GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Rəsmi Bakı növbəsinin çatdığının fərqindədir

Rəsmi Bakı növbəsinin çatdığının fərqindədir

Tarix: 12-02-2014, 18:06 Bölmə :Manşet Baxış: 1 393
Rəsmi Bakı növbəsinin çatdığının fərqindədir
Azərbaycan iqtidarı yazdan siyasi islahatlara başlayır

Ukraynada başlayan proses ardıcıl və prinsipiallığı ilə fərqlənməkdədir. Demokratiya dalğası Rusiyanın sərhədlərinə doğru irəliləməkdədir. Ukraynada baş verən proseslər demək olar ki, artıq yekunlaşmaq üzərdir. İki dəfə Rusiyanı çətin duruma düşürən Yanukoviç iqtidarı bu dəfəki sınaqdan necə çıxacaq? İndi ABŞ və Avropa Birliyi Ukraynaya təzyiqləri artırır. Lakin Rusiyanın bu regionda tək imkanları qalmaqdadır. Separtizm və parçalama. Ekspertlər hesab edirlər ki, Rusiya Ukraynada son olaraq parçalanma siyasətinə üstünlük verəcək. Məsələ burasındadır ki, Ukraynanın parçalanması və yeni siyasi xəritənin yaranması istənilən halda dünyanın gömrük və coğrafi münasibətlər sisteminə də təsirsiz ötüşməyəcək. Bu baxımdan da ən azı Qara dəniz sahillərində yerləşən dövlətlər yeni siyasi münasibətlərin yaranmasına mane olacaqlar. Türkiyə yeni münasibətlərin formalaşmasına razı ola bilməz. Məsələ burasındadır ki, Türkiyənin daxilində Avropanın və hətta iddia edildiyi kimi ABŞ-ın yaratdığı daxili sorunlar çözülə bilmir. Hər gün dünya mediasında Ərdoğanla bağlı olaraq müdhiş xəbərlər yayılır. Türkiyə bölgədə strateji gücə çevrilməklə bağlı olaraq imkanlarını itirməkdədir. Suriyada baş verənlərdən sonra Ərdoğan iqtidarının təzyiq altında saxlanılması təsadüfi deyil. Ukraynada baş verən prosseslər isə TAP layihəsinin həyata keçirilməsindən sonra başladı. Məsələ burasındadır ki, TAP layihəsi Azərbaycanın əsas aparıcı dövlət olaraq həyata keçirdiyi strateji xəttin- Türkiyənin tamamladığı bir layihə idi. Türkiyə illərdir ki, Avropa Birliyinə qoşula bilmir. İndi Avropa Birliyi Ankaranın mavi qaz siyasətində diktə edən tərəf olmasına heç bir vəchlə razılaşa bilmir. Amma alternativ yol da yoxdur. Söhbət Rusiyanın Avropanı mavi qazla sınağa çəkdiyi bir məqamda Türkiyənin Azərbaycanın imkanlarından istifadə etməklə hərəkətə keçməsi və Avropaya tam dəstək ola biləcək imkanlar tanıması kifayət qədər mühim narahatlıqlar yaradır. Avropa regionda güclü Türkiyənin olmasını və Azərbaycanın enerji layihələrindən istifadə edərək təzyiq imkanlarını əlində cəmləməsini heç bir halda qəbul etmir. Bu səbəbdən də Türkiyə iqtidarı ABŞ-dan və Avropadan gələn məzhəb təzyiqlərinin qarşısında duruş gətirməyə çalışır. Əgər Türkiyə yıxılacaqsa, o zaman Ukraynada prosseslərin müsbət sonluqla yekunlaşması Azərbaycan iqtidarını da ağır duruma düşürəcək. Strateji olaraq Türkiyənin Azərbaycan iqtidarı ilə regional strateji layihələr həyata keçirməsi bütün hallarda Azərbaycan iqtidarı üçün əlavə siyasi imkan açırdı. Əgər Türkiyədə Ərdoğan iqtidarı duruş gətirə bilsə və təzyiqlərə qarşı yenilməsə, o zaman şübhəsiz ki, təsirlər Azərbaycana yönələcək.
Azərbaycan isə kifayət qədər kövrək olan bir coğrafi regionda yerləşir. İran və Rusiya, o cümlədən də Ermənistanın təsirləri altında olan kiçik bir ölkədə istər siyasi, istər dini, istərsə də mədəni etirazlar bir böhran halında yaradıla bilər. Amma hələlik Ukraynadakı proseslər Rusiya ilə dünyanın savaşının Azərbaycana yönəlməsini ertələyir. Bu sadəcə olaraq bir zaman tanınmasıdır. İsrailin də regiondakı prosseslərdən təmamilə kənarlaşdırılması və prosseslərdə drijor rolunun əlindən alınması Rəsmi Bakı üçün əlavə narahatlıqlar yaradır. Azərbaycanın əsas müttəfiqlərindən olan İsrailin daha çətin duruma düşürülməsi, istənilən halda durumu bir qədər də çətinləşdirir. Məsələ burasındadır ki, ölkənin bu şəkildə idarə edilməsi ilə bağlı olaraq ortada olan problemlər hələlik həllini tapa bilmir. İranın Avropa ilə münasibətlərini yaxşılaşdırması nəticəsində Türkiyə və İsrail sözün bütün mənalarında çətin duruma düşüblər. Bu isə Azərbaycanın regiondakı siyasi manevr imkanlarını xeyli məhdudlaşdırıb.
Demokratiya dalğası Putinin təşəbbüsü ilə qurulmalı olan Avrasiya Birliyinin sərhədlərini boğur. Artıq Rusiya enerji ilə bağlı olaraq təsir imkanlarını itirməkdədir. Və Azərbaycan da bu məsələdə mühim sınaq qarşısında qalmaqdadır.
Azərbaycan prezidentinin sonuncu müşavirə zamanı açıqladığı bəyanataları da kifayət qədər diqqəti çəkən idi. Dövlət başçısı «Mən Azərbaycanın xidmətçisiyəm» deməklə əslində məmurlara da bir sərt mesaj yollamış oldu. Və bu təsadüfi açıqlama deyildi. Ölkədə sosial narazılıqların idarə edilməsi üçün mühim bir projenin başlanmasına xüsusi ehtiyac var. Əgər 2010-cu ildən etibarən Azərbaycanda məmur özbaşnalıqları ilə bağlı olaraq narahatçılıqlar var idisə, bundan sonra analoji olaraq iri məmurların regional olaraq təsir altına düşməsi Rəsmi Bakını narahat etməyə başlayır. Məsələ burasındadır ki, Azərbaycanda yaşana biləcək istənilən siyasi gərginlik bütün hallarda məmurlarla bağlı olur. 2010-cu ildən etibarən Azərbaycanda yaşana biləcək bu narahatlıqlar bütün hallarda etirazların baş verməsinə səbəb olur. İsmayıllı hadisələri hakimiyyət üçün sözün bütün mənalarında ciddi sorunlara yol açdı. Quba hadisələri və sonuncu olaraq Qarabağ əlili Zaur Həsənovun Respublika Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevə görə intihar etməsi məmurlarla bağlı lokal narazılıqları artırdı. Bütün bu göstəricilər hakimiyyətin birinci şəxsinin aktivinə yazılan mənfi bir tendensiya olaraq yazıldı. Və məmurlara görə dövlət başçısının zərbə altına düşməsini şərtləndirdi. Toplanmış etirazlar və ölkə prezidentinə yönəldiyindən Azərbaycanda məmurların əhali ilə davranışları istiqamətində mühim siyasi islahatların həyata keçirilməsini şərtləndirməyə başladı.Lakin proses yetərli səviyyədə getmədi. Bu gün Rusiyanın Avropaya və ABŞ-a təsir etmək üçün əlində olan əsas ölkələr Azərbaycan və Ermənistandır. Əgər Azərbaycan və Ermənistanda daxildən total və kütləvi etirazlar başlayacaqsa, bu zaman dəyişən elə iqtidarların özləri olacaqlar.

Razi ABASBƏYLİ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ və Avropa Azərbaycan iqtidarını necə və niyə qoruyur?

    ABŞ və Avropa Azərbaycan iqtidarını necə və niyə ...

    19-05-2014, 10:44

  • 
  • NATO-nun Ukraynada hərbi əməliyyatları dayandırılır

    NATO-nun Ukraynada hərbi əməliyyatları ...

    27-03-2014, 09:33

  • 
  • “Azərbaycan Gömrük İttifaqına qoşulmayacaq”

    “Azərbaycan Gömrük İttifaqına qoşulmayacaq” ...

    24-11-2013, 11:37

  • 
  • Rəsmi Bakı Avropa ilə Kremlin arasındakı qovğanın episentrində

    Rəsmi Bakı Avropa ilə Kremlin arasındakı qovğanın ...

    27-01-2014, 19:55

  • 
  • “Ukraynadakı hadisələr digər ölkələrə də yayıla bilər”

    “Ukraynadakı hadisələr digər ölkələrə də yayıla ...

    22-02-2014, 21:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu