GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Heydər Əsədovun “Hesablamayan palata”sı

Heydər Əsədovun “Hesablamayan palata”sı

Tarix: 7-11-2013, 13:41 Bölmə :Manşet Baxış: 944
Heydər Əsədovun “Hesablamayan palata”sı

Tanınmış iqtisadçı-ekspert Bəkir Nərimanoğlu “Mediaforum” saytında “Hesablamayan palata” adlı maraqlı təhlili yazı ilə çıxış edib.

Mövzunun aktuallığını və yanaşmanın özəlliyini nəzərə alaraq virtualaz.org həmin yazını öz oxucularına təqdim edir. Onu da qeyd edək ki, yazı Azad İqtisadiyyata Yardım İctimai Birliyinin “İctimai maliyyəyə effektiv nəzarət sistemi” layihəsi (Donor: Avropa Birliyinin Azərbaycan nümayəndəliyi) çərçivəsində keçirilən jurnalist müsabiqəsinə təqdim edilib.

Ali Audit İnstitutları Beynəlxalq Təşkilatının 1977-ci ilin oktyabrında Perunun paytaxtı Lima şəhərində keçirilən 9-cu konqresində “Audit Prinsiplərinin Rəhbər Sənədi” qəbul edilib. Lima deklarasiyasında qeyd olunur ki, Hesablama Palatasının, onun üzvlərinin müstəqilliyinin zəruri səviyyəsi konstitusiyada təsbit olunmalıdır. Sənədə görə, ali audit qurumunun müstəqilliyinin konstitusiya və qanunla təsbit edilməsi bu orqana hətta parlamentin nümayəndəsi kimi çıxış etdiyi və sonuncunun göstərişi ilə yoxlama keçirdiyi hallarda da yüksək dərəcəli təşəbbüslə və muxtariyyətlə işləməyə imkan verir. Ali audit qurumu ilə parlament arasında olan qarşılıqlı münasibətlərə dair müddəalar konstitusiya ilə müəyyən edilməli, həmçinin Hesablama Palatasının əsas audit səlahiyyətləri konstitusiya ilə təsbit olunmalıdır.

İqtisadçı ekspert Kənan Aslanlı deyir ki, Azərbaycanda Hesablama Palatasının müstəqilliyinə konstitusion təminat yoxdur: “Konstitusiyanın 92-ci maddəsi Milli Məclisə yalnız hesablama palatası təsis etmək səlahiyyəti verir. Halbuki Türkiyə Cümhuriyyətinin ana yasasında həmin ölkənin Hesablama Palatası (Sayıştay) ilə bağlı 10-a yaxın konstitusiya maddəsi var. Gürcüstan Konstitusiyasında həm ali audit qurumunun müstəqilliyi, həm də onun formalaşma prinsipləri öz əksini tapıb”.

Ekspert bildirir ki, Hesablama Palatası qanununda qurumun təşkilati və funksional müstəqilliyi təsbit olunsa da, qanunun 6-cı maddəsində qurumun əsas fəaliyyət prinsipləri arasında müstəqillik prinsipi yoxdur: “Burada məzmunu bir qədər qeyri-müəyyən olan “sərbəstlik” ifadəsindən istifadə edilir. Ancaq onu da qeyd edək ki, hesablama palatalarının müstəqil fəaliyyəti üçün konstitusiya səviyyəsində hüquqi təminatla yanaşı bu qurumu təsis edən parlamentin özünün müstəqilliyi vacibdir”.

Palata nə dərəcədə müstəqildir?

Ali audit institutları öz vəzifələrini o zaman obyektiv və effektiv icra edir ki, onlar auditə məruz qalan orqandan müstəqil olsun və kənar təsirlərdən qoruna bilsin. Lima deklarasiyasının 8-9-cu maddələri ali audit qurumunun parlament və hökumətlə əlaqələrini tənzimləyir. Ali audit institutlarına ölkə konstitusiyası və qanunları ilə verilən yüksək dərəcəli təşəbbüskarlıq və müstəqillik onların parlamentlə münasibətlərində də öz qüvvəsini saxlamalıdır. Yəni bir sıra hallarda ali audit institutlarının parlamentdə təsis edilməsi onun müstəqilliyinə xələl gətirməməlidir.

Ali audit qurumlarının icra strukturlarından və hökumətlərdən müstəqilliyi önəmli şərtdir. Bu baxımdan Hesablama Palatasının hələ vəzifəsini təhvil verməmiş keçmiş sədrinin hökumətin ən nüfuzlu üzvlərindən biri ilə yaxın qohumluq əlaqəsində olması Lima və Mexiko deklarasiyalarının ali audit institutlarının müstəqilliyi ilə bağlı tələblərinin pozulması və ya tövsiyələrinin nəzərə alınmaması kimi qiymətləndirilə bilər.

“Hesablama Palatası haqqında” qanunun 7-ci maddəsində qeyd edilib ki, “Hesablama Palatasının sədrliyinə və sədr müavinliyinə namizədlər Milli Məclisin sədri, baş nazir, maliyyə naziri, baş prokuror, Ali Məhkəmənin sədri, İqtisad Məhkəməsinin sədri və Mərkəzi Bankın sədri ilə birbaşa qohumluq əlaqəsində ola bilməz”.

Kənan Aslanlı bildirir ki, bu maddədə dəyişiklik edilərək Hesablama Palatasının sədrinin və sədr müavinlərinin ümumiyyətlə mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə qohumluq əlaqəsində olmaması bir tələb kimi qoyulmalıdır: “Hesablama Palatasının müstəqilliyindən danışarkən burada söhbət hökumətdən, yəni icra hakimiyyətindən müstəqil olmaqdan gedir. Funksional müstəqillik dövlət maliyyəsinin xərclənməsində bütün maraqlı ola biləcək tərəflərdən eyni məsafədə dayanmağı tələb edir. Təşkilati müstəqillik parlamentin nəzarətində müəyyən edilən büdcəsindən və digər təminatlardan (yenə də parlamentə hesabat verməklə) müstəqil istifadəni nəzərdə tutur. Hesablama Palatası Milli Məclis tərəfindən təsdiq edilən büdcə əsasında fəaliyyət göstərir. Qurumun maddi təminatı son illər yaxşılaşsa da, işçi qüvvəsinin sayı və keyfiyyəti baxımından ciddi problemlər yaşanır. Funksional müstəqillik isə həm yerli, həm də açıq büdcə sorğusu kimi beynəlxalq qiymətləndirmələrə əsasən zəifdir”.

Planı kim qoyur?

Qanunvericiliyə uyğun olaraq Hesablama Palatasının rəyi və hesabatı yalnız maliyyə-büdcə ekspertizasının nəticələrini əks etdirməlidir. Prezidentin və ya Milli Məclisin tapşırığı olmadan Hesablama Palatasının iş planından əlavə maliyyə-büdcə ekspertizası aparması qadağandır. Sessiyalararası dövrdə Milli Məclisin sədri Hesablama Palatasına iş planından əlavə yoxlama aparılması haqqında tapşırıq verə bilər.

İqtisadi Tədqiqatlar Mərkəzi ekspertlərinin qənaətinə görə, Hesablama Palatasının audit istiqamətlərinə strateji, operativ və planlaşdırılan auditlər daxil edilməlidir. Bununla da Hesablama Palatasına iş planından əlavə maliyyə-büdcə ekspertizası aparmaq hüququ verilməlidir. Həmçinin Hesablama Palatası üçün yoxlamaların aparılması standartlarını (kodlar) qəbul edilməlidir.

Büdcə palatalıq deyil?

Qanunvericiliyə görə, dövlət büdcəsinin və icmal büdcənin gəlirlərinin və xərclərinin, o cümlədən büdcədənkənar dövlət fondlarının auditini Hesablama Palatası aparır. Lakin Hesablama Palatası hələ də icmal büdcəsinin gəlirlərinin və xərclərinin, o cümlədən büdcədənkənar dövlət fondlarının auditini aparmır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyir ki, qanunda çox aydın şəkildə yazılsa da, palata Dövlət Neft Fondunun fəaliyyətinə və büdcəsinə dair rəy hazırlamır və bu barədə heç yerdə məlumat vermir: “Dövlət Neft Fondu ölkənin əsas təbii ehtiyatı sayılan neft və qazın hasilatı və satışından əldə edilən gəlirlərin toplandığı, bu gəlirlərin idarə edildiyi, həmçinin əldə edilən vəsaitlərin gələcək nəsillər arasında ədalətli bölgüsünün təmin edilməsi məqsədi ilə yaradılıb. Hazırda ölkənin strateji valyuta ehtiyatlarının 73%-ni özündə cəmləşdirən Dövlət Neft Fondunun maliyyə axınlarına, vəsaitlərin yerləşdirilməsinə, fonddan maliyyələşən layihələrin icrasına və fondun büdcəsinə Hesablama Palatasının rəy verməməsi çox maraqlı haldır. Halbuki cəmiyyətin ən çox maraqlandığı və şəffaf idarə edilməsinə əmin olmağa cəhd etdiyi bir dövlət qurumdur”.

Rəşad Həsənov əlavə edir ki, büdcənin fonddan asılılığı təhlükəli həddə olsa da, Hesablama Palatası 2013-cü ilin büdcə layihəsinə rəy verərkən Neft Fondundan büdcəyə köçürmələrin həcminin artmasını dəstəklədiyini açıqlayır: “Hesablama Palatasının sədri Heydər Əsədov (kənd təsərrüfatı naziri təyin olunsa da, palata sədri postunu təhvil verməyib – red.) bildirir ki, fonda olan vəsaitlər büdcədən 2 dəfə çoxdur, vəsaitlərin ən yüksək reytinqli banklarda saxlanmasında da hər hansı təhlükələr var və əks halda büdcənin yükü çox olar. Əlbəttə ki, Hesablama Palatasının ölkə əhəmiyyətli məsələyə yanaşma tərzində mənfi məqamların olduğu ortaya çıxır. Dünya təcrübəsindən də göründüyü kimi, real sektorun və büdcənin hər hansı bir mənbədən (vergilərdən başqa) asılılığı sonda iqtisadi tənəzzülə və digər sektorların faktiki olaraq məhvinə səbəb olur.

Neft Fondundan büdcəyə transfertlərin həcminin artan templə davam etməsi 2013-cü ildə ilk dəfə olaraq fondun büdcəsinin 2.2 milyard dollar kəsirlə yerinə yetirilməsinə səbəb olacaq. Əlbəttə ki, proqnozlaşdırılan neft və qaz hasilatı real baş verərsə və dünya bazarlarında neftin qiymətləri 100 dollardan yuxarı olarsa. Lakin son illərdə baş verən hasilat azalmasının sürətli tempi, xüsusilə də 2012-ci ildə proqnozlaşdırılan neft hasilatının təmin edilməməsi, bu sahədə ciddi narahatlıqların yaranmasına səbəb olub. Bütün bunların fonunda Hesablama Palatasının məsələyə münasibəti və transfertlərin artırılmasını dəstəkləməsi doğru addım olmamaqla yanaşı, həm də palatanın fəaliyyətində nöqsanların olmasından xəbər verir”.

Ekspert həmçinin qeyd edir ki, Hesablama Palatası Satınalmalar üzrə Dövlət Agentliyinin fəaliyyətinə rəy bildirmir: “Qanunvericiliyin tələblərinə görə, dövlət orqanları tərəfindən alınan mal və ya xidmətlərin dəyəri 50 min manatdan yuxarı olduqda tenderlər həyata keçirilməlidir. Məhz bu zaman Satınalmalar üzrə Dövlət Agentliyi dövriyyəyə girir və tenderlərin keçirilməsin təşkil edir. İl ərzində təxminən 2.5-3 milyard manat həcmində satınalma məqsədli tenderlər həyata keçirilir. Və bu zaman xərclənən vəsaitlər dövlət büdcəsindən ödənildiyi üçün Hesablama Palatası xərclərin istiqaməti və dəyərliliyin təmini məqsədi ilə tenderlərin nəticələrinə rəy bildirməlidir. Lakin hazırda bu istiqamətdə hər hansı bir nəzarət yoxlamasının həyata keçirilməsi haqqında ictimaiyyət məlumatlandırılmır və hesabatlarda öz əksini tapmır. Bu isə dövlət maliyyəsinin səmərəli və təyinatı üzrə istifadə edilməsində boşluqların olmasına, həmçinin şəffaflığın və səmərəliliyin təmin edilməsində nöqsanların nəzarətsizliyinə yol açır. Həqiqətən də bir çox tenderlərin keçirilməsində zaman-zaman müxtəlif problemlərin ortaya çıxdığının şahidi oluruq. Bu zaman alınan mal və xidmətlərin dəyərinin süni şişirdilməsi halları və beləliklə də büdcə vəsaitlərinin mənimsənilməsi aydınlaşdırılmalıdır”.

Əlavə edək ki, ümumiyyətlə büdcənin önəmli hissəsi Hesablama Palatasının ekspertizasından kənarda qalır.

Sədr kimə tabedir?

Nəhayət, üzə çıxardığımız bir məqama da toxunmaq istərdik. Hesablama Palatasının sədri Heydər Əsədovun kənd təsərrüfatı naziri təyin olunmasında hüquqi prosedura uyğunsuzluq var. Hesablama Palatası prezidentə deyil, Milli Məclisə tabedir, palatanın sədrini Milli Məclis təyin edir. Qanuna görə, Heydər Əsədovun vaxtından əvvəl vəzifədən azad edilməsi üçün Milli Məclisin qərarı olmalıdır.

Hesablama Palatası qanununun 11-ci maddəsi qurumun üzvlərinin vəzifədən vaxtından əvvəl olunması qaydalarını tənzimləyir. Qeyd olunur ki, palatanın sədri, sədr müavini və auditorları vəfat etdikdə, məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş elan edildikdə bu barədə qərarı Milli Məclisin sədri verir.

Ancaq qurumun üzvləri vəzifədən azad olunmaq haqqında ərizə ilə müraciət etdikdə, cinayət törətdikdə və barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü olduqda, o cümlədən dörd aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü haqqında Hesablama Palatasının təşkil etdiyi xüsusi həkim komissiyasının rəyi olduqda, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edildikdə Milli Məclisi sədrinin təqdimatı əsasında parlament vaxtından əvvəl vəzifədən azad olunmaqla bağlı qərar qəbul edir.

Heydər Əsədovun Hesablama Palatasının sədri kimi səlahiyyət müddəti 2014-cü ilin aprel ayında bitir. Hüquqşünas Eldar Qocayev deyir ki, Hesablama Palatası sədrinin başqa vəzifəyə keçirilməsi vəzifədən azad olunmaq haqqında ərizəsinə onu təyin etmiş orqan müsbət cavab verdikdən sonra mümkündür: “Əks halda bu yalnız bir şəxsin eyni zamanda iki mühüm vəzifəni tutmasının qeyri-mümkünlüyü ilə bağlı qanun pozuntusu yox, həm də hakimiyyətin müxtəlif qollarına (qanunverici və icraedici) aid iki vəzifənin eyni bir şəxs tərəfindən icra olunmasının yolverilməzliyi ilə əlaqədar konstitusiya tələblərinin pozulmasıdır”.

Heydər Əsədovun “Hesablamayan palata”sı

Tanınmış iqtisadçı-ekspert Bəkir Nərimanoğlu “Mediaforum” saytında “Hesablamayan palata” adlı maraqlı təhlili yazı ilə çıxış edib. Mövzunun aktuallığını və yanaşmanın özəlliyini nəzərə alaraq virtualaz.org həmin yazını öz oxucularına təqdim edir. Onu da qeyd edək ki, yazı Azad İqtisadiyyata Yardım İctimai Birliyinin “İctimai maliyyəyə effektiv nəzarət sistemi” layihəsi (Donor: Avropa Birliyinin Azərbaycan nümayəndəliyi) çərçivəsində keçirilən jurnalist müsabiqəsinə təqdim edilib.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

  • Hökumətə təklif verildi

    Hökumətə təklif verildi ...

    10-07-2013, 04:36

  • 
  • “Qanun” nəşriyyatının Vergilər Nazirliyi ilə çəkişməsi: ifadələr fərqlənir

    “Qanun” nəşriyyatının Vergilər Nazirliyi ilə ...

    24-01-2014, 15:11

  • 
  • Fazil Məmmədovun audit maxinasiyası

    Fazil Məmmədovun audit maxinasiyası ...

    11-03-2013, 10:24

  • 
  • Səfir Arif Məmmədovla bağlı Baş Prokurorluğa müraciət edildi

    Səfir Arif Məmmədovla bağlı Baş Prokurorluğa ...

    15-07-2015, 15:17

  • 
  • Hesablama Palatasının yeni sədri seçildi: O kimdir?

    Hesablama Palatasının yeni sədri seçildi: O ...

    22-11-2013, 12:38

Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu