GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Elmar Vəliyev sonun başlanğıcındadır

Elmar Vəliyev sonun başlanğıcındadır

Tarix: 27-12-2013, 00:27 Bölmə :Manşet Baxış: 2 306
Elmar Vəliyev sonun başlanğıcındadır
Gəncənin icra başçısına qarşı narazıların koalisiyası yarana bilər

Gəncənin icra başçısı işini itirə bilər. Məlumatlara əsasən icra başçısı şəhərdəki məmurlarla işləyə bilmir. Onun yerli məmurlarla olan pis münasibətləri artıq pik həddə çatıb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin işdən çıxarılması məsələsi Prezident Administrasiyasında müzakirə edilir.
Bu barədə bizi bilgiləndirən mənbənin dediyinə görə, artıq E.Vəliyevin vəzifəsindən götürüləcəyi ilə bağlı hakimiyyətin üst qatında başlayan müzakirələr intensiv xarakter almağa başlayıb. Bizə çatan məlumatlarda bildirilir ki, Gəncə əhalisi icra başçısının fəaliyyətindən çox narazıdır. İsmayıllı olaylarından sonra ölkənin ikinci böyük şəhərinin əhalisinin narazılığı siyasi hakimiyyəti ciddi narahat edir. Ən azı ona görə ki, İsmayıllıda olduğu kimi Gəncədə də eyni problemlər yaşanır -söyüşcül icra başçısı, sakinlərin sosial və mülkiyyət hüququnun tapdalanması və s.
Mənbə bildirir ki, Elmar Vəliyevin işdən çıxarılması hələ İsmayıllı hadisələrindən öncə - Gəncənin polis rəisi, general Rasim Musayevlə aralarında olan davadan sonra gündəmə gəlib. Prezident Administrasiyasında belə hesab edirlər ki, icra başçısı ilə polis rəisi arasında münasibətlər belə dözülməz olubsa, onda icra başçısı ilə başqa məmurlar arasındakı münasibətlər daha pisdir. Çünki polis rəisi daxili işlər nazirinin əmri ilə bu posta təyin və azad edilir. Yəni icra başçısının bu təyinata müdaxilə imkanları sıfırdır. Ancaq başqa dövlət məmurları ya icra başçısının əmri ilə, ya da təqdimatı ilə (məsələn, təhsil və yaxud səhiyyə şöbəsinin müdiri) təyinat alırlar. Ona görə də icra başçısı tabeçiliyində olanlarla daha sərt və kobud davranır. Yerli sakinlərlə normal davranışdan danışmaq isə ümumiyyətlə yersizdir. Gəncədə sadə insanların təhqir edilməsi, mülkiyyətinin zorla əlindən alınması artıq ənənə halını alıb. Ona görə də Rasim Musayevlə insidentdən sonra E.Vəliyevin işdən çıxarılması gündəmə gəlib. İsmayıllı hadisələrindən sonra isə məsələ daha da aktuallaşıb.
Məlumatlara əsasən icra başçısının hətta Gəncə şəhər YAP-ın sədri Naqif Həmzəyevlə də münasibətləri gərgindir. Bu ilin yazında N.Həmzəyev YAP-a sədr təyin edildikdən sonra icra başçısı ilə aralarında münasibətlərin gərgin olması barədə informasiyalar yayıldı. Gənc bir oğlanın böyük bir şəhərə həm də Elmar Vəliyevin xəbəri olamadan mühim bir siyasi posta təyin edilməsini başçı anlayışla qəbul edə bilmirdi. Yerli mediada yayılan məlumatlara əsasən YAP-ın gənc sədri hələ də Gəncədə icra başçısının qeyri-rəsmi tapşırığı ilə problemlərlə qarşılaşdırılır. Hətta bu barədə bilgi verən mənbə iddia edir ki, Naqif Həmzəyev YAP-ın şəhər təşkilatının kommunal problemlərini belə həll etmək iqtidarında deyil. Ona icra başçısı tərəfindən ciddi problemlərin yaradıldığı söylənilir.
Yada salaq ki, Gəncənin icra başçısı Elmar Vəliyevin şəhid anasını təhqir etməsi və bu səbəbdən də polis rəisi ilə mübahisələrinin düşməsi ilə bağlı ölkə mətbuatında çoxsaylı məlumatlar getmişdi. Həmin məlumatda bildirilirdi ki, icra başçısı E.Vəliyev şəhid anasının etiraz çıxışından qəzəblənib ətrafdakı məmurların üstünə bağırıb. R.Musayev isə onun kobud davranışını həzm edə bilməyib. Nəticədə onların arasında mübahisə yaranıb. Sonra general İH başçısının kabinetinə gedib orada onu kəllə ilə yerə sərib.
Gəncədə sosial təlatümlər baş verərsə, bu avtomatik bir milyona yaxın əhalinin məskunlaşdığı Gəncəbasar zonasını əhatə edə bilər. Ötən əsirin 80-ci illərinin sonunda başlanan xalq hərəkatının əsas hərəkatverici qüvvəsi olan Gəncə yenidən barıt çəlləyini xatırladır. Siyasi hakimiyyəti ən çox narahat edən də məhz bu amildir.
Yada salaq ki, E.Vəliyev 2011-ci ilin fevralında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı postunda Eldar Əzizovu əvəzləyib. Həmin andan başlayaraq o, köhnə başçıdan qalan hər şeyə - sahibkarlara, məmurlara və sakinlərə müharibə elan edib. Gəncədəki qanunsuzluqlarla bağlı mütəmadi olaraq KİV-lərdə məlumatlar dərc edilir - özəl obyektlərin “abadlıq” adı ilə sökülməsi, dindarların və siyasi fəalların təqib edilməsi, yüksək postlarda çalışan təcrübəli kadrların elliklə təcrübəsiz və rüşvətxor kadrlarla əvəzlənməsi və s. Görünür, siyasi hakimiyyət barıt çəlləyini xatırladan Gəncəni sosial təlatümlərdən qorumaq üçün hərəkətə keçməyə başlayıb. Ancaq illərdir üst-üstə yığılan problemlərin icra başçısının işdən çıxarılması ilə həllini tapacağını da düşünmək sadəlövhlük olardı. Bu, ən yaxşı halda indiki gərginliyin nisbətən azalmasına xidmət edə bilər.
Sadiq
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gəncənin icra başçısı qəzaya düşdü

    Gəncənin icra başçısı qəzaya düşdü ...

    30-09-2013, 11:40

  • 
  • Elmar Vəliyev Hacıbala Abutalıbovun “sökmə yolu” ilə gedir

    Elmar Vəliyev Hacıbala Abutalıbovun “sökmə yolu” ...

    12-02-2014, 15:14

  • 
  • Elmar Vəliyevin yerinə kim göz dikib?

    Elmar Vəliyevin yerinə kim göz dikib? ...

    20-01-2014, 13:45

  • 
  • Gəncənin şefindən şok maliyyə maxinasiyası

    Gəncənin şefindən şok maliyyə maxinasiyası ...

    10-02-2013, 10:53

  • 
  • Gəncənin “Polat Alemdar”ı

    Gəncənin “Polat Alemdar”ı ...

    24-03-2014, 17:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu