GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » KXCP seçki saxtakarlıqlarını faş etdi

KXCP seçki saxtakarlıqlarını faş etdi

Tarix: 24-11-2013, 19:38 Bölmə :Manşet Baxış: 677
KXCP seçki saxtakarlıqlarını faş etdi
Partiya 9 oktyabr 2013-cü il tarixində keçirilmiş prezident seçkiləri ilə bağlı rəyi açıqladı

“Əvvəli ötən syımızda)

Namizədin irәli sürülmәsi vә qeydiyyatı
Namizədlərin irəli sürülməsində süni əngəllər yaradılmış, əsassız olaraq 4 namizəd qeydə alınmamışdır. Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Rüstəm İbrahimbəyovun namizədliyi qanunsuz olaraq qeydə alınmadı. Qanunvericilik yalnız başqa ölkələr qarşısında öhdəliyi olan vətəndaşların seçkidə iştirakını məhdudlaşdırır. R.İbrahimbəyov başqa ölkə qarşısında öhdəlik-lərinin olmaması ilə bağlı rəsmi sənədlər təqdim etsə də, MSK məqsədli şəkildə, qanuna zidd olaraq onun namizədliyini qeydə almaması hakimiyyətin, ciddi rəqiblərlə rəqabət aparmaqdan çəkindiyini bir daha göstərdi. R.İbrahimbəyovun MSK-nın qanuna zidd qərarından məhkəməyə müraciəti son iyirmi illik seçki tarixindəki yüzlərlə şikayətlər kimi hakimiyyətin maraqları çərçivəsində həll edildi.
“Real” Hərəkatının sədri İlqar Məmmədovun qanunsuz olaraq həbs edilməsi, daha sonra
namizədliyinin qanuna zidd olaraq qeydə alınmamsı hakimiyyətin siyasi maraqlarının təzahüri idi.
Cəmil Həsənlinin israrlı tələblərinə baxmayaraq, qeydə alınmış namizəd İlham Əliyevin gəlirləri və mülkləri haqqında informasiyalar ictimaiyyətə açıqlanmadı.
Seçkilərə buraxılmış 10 namizədin əksəriyyəti namizəd İlham Əliyevin vəkili statusunda çıxış edərək Cəmil Həsənliyə qarşı mübarizə aparırdı.
Bütün bunlar, ədalətsiz, qeyri-azad, bərabərlikdən uzaq, şəffaf olmayan, qeyri-demokratik, hakimiyyətin tam müdaxiləsi şəraitində keçirilən seçkilərin formal xarakter daşıdığını və bütün sahələrdə olduğu kimi sadəcə olaraq bir görsənti olduğunu isbatladı.

Təşviqat kompanyası
Prezidentliyə namizədlərə ədalətli münasibət sərgilənməmiş və bərabər imkanlar yaradılmamışdır. Təşviqat kompaniyası 21 günə endirilməklə təbliğat və təşviqat müddəti ciddi surətdə azaldılmış, seçicilərlə təmaslar minimuma endirilmiş, hökumətin media üzərində total nəzarəti şəraitində keçilmişdir.
Namizədlərin seçki kampaniyasının dövlət büdcəsindən maliyyələşdirilməsinin ləğv edilməsi, yalnız onların bank hesabına pul köçürülməsi kimi şərtlər faktiki olaraq namizədləri qeyri-bərabər vəziyyətə salmış, böyük maliyyə resurslara malik mövcud prezident üçün digər namizədlərlə müqayisəyə gəlməz dərəcədə imkanlar yaratmışdır.
Milli Şuranın namizədi Cəmil Həsənlinin çıxışları üçün yalnız İctimai Televiziyanın debatlarında 6
dəqiqə, hakimiyyətin maraqları çərçivəsində seçkiyə buraxılan namizədlərin çıxışlarına ondan 9 dəfə artıq vaxt ayrılması, C.Həsənlinin İctimai Televiziyada digər telekanallarda çıxışına imkan verilməmişdir. İTV C.Həsənliyə ödənişli əsaslarla çıxış üçün etdiyi müraciətlərdən imtina etmişdir. Təşviqat dövründə telekanallar İlham Əliyevin təbliği, Cəmil Həsənlinin isə tənqid və təhqiri istiqamətində verilişlər vermişdir.
İTV-də təşkil olunmuş debatlar bütövlükdə İlham Əliyevin “namizədlər” komandasının Milli Şuranın namizədinə hücumu, təhqiri şəraitində keçib. Ümumilikdə AzTV, ATV, ANS, İTV, “Lider TV”, Space TV, Xəzər TV kimi 7 telekanalın informasiya proqramlarında prezident İlham Əliyev 11 saat 45 dəqiqə, müxalifətdən olan namizəd Cəmil Həsənli isə cəmi 16 dəqiqə təqdim edilib, belə ki, bu proqramlarda İ.Əliyev pozitiv, C.Həsənli isə neqativ bucaq altında təqdim olunub.
Ölkədəki medianın böyük qismi prezident İlham Əliyevin prezidentliyə namizədliyinin təşviqat kampaniyası aparıb, Milli Şura namizədinə qarşı isə məqsədyönlü tənqid həyata keçiriblər. Media mənsublarına qarşı aparılan təzyiqlər, məhkəmə iddiaları jurnalistlərin vəziyyətini daha da ağırlaşdırıb, diffamasiyaya görə cinayət məsuliyyəti internetə də şamil edilib.
Prezidenti statusundan istifadə edərək müxtəlif obyektlərin açılışda iştirakını, əməkhaqqının və
təqaüdlərin artırılması barədə sərəncamlarını, müxtəlif sahələr külli miqdarda vəsaitləri ayırmasını təşviqatı dövründə etməsi ilə İlham Əliyev televiziya kanallarında reklam edilib. Təsadüfi deyil ki, İlham Əliyev əgər 2012-ci ilin iyul-sentyabrında regionların sosial-iqtisadi inkişafı məqsədi ilə 52,4 milyon manatlıq 13 sərəncam verilibsə, 2013-cü ilin eyni aylarında 160,8 milyon manatlıq 68 sərəncam verməklə prezident statusundan sui-istifadə edib. Hakimiyyətin bütün strukturları, nazirliklər, hüquq mühafizə orqanları, özəl şirkətlər açıq şəkildə İlham Əliyevi təbliğ etmiş, onun seçki kampaniyasında əsas təşkilatçılarına və icraçılarına çevrilmişlər.
Təşviqat kampaniyası dövründə hakimiyyət tərəfindən prezidentliyə namizəd Cəmil Həsənlinin tərəfdarlarına qarşı qorxutma, həbs və zorakılıq tədbirləri həyata keçirilib.
Prezidentliyə namizəd C.Həsənlinin Seçki qərargahının mətbuat xidmətinin rəhbəri, KXCP sədrinin müavini Oqtay Gülalıyevin məktəbli oğlu Əli Gülalıyev döyülərək bıçaqlanmışdır. Bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət edilsədə cinayəti törədənlər aşkarlanmamış, əksinə, cinayətin ötr-basdır edilmişdir. O.Gülalıyevin evinə gələn mülki geyimli polis əməkdaşları evdə tək olan Əli Gülalıyevə təzyiqlər göstərərək saxta dindirmə sənədləri tərtib etməyə cəhd etmişlər.
AXCP sədrinin oğlu Türkel Kərimli və daha iki aksiya iştirakçısı həbs edilmişdir. Böyük Azərbaycan Partiyasının mənzil qərargahı və partiyanın sədri Elşad Musayevin ailəsinin yaşadığı mənzili sökülmək təhlükəsi üzləşib.
Müsavat Partiyasından İmran İsmayılov, AXCP-dən Tehran Musayev Cəmil Həsənlinin təbliğat materiallarını payladıqları üçün müxtəlif müddətə həbs olunublar. Müsavat Partiyasından Oqtay Zeynalov, Azər İsmayıl rayonda keçiriləcək görüş-mitinq ərəfəsində həbs edilərək, bir gün polis idarəsində saxlanmışlar. Mingəçevir və Sabirabadda polis və hakimiyyət tərəfindən öyrədilmiş şəxslər Cəmil Həsənlinin seçicilərlə görüşünü işıqlandıran jurnalistlərə qarşı fiziki və mənəvi zorakılıq tətbiq ediblər.
Masallıda, Qubada Cəmil Həsənlinin nümayəndələrinin seçicilərlə görüşünə hakimiyyət adamları tərəfindən maneçilik cəhdləri olub.
Sabirabadda Cəmil Həsənlinin seçicilərlə görüşünü işıqlandıran bir qrup jurnalist, o cümlədən “Turan” İA Etimad Budaqov, “Yeni Müsavat” qəzetindən Röya Rəfiyeva, “Azadlıq” qəzetindən Ramin Deko və Sevinc Vaqif qızı, “Media forum” saytının əməkdaşı Amid Süleymanov, “Bakunews” saytının əməkdaşı İlham Rəsulzadə və başqaları hücuma və fiziki zorakılığa məruz qalıblar. Bəzi jurnalistlər ciddi bədən xəsarəti alıb, onların avadanlıqlarına ziyan dəyib. Həmin mitinqdə KXCP-dən Xəzəngül Abdullayeva və Əliheydər Cəfərov, Müsavat Partiyasından Mətin Nağıyev və İlqar Şirəli, AXCP-dən Türkel Əlisoy və başqaları fiziki zorakılığa məruz qalıb. Hücumlar hüquq mühafizə orqanları əməkdaşlarının yanında baş verib və onlar jurnalistlərin döyülməsinin qarşısını almaq üçün heç bir tədbir görməyiblər.
Oktyabrın 2-də Baş Prokurorluq Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun reportyoru, seçkiləri intensiv işıqlandıran fəal bloqçu Mehman Hüseynovu qorxutmaq məqsədi ilə iki saat dindirib.

Seçki günü
Ölkə ərazisində AR Seçki Məcəlləsinə uyğun olaraq 125 seçki dairəsi, 5492 seçki məntəqəsi fəaliyyət göstərib.
KXCP Demokratik Qüvvələrin Milli Şurasına daxil olan digər təşkilatlarla birlikdə prezidentliyə namizəd Cəmil Həsənlini dəstəkləyərək seçki ərazilərinin əksəriyyətində seçki günü müşahidə aparmışdır. KXCP Mərkəzi Seçki Qərargahı partiyanın rayon (şəhər) şöbələrinin seçki qərargahlarından, Milli Şuraya daxil olan digər təşkilatlardan, seçkini müşahidə edən çoxsaylı qurumlardan, bir çox bitərəf vətəndaşlardan, sosial paylaşım saytlarından, mediadan seçkilərin gedişi ilə bağlı çoxsaylı və sistemli informasiyalar, sənədlər toplayaraq seçkilərin kütləvi qanunsuzluq, total saxtakarlıq şəraitində keçdiyini aşkarlamışdır. Hakimiyyətin dövlətin resurslarından mütəşəkkil surətdə istifadə edərək seçkini bütün mərhələlər üzrə fəaliyyətdə olan prezident İlham Əliyevin xeyrinə total saxtalaşdırması ilə bağlı aşağıdakı faktları aşkarlamışdır:
Seçki günündən əvvəl müəssisə işçilərinə İlham Əliyevin xeyrinə işarələnmiş bülletenlər verilib: Belə hallar 9 saylı Binəqədi 2-ci seçki dairəsi, 11 saylı Qaradağ seçki dairəsi, 18 saylı Nərimanov-Nizami seçki dairəsi, 41 saylı Sumqayıt ikinci seçki dairələrində müşahidə edilmişdir.
Seçki məntəqələrinin təşkili, seçki qutularının möhürlənməsi, barmaqların boyanması və yoxlanması, seçki bülletenlərinin sayılması, saxlanılması, seçicilərə verilməsi kütləvi qanun pozuntuları ilə müşahidə edilmişdir: 9 saylı Binəqədi 2-ci seçki dairəsinin 3,4,11,12,16,25 saylı seçki məntəqələrində, Qaradağ seçki dairəsinin 11,13,14,17,18,21,24 saylı seçki məntəqələri, 18 saylı Nərimanov-Nizami seçki dairəsi, 43 saylı Sumqayıt ikinci seçki dairəsi, 46 saylı Şirvan seçki dairəsində, 93 saylı Bərdə şəhər seçki dairələri, 73 saylı Lənkəran şəhər seçki dairəsi, 81 saylı Beyləqan seçki dairəsi, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi və bir çox digər dairələrində seçki məntəqələri düzgün təşkil edilməyib, seçki qutusu düzgün yerləşdirilməyib, müşahidəçilər üçün şərait yaradılmayıb, mürəkkəb və mürəkkəbi yoxlayan ultrabənövşəyi lampalardan düzgün istifadə edilməyib, gizli səs vermə kabinələrə bir neçə nəfərin daxil olub, məntəqənin yerləşdiyi binanın bir çox otaqlarına adamlar daxil olur-çıxır, bir çox seçicinin adı seçici siyahılarında yoxdur, seçicilərə bildiriş verilməməsi, seçki bülletenlərinin sayılması, saxlanılması, seçicilərə verilməsi kimi seçkinin nəticələrinə təsir göstərə biləcək çoxsaylı qanun pozuntuları müşahidə edilib.
Seçki məntəqələrində Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsinə, məşvərətçi səs hüquqlu komissiya üzvlərinə, müşahidəçilərə seçki komissiyaları və polis tərəfindən müxtəlif təzyiqlər olmuş, seçki məntəqələrinə buraxmamış və ya müxtəlif üsullaral seçki məntəqəsindən uzaqlaşdırmışlar: 8 saylı Binəqədi 1-ci seçki dairəsinin 6,7,8,9,10,12,13,37,38
saylı, 9 saylı Binəqədi 2-ci seçki dairəsi 5,7,10,11 saylı, 11 saylı Qaradağ seçki dairəsinin 6,7,8,9,10,11 saylı məntəqələrində, 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 5,9,12 saylı məntəqələrində, 43 saylı Sumqayıt seçki dairəsinin 30 saylı seçki məntəqəsində, 44 saylı Sumqayıt ikinci seçki dairəsidə, 94 saylı Bərdə kənd seçki dairəsinin 7 saylı məntəqəsində, 104 saylı Gədəbəy-Tovuz seçki dairəsinin 6,8,14,18 saylı məntəqələrində, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin 21,25 saylı seçki məntəqələrinə, 107 saylı Qazax seçki dairəsinin 2,6,7 saylı seçki məntəqələrində.
-Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Tamara Eyvazova; məşvərətçi səs hüquqlu komissiya üzvləri: Nisəxanım Vəliyeva, Şakir Məmmədov, Nazim Atakişiyev, Ramazanov Əlsafa müşahidəçilər: Məcidov Musa, Məmmədov Yusif, Musayev Səyyaf, Səfərov Ceyhuna və digərlərinə təzyiqlər olmuş, məntəqədən uzaqlaşdırılmış və ya polis tərəfindən saxlanılmışdır.

(Davamı gələn sayımızda)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MSK-dan İlqar Məmmədovla bağlı AÇIQLAMA

    MSK-dan İlqar Məmmədovla bağlı AÇIQLAMA ...

    13-09-2013, 11:05

  • 
  • İlqar Məmmədovun Milli Şura qarşısında şərti

    İlqar Məmmədovun Milli Şura qarşısında şərti ...

    18-07-2013, 15:54

  • 
  • MSK-dan Rüstəm İbrahimbəyovla bağlı yeni açıqlama

    MSK-dan Rüstəm İbrahimbəyovla bağlı yeni açıqlama ...

    28-08-2013, 10:26

  • 
  • Rüstəm İbrahimbəyovun sənədləri MSK-ya təqdim olundu

    Rüstəm İbrahimbəyovun sənədləri MSK-ya təqdim ...

    22-08-2013, 12:18

  • 
  • AXCP: Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, seçkilərə getməyək

    AXCP: Rüstəm İbrahimbəyovun namizədliyi qeydə ...

    10-07-2013, 14:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu