GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Nemət Pənahlıdan şok müraciət

Nemət Pənahlıdan şok müraciət

Tarix: 19-12-2012, 15:15 Bölmə :Manşet Baxış: 760
Nemət Pənahlıdan şok müraciət

"O gecə o dustaqlara edilən zülmü, işgəncəni təsvir etmək çox çətindir. 2-3 saat ərzində işgəncə edilən bu dustaqlara dayanmadan it kimi hürmək, müxtəlif heyvanların səslərini çıxarmaq əmr olunur, hər cür təhqir, nalayiq söyüşlər yağdırılır..."


gundemxeber.az Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, hazırda məhbus həyatı yaşayan siyasətçi Nemət Pənahlı 6 dekabr 2012-ci il tarixində saxlandığı 17 saylı kolonda baş verənlərlə bağlı müraciət yazıb. Müraciəti gozetci.az portalına N.Pənahlının yaxınları təqdim ediblər. Həmin müraciəti olduğu kimi təqdim edirik:

Dustaqlara edilən zülm, onlardan müxtəlif təzyiqlərlə alınan pullar

Mən Pənahlı Nemət Əhəd oğlu 2010-cu ildən bu yana məhbus həyatı yaşayıram. Bu müddət ərzində mən saxlandığım istintaq təcridxanasında və 17 saylı cəzaçəkmə müəssisəsində gördüyüm bütün qanunsuzluqlara, rüşvətxorluqlara, ayrışeçkilik və dustaqlara qarşı qeyri-qanuni davranışlara, işgəncə və amansızlıqlara qarşı öz narazılığımı bildirmişəm. Belə halların aidiyyatı orqanlara çatdırılması üçün əlimdən gələni əsirgəmədiyimə görə, istər istintaq təcridxanasında və istərsə də 17 saylı cəzaçəkmə müəssisəsində rəhbərlik tərəfindən hər cür şantaj və təzyiqə məruz qalmışam. Konkret olaraq Bakı Şəhər İstintaq təcridxanasında rəis Elxan Sadıqov tərəfində mənim kamerama əlində ülgüc olan adam salınıb və məni öldürməklə təhdid edərək üzərimə hücum edib. Sonradan vəkilimə guya bir neçə qətlin icraçısı kimi təqdim olunmuş o şəxs, hal-hazırda 17 saylı müəssisənin 2-ci korpusunda komendant işləyir.
Nəhayət 6 dekabr 2012-ci il tarixində 17 saylı cəzaçəkmə müəssisəsində baş vermiş hadisə mənim, başda ölkə rəhbəri olmaq şərti ilə bütün aidiyyatı orqanların, hüquq müdafiəçilərinin və eləcə də bütün Azərbaycan xalqının nəzərinə çatdırmaq istədiyim bu müraciəti yazmağıma səbəb oldu. Çünki, mən, bu müəssisədə saxlanan dustaqlara edilən zülm, onlardan müxtəlif təzyiqlərlə alınan pullar, onlara qarşı edilən qanun dışı, qeyri-insani davranışlar, ayrışeçkilik və s. haqqda hər kəsin bilməsini zəruri hesab edirəm.
Xeyli müddətdir ki, mən, bu müəssisədə gördüyüm qanunsuzluqlarla bağlı müəssisə rəhbərliyinə öz narazılıqlarımı bildirirdim. Burada ən aşağı səviyyədə əzilən, təhqir olunan, zorakılığa məruz qalan dustaqları belə öz haqlarını tələb etmək üçün aidiyyatı orqanlara müraciət edə biləcəklərinə inandıra bilmək heç də asan iş deyil. Çünki müəssisə rəhbərliyi tərəfindən dəhşətli bir qorxu əsarəti altında saxlanan dustaqlar qanun tələb edən dustaqların daha amansız işgəncəyə məruz qaldıqlarının dəfələrlə şahidi olublar. Ən dəhşətlisi isə müəssisə rəhbərliyinin demək olar ki, hər şey üçün (telefonla danışmaq, görüşə çıxmaq, üçdə birlə azad olunmaq vəs.) dustaqlardan topladığı rüşvətlə yanaşı, əlaltıları olan və bir başa rəhbərliyin qeyri-qanuni göstərişlərini yerinə yetirən bir qrup dustağın vasitəsilə qalan dustaqlardan müxtəlif adlarla pul toplamasıdır. Adını avtoritet adlandıran bu əlaltıların müəssisə rəhbərinin əli ilə etdikləri cinayətlər isə nə gerçək avtoritet aləminin, nə ölkənin, nə də insanlığın heç bir qanunlarına uyğun gəlmir. Yeri gəlmişkən bir haşiyə çıxmaq istəyirəm. 1988-ci ildə gedən meydan hərəkatı zamanı mən bu hərəkatın rəhbəri olaraq meydanda avtoritet adlanan oğru aləminə milyonlarla insanın gözü önündə müraciət etdim. Dedim ki, bizim mübarizəmiz müqəddəs bir mübarizədir, biz sizdən də bu millətin övladları olaraq dəskət istəyirik və xahiş edirik ki, bu meydanda heç bir cinayət hadisəsinin baş verməməsinə yardımçı olasınız. Təxminən yarım saat sonra mənə cinayət aləmindən bir məktub gəldi. Məktubda yazılırdı ki, “Nemət biz sizinləyik“. Sonradan əldə etdiyim dəqiq məlumata görə meydan hərəkatı müddətində Bakıda demək olar ki, heç bir cinayət hadisəsi baş verməmişdi. Bu haşiyəni çıxmaqda məqsədim, nəzərinizə adını saxta avtoritet adlandıran bir qrup dustağın əslində rəhbərlik üçün gəlir mənbəyi olduğunu və ona görə də heç bir cəzaya məruz qalmadıqlarını çatdırmaqdır.

“Artıq sənin fitvan verilib, sən bu müəssisədən sağ çıxmayacaqsan...”

Nəzərinizə çatdırım ki, yuxarıda sadaladığım halları dilə gətirdiyim gündən mən bu müəssisədə rəhbərlik tərəfindən demək olar ki, hər gün ölümlə təhdid olunmuşam. Məni ölümlə təhdid edən müəssisənin rəhbər işçiləri keçmiş rəis Ərşad Həsənov, Rafiq Məmmədov, Samir Hüseynov və digərləri dəfələrlə məni: “Artıq sənin fitvan verilib, sən bu müəssisədən sağ çıxmayacaqsan və s.” kimi sözlərlə təhdid etmiş, dəfələrlə təxribat yaradaraq əlaltıları olan dustaqların əli ilə mənə fiziki təzyiq göstərməyə çalışmışlar ki, bu təzyiq və təhdidlər bu gün də davam edir. Mənim həyatım açıqdan-açığa hər an təhlükə altındadır. 6 dekabr gecəsi hər şey, cəzasının bitməsinə 10 gün qalmış dustaq Anar Məsimov (keçmiş taxıl ehtiyatları nazirinin xalası oğludur) gecə yarısı səs-küy salan dustaqlara öz iradını bildirməsi ilə başladı. Anar dəfələrlə, rəisin əlaltıları olan və hər kəslə istədikləri kimi davranan o bir qrup dustağın gecə yarı səs-küy salmalarına öz iradını bildirmişdi. Amma buna nə onlar əhəmiyyət verməmiş, nə də rəhbərlik heç bir ölçü götürməmişdir. O gecə Anarın əsəbləri tamamilə tarama çəkilmişdi. Onun iradlarına əks tərəfdən təhqirlər yağdırılandan sora mən, böyük bir qalmaqalın yaranacağını başa düşüb Anarı sakitləşdirməyə çalışdım. Bir xeyli dilə tutduqdan sonra Anar məni eşidib sakitləşdi. Orada heç bir toqquşma, dava olmadı. Təxminən yarım saat sonra yan korpusdan səs-küy eşitdik. Bir az sonra xəbər gəldi ki, sabah müəssisəyə ordu yeridiləcək. Xəbəri gətirən rəis əlaltıları təxribat aparırdılar ki, əgər bura ordu yeridilsə, hamını ölümcül döyəcəklər, hətta kimlərisə öldürəcəklər. Odur ki, gəlin çarpayıları sındırıb dəyənəklər hazırlayaq, bacardığımız qədər silahlanıb onlara hücum edək. Mən bunun iyrənc bir oyun olduğunu dərhal anladım. Başa düşdüm ki, dustaqlar orduya hücum etsələr burada ağlasığmaz qan töküləcək. Bunun kimə lazım olduğunu başa düşdüyümə görə hamıya anlatdım ki, bu təxribatdır. Anlatdım ki, ordu bura daxil olanda sorğusuz sualsız bütün əmrlərə tabe olmaq lazımdır. Mən dustaqlara əmrə tabe olduqları təqdirdə onlara qarşı baş verən hər hansı bir davranışa görə cavabdeh olduğumu söylədikdən sonra dustaqlar sakitləşdilər və mənim sözümü dinlədilər. Bütün bu hadisə 200 dustağın gözü önündə baş verdi. Mən o gecə bütün bu hadisəni olduğu kimi yazdım və o yazını 180 nəfər imzaladı. Səhər saat 9-da ordu müəssisəyə daxil oldu. Əlisilahlı qara maskalılar, əllərində itlərlə içəri daxil olanda gözümə inanmadım. Çünki, o vaxta kimi, müəssisədə axşamkından daha böyük qalmaqallar olmuşdu, amma belə səhnənin heç kim şahidi olmamışdı.

“Nemət Pənahlı, bura Meydan deyil, sən bu işlərə qarışma, imkan ver işimizi görək!”

Mən məsələyə qanuni nöqteyi-nəzərdən yanaşırdım və düşünürdüm ki, əvvəlcə burada nə baş verdiyi araşdırılacaq, kimlərin günahkar olduğu müəyyən ediləcək və qanun çərçivəsində cəzalandırılacaq. Amma hadisə mənim düşündüyümün tam əksi oldu. Ordu müəssisəyə daxil olan kimi dustaqlar sıraya düzüldü və əmr verildi ki, adları çəkilən dustaqlar önə çıxsınlar. Adları çəkilən dustaqların əksəriyyəti axşamkı mübahisəyə heç bir dəxli olmayan, əksinə mübahisəni yatızdırmağa çalışan dustaqlar idi. Əjdər İmanov, Elnur Hümbətov, Kənan, Habil və digərlərinin demək olar ki, bu münaqişəyə heç bir dəxli yox idi. Onlar əksinə qarşıdurmanı yatızdırmağa çalışmışdılar. Siyahı oxunub qurtardıqdan sonra önə çıxmış dustaqların əllərini arxadan qandalladılar, onları yerə uzandırıb dubinkalarla görünməmiş vəhşiliklə döyməyə başladılar. Mən gördüyüm bu səhnədən dəhşətə gəlmişdim və sözsüz ki, buna laqeydliklə tamaşa edə bilməzdim. Mən önə çıxıb qaramaskalıların komandirinə müraciət etdim ki, bu nə rüsvayçılıqdır. Komandir mənə eyni söylədiyim kəlimələri dedi: “Nemət Pənahlı, bura Meydan deyil, sən bu işlərə qarışma, imkan ver işimizi görək!” Mən yenə də öz iradımı bildirdim ki, sizin işiniz əvvəlcə araşdırmaq, sonra isə qanunun yol verdiyi tərzdə cəzalandırmaqdır. Bütün hadisə onlarla kameranın altında baş verib, hadisəni araşdırmaq o qədər də çətin deyil. Mənim sözümdən sonra işgəncə dayandırıldı. Samir Hüseynov mənə yaxınlaşıb təlaşla: “sən neynirsən, bunlara narazılıq bildirmək olar?” dedi. Mən Əjdəri göstərib soruşdum ki, məsələn Əjdərin bu məsələyə nə aidiyyatı var, bu hansı siyahıdır ki, onun əsasında dustaqlar cəzalandırılıq. Samir müəllim ironiya ilə mənə “Əjdər bunu mənə qarşı yuxarılara ərizə yazanda düşünməli idi” dedi. Əsəbdən şəkərim çox yüksəlmişdi. Su içmək üçün korpusa keçəndə gördüm ki, barakı alt-üst ediblər. Şmon adlanan o prosesin nəticəsində 180 nəfərin imzası olan müraciət də tapılıb yandırılmışdı. Daha sonra mənə bildirdilər ki, guya mən gələnlərin işlərini görməyə mane oluram və buna görə karserə salınmalıyam. Məni karserə salan kimi, bayaqkı ah-nalələr bir az da artdı. Daha sonra döyülmüş dustaqları da karserə saldılar. O gecə o dustaqlara edilən zülmü, işgəncəni təsvir etmək çox çətindir. 2-3 saat ərzində işgəncə edilən bu dustaqlara dayanmadan it kimi hürmək, müxtəlif heyvanların səslərini çıxarmaq əmr olunur, hər cür təhqir, nalayiq söyüşlər yağdırılır və sonra da qəhqəhələr göyə qalxırdı. Bunu edənlərin ümumiyyətlə azərbaycanlı olduqlarına belə inana bilmirdim. Çünki mən bu cür işgəncələrin azərbaycanlılara yalnız ermənilər tərəfindən verildiyini eşitmişdim. Bu açıqdan açığa cinayət idi və səbəb nə olursa olsun bu davranış qeyri-qanuni davranış idi. O gecə mən bütün olanlara etiraz əlaməti olaraq aclıq aksiyasına başladım. 5 gün müddətində müəssisəyə yeni təyin olunmuş rəis əvəzi Arif Mirzəyev məndən əvvəlcə xoş dillə, sonra isə təhdidlə aclığı dayandırmağımı tələb edib. Mən aclığı dayandırmadığıma görə Arif Mirzəyev mənə daha 5 gün karser cəzası təyin etdi. Karserdə saxlananlardan 4 nəfərə isə yenidən cinayət işi açılıb.

Nəticə nə olursa olsun gördüyüm zülmə və haqsızlığa susmayacam

Bütün bu məlumatları verərək mən ölkə rəhbərini də, bütün aidiyyatı orqanları, hüquq müdafiəçilərini və eləcə də millət vəkillərini gözümlə gördüyüm bu cinayətə, bu qanunsuzluq və vəhşətə münasibət bildirməyə çağırıram. Hal-hazırda mən 12 gündür ki, narazılıq əlaməti olaraq aclıq aksiyasını davam etdirirəm. Tələbim birinci növbədə bildiklərimi ölkə ictimaiyyətinə çatdıra bilmək üçün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovla görüşə bilməkdir. Hal-hazırda müəssisə rəhbəri Arif Mirzəyev mənim tələblərimi təmin etmək əvəzinə, aclığı dayandırmayacağım təqdirdə məni yenidən “daxili intizamı pozur” adı ilə 5 sutka karser cəzası ilə cəzalandırmaqla təhdid edir. O, bütün ölkə və beynəlxalq qanunları pozaraq müəssisə ilə əlaqə saxlayan hüquq müdafiəçilərinə və Qırmızı Xaç Komitəsinin nümayəndələrinə mənim guya aclığı dayandırmağım haqqda yalan məlumat verir. Nəzərinizə çatdırım ki, mənim həyatım ciddi təhlükə altındadır. Öz iradəsini yeritmək üçün Arif Mirzəyev məni hər an təxribata çəkməyə çalışır. O mənə hər dəqiqə: “həyat gözəldir, nə üçün sən yaşamaq istəmirsən” tipli təhdidedici sözlərlə psixoloji təzyiq etməyə çalışır. Ona görə də mən bəyan edirəm ki, mənim həyatıma və sağlamlığıma hər hansı bir təzyiq olunsa buna görə müəssisə rəhbəri Arif Mirzəyev cavab verməlidir.
Yeri gəlmişkən üzümü Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovaya tutaraq, bu müəssisədə eşitdiyim dəhşətli olaylardan birini onun diqqətinə çatdırmaq və bu hadisəni obyektiv şəkildə araşdırmasını ondan xahiş etmək istəyirəm. Hörmətli Elmira xanım Süleymanova. Təxminən yay aylarında siz cəzaçəkmə müəssisəsinin vərəm dispanserində olmuşunuz. Xatırlayırsınızsa o dispanserdə bir dustaq pəncərəyə çıxaraq var səsi ilə sizi çağırmış və sizdən imdad diləmişdi. Siz o adamı dinləmək üçün yanınıza gətirilməsini tələb etmisiniz. Təəssüf ki, yanınıza gətirilən dustaq sizi çağıran dustaq olmayıb. Öyrədilmiş dustaq isə sizdən guya üçdəbirinin vaxtının çatdığını və azadlığa çıxmaq istədiyini söyləyib. Elmira xanım, sizdən imdad diləyən dustaq siz getdikdən dərhal sonra etdiyi cəsarətə görə həyatını itirib. Burada gördüklərimə əsasən deyə bilərəm ki, bu kimi hadisələr vərəm dispanserində tez-tez baş verir. Çünki, guya vərəm olan dustaqlar oraya artıq ölümə hazır vəziyyətdə göndərilirlər.
Sonda bir daha üzümü səlahiyyətli şəxslərə tutaraq bəyan edirəm: Mən Pənahlı Nemət Əhəd oğlu, bütün şüurlu ömrümü zülmə, haqsızlığa və istismara qarşı mübarizəyə həsr etmiş, buna görə daim təzyiqlərə məruz qalmış şəxsəm. Apardığım mübarizə yolumu dünyanın 5 dövlətinin zindanına salıb. Bu gün buradan, 17 saylı cəzaçəkmə müəssisəsindən bildiklərimi söyləmək və bunu mətbuata yaymağın da məsuliyyətini bilir və buna görə bədəl olaraq öz həyatımı ortaya qoyuram. Nəticə nə olursa olsun gördüyüm zülmə və haqsızlığa susmaq mənim əxlaqıma və prinsiplərimə uyğun deyil. Ona görə də mənim söylədiklərimi araşdırmaq və lazımi tədbirlər görmələri üçün ölkənin bütün aidiyyatı orqanlarına üz tutur, onları bu məsələləri obyektiv şəkildə həll etməyə çağırıram".


Gozetci.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nemət Pənahlı Qobustana köçürüləcək

    Nemət Pənahlı Qobustana köçürüləcək ...

    15-06-2013, 00:58

  • 
  • Mədət Quliyevin 17-ci kalon problemi

    Mədət Quliyevin 17-ci kalon problemi ...

    19-12-2012, 18:01

  • 
  • Ailəsi Nemət Pənahlıdan xəbər tuta bilmir

    Ailəsi Nemət Pənahlıdan xəbər tuta bilmir ...

    22-01-2013, 09:48

  • 
  • Nemət Pənahlının məhkəməsi təxirə salındı

    Nemət Pənahlının məhkəməsi təxirə salındı ...

    18-04-2013, 10:11

  • 
  • Nemət Pənahlı Qobustan həbsxanasına köçürülür

    Nemət Pənahlı Qobustan həbsxanasına köçürülür ...

    27-02-2013, 11:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu