GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “Kürü diplomatiyası”nın sonu çatır

“Kürü diplomatiyası”nın sonu çatır

Tarix: 30-11-2012, 22:40 Bölmə :Manşet Baxış: 5 121
Avropa Birliyi Azərbaycana açıq şəkildə şərt qoymalıdır ki, özünün təməl insan haqları tarixçəsini yaxşılaşdırmalı və korrupsiyaya qarşı mübarizə aparmalıdır

«Azərbaycanın AŞPA deputatlarına kürü bəxşişi siyasəti barədə bu yaxınlarda verilmiş açıqlamalar, Avropa Şurası ilə Xəzər sahilindəki petrodövlət arasında qarşılıqlı əlaqələri izləyənlər üçün sürpriz olmadı». Bunu Brüsseldə mənzillənmiş Açıq Cəmiyyət Avropa Siyasəti İnstitutunun (Open Society European Policy Institute) baş analitiklərindən Jacqueline Hale euobserver.com saytında yazır.
«Azərbaycanda insan haqlarının pisləşməsi və avtoritarlığın möhkəmlənməsini göstərən sübutların artmasına baxmayaraq, rejimi dəstəkləyən səslər də ucalmaqdadır», Jacqueline Hale yazır. Analitik yazır ki, Azərbaycanın bayılmalarına səbəb olan «siyasi məhbus» terminin aydınlaşdırılmasına dair AŞPA-dakı son səsvermə, Azərbaycanın bu problemi seçkili assambleyadakı müttəfiqlərinin dəstəyi ilə birdəfəlik silib-atmaq üçün girişdiyi ölüm-dirim lobbiçiliyini göstərdi.
«Avropa Birliyinin ötən həftə Azərbaycanla insan haqlarına dair dialoq aparmış rəsmiləri, şəxsi söhbətlərində etiraf edirlər ki, kürü, Brüsselin menyusunda olub. Siyasi qərarlara rüşvətin təsirinin konkret sübutu olmasa da, Azərbaycanın Avropa Parlamentinin müəyyən çevrələri ilə münasibətləri kifayət qədər mehribandır», Jacqueline Hale yazır.
AB-nin bayrağı Müəllif bildirir ki, Avropa Parlamentinin ən böyük fraksiyası olan Avropa Xalq Partiyasının ötən fevralda, Azərbaycanın xarici işlər nazirinin iştirakıyla keçirilmiş konfransında, fraksiyanın aparıcı üzvləri Azərbaycanda siyasi islahatları və ölkənin «demokratiya qurmaq niyyətində olması faktını» mədh ediblər.
Jacqueline Hale yazır ki, «başqa qonşularla müqayisədə Avropa Birliyi, deyəsən, Azərbaycana münasibətdə müstəsnalıq praktikasından istifadə edir».
«Avropa İttifaqının xarici işlər üzrə ali komissarı Catherine Ashton bu yaxınlarda bir neçə günün ərzində Belarus və Azərbaycana dair son dərəcə ziddiyyətli bəyanatlar verib», məqalədə deyilir. Müəllifin fikrincə, demokratiyanın dərəcəsi və davamlı repressiyalara görə oxşar bu iki ölkədən - Belarus məzəmmət edilir, Azərbaycansa təriflənir. Jacqueline Hale nəticə çıxarır ki, Ashton-un Azərbaycan barədə təbrikanə bəyanatı Avropa Birliyinin qonşulara münasibətinin onların satılıq enerjisi olub-olmadığına əsaslandığını göstərir.
«Həmin tədbirdə Ashton 9 siyasi məhbusun əfvlə azad olunmasını alqışlayır, lakin daha 60 məhbusun hələ də dəmir barmaqlıqlar arxasında qalmasının üstündən sükutla keçir», müəllif yazır. Jacqueline Hale yazır ki, ötən mayda keçirilmiş «Eurovision» mahnı yarışından dərhal sonra fəallara təzyiqlər intensivləşib. Prezidentin qızının şeirinin məktəb dərsliklərinə salınmasını tənqid etdikdən sonra, narkotik maddə ittihamı ilə həbs olunmuş blogger Zaur Qurbanlı da daxil olmaqla, həbslər davam edir.
«Hökumət rəsmiləri, demokratiya fəallarını və müstəqil medianı onlara qarşı ictimaiyyətin nifrət kampaniyasına çağırmaqla hədələmişlər», məqalədə deyilir. Daha sonra oxuyuruq: «Bu yaxınlarda keçirilmiş «Demokratiya naminə oxuyaq» kampaniyasında fəallar başqalarına görk olsun deyə, diqqəti siyasi motivlərlə həbs olunmuş həmkarlarına cəlb etməyə çalışıblar. Onların arasında foto-müxbir Mehman Hüseynov da olub».
«Bakıda yerləşən Media Hüquqları İnstitutunun məlumatına görə, iki jurnalist – Əvəz Zeynallı və Hilal Məmmədovun qondarma ittihamlarla məhkum edilməsilə, həbsdə olan jurnalistlərin sayı doqquza çatıb», Jacqueline Hale yazır. Məqalədə deyilir ki, demokratik dəyərlərin və maraqların fərqləndirilməsini dilemma adlandırmaq düzgün deyil.
Müəllifin fikrincə, «Ərəb baharı» nümayiş etdirdi ki, Avropa Birliyinin dəyərləri və maraqları, bir-birindən nəinki ayrı deyil, hətta bir-birinə qarışıb. «Ola bilər ki, Azərbaycan tənəzzüldə olan neft istehsalını kompensasiya edə biləcək «Şah Dəniz» və digər qaz yataqlarına güvənməklə yuxarıdan gedir, lakin Avropa Birliyi xarici qazdan nə qədər asılı qalacaqsa, gəlirinin 90 faizini və ÜDM-in 47 faizini enerji ehtiyatlarından alan Azərbaycan da legitimlik istəyəcək», analitik yazır.
Jacqueline Hale yazır ki, Brüssel və Strasburq Azərbaycanda pozuntulara və güclənməkdə olan avtoritarlığa daha sərt reaksiya verməlidir. Müəllifin fikrincə, Avropa Birliyi Azərbaycana açıq şəkildə şərt qoymalıdır ki, əgər 400 milyon əhalisi olan bazarla daha yaxın, birbaşa əlaqə istəyirsə, özünün təməl insan haqları tarixçəsini yaxşılaşdırmalı və korrupsiyaya qarşı mübarizə aparmalıdır.
«Qitənin əsas hüquq müdafiəçisi kimi Avropa Şurası üçünsə bu, o deməkdir ki, kürü ilə körüklənən məsxərəyə son qoyulmalı və Azərbaycana qapını göstərməlidir», Jacqueline Hale yazır.

Tərcümə etdi: Zülfüqar Rüfətoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Siyasi məhbuslar: Avropa soruşmur, hakimiyyətin yadına düşmür...

    Siyasi məhbuslar: Avropa soruşmur, hakimiyyətin ...

    7-10-2013, 12:01

  • 
  • Siyasi məhbuslar problemi AŞPA-nın gündəliyinə çıxa bilər

    Siyasi məhbuslar problemi AŞPA-nın gündəliyinə ...

    21-05-2014, 10:26

  • 
  • “Mən məğlub oldum” – Kristofer Ştrasser

    “Mən məğlub oldum” – Kristofer Ştrasser ...

    24-01-2013, 11:22

  • 
  • Səməd Seyidov AŞPA-nın Monitorinq komitəsinin vitse-prezidenti vəzifəsinə seçilib

    Səməd Seyidov AŞPA-nın Monitorinq komitəsinin ...

    28-09-2015, 23:16

  • 
  • İPƏK XALÇALAR, QIZIL, KÜRÜ VƏ ƏLBƏTTƏ, PUL

    İPƏK XALÇALAR, QIZIL, KÜRÜ VƏ ƏLBƏTTƏ, PUL ...

    24-11-2013, 23:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu