Xalq Cəbhəsi Partiyasının sədr müavininin fikrincə, Rüstəm İbrahimbəyovun fəxri sədrlikdən istefası Milli Şuranı tənəzzülə uğrada bilər
Siyasət Hər şey may ayında başladı. Azərbaycan Xalq Cumhuriyyətinin 95 ili tamam olduğu bir ərəfədə bir qrup müxalifət bu günü rəmziləşdirmək istədi. Onlar Milli Şura adı altında birləşdiklərini elan etdilər. Qarşıdan gələn prezident seçkilərində vahid namizədlə iştirak etmək və bir sıra vacib siyasi məsələləri həll etmək üçün. Amma şuraya sədr siyasi təcrübəsi olmayan, ölkə xaricində yaşayan, həm də ikili vətəndaşlığı olan tanınmış kinorejissor Rüstəm İbrahimbəyov seçildi. Fəaliyyəti mədəniyyətlə bağlı olan bu şəxs bir az sonra həm də Milli Şuranın vahid namizədi oldu. Elə bu da Milli Şura daxilində fikir ayrılıqları yaratdı.
Milli Şura sədri Rüstəm İbrahimbəyov ölkəyə qayıtmaq üçün Rusiya vətəndaşlığından çıxmağa çalışdı. Bu müddət ərzində onun Bakıya qayıtma vaxtının tarixi də bir neçə dəfə dəyişdi. Dəyişməyən İsa Qəmbərin ehtimalları, Rstəm İbrahimbəyov Bakıya qayıtmaması, dəyişən isə Milli şuranın seçkilərdəki namizədi oldu. Yoluna Cəmil Həsənli ilə davam edən qurum daxilində çəkişmələr seçkidən sonra da bitmədi. Bu həm də bir sıra istefalara səbəb oldu. Rüstəm İbrahimbəyovun sədr deyil, Milli Şuranın fəxri sədri olması ilə Müsavat Partiyası barışa bilmədi. Bu da kinorejissorun fəxri sədrlikdən istefası ilə nəticələndi.
Müsavat Partiyası sədrinin müavini Gülağa Aslanlının sözlərinə görə, indiki halda Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina edə bilməməsi, Rusiyadan Azərbaycana gələ bilməməsi və xarici ölkə vətənaşlığını Azərbaycan müxalifətinin birləşdiyi bir quruma rəhbərlik etməsini məqsədəuyğun hesab etmir.
Milli Şurada təmsil olunan AXCP isə baş verənlərdə birbaşa Müsavatı təqsirkar bilir. Xalq Cəbhəsi Partiyasının sədr müavini Razi Nurullayevin fikrincə, Rüstəm İbrahimbəyovun fəxri sədrlikdən istefası Milli Şuranı tənəzzülə uğrada bilər: “Rüstəm İbrahimbəyovun adı ətrafında Milli Şurada birləşən insanlar çox idi. Rüstəm İbrahimbəyovun fəxri sədrliyi olmayanan sonra həmin insanlarda müəyyən dəyişkənliklər baş verəcək”.
Milli Şuranın iflasa uğraması fikrini onun təsisçilərindən olan Eldar Namazov da təkzib etmir. Bunu Eldar Namazovun şuranın icra aparatı rəhbərliyindən istefa verməsi ilə də izah etmək olar. Şuranı yaradanlardan olan Namazov, Milli Şura daxilində demokratik qüvvələrin vahid ideya ətrafında birləşə bilməməsinin səbəbini onların daxilindəki ana müxallifət xülyası ilə əlaqələndirdi. Onun təbirincə desək, elə bu xülyaya görə, Milli Şuranın mövcudluğu mümkünsüzdür: “Biz vaxtılə irəli sürdüyümüz, yaratığımız Milli Şura prinsipləri artıq bu gün tamam dəyişib. Həmin köhnə adla başqa bir qurum fəaliyyət göstərir, biz bunu fərqi görürük və cəmiyyətdən də gizlətmirik”.
Beləliklə, cəmiyyətə də agahdır ki, Milli Şura təcrübi cəhətdən məqsədlərinə çata bilmədi. Çünki Milli Şurada təmsil olunan qüvvələr cəmiyyətdə əldən verdikləri inamı qaytara bilmədilər. Onlar indi yanvar sessiyasına hazırlaşırlar. Kimisi təkliflərlə çıxış etməklə, kimisi də təkliflərə uyğun qərarlar verməklə. Amma kim bilir, bəlkə də, bu toplantı ideyalarından uzaq düşən Milli Şuranın son iclası oldu?!
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?