GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Müsavat təkbaşına iqtidar yürüşünə start verdi...

Müsavat təkbaşına iqtidar yürüşünə start verdi...

Tarix: 8-01-2014, 00:10 Bölmə :Manşet Baxış: 592
 Müsavat təkbaşına iqtidar yürüşünə start verdi...
Hansısa məsafədə ona hər kəs, xalq da daxil olmaqla, qoşula biləcək; lakin bir də heç zaman Müsavatın yanında AXCP olmayacaq!
Şükür, “Şura-Şura” oyunu bitdi. Müsavat Partiyası əvvəlindən absurd olan, tələm-tələsik yaradılan bu qurumdan özünü və onminlərlə müsavatçının şansını azad etdi.

Yarandığı andan üstündə bir rus damğası olan bu ittifaqı milliləşdirmək, onun seçkidə iştirakı üçün Müsavat əlindən gələni etdi; Şuranı Avrointeqrasiya sınağından çıxartdı; oradakı macəraçıların seçkiləri boykot etməsinə imkan vermədi; seçkidən sonra isə xalqın etirazlarda görünməsi üçün hər kəsdən artıq çalışdı. Müsavatın qoyduğu şərtlər, apardığı siyasət və kampaniya nəticəsində Milli Şuranı Rüstəm İbrahimbəyovun arxasında gizlənən qüvvələrin, polit-mafiyaların idarə etməsinə imkan verilmədi...


“Özünü Müsavatın əsas rəqibi, hətta düşməni kimi aparan AXCP bu formatdan özünün güclənməsi, Müsavatın isə zəifləməsi və gözdən salınması məqsədi ilə istifadə etməyə başlamışdı”


İndi 2013 seçkisi arxada qalıb, yeni təqvim ili yeni hədəfləri ortaya qoymağı zəruri edib. Artıq Milli Şurada qalmaq üçün heç bir əsas yoxdur; zira bu qurum daha özündə heç bir şans daşımır. Milli Şura deyilən bir amorf qurum konflikt ocağından, dedi-qodu aparatından başqa bir şey deyil. Seçki sonrası ciddi uğursuzluq yaşayan, xalqın geniş kütlələri tərəfindən dəstəklənməyən Milli Şura hazırda demokratik düşərgənin onsuz da zəif olan şansını daha da azaltmaqdan başqa heç nəyə yaramır.

Lakin özünü Müsavatın əsas rəqibi, hətta düşməni kimi aparan AXCP bu formatdan özünün güclənməsi, Müsavatın isə zəifləməsi və gözdən salınması məqsədi ilə istifadə etməyə başlamışdı. Görünən bu idi ki, AXCP-ni son aylarda hakimiyyətin yox, Müsavatın çöküşü maraqlandırır. Onun nəzarətində olan qəzet son bir ayda əgər prezident İlham Əliyevin əleyhinə cəmi 3-4 yazı verdisə, Müsavatın, onun kadrlarının əleyhinə dəfələrlə çox yazılar təqdim etdi. Sosial şəbəkələrdə də AXCP-çilərin hədəfləri dəyişmişdi.

“Müsavatın qoyduğu şərtlər, apardığı siyasət və kampaniya nəticəsində Milli Şuranı Rüstəm İbrahimbəyovun arxasında gizlənən qüvvələrin, polit-mafiyaların idarə etməsinə imkan verilmədi...”


Hakimiyyətin müəyyən qanadı ilə gizli danışıqlara gedərək, Türkiyədə yayın yapan televiziyalarının prezident seçkilərinin ən qaynar çağında saxlamağın sayəsində, onu ən kritik anda, sözün həqiqi mənasında sataraq; bir az da siyasi bazarlıq predmetinə çevirərək, Bakıda özünə rahat qərargah, bir qədər də vəsait əldə edən “kərimçilər” şəraitdən istifadə edərək Milli Şuranı, onun sədrini tamamilə kontrola aldılar. Əllərinə müəyyən qədər vəsaitin keçməsi sayəsində artıq Müsavat Partiyasının içərisində pulla, maaşla tərəfə çəkməyə funksioner axtarışına çıxmışdılar. Tamamilə nəticəsiz qaldılar da demək olmaz. Hər şey göz önündədir - qəfil, bir sutkanın içərisində baş verən siyasi metomarfozalar həmişə şübhəli olublar...

“Müsavat başqanı həm də görür ki, Əli Kərimli ilə hakimiyyətə gəlmək mümkün deyil; bunun səbəbi çoxdur; lakin artıq faktdır; geniş kütlələr, ciddi və imkanlı dairələr onun olduğu formata qoşulmağa çəkinir; aşırı radikallıq, söyüş, təhqir, nifrət, aqressiya insanlarda narahatlıq və qorxu yaradır”


Kontrollarına aldıqları Milli Şuranı dərhal da müqəddəs elan etdilər. Bu qurumun İdarə Heyətinin tərkibini ehtiva edən sənədin yayılması isə əslində son damla idi... Müsavatın iki yolu qalırdı - ya Əli Kərimlinin nəzarətindəki Milli Şurada özünübilməz radikallardan tənə, söyüş, təhqir yeyə-yeyə, konfliktləri davam etdirərək, orada qalmaqda, zəifləməkdə davam etmək; ya da bu qəvi düşmənə çevrilən dəstədən mümkün qədər tez aralanmaq, cəmiyyətə və tərəfdarlara yenidən xitab etmək, yeni format və yeni şanslar aramaq. Bu baxımdan, Müsavat qeyri-populist, lakin doğru addım atdı. İsa Qəmbəri və onun macəra axtarmayan ciddi komandasını bilən hər kəsə aydındır ki, Müsavat başqanı sərəncamında ehtiyat variantlar, indikindən daha aydın perspektivlər olmasa, öz təşkilatını və tərəfdarlarını riskə salmır, addım atmır.

Müsavat başqanı həm də görür ki, Əli Kərimli ilə hakimiyyətə gəlmək mümkün deyil; bunun səbəbi çoxdur; lakin artıq faktdır; geniş kütlələr, ciddi və imkanlı dairələr onun olduğu formata qoşulmağa çəkinir; aşırı radikallıq, söyüş, təhqir, nifrət, aqressiya insanlarda narahatlıq və qorxu yaradır.

“İsa Qəmbərə və onun macəra axtarmayan ciddi komandasına bələd olan hər kəsə aydındır ki, Müsavat başqanı sərəncamında ehtiyat variantlar, indikindən daha aydın perspektivlər olmasa, öz təşkilatını və tərəfdarlarını riskə salmır, addım atmır”


AXCP-nin özü bir psixoz mühitidir, burada hamı gərgindir; sosial şəbəkələrdən də görünür; əksər Cəbhəçilər polemikaları bir cümlə ilə aparırlar; ikinci cümlədə söyürlər, təhqir edirlər, xain adlandırırlar qarşılarındakını... İnsanlar dəyişiklik istəyirlər; onlar bu iqtidardan bəlkə də beziblər; lakin onlara ciddi, taraz liderlər; bu dəyişiklik baş tutmasa, onların canını və malını yaxmayacaq, məhv etməyəcək siyasət lazımdır... Hətta təmkinli, taraz, ərdəmli Cəmil Həsənli bunlarla təkrar yaxınlaşan kimi, o da atmosferə düşdü və onlardan birinə çevrildi, leksikonu dəyişdi...

Bütün bunları hər kəs görür, baxır... Nəticəmi? Al, sənə bu da nəticə. Milli Şura adından keçirilən mitinqlərə 5-6 mindən yuxarı insan qatılmadı, gəlmədi... İnsanlar prezident seçkilərini də, ondan sonra Milli Şuranı da boykot etdilər.

“Bu, Müsavat Partiyasının təkbaşına iqtidara yürümə dönəmidir. Hansısa məsafədə ona hər kəs, xalq da daxil olmaqla, qoşula biləcək. Lakin artıq bir məsələ aydındır: bu yürüşdə bir də heç zaman Müsavatın yanında AXCP olmayacaq!”



Belə vəziyyətdə və mühitdə siyasət virtuozu İsa Qəmbər və onun hər il daha da yaşlanan, təcrübəyə dolan komandası nə edə bilərdi? Nə qədər Müsavat Partiyası və onun tərəfdarları günlərini sosial şəbəkələrdə, canlı ünsiyyətdə və normal həyatda Cəbhəçilərin şərlərindən müdafiə olunmağa sərf edəcəklər, hər gün “xain” olmadıqlarını sübut etmək üçün min bir dərədən arqument gətirəcəklər...

Müsavat AXCP-ni və onun Milli Şurasını öz nifrət və aqressiyası, söyüş və təhdidi ilə baş-başa buraxdı. Artıq Azərbaycan siyasətində 7 yanvardan sonra yeni dönəm başlayır. Bu, Müsavat Partiyasının təkbaşına iqtidara yürümə dönəmidir. Hansısa məsafədə ona hər kəs, xalq da daxil olmaqla, qoşula biləcək. Lakin artıq bir məsələ aydındır: bu yürüşdə bir də heç zaman Müsavatın yanında AXCP olmayacaq!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Namazov: “Müsavatın bu addımı təəssüf doğurur

    Eldar Namazov: “Müsavatın bu addımı təəssüf ...

    7-01-2014, 13:01

  • 
  • “Müsavatın qaldırdığı məsələ AXCP üçün maraqlı deyil”– Fuad Qəhrəmanlı

    “Müsavatın qaldırdığı məsələ AXCP üçün maraqlı ...

    13-12-2013, 13:12

  • 
  • Müsavat Partiyası Milli Şuranı tərk etdi

    Müsavat Partiyası Milli Şuranı tərk etdi ...

    7-01-2014, 12:36

  • 
  • “Müsavatın Milli Şuradan çıxmasının tərəfdarıyam”

    “Müsavatın Milli Şuradan çıxmasının tərəfdarıyam” ...

    5-12-2013, 16:35

  • 
  • Milli Şura Müsavatın ehtiyat vahid namizədlə bağlı aylardır səsləndirdiyi varianta səs verdi

    Milli Şura Müsavatın ehtiyat vahid namizədlə ...

    19-08-2013, 23:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu