GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Üç nazir haqda dəhşətli faktlar

Üç nazir haqda dəhşətli faktlar

Tarix: 4-10-2013, 13:11 Bölmə :Manşet Baxış: 895
 Üç nazir haqda dəhşətli faktlar
Ölkə başçısının region səfərlərində korrupsiya həyəcanı; Dövlət başçısının əyalətlərə səfərləri zamanı ona nazirlər Şahin Mustafayevin, Fazil Məmmədovun və İsmət Abbasovun yerlərdə vətəndaşları incitmələri, korrupsiya əməliyyatları ilə bağlı xeyli sayda müraciətlər təqdim edilib; hər üç məmur haqda araşdırmalar başlayıb, onların yeni komandada yer almaması mümkündür
“Ölkə başçısı, YAP-ın prezidentliyə namizədi İlham Əliyevin seçki ərəfəsində regionlara etdiyi səfərlər zamanı bir sıra məmurların fəaliyyəti haqda ona xeyli materiallar təqdim olunub. Həmin sənədlərdə nazirlərin əyalətlərdə həyata keçirdikləri dəhşətli korrupsiya əməliyyatları əksini tapıb”.
Bu məlumatı əməkdaşımıza iqtidara yaxın olan bir mənbə verib. Qaynaq deyib ki, seçki ərəfəsində İlham Əliyevin səfərləri çərçivəsində Prezident Administrasiyasının məsul işçilərinə əyalətlərdə prezidentlə görüşmək istəyən şəxslərlə təmas yaradılması tapşırılıb: “Məqsəd də o olub ki, yerlərdə əhalinin daha çox narazılıq etdiyi qurumlar haqda müfəssəl bilgilər əldə edilsin. Regionlarda görüşlər zamanı Prezident Administrasiyasının əməkdaşlarına müxtəlif təmaslar zamanı yerli sahibkarlardan, kəndlilərdən, rayon sakinlərindən üst-üstə minlərlə müraciətlər təqdim edilib. Həmin şikayət məktubları araşdırılıb, bir sıra problemlərin həllinə dərhal göstəriş verilib. Ancaq bu məktublar təkcə vətəndaşların problemlərini həll etmək üçün araşdırılmayıb; həm də bu şikayətlərin daha çox hansı qurumlardan edildiyi, məsələnin mahiyyətinin nə olduğu təftiş edilib. Bu araşdırmaların yekun nəticəsi haqda ölkə başçısına operativ olaraq yazılı və şifahi məlumatlar təqdim olunub. Verilən təqdimat ondan ibarətdir ki, yerlərdə insanları narazı salan, dövlət büdcəsindən ayrılan vəsaitləri açıq şəkildə talan edənlər sırasında üç nazirlik ”liderdir". Kənd Təsərrüfatı, Vergilər və İqtisadi İnkişaf nazirliklərinin bölgələrdə həyata keçirdikləri maxinasiyalar, insanların, xüsusilə iş adamlarının başına gətirdikləri müsibətlər ölkə başçısına konkret faktlar əsasında təqdim olunub. Üzə çıxan fakt bundan ibarətdir ki, dövlət başçısının xüsusi diqqət yetirdiyi Regionların Sosial-İqtisadi İnkişafı Proqramı üzrə ayrılan vəsaitlərin Kənd Təsərrüfatı və İqtisadi İnkişaf nazirliklərinin xətti ilə xərclənən hissəsi gözgörəsi talan edilib. Fermerlər, əkin-biçinlə məşğul olan kəndlilər üçün ayrılan subsidiyalar mənimsənilib, yeni kənd təsərrüfatı texnikaları adı altında alınan maşınların çoxu köhnədir, gübrə alınması üçün ayrılan pullar da kəndlilərə çatmayıb. Həmçinin İqtisadi İnkişaf Nazirliyinin regionların inkişafı ilə bağlı üzərinə düşən işləri formal olaraq həyata keçirdiyi, nəzarət funksiyasını rüşvət mexanizmi ilə idarə etdiyi birinci şəxsə təqdim olunub. Vergilər Nazirliyinin isə yerlərdə sahibkarlara qan uddurması, onları “aylığa oturtmaları” haqda yüzlərlə müraciət daxil olub. Həmçinin bələdiyyələrin, icra başçılarının da bu proseslərdə dövlət vəsaitlərinin müəyyən faizini mənimsədikləri, vətəndaşları ciddi şəkildə narazı saldıqları vətəndaşların müraciətləri əsasında faktlarla təsbit olunub. Təbii ki, bu yeyintilərin, korrupsiyanın - Fazil Məmmədov, İsmət Abbasov və Şahin Mustafayevdən xəbərsiz həyata keçirilməsi mümkünsüzdür".
Mənbəmiz qeyd edib ki, İlham Əliyev yenidən prezident seçiləcəyi təqdirdə, yeni komandasında kimləri saxlayacağına həm də bu araşdırmaların nəticəsi olaraq qərar verəcək: “İstisna deyil ki, bu nazirlərin barəsində cinayət işi də başlayacaq. Həmçinin xeyli sayda icra başçısı da işdən çıxarılacaq, bəziləri məsuliyyətə cəlb ediləcək. Bu, həm də ölkə başçısının yeni komanda formalaşdırması üçün köhnələrlə vidalaşmasına stimul ola bilər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya təqdim etməyə hazırlaşır

    YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya ...

    5-08-2013, 19:29

  • 
  • Ali və orta ixtisas təhsili idarəsinin rəisi haqda müdhiş korrupsiya ittihamlarına Təhsil naziri reaksiya verəcəkmi?

    Ali və orta ixtisas təhsili idarəsinin rəisi ...

    28-05-2013, 17:17

  • 
  • Qazaxda narazı vətəndaşlar prezidentdən gizlədilir

    Qazaxda narazı vətəndaşlar prezidentdən gizlədilir ...

    5-07-2013, 15:13

  • 
  • Ramiz Mehdiyevin konsepsiyasının gizlinləri

    Ramiz Mehdiyevin konsepsiyasının gizlinləri ...

    6-12-2012, 12:21

  • 
  • İlham Əliyev Sumqayıta gedib

    İlham Əliyev Sumqayıta gedib ...

    25-02-2014, 11:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu