinin qorunması üçün qanunun qəbulunu istədilər
Sentyabrın 30-da Milli Məclisin payız sessiyası öz işinə başladı. Dövlət himninin səsləndirilməsindən (?-E.P.) sonra başlayan iclasda giriş nitqi ilə çıxış edən spiker Oqtay Əsədov deputatlara uğurlar arzuladı və payız sessiyasının qanunvericilik işlər planı barədə qısa məlumat verdi. Sədr dedi ki, payız sessiyasında dövlət büdcəsinin də müzakirəsi gözlənilir.
O.Əsədov 9 oktyabr prezident seçkilərinə də toxundu: “Mən əminəm ki, Azərbaycan xalqı çox müdrik xalqdır. Xalq həmişəki kimi öz sözünü deyəcək və öz sevimli prezidentini seçəcək”. Deputatların bir çoxu bu çıxışı alqışlarla qarşıladı.
Qeyd edək ki, iclasda prezidentliyə namizədlərdən yalnız İqbal Ağazadə iştirak edirdi.
Cari məsələlərin müzakirəsində çıxış edən deputat Sahib Alıyev teledebatlardan bəhs etdi. Bildirdi ki, ordakı mənzərə göstərdi ki, müxalifət niyə parlamentdən kənarda qalıb.

Elman Məmmədov: “Ya birdəfəlik qadağan olunsun ki, heç kim oxumasın, ya da hamı oxusun”


Elman Məmmədov spikerə maraqlı və az öncəki mənzərədən doğan bir sual ünvanladı: “Hörmətli sədr, mən bilmək istəyirəm ki, Azərbaycanın dövlət himni hansısa dövlət tədbirində, ya elə Milli Məclisdə səslənəndə o himn oxunmalıdır, ya oxunmalı deyil? Ya birdəfəlik qadağan olunsun ki, heç kim oxumasın, ya da hamı oxusun”.
Jalə Əliyeva prezident seçkilərindən bəhs etdi və reklam haqqında qanunun qəbulunu zəruri saydı. Gövhər Baxşəliyeva ölkədəki demoqrafik problemdən danışdı, qızlarla oğlanlar arasındakı tarazlığın pozulduğunu dedi. Təklif etdi ki, bununla bağlı qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var: “Bizim cəmiyyət bilməlidir ki, qız uşaqlarına qarşı soyqırım yolverilməzdir”. Ailə münaqişələri nəticəsində ölüm hallarının artmasına da toxundu: “Bu, nə vaxta kimi davam edəcək?
Musa Qasımlı universitetlərin gücləndirilməsinə ehtiyac olduğunu vurğuladı. Prezident seçkiləri ilində təhlükəsizliyin qorunması zərurətindən danışdı: “Bu gün Bakıda yanacaq daşıyan maşınlar saatlarla tıxacda olur. O maşınlarda partlayış baş versə, böyük fəlakətlər baş verə bilər”. M.Qasımlı “20 Yanvar” körpüsünün altının maşın dayanacağına çevrildiyini dedi və yolların mühafizəsini zəruri saydı.
Qənirə Paşayeva isə TQDK-nın açıqladığı nəticələrə istinadən bu mövzudan bəhs etdi. O, fiziki imkanları məhdud olan şəxslər, valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil haqqından azad edilməsini təqdir etdi. Ancaq 1-ci qrup əlil olan gənclərin ödənişdən azad olunmamasını problemli saydı və bu məsələnin müsbət həllinə çağırdı.
Xanhüseyn Kazımlı “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun müzakirəsinə və qəbuluna ehtiyac olduğunu bildirdi.

Sabir Rüstəmxanlı: “Heç olmasa dodağımız tərpənsin, bilinsin ki, biz himnə hörmət edirik”


Sabir Rüstəmxanlı E.Məmmədovun himnə həqarət olunması ilə bağlı son günlər daim aktual olan məsələ barədə dediklərinə toxundu və onun fikirlərini müdafiə etdi: “Ümumiyyətlə, neçə ildir milli soyad məsələsindən danışırıq. Ancaq hələ də uşaqlara ”-ov", “-yev” soyadları yazdırırıq. Mən bilmirəm milli yönümdə sənədləşdirməyə mane olan hansı qüvvədir. Dünyanın hər yerində himn oxunur. Əgər biz himn bəyənilmirsə, bəlkə onu dəyişək. 15-20 il əvvəl bu himn əsasən qadınların iştirakı ilə oxunub və lentə yazılıb. İndi bu boyda kişilər durub ayağa, guya himn oxuyuruq, özü də qadın səsi ilə. Heç olmasa dodağımız tərpənsin, bilinsin ki, biz himnə hörmət edirik". S.Rüstəmxanlı digər bir məsələyə də toxundu: “Gündəlikdə 41 məsələ var, hər məsələnin müzakirəsinə cəmi 6 dəqiqə düşür. Bu qədər məsələni bir günə necə müzakirə etmək olar? Olmazmı ki, həftədə iki dəfə toplaşaq?”
Spiker cavabında dedi ki, gündəlikdəki 41 məsələnin 25-i sazişlərdir, kim istəsə, onunla bağlı danışa bilər: “Amma müzakirə olunası 41 deyil, 15 məsələ var”.
Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Azərbaycan prezidentinin seçkilər ərəfəsində təhqir olunmasından narahatçılığını ifadə etdi. O, yaz sessiyasında vətəndaşların şərəf və ləyaqətinin təhqir olunması ilə bağlı qanunvericiliyə edilən dəyişikliyi xatırlatdı: “O zaman müxalifət bunu şişirtməyə çalışdı. Bu günlər məlum oldu ki, biz düz eləmişik, yaz sessiyasında qanunvericiliyi möhkəmləndirmişik. Namizədlərin çıxışına baxanda buna bir daha əmin olursan”. Z.Əsgərov bildirdi ki, debatlarda ölkə başçısına qarşı təhqiramiz ifadələr işlədilir. O, bu təhqirlərin müəllifi olan müxalifətin hələ də 90-cı illərin təfəkküründə qaldığını bildirdi: “Bunlar inkişaf etmirlər, hələ də İsgəndər Həmidov təfəkkürü ilə yaşayırlar. İndi özünü qəhrəman kimi təqdim edən İsgəndər Həmidov vaxtı ilə dövlət televiziyası ilə Azərbaycan xalqını təhqir edirdi. İndi də Azərbaycan prezidentini təhqir edirlər, meydanda əzabkeş mitinqçi obrazı yaradırlar. Görün vəziyyət o həddə çatıb ki, ölkə prezidenti sağına, soluna təhqir edilir. Yerindən duran onu təhqir edir. Biz prezidenti qoruya bilirikmi? Yox. Konstitusiyanın 106-cı maddəsinin olduğunu xatırlatdı. Dedi ki, prezidentin şərəf və ləyaqətinin təhqir olunmasını qadağan edən qanunun qəbul olunmasına ehtiyac var. Bir ayıb anlayışı var. Bu qədər məsuliyyət altında olan prezidenti bu qədər təhqir etmək olmaz. Unutmayaq ki, Azərbaycan prezidentinin ən azı üç ali statusu var. O, Azərbaycanın Prezidentidir, Azərbaycanın Ali Baş Komandanıdır, Azərbaycanın Ali İcra Başçısıdır. Amma bu statuslar pozulur və müxalifət tərəfindən təhqir olunur. Biz isə prezidentimizi hüquqi mənada qoruya bilmirik”. Z.Əsgərov Konstitusiyanın 106-cı maddəsini xatırlatdı: “Həmin maddədə prezidentin şərəf və ləyaqətinin toxunulmazlığı açıq formada göstərilir. Amma bu gün bu maddə ciddi şəkildə pozulur. Ona görə də mən təklif edirəm ki, bu maddəyə əsasən, ayrıca qanun qəbul edək və bu məsələni ciddi nəzarətə götürək”. Z.Əsgərov deputatlardan dəstək istədi.
Etibar Hüseynov deputat həmkarlarını prezident seçkiləri uğrunda yarışda qeydə alınması və apardığı mübarizəyə görə təbrik etdi: “Arzu edirəm ki, tezliklə seçki kampaniyasını başa vurub bizim sıralarımıza qayıtsınlar, həqiqətən də yerləri görünür”.
Aytən Mustafayeva isə Z.Əsgərovun təklifini müdafiə etdi: “Namizədlərdən hansı çıxış edib dedi ki, mən bunu cənab İlham Əliyevdən yaxşı edə bilərəm, ya Azərbaycanı xaricdə daha yaxşı tanıda bilərəm? İnsan hüquqlarının da həddi-hüdudu var”.
O.Əsədov məsələyə müdaxilə edib dedi ki, debatlar hər kəsin səviyyəsini göstərir: “Mən sizi başa düşürəm. Xalq müdrikdir, hər şeyi görür. Hamının hamıdan xəbəri var. O cümlədən də bəzi danışığını bilməz yaramazlardan xəbərimiz var. Burada Ziyafət Əsgərov dedi ki, ayıbdır. Orda təhqirlər işlədən adamların üstünə 3 dənə də yorğan atsan, yenə ayıbları görünəcək. Seçkilərdə fəal iştirak etməli, bütün dünyaya, Avropaya sübut etməliyik ki, Azərbaycan demokratik seçki keçirməyə qadirdir”.
Fəzail Ağamalı da Z.Əsgərovu dəstəklədi: “Biz bu qanunu hökmən qəbul etməliyik. Necə ki, Azərbaycanın atributları olan himnə, gerbə hörmət olunur, o cümlədən vacib atributlardan biri də prezidentdir”. F.Ağamalı digər məsələlərdən də bəhs edərkən çoxuşaqlı ailələrin artımı ilə bağlı təklif verdi. Biz bu məsələləri artıq mətbuat səhifələrindən qanunvericilik müstəvisinə keçirməli və çoxuşaqlı ailələrin stimullaşdırılması üçün qanun qəbul etməliyik. F.Ağamalı mənzil sahiblərinin “JEK”lərə pul ödəməsin səbəblərin soruşdu və bu qurumun ləğvini zəruri saydı. Deputat köhnə binalardakı lift problemindən də danışdı: “Vaxtilə ölkə başçısı 10 milyon pul ayırıb, hara gedir o pullar?” F.Ağamalı yağışdan sonra paytaxtın düşdüyü vəziyyətə də toxundu: “Bakı şəhərində kanalizasiya böhranı yarana, şəhər böyük təhlükə ilə üzləşə bilər. Bakıda böyük şəhər bələdiyyəsi yaradılmalıdır”.
Spiker isə Bakıda 3 aylıq normadan artıq yağış yağdığını dedi: “Bu yağış suyunu dünyanın heç yerində heç bir kanalizasiya daşıya bilməz”.
Qənirə Paşayeva növbəti dəfə ictimai yerlərdə tütün və tütün məhsullarının qadağan olunması barədə qanunun qəbul olunmasını təklif etdi: “Uşaqlara siqaret satılmasını qadağan edən qanun olsa da, 5 yaşından 15 yaşına qədər uşaqlar hardan istəsə siqaret alır”. O.Əsədov isə siqaretin ictimai yerdə məhdudlaşdırılması barədə deyilənlərin cavabında “sizə bu qanunun qəbulu çox asan gəlməsin, qanun işlənilir, yəqin yaz sessiyasında müzakirəyə çıxarılacaq” söylədi.
Musa Quliyev ictimai yerlərdə tütün məmulatlarının qadağan olunması zərurətindən danışdı, həmçinin bir sıra təkliflər verdi. O, “Reproduktiv sağlamlıq haqqında” qalmaqallı qanunun qəbul edilməsinin vacibliyinə də toxunaraq bildirdi ki, bu qanunun qəbulu cəmiyyət üçün vacibdir. Onun sözlərinə görə, qanunun qəbulu cəmiyyətdə problemlərin qarşısının alınmasına səbəb olacaq. Deputat nikaha girənlərin icbari tibbi sığortasının da vacibliyindən danışdı və bu barədə qanunvericiliyin təsdiq olunmasının zəruriliyini bildirdi.
Gövhər Baxşəliyeva Azərbaycan xalqının tarixində müstəsna rolu olan tarixi şəxslərin təhqir olunmasını qadağan edən qanunun qəbul olunmasını təklif etdi və Türkiyə nümunəsini misal çəkdi: “Biz şahid olduq ki, ilk Azərbaycan Səfəvi dövlətini quran Şah İsmayıl Xətai müxtəlif müəlliflər tərəfindən təhqir olundu. İran və Türkiyədə Şah İsmayılın nə qədər təhqir olunmuş obrazı yaradılıb. Qızılbaşları hətta insan əti yeyənlər kimi təqdim edirlər. Yaxud yolverilməzdir ki, kimsə durub Azərbaycan xalqının tarixində mühüm rol oynamış Xalq Cümhuriyyətinin yaradıcıların fəaliyyətini təftiş eləsin və aşağılayıcı, təhrifedici əsərlər yazsın”. G.Baxşəlyeva bu qanunun keçmiş prezident Heydər Əliyevə də şamil edilməsini zəruri saydı.
Əhməd Vəliyev dedi ki, payız sessiyasının iş planı tərtib olunanda təhsil sahəsi tamam unudulub: “Çərçivə qanununun qəbulundan sonra bir sıra qanunların qəbulu nəzərdə tutulurdu. Təklif edərdim ki, bağçadan tutmuş doktoranturaya qədər bütün pillələri əhatə edən qanunlar hazırlansın və payız sessiyasında qəbul olunsun”.
Vitse-spiker Valeh Ələsgərov isə bir sıra təkliflərə, xüsusən də G.Baxşəliyevanın dediklərinə reaksiya verdi: Uşağa ailədə tərbiyə verilməyibsə, onu kitab-dəftərlə, qanunla tərbiyə etmək qeyri-mümkündür. Siz institutda tələbəni necə tərbiyə edirsiniz ki, o, bir dələduzun yazdıqlarına inanır".
Müzakirələrdən sonra payız sessiyasının qanunverici işlər planı qəbul olundu.
Gündəlikdəki digər məsələlərin müzakirəsi isə fasiləyə qədər davam etdi.
Azərbaycan və Rusiyanı birləşdirən Samur çayı üzərində avtomobil körpüsünün tikintisi haqqında qanun layihəsi müzakirə olunarkən “Azəryolservis” ASC-nin prezidenti Cavid Qurbanov çıxış edib dedi ki, onun ailəsindən 16 şəhid var və Rusiya ilə Azərbaycan arasında delimitasiya məsələsinin həlli tarixi bir hadisə idi və ölkə prezidenti bunu həll etdi, Rusiya ilə Azərbaycanın sərhədləri dəqiqləşdi. Onun sözlərinə görə, son illərdə ölkədə 160-dan çox körpü tikilib. Bu körpülərin uzunluğu son 100 ildə tikilmiş körpülərin uzunluğuna bərabərdir. C.Qurbanov 50-ci illərdə tikilən Samur körpüsünün uzunluğunun 205 metr olduğunu dedi. Bildirdi ki, Rusiya prezidenti Putinin Bakıya səfərindən sonra yeni körpünün tikintisi barədə razılıq əldə edilib və bu körpü köhnə körpünün 50 metrliyində inşa olunacaq. Bu körpünün isə uzunluğu 258 metr olacaq.
Komitə sədri Hadı Rəcəbli isə sosial müavinətlərlə bağlı anons verdi. Dediyinə görə, 5 və ondan çox uşağı olan analara xüsusi müavinətlərin verilməsi barədə qanuna dəyişiklik edilib. H.Rəcəblinin dediklərindən bəlli oldu ki, bundan sonra səhiyyə ilə bağlı cərimələrin 25 faizi səhiyyə işçilərinin əmək haqqına əlavə ediləcək.
Milli Məclis dövlətlərarası bir sıra müqavilələri təsdiqləyəndən və qanunlara əlavə və dəyişiklik edəndən sonra ilk iclasını tamamladı.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezidentin şərəf və ləyaqətinin qorunması haqqında qanun layihəsi hazırlanır

    Prezidentin şərəf və ləyaqətinin qorunması ...

    4-10-2013, 13:18

  • 
  • Milli Məclis payız sessiyasının ilk iclasına oktyabrın 1-də yığışacaq

    Milli Məclis payız sessiyasının ilk iclasına ...

    16-09-2013, 15:18

  • 
  • Oktay Əsədov millət vəkilinə" get, şikayət et məndən".

    Oktay Əsədov millət vəkilinə" get, şikayət ...

    21-06-2013, 13:52

  • 
  • Deputatlar “etik davranış kodeksi”nə ehtiyac görmədilər

    Deputatlar “etik davranış kodeksi”nə ehtiyac ...

    2-09-2013, 11:53

  • 
  • Oqtay Əsədov mollalara yol göstərdi

    Oqtay Əsədov mollalara yol göstərdi ...

    3-02-2014, 14:55


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu