GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycan uğrunda geosiyasi savaş başladı

Azərbaycan uğrunda geosiyasi savaş başladı

Tarix: 22-11-2013, 16:14 Bölmə :Manşet Baxış: 874
Azərbaycan uğrunda geosiyasi savaş başladı
Noyabrın 29-da Azərbaycan balansdan imtina etməlidir

Noyabrın 29-da Avropa İttifaqının «Şərq tərəfdaşlığı proqramı» üzrə çox mühim sənədlərin qəbul edilməsi gözlənilir. Ukrayna və Azərbaycan bu sənədləri imzalamalıdır. Rusiya isə bu tədbiri pozxmaq üçün əlində olan bütün diversiya imkanlarından istifadə edir. Məsələ o qədər ciddidir ki, hətta İlham Əliyevin Ukraynaya sonuncu səfərindən dərhal sonra Ukraynada azərbaycanlılara qarşı təzyiqlər artıb. Azərbaycanın bu sammitdə asossiativ, yoxsa ikitərəfli sazişlərə imza atacağı kifayət qədər önəmlidir. Rəsmi Bakı qarşısında qoyulan əsas şərt Avropa ilə viza rejiminin sadələşdirilməsi məsələsdir. Böyük ehtimalla Azərbaycan iqtidarı bu sənədi imzalayacaq. Bu isə Putinin Gömrük İttifaqına qoşulmamaqla bağlı ən mühim siyasi qərar olacaq. Region uğrunda Rusiyanın sərt çabaları bundan sonra yüksələn xətlə davam edəcək. Cənubi Qafqazda Gürcüstandan sonra Azərbaycanın da Avropaya tərəf keçməsi Kreml üçün böyük itkidir. Və nəticə etibarilə də Ukrayna və dünya okeanına çıxış və sair amillər Avropanın əsas hədəfidir. Avropa bu hədəfinə doğru illƏrdir ki, yürüməkdədir. Rusiya isə bir qədər geciksə də, ənənəvi imperiativ addımlarından yararlınmaq istəyir.

Rusiya Azərbaycandan İran sərhədlərini qorumağı öz əsgərlərinə həvalə etməsini istəyir, Bakı isə başını yenidən bəlaya salmaq fikrində deyil. Son dövrlər Rusiya ilə Azərbaycan arasında yeni bir gərginlik yaşanır. Putin hakimiyyəti rəsmi Bakıya qarşı ilk addımlarını sonuncu seçkilər dövründə atdı. Bu «Milyarderlər İttifaqı» idi ki, bunun hələ çox baş ağrıdacağı gözləniləndir.
Amma son günlərin başqa bir məsələsi də diqqəti çəkir. O da Rusiyanın İran əndişəsidir. Və Moskva anlayır ki, Suriyadan sonra vəziyyət dəyişəcək. Üstəlik, proseslər Qərb tərəfindən İrana transfer olunacaq. Bu əsnada Kremlin Bakıya çox köhnə yeni təklifi də gündəmə gəlib. Ona görə də, Rusiya özünün imperiya maraqlarını önə çıxarmağa başlayıb.
Rusiyanın ənənəvi imperiya maraqları var və bunu Kremlin özü də təsdiq edir. Ancaq Rusiyanın imperiya kimi tanınması və göstərilməsini şərtləndirən konkret bölgələr var. Bəziləri elə düşünür ki, Ukrayna, Moldova və Belarus bunun üçün əsas zəmindir. Hətta Cənubi Qafqazı imperiyanın mərkəzi kimi təqdim edənlər də az deyil. Lakin bu zaman diqqətdən yayınan mühüm bir məsələ var və onun üzərində bir qədər düşünmək maraqlı olardı.
İstər tarixi, istər siyasi, istərsə də geosiyasi baxımdan məsələyə yanaşdıqda istiqamətin yanlış seçildiyini açıq şəkildə görmək olar. Bu həqiqətdir ki, Cənubi Qafqaz Rusiya üçün önəmli bir məkandır. Xüsusən də Azərbaycanın əldə saxlanılması mühüm şərtdir. Ancaq Rusiyanı imperiya kimi göstərən başlıca amil Qafqaz deyil. Əksinə, bunun üçün Orta Asiyaya baxmaq daha doğru olardı. Dünyanın aparıcı ekspert və analitikləri birmənalı şəkildə vurğulayırlar ki, Orta Asiya Rusiyanın əlindən çıxarsa, bu artıq böyük biri imperiyanın sıradan çıxması və tarixdən silinməsi deməkdir.
Bu fikrin tərəfdarları əsasən Makkinder nəzəriyyəsinə söykənirlər. Onlar deyirlər ki, Orta Asiya əraziləri steplərdən ibarət olması və iqtisadiyyatın, sənayenin inkişafını şərtləndirən xammalla zənginliyi mühüm amildir. Rusiya kimi bir ölkə üçün belə bir əlverişli ərazinin əldə saxlanılması şübhəsiz vacibdir. Ən əsas cəhətlərdən biri də budur ki, həmin steplərin coğrafi imkanları yükdaşımalarda mühüm rol oynayan dəmiryollarının çəkilməsi üçün maneələr yaratmır. Daha dəqiq ifadə etsək belə anlaşılar ki, releyfin əlverişli olması çəkilən xərclərin miqdarını azaldır. Bir sözlə, bir zamanlar Orta Asiyada monqol atlarını indi «dəmir atlar», yəni qatarlar əvəz etməkdədir.
Orta Asiyanın enerji ehtiyatları da böyük əhəmiyyət daşıyır. Rusiya anlayır ki, bu ərazilərin əldə saxlanılması Çin və digər Asiya ölkələrinə asanlıqla və ucuz qiymətə məhsul göndərməyə imkan verir. Eyni zamanda, Hindistana qədər uzanan bu məkanın nəzarət altında olması böyük bir ticarət yoluna hakim olmaq anlamındadır. Burada Əfqanıstan, Pakistan və İran amillərini də nəzərdən qaçırmaq olmaz.
Birmənalı şəkildə demək olar ki, Cənubi Qafqazın kilid ölkəsi Azərbaycandır. O zaman Orta Asiyanın da belə bir dövləti var. Bunun üçün SSRİ-nin ilk xarici işlər nazirlərindən olan Dzerjinskinin fikirlərinə diqqət yetirmək yerinə düşərdi. «Əgər Rusiya Cənubi Qafqazı əlində saxlamaq istəyirsə, bunun üçün Azərbaycanı əldən verməməlidir. Orta Asiyanı əlində saxlamaq üçün isə Rusiyaya Özbəkistan lazımdır».
Əslində, Rusiyanın nə istədiyi və nə üçün istədiyi çoxdan bəllidir. Sadəcə, Kreml çox vaxt bu məsələni dilinə gətirməki istəmir. Amma dolayı yollarla çatdırır ki, onun bölgədə istədikləri var və Azərbaycan onları həyata keçirərsə, artıq Ermənistan amili qalmayacaq. Həmin istəklər nədən ibarətdir?
Aydın məsələdir ki, Rusiya Qərbin Xəzər hövzəsinə gəlməsini qəti istəmir. Bunun üçün illərdən bəri formalaşdırdığı dənizin hüquqi status problemini də əlində kozır kimi saxlayır. Mümkün qədər prosesi uzadan Kreml İranı da ilk gündən özünə şərik edib ki, barəsində şübhələr bir o qədər yaranmasın. Qərbin Xəzərə gəlişi isə Rusiyanın bir şəkildə Orta Asiyanın müəyyən qisminin əldən çıxması anlamına gələ bilər. Həmçinin buradakı enerji resurslarına nəzarət itirilə bilər ki, Moskva da bunu heç arzulamır. Marşrutlar məsələsini də burada unutmaq olmaz. Ona görə ki, həmin xətlərin nəzarətdə saxlanılması Rusiyanın Qərbin həyata keçirmək istədiyi planları önləmək istəyini həyata keçirməyi asanlaşdıra bilər.
Ancaq bütün bunlar üzdə olmayan bir cəhətin fonunda boş bir şey kimi diqqəti çəkməkdədir. Rusiyanın Azərbaycandan istədiyi əsas şey İran sərhədlərinə nəzarəti əldə etməkdir. Belə ki, Azərbaycanla İran arasındakı 618 km-lik bir sərhəd zolağının Rusiya hərbçiləri tərəfindən qorunması bütün dövrlərdə Bakının qarşısına qoyulmuş təkliflərdən biri olub. Ancaq rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində heç bir zaman başqa bir dövlətin hərbi bazasının yerləşməsinə razı olmayacaq və imkan verməyəcək. Bu həm də Konstitusiyada da dolayısı ilə təsdiqini tapıb. Belə olan təqdirdə, Kremlin üzərinə düşən əsas vəzifə budur ki, Azərbaycanı bütün imkanlardan istifadə edib razı salmalıdır.
Bəzi ekspertlərin rəyi belədir ki, hal hazırda Qarabağ münaqişəsinin həllinə Rusiyanın yardım etməməsi məhz bununla bağlıdır. Onların rəyinə görə, Moskva «Qarabağ kartı»nıi əlində saxlayaraq, bununla Azərbaycana təsir etməyə çalışır. Həmçinin o fikirdə olanlar da var ki, əgər rəsmi Bakı İran sərhədlərinin qorunmasını rus əsgərlərinə həvalə edərsə, Qarabağ münaqişəsi qısa bir müddət ərzində öz həllini tapacaq. Bunun nə qədər real olduğunu demək mümkün olmasa da, təqribən təxmin etmək olar. Yəni, ehtimal etmək olar ki, ruslar sərhədlər qarşılığında Qarabağı ermənilərin əlindən alıb qaytara bilərlər.
Bəs, İran sərhədləri Rusiya üçün niyə bu qədər önəmlidir? Bu sualın cavabı bir o qədər çətin deyil. Məsələ belədir ki, Qərbin Orta Asiya və Asiyaya uzanması üçün Cənubi Qafqaz həmişə «geosiyasi koridor» rolunu oynayıb. Gürcüstandan başlayan «koridor» Azərbaycandan keçməklə, Orta Asiyaya uzanır. Bu keçidin Rusiyanın SSRİ vaxtı əlində olması Avropanın işini bütünlüklə çətin salmışdı. Elə SSRİ-nin dağılması üçün külli miqdarda pulların xərclənməsi də bu geosiyasi məkanın ələ keçirilməsini ehtiva edirdi.
SSRİ vaxtı İran sərhədlərinə nəzarət rusların əlində olduğundan məkan tamamilə bütünləşmişdi. Yəni, «koridor» bağlanmışdı. Belə olan təqdirdə, Rusiyanın imperiya olmasını şərtləndirən Orta Asiyaya giriş imkanları tamamilə sıradan çıxmışdı. Həmin geosiyasi məkanı yenidən ələ keçirən Qərb 1992-ci ildə rus ordusunun Azərbaycandan çıxarılmasıyla istəyinə qismən nail olub. Hazırda bu «koridorun» bağlanmaması üçün gərəkən bütün dəstəyi verməyə hazır olduğunu məhdud dairələrdə bəyan etməkdədir.
Rusiya dərindən anlayır ki, əgər yenidən həmin sərhədləri əldə edərsə, bu «koridor»un bağlanması deməkdir. Nəticədə, Moskvanın imperiya olmasını şərtləndirən böyük bir məkan nəzarətindən kənara çıxmayacaq və Avropanın da buralara gəlişi mümkünsüzləşəcək. Elə bu səbəbdən də israrla Azərbaycandan öz ordusunu İran sərhədlərinə gətirməyi istəyir ki, hələ də buna müsbət cavab verilmir.
İndi əsas suallardan biri də budur. Son dövrlər rəsmi Bakının həyata keçirdiyi balanslaşdırılmış siyasət mahiyyət etibarı ilə heç kimi incik salmamağa hesablanıb. Əslində isə bu siyasət boşa çıxıb. Çünki balans siyasəti işə yaramır və bütün tərəflərlə gərginliklər yaşanır.
İran sərhədlərini Rusiya əsgərlərinə həvalə etmək və onların ixtiyarına vermək Qarabağın geri qaytarılmasını şərtləndirə bilər. Amma bunun əvəzində Azərbaycanın daha nələri itirə biləcəyi çox mühümdür. Qarabağ münaqişəsi gec-tez öz həllini tapmalıdır və bunun başqa yolu yoxdur. Hətta istər bu hakimiyyət, istər bundan sonrakı hakimiyyət tərəfindən də müharibə yolu ilə olsa belə itirilmiş torpaqlar geri qaytarılacaq. Ancaq İran sərhədləri Rusiya əsgərlərinə tapşırılarsa, o zaman Azərbaycan növbəti bir təhlükə ilə üz-üzə qalacaq ki, bu da Qərbdir.
Mühüm bir «koridoru» əlində saxlamağa çalışan və bunun üçün bölgəyə külli miqdarda sərmayələr gətirən Qərb bütün proseslərin yekun mərhələsində məkanı itirmək niyyətində deyil. Bunun üçün hər hansı bir zəmin olarsa, şübhəsiz Avropa və ABŞ onun qarşısını almaq üçün addımlar atmağa başlayacaqlar. Həmin addımların nələrdən ibarət olacağı və nələrlə nəticələnəcəyi barədə isə indidən söz demək mümkün deyil. Bu isə indiki məqamda Azərbaycana qəti sərf etmir və ona görə də, Rusiyanın istəyinin reallaşa biləcəyi yaxın gələcək üçün real görünmür.
Bir sözlə, rus ordusu İranla sərhəddə yerləşərsə, Qarabağın geri qaytarılması bir kənara, Azərbaycanın özünün tamamilə işğal altına düşməsi proses reallaşacaq.

Azər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ və Avropa Azərbaycan iqtidarını necə və niyə qoruyur?

    ABŞ və Avropa Azərbaycan iqtidarını necə və niyə ...

    19-05-2014, 10:44

  • 
  • Rəsmi Bakı növbəsinin çatdığının fərqindədir

    Rəsmi Bakı növbəsinin çatdığının fərqindədir ...

    12-02-2014, 18:06

  • 
  • “Ukrayna Vilnüsdə saziş imzalamasa ciddi zərər dəyəcək” - ŞƏRH

    “Ukrayna Vilnüsdə saziş imzalamasa ciddi zərər ...

    28-11-2013, 13:03

  • 
  • “Azərbaycan Gömrük İttifaqına qoşulmayacaq”

    “Azərbaycan Gömrük İttifaqına qoşulmayacaq” ...

    24-11-2013, 11:37

  • 
  • AB-Azərbaycan viza sadələşdirilməsi və readmissiya sazişləri qüvvəyə minir

    AB-Azərbaycan viza sadələşdirilməsi və ...

    1-09-2014, 14:37


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (76)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu