GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Vaqif Musayevin saxlanmasındakı sirli məqamlar

Vaqif Musayevin saxlanmasındakı sirli məqamlar

Tarix: 19-11-2013, 11:38 Bölmə :Manşet Baxış: 3 245
Vaqif Musayevin saxlanmasındakı sirli məqamlar
Gizli oliqarxın həbsi Milli Şura ilə bağlanır
AMİP-in ikinci adamı olmuş “yeraltı dünya”nın ünlü simasını Akif Muradverdiyevlə bağlayan tellər var; həbslər davam edəcək; hakimiyyət medianı və müxalifəti tamamilə sıradan çıxartmaq niyyətindədir


“Vaqif Musayev, Nicat Quliyev, Akif Muradverdiyevlə gizli şəkildə əlaqədə olaraq, Milli Şuranın gələcəyi ilə bağlı razılığa gələn simalar da eyni aqibətlə üzləşəcəklər”


Vaxtilə Azərbaycanda tanınmış iş adamı olan Vaqif Musayevin həbsi ilə bağlı müəmmalar mediada ciddi müzakirə mövzusuna çevrilib. DİN-in rəsmi məlumatına görə, V.Musayev qanunsuz odlu silah gəzdirməsi səbəbindən saxlanıb. Rəsmi məlumatda o da deyilir ki, AMİP-in keçmiş rəhbərlərindən olan Vaqif Musayevi 1 həftə öncə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları həbs edib. Maraqlıdır ki, bu məlumat həbsdən bir neçə gün sonra mediaya sızıb.

Beləliklə, Prezident Aparatının sabiq işlər müdiri Akif Muradverdiyev, sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin həbsindən sonra siyasətin yaxın tarixində aktiv fiqurlardan olmuş Vaqif Musayevin də odlu silah ittihamı ilə həbsi maraqlı mənzərə yaradır.
15-20 il əvvəl siyasi proseslərin daima mərkəzində olan V.Musayevin adı son illər unudulmuşdu. Bu səbəbdən də onun haqqında əldə etdiyimiz bəzi məlumatları “Yeni Müsavat”ın oxucuları ilə bölüşürük. Kimdir Vaqif Musayev?

Daha çox “yeraltı dünyanın boz kardinallarından” olan V. Musayev əslən Lerikdəndir. Karyerasına Ayaz Mütəllibovun ölkəyə rəhbərliyi zamanında başlayıb. Uzun illər qənnadı fabrikinin, ət kombinatının, ticarət və ərzaq komitələrinin sədri olub. Əbülfəz Elçibəyin və Heydər Əliyevin prezidentlikləri dövründə də mövqelərini xeyli dərəcədə qoruyub saxlaya bilib. Hakimiyyətdəki postlarını itirdikdən sonra AMİP-ə üzv olub və qısa bir zamanda partiyanın önəmli pərdəarxası simalarından birinə çevrilib.



Hakimiyyətlə ilk ciddi siyasi problemi 1993-cü ildə, Ələkrəm Hümbətovun “Talış Muğan Respublikası” elan etdiyi və V. Musayevə “baş nazir” postu verildikdən sonra başlayıb. AMİP-ə üzvlük onu hakimiyyətin təzyiqlərindən müəyyən mənada qoruya bilib.
Etibar Məmmədovun himayəsində olması onu “TMR” işinə görə həbsdən xilas edib. Hətta 2000-ci ilin parlament seçkilərində V. Musayevin adı AMİP-in proporsional seçki siyahısında E. Məmmədovdan sonra ikinci yerdə olub. AMİP-də böyük nüfuz sahibi olan Nazim İmanov və Şadman Hüseyn siyahıda V.Musayevdən sonra gəliblər.

Bu da həm partiya daxilində, həm də hakimiyyətdə ciddi narazılıq yaratmışdı. Bütün təzyiqlərə və medianın basqılarına baxmayaraq, E. Məmmədov V. Musayevin adını siyahıdan çıxartmadı. İddialar var idi ki, V. Musayevi partiya sırasında ikinci etməyin müqabilində E. Məmmədov ondan sonunda sıfırları çox olan para da alıbmış. Lakin nəticə AMİP üçün acınacaqlı oldu və Vaqif Musayevin deputatlıq arzusu həyata keçmədi. Hakimiyyət partiyanı seçkilərdə tələb olunan 6 faizlik baryerdə “ilişdirdi” və V.Musayev də oyundan kənarda qaldı. Bir müddət AMİP-də qalan, 1998-ci il prezident seçkilərinin də fəallarından olan V. Musayev 2003-də, seçkilərə az qalmış gözləntiləri reallaşmadığından partiyadan getdi və kuluar söhbətlərində narazılıq hədəfi kimi E. Məmmədovu seçdi. Hətta o zaman qəzetlərə verdiyi müsahibələrində də V. Musayev E. Məmmədovu tənqid etmişdi.

2005-ci ildə bir daha parlament seçkilərinə qatılan və yenidən uğursuzluğa düçar olan V. Musayev təkrar “yeraltı dünyaya” qayıdıb bir müddət üzə çıxmayıb.



V. Musayev, yuxarıda da qeyd etdiyimiz kimi, partiyaya üzv olduğu zamanlarda AMİP-in əsas maliyyə mənbələrindən biri olub. Siyasi müstəvidə fəal görünməsə də, V.Musayev çevrəsində əliaçıq, ünsiyyətcil və gözəl təhlil qabiliyyəti olan şəxs kimi tanınıb. Bəzi iddialara görə, V. Musayevin bu yaxınlarda həbs olunan A. Muradverdiyevlə də yaxınlığı olub. Hətta Milli Şuraya üzvlük məsələsində də müzakirələrdə iştirak edib. Bu cür iddialara görə, V. Musayev pərdəarxasından olsa da, MŞ-də fəal bir oyunçuya çevrilmək istəyib.
Maraqlıdır ki, həbs olunan hər üç şəxsin adı hansısa formada Milli Şura ilə əlaqələndirilməyə çalışılır. İstisna deyil ki, pərdə arxasında gerçəkdən də bu şəxslərin əlaqələri olub və onlar Milli Şuraya üzvlüklə bağlı müzakirələrdə iştirak ediblər. Məsələn, mötəbərliyi şübhə doğurmayan bir mənbə iddia edir ki, hazırda həbsdə olan A.Muradverdiyev Etibar Məmmədova təkid edib ki, o da MŞ üzvü olsun. “Lakin AMİP lideri bu planı Rusiya layihəsi adlandırıb və quruma üzv olmaqdan qəti şəkildə imtina edib. Bu söhbətdən bir qədər sonra Akif Muradverdiyev həbs olunub”, deyə mənbəmiz çoxmənalı işarələr verib...



Sabiq nazir əvəzi, Vasif Talıbovun xalası oğlu Nicat Quliyevin həbsi isə ümumiyyətlə, hakimiyyətin planında korrektələr edib. Rüstəm İbrahimbəyov özü də son müsahibələrinin birində dolayısı ilə etiraf edib ki, N. Quliyevin həbsi onun Bakıya dönüşünün qarşısını aldı. A. Muradverdiyev, N. Quliyevin həbsi R. İbrahimbəyovun da belə aqibətlə üzləşəcəyi ehtimalını yaradırdı. O zaman artıq bəlli idi ki, R. İbrahimbəyov seçkilərə qatılmayacaq...



Putinlə Əliyevin nəhayətdə dil tapması, bundan sonra “Milyarderlər İttifaqı”nın Azərbaycanda çevriliş hədələrindən və Milli Şuranı maliyyələşdirməkdən kənara çəkilməsi, sözügedən həbslər və nəhayətdə, Cəmil Həsənlinin prezidentliyə namizəd olması Rusiyanın müəyyən dairələrinin planlarına sarsıdıcı zərbələr vurdu. Lakin seçkidən sonra belə məlum oldu ki, Rusiyanın bəlli dairələrinin Azərbaycan siyasətinə, o cümlədən də Milli Şuraya müdaxiləsi hələ də qalır və davam edir.



Vaqif Musayevin həbsini də hələ gizlicə davam edən Rusiya ssenarinə cavab kimi ehtimal etmək olar. Yuxarıda sadalananlardan savayı, mütləq qeyd olunmalıdır ki, V. Musayevin əsas biznesi Rusiyadadır və bu əsrarəngiz fiqur qonşu ölkə ilə sıx bağlıdır. Sabiq mütəllibovçu olan bu şəxsin Rusiya siyasətçiləri ilə əlaqələrini hələ də saxlaması da mümkündür. Odur ki, ehtimal edə bilərik ki, onun həbsinin “biznes razborkası” ilə bir bağlılığı yoxdur. Bəzi məlumatlara görə, müəyyən siyasi fiqurlara təsir etmək gücündə olan V. Musayev, özü üzvü olmasa da, Milli Şurada Rusiya xəttinin daha qabarıq formada təzahür etməsinin tərəfdarı olub və bir sıra fiqurlar vasitəsilə (onların adları “Yeni Müsavat”a bəllidir - red.) Milli Şuranın yönəldilməsində söz sahibi olmağa çalışıb...
Burada maraqlı bir məqam çıxır. Məlum olduğu kimi, R. İbrahimbəyov Milli Şuranın həmsədrliyinə Müsavat və AXCP liderlərinin gətirilməsi ideyasına qarşı çıxır. Yazıçı Rusiya amilində də tərəddüdlər etməkdədir və Kremlə qarşı açıq çıxışlar etmir. Həm də İbrahimbəyovda MŞ-da onun maraqlarını müdafiə edəcək ciddi simalara ehtiyac yaranmışdı... Bu fonda V. Musayevin həbs olunması baş verənlərə ciddi yanaşmağa əsas yaradır və müəyyən mənada hakimiyyətin qarşıdakı hədəflərinin xəbərçısıdır. Təhlillər onu deməyə əsas verir ki, həbslər davam edəcək. Xüsusən V. Musayev, N. Quliyev, A. Muradverdiyevlə gizli şəkildə əlaqədə olaraq, Milli Şuranın gələcəyi ilə bağlı razılığa gələn simalar da eyni aqibətlə üzləşə bilərlər.



Bir sözlə, Azərbaycan hakimiyyəti Rusiyanın rəsmi Bakıya qarşı növbəti təzyiqlərinə kütləvi həbslərlə cavab verə, bu fonda da bütövlükdə Milli Şura ağır zərbələr ala bilər. Yaranmış vəziyyətdə, Rusiya ilə bağlığı olan hər bir kəs üçün ağır sınaq dövrünün başlanması qaçılmazdır. İstənilən halda, həbslərin davam edəcəyi, Milli Şuranın Rusiya layihəsi olduğunu “sübut” edəcək faktların tirajlanacağı şübhəsizdir. İlk növbədə Rusiyaya rəğbəti olan və ənənəvi müxalifətdən fərqli düşüncəyə malik siyasi qüvvələri bu quruma dəvət edən şəxslər hədəfdə ola bilərlər. Sonrakı mərhələdə isə bu miqyasın daha da genişlənməsi mümkündür. Odur ki, çıxış yolları tapmaq, qabaqlayıcı addımların atılması zərurəti yaranır. Müxalifət mətbuatının susdurulması üçün addımların atıldığı bir sırada yeni həbslərin də aparılacağı ehtimalı yüksəkdir.

Bir sözlə, görünən budur ki, hakimiyyət 2015-ci ilə hazırlaşır; vintləri sıxır və əsas hədəfində də tənqidçi medianın, müxalifət partiyalarının, sosial şəbəkələrin sıradan çıxarılması durur. Odur ki, dəqiq deyə bilərik: qarşıda bizi olduqca sərt qış gözləyir...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Akif Muradverdiyevin Vaqif Musayevlə heç bir əlaqəsi olmayıb”

    “Akif Muradverdiyevin Vaqif Musayevlə heç bir ...

    20-11-2013, 12:57

  • 
  • Etibar Məmmədov Vaqif Musayevin həbsindən danışdı

    Etibar Məmmədov Vaqif Musayevin həbsindən danışdı ...

    19-11-2013, 12:14

  • 
  • “Akif Muradverdiyevin həbsində mənim əlim yoxdur"

    “Akif Muradverdiyevin həbsində mənim əlim ...

    28-11-2013, 17:13

  • 
  • MTN Etibar Məmmədovun yaxın adamını həbs elədi

    MTN Etibar Məmmədovun yaxın adamını həbs elədi ...

    16-11-2013, 23:31

  • 
  • Vaqif Musayevdən cəmi bir xəbər var: xəbər yoxluğu

    Vaqif Musayevdən cəmi bir xəbər var: xəbər yoxluğu ...

    23-12-2013, 20:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu