Suraxanı rayonundakı torpaqların hamısını satdı, biznes meriyada davam etdirilir
gundemxeber.az Azərbaycan respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində ölkəmizin paytaxtı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədəki yekun nitqində Bakıda sənədsiz evlərin qeydiyyata alınması problemini qaldırdı. Prezident bu problemin həllində xoşagəlməz halların qarşısını tam şəkildə ala bilmək üçün şəffaf mexanizm işlənilməsinin vacibliyini də göstərdi. O, bəzi adamların tamahkarlığı ucbatından xoşniyyətli bir təşəbbüsün yeni problemlər yaratmasına imkan verməmək üçün çox ciddi təftış aparmağın, qeydiyyata alınacaq evlərin necə tikildiyini araşdırmağın zəruri olduğunu da dedi. 1990-2000-ci illərdə rayon İcra Hakimiyyəti Başçılarının sərəncamları ilə Səbail rayonun Badamdar qəsəbəsi, Suraxanı rayonunda Qaraçuxur və başqa qəsəbələrin boş torpaqları, Nəsimi rayonunda mikrorayonlar yerləşmiş ərazilərin boş torpaqları və s. fərdi yaşayış evlərinin tikintisi üçün paylanmışdır. Bu evlər demək olar ki, özəlləşdirilmişdir. Bu dövrdə ən böyük torpaq sahələri satılmış rayonlardan biri Hacıbala Abutalıbovun rəhbərlik etdiyi Suraxanı rayonu olmuşdu. Üçüncü dövrdə rayon İcra Hakimiyyəti Başçılarına torpaq paylamaq qadağan olunmuş və torpaq satmaq və icarəyə vermək səlahiyyətləri bələdiyyələrə verilmişdir. Torpaq satışının əldən çıxmaması və daha çox pul qazanmaq məqsədi ilə H.Abutalıbov, Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi olmadan bələdiyylərin verdiyi sənədlərlə torpaq sahələrini özəlləşdirməyi qadağan etdi. Bir cümlədən ibarət olan bu rəylərin alınmasına verilən rüşvət torpaq sahəsinin qiymətindən dəfələrlə çox olduğundan torpaq alıcısının çəkdiyi xərclər fantastik həddə çatdı. Gələcəkdə məsuliyyətdən canlarını qurtarmaqdan ötəri rəylərdə yazırdılar ki, qaldırılan məsələnin qanun çərçivəsində baxılıb həll edilməsinə etiraz etmirik. Bundan sonra torpaq sahəsinə ünvan alınması və sahədə tikiləcək evin layihəsini təsdiqləmək üçün verlən rüşvətin miqdarı bir neçə dəfə artırıldı və beləlikə sənədləşdirmə üçün verilən rüşvətin miqdarı fantastik həddə çatdı ki, bu da sənədləşdirmə üçün imkanı olanların sayını kəskin azaltdı. Sənədsiz evlərin necə tikilməsinin təhlilı nəticəsində müəyyən edilmişdir ki, həmin evlərin sənədsiz qalmasının səbəbi, Hacıbala Abutalıbov tərəfindən Memarlıq və Şəhərsalma Baş İdarəsində torpaq sahiblərindən sənədlərə görə alınan rüşvətin fantastik həddə çatdırılması olmuşdur və sənədsiz evlər Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi İdarəetmə orqanları ilə iş və Memarlıq və Şəhərsalma Baş İdarəsinin Layihələrə baxılması, müraciətlər və sənədlərlə iş şöbələri əməkdaşlarının tikinti sahiblərindən rüşvət alaraq inşaat işlərinə göz yumması nəticəsində inşa edilmişdir. Hazırda Hacıbala Abutalıbov, Memalıq və Şəhərsalma Baş İdarəsinin, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi İdarəetmə orqanları ilə iş, Əsaslı tikinti və təmir, Mənzillərin uçotu və bölüşdürülməsi şöbələrinin əməkdaşları səbrsizliklə, sənədsiz evlərin leqallaşdırılması haqqında qanunun qüvvəyə minməsini gözləyirlər ki, yenidən rüşvət yığımına başlasınlar. On il ərzində üç yüz mindən artıq sənədsiz evin inşasına göz yummuş Hacıbala Abutalıbov, onun qohumu Qafar Əhmədov və rasim Quliyev vəzifələrindən azad edilməli və qanun qarşısında cavab verməlidirlər. Hacıbala Abutalıbov Bakı şəhər İcra Hakimiyyətinə rəhbərlik etdiyi on ildən artıq bir müddətdə Bakı şəhərində bir dənə də olsun yadda qalan iş görməmişdir. Bu gün hətta məktəbli də bilir ki, Bakının mərkəzində öz gözəlliyi ilə ürəkləri fəth edən Filarmoniya, Axundov, Sabir və s. bağların, Milli Parkın yenidən qurulması, respublika Prezidentinin nəzarəti ilə onun müşaviri Əli Əsədov tərəfindən həyata keçirilmişdir. Hacıbala Abutalıbovun gördüyü işlər isə keyfiyyətsizliyi və davamsızlığı ilə seçilir. H.Abutalıbov Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatına rəhbər vəzifəsinə elə adamlar təyin edir ki, özü ilişəndə onları qurban verə bilsin. Məsələn, o, birinci Aparat rəhbəri Əli Hacıyevi Yaşıl teatr da etdiyi maxinasiyaların üstü açılanda, ikinci Aparat rəhbəri Bəxtiyar Fərəcbəylini isə Qış bulvar ındakı maxinasiyaları faş olanda qurban verdi. Üçüncü Aparat rəhbəri rasim Quliyev hiyləgər və özünü vaxtında yaxşı maskalamağı bacarandır. rasim Quliyevin, Naxçıvan Ali Məclisinin deputatı olmuş Nəsrulla Bayramovdan 58 min dollar alması və sonradan həmin pulları danması barədə 525 , Bakı , Zerkalo və başqa qəzetlər yazdıqdan sonra, o, məsuliyyətdən canının qurtarmaq məqsədi ilə Həcc ziyarətinə getmiş və onun bu hiyləgər addımı Bakı şəhər İcra Hakimiyyətindəki bütün rüşvətxorların xoşuna gəlmiş və qısa müddətdə onların böyük hissəsi Hacıbalanın Hacı balalarına çevirilmişlər. rasim Quliyev Aparat rəhbəri olan kimi Fəlsəfə, Sosiologiya və Hüquq institutunun əməkdaşı Vahid Ömərovun onun üçün yazdığı dövlət quruculuğunun fəlsəfi problemlərinə həsr edilmiş dissertasiyanın müzakirəsini keçirmişdir. Bu hadisədən sonra hətta JEK müdirləri də elmi adlar almaq üçün hərəkətə gəliblər. Hacıbalanın Hacı balaları indi də alim olmaq isdəyirlər. Adı fırıldaqçılıqda hallandırılan, ixtisasca geoloq və H. Abutalıbovun informatoru kimi tanınmış rasim Quliyevin onun-bunun yazdığı çızma-qaralama ilə müdafiəyə hazılaşması, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, Azərbaycan Elmlər Akademiyası və digər aidiyyatı qurumlar üçün böyük bir ləkədir. rasim Quliyev bir postda yerini möhkəmlətməmiş, alacağı saxta elmi addan istifadə edərək, Hacıbala Abutalıbov tərəfindən fəaliyyətsiz hala salınmış, Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini Fidumə Hüseynovanın yerini tutmaq istəyir. Uzun illərdir ki, rasim Quliyev, Hacıbala Abutalıbovun mətbuatla əlaqələndiricisidir və onun vasitəsilə mətbuatda Hacıbalanın əleyhinə yazılmış məqalələrin hamısının qarşısı alınır, onların əvəzində isə oxucuları çaşdıran, əksəriyyəti məsxərə janrında olan sifarişli məqalələr çap olunur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?