GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Milli Şuranın sessiyasında dava düşdü, üç nəfər də istefa verdi - (Yenilənib )

Milli Şuranın sessiyasında dava düşdü, üç nəfər də istefa verdi - (Yenilənib )

Tarix: 17-01-2014, 01:41 Bölmə :Manşet Baxış: 554
Milli Şuranın sessiyasında dava düşdü, üç nəfər də istefa verdi - (Yenilənib )
Milli Şuranın daha iki qurucu üzvü bu birliyi tərk edib.
EL Hərəkatının İdarə Heyətinin iki üzvü -Köçəri Nağıbəyli (həm də EL sədrinin müavinidir) və Rahim Bağırov (EL-in təşkilat şöbəsinin müdiridir ) bu qurumdan istefa verdiklərini bildiriblər. K. Nağıbəyli musavat.com-un müxbirinə deyib ki, bunun səbəbləri var: “Mən bugünkü sessiyanın gedişindən razı qalmadım və oranı yarımçıq tərk etdim. Düşündüm ki, bundan sonra zamanımı EL hərəkatının təşkilatlanmasına həsr etsəm, daha faydalı iş görmüş olaram. Rahim bəy də EL hərəkatının təşkilat şöbəsinin müdiridir. O da hesab edir ki, EL-in problemləri və təşkilatlanması işinə daha çox diqqət ayırmalıdır”.

Beləliklə, özünü toparlama və Müsavat Partiyasına qarşı bir növ revanş göstərmə sessiyası olan 16 yanvar toplantısı da Milli Şuranı istefalardan qoruya bilmədi. Hətta Rüstəm İbrahimbəyovun Milli Şuranın yenidən başında qalması da bu qurumdan qopmaların qarşısını ala bilmir.



* * *19:19

Milli Şuranın 16 yanvar sessiyasında qurumun Koordinasiya Şurası seçilib.

KŞ-yə bu şəxslər daxildir:

Milli Şuranın sədri Cəmil Həsənli

Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov

AXCP sədri Əli Kərimli

KXCP sədri Mirmahmud Mirəlioğlu

Professor Kamil Vəli

EL Hərəkatından Eldar Namazov

EL Hərəkatından Nurəddin Mustafayev

EL Hərəkatından Eldəniz Quliyev

Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov

Vətəndaş Hərəkatı Partiyası Ali Məclisinin sədri Rafiq Manaflı

Yazıçı-publisist Mehriban Vəzir

Keçmiş deputat Gültəkin Hacıbəyli

Siyasətçi İbrahim İbrahimli

Hüquqşünas Vidadi Mirkamal

Hüquqşünas Fuad Ağayev

Hüquqşünas Namizəd Səfərov

Hüquq müdafiəçisi Leyla Yunus

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı

İslamçı Hacı Rövşən Əhmədli

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev

NİDA Vətəndaş Hərəkatından bir üzv.



* * *

Gərgin və uzun müzakirələrdən sonra Milli Şuranın Koordinasiya Şurasına (KŞ) üzvlər seçildi. Səsvermə açıq keçirildi.

Bu zaman da mübahisələrsiz ötüşmək mümkün olmadı. H.Əzimov əsəbi şəkildə sual etdi: “Nəyə görə Mehriban Vəzir səsvermədən keçmədi?”

H.Əzimova qarşı çıxanlar isə M.Vəzirin KŞ-yə seçilmədiyini bildirdilər. H.Əzimov yenə əsəbiləşdi: “Bunu siz etdiniz də. Düzgün səsvermə keçirilmədi. Nə var, nə var ki, Mehriban xanım bir dəfə nəsə deyib. O, həmişə düz danışır, sözünü doğru deyən insandır. Elə etməyin ki, mən də gedim. Belə oyunlar olmaz. Bəsdirin”.

* * *

Hacıbaba Əzimovla dalaşan Mehdi Səfərov istefa verəcəyini bəyan edərək Milli Şuranı tərk etmək barədə düşündüyünü dedi. Söylədi ki, “mən artıq Milli Şuranın üzvü olmaq istəmirəm , bəyanat verib gedəcəyəm”.

* * *19:07

Milli Şuranın sessiyasında yenə gərginlik yaranıb, dava düşüb.

Milli Şuranın üzvü, “Azəri-Talış” Birliyinin sədri Mehdi Səfərov çıxış edərkən deyib ki, Hacıbaba Əzimov mətbuata açıqlamalarında etnik qruplarla bağlı çıxışlarında aranı qızışdırır. M.Səfərov onun Milli Şuradan çıxarılmasını istədi.



Hacıbaba Əzimov müdaxilə edərək ona boş-boş danışmamağı məsələhət gördü. Bu zaman tərəflər bir-birinə hücum edərkən Əli Kərimli araya girərək tərəfləri sakitləşdirdi. Əlbəyaxa davanın qarşısını AXCP sədri aldı.

Davanın səbəblərinə gəlincə isə Mehdi Səfərov Hacıbaba Əzimovun adının Koordinasiya Şurasında olmasına etiraz edib. O deyib ki, Hacıbaba Əzimovun adı oradan çıxarılmalıdır: “Milli-etnik münaqişə yaradan adam burada olmamalıdır. Hacıbaba Əzimov Milli Şurada olan şəxslərdən xarici kəşfiyyata işləyənlərin olduğunu deyib”.

VAMBP sədri Hacıbaba Əzimov isə bundan bərk qəzəblənib. Hacıbaba Əzimovu AXCP sədri Əli Kərimli sakitləşdirib.

* * *18:23

Rüstəm İbrahimbəyov yenidən Milli Şuranın fəxri sədri seçildi. R.İbrahimbəyovun fəxri sədrlikdən istefa verməsi haqda göndərdiyi mütaciət qəbul edilmədi.

İbrahimbəyovun fəxri sədr seçilməsi məsələsi sessiyada səsverməyə qoyuldu. 4 nəfər əleyhinə olsa da İbrahimbəyov Milli Şuranın fəxri sədri seçildi.

“Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev çıxışında Müsavat Partiyasının Milli Şuranı tərk etməsindən sonra Müsavatı dəstəkləyənləri qınayaraq buna ehtiyac olmadığını söylədi.

Zalda əyləşən Mehriban Vəzir və Vidadi Mirkamal R.Hacıyevin bu sözləri ilə razı olmadıqlarını, hər kəsin öz fikirlərinin olduğunu bildirdilər.

Sessiyada çıxış edən Əli Kərimli bildirdi ki, biz birləşməliyik və bir araya gəlməliyik: “Bu, çox təəssüf doğuran haldır ki, biz mübarizəyə başladığımız dostlarımızla yolumuzu davam etdirə bilmirik. Bizimlə birgə yola çıxanlar hansısa səbəbdən bizi tərk ediblər. Bu, səbəb deyil ki, biz mübarizəmizdən geri çəkilək”.

Əli Kərimli Milli Şuranın sessiyalarında “biz iş görə bilmirik” fikirlərinin səsləndirilməsindən narazılığını diqqətə çatdırdı. O, qeyd etdi ki, bunun üçün Milli Şuranın sədrinə kifayət qədər şərait yaradılmır. AXCP sədri Milli Şuradan heç bir tələblərinin olmadığını, onların maraqlarının millətin maraqları ilə üst-üstə düşdüyünü bildirdi. Əli Kərimli Milli Şuranın vahid namizəd seçərək mübarizə apardığını və bu mübarizəni davam etdirmək lazım olduğunu diqqətə çatdıraraq bu mübarizədən ayrılanların geriyə addım atdıqlarını söylədi.

* * * 18:23

“Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev çıxışında Müsavat Partiyasının Milli Şuranı tərk etməsindən sonra Müsavatı dəstəkləyənləri qınayaraq buna ehtiyac olmadığını söylədi.

Zalda əyləşən Mehriban Vəzir və Vidadi Mirkamal R.Hacıyevin bu sözləri ilə razı olmadıqlarını, hər kəsin öz fikirlərinin olduğunu bildirdilər.

Sessiyada çıxış edən Əli Kərimli bildirdi ki, biz birləşməliyik və bir araya gəlməliyik: “Bu, çox təəssüf doğuran haldır ki, biz mübarizəyə başladığımız dostlarımızla yolumuzu davam etdirə bilmirik. Bizimlə birgə yola çıxanlar hansısa səbəbdən bizi tərk ediblər. Bu, səbəb deyil ki, biz mübarizəmizdən geri çəkilək”.

Əli Kərimli Milli Şuranın sessiyalarında “biz iş görə bilmirik” fikirlərinin səsləndirilməsindən narazılığını diqqətə çatdırdı. O, qeyd etdi ki, bunun üçün Milli Şuranın sədrinə kifayət qədər şərait yaradılmır. AXCP sədri Milli Şuradan heç bir tələblərinin olmadığını, onların maraqlarının millətin maraqları ilə üst-üstə düşdüyünü bildirdi. Əli Kərimli Milli Şuranın vahid namizəd seçərək mübarizə apardığını və bu mübarizəni davam etdirmək lazım olduğunu diqqətə çatdıraraq bu mübarizədən ayrılanların geriyə addım atdıqlarını söylədi.

* * *17:36

Sessiyada çıxış edən AXCP sədrinin müavini Fuad Qəhərəmanlı bildirdi ki, Milli Şuradan gedənlər müxalifətçi kimi getmədilər: “Onlar sadəcə olaraq qurumu zəiflətmək üçün getdilər.

Amma bu da alınmadı. Milli Şuranın bugünkü sessiyası ötən sessiyalardan gaha fəal keçirilir”.

F.Qəhrəmanlı Milli Şuranın komissiyalarının fəaliyyətinin təmin olunmasının vacibliyini vurğulayaraq fəaliyyət planının hazırlanmasının vacib olduğunu qeyd etdi.

Milli Şuranın üzvü Vidadi Mirkamal daha sərt danışdı. O, ziyalıların qurumdan iyrəndiyini bildirdi: “Müxalifət son bir ay ərzində çox ciddi zərbələr aldı. Hakimiyyət qalıb kənarda, müxalifət bir-birini didir. Artıq bizdən iyrənirlər. Ziyalılarla söhbətimdə bunların şahidi oluram. Bu mübahisələr, təhqirlər dayandırılmalıdır. Fərqi yoxdur ki, mübahisəni kim yaradır. Bunlara son qoymalıyıq”.

* * * 16:46

C.Həsənli isə məsələyə müdaxilə edərək söylədi ki, biz sessiyalararası müddətdə Milli Şuranı tərk edən şəxslərin müraciətlərinə baxırıq və baxmalıyıq: “Ötən sessiyadan sonra Rüstəm İbrahimbəyovun Milli Şuraya müraciəti olub. Biz bunu nəzərə almalıyıq”.

C.Həsənli R.İbrahimbəyovun Milli Şuradan qurumun qərarı ilə yox, Müsavat Partiyasının narazılığından sonra getdiyini bildirdi. Dedi ki, İbrahimbəyovun liderlik məsələsinin yenidən gündəmə gətirilməsinə ehtiyac yoxdur: “Rüstəm İbrahimbəyovla bizim dostluğumuz var. Mən bunu heç bir zaman gizlətməmişəm. Amma indi açıq şəkildə bildirmək istəyirəm ki, İbrahimbəyovun liderlik məsələsinin gündəmə gətirilməsi doğru olmaz. Onsuz da hər kəs öz sahəsində liderdir”.

Eldəniz Quliyev isə buna etiraz etdi: “Məni düzgün başa düşmədiniz. Mən lider kimi qəbul etdiyimiz Rüstəm İbrahimbəyovun fəxri sədr seçilməsi məsələsinin yenidən gündəliyə salınmasını istədim”.

* * * 16:40

Sessiyada çıxış edən EL Hərəkatının üzvü Eldəniz Quliyev Rüstəm İbrahimbəyovun Milli Şura üçün etdiklərini nəzərə çatdıraraq onun fəxri sədr seçilməsi məsələsinin gündəliyə salınmasını və bu qərara yenidən baxılmasını istədi.

E.Quliyev son zamanlar Milli Şura daxilində, xüsusilə də AXCP və Müsavat arasında olan söz davasının dayandırılması üçün hər iki tərəfə müraciət edilməsini və bu qarşıdurmanın dayandırılması təklifini irəli sürdü.

Lakin qurumun üzvü Mehriban Vəzir bu təklifə qarşı çıxaraq bu məsələnin yenidən müzakirəyə çıxarılmasını istəmədi: “Biz qaldığımız yerdən davam etməliyik. Bu məsələni qaldırıb yenidən qarışıqlıq yaratmamalıyıq”.

***

Sessiyada çıxış edən Cəmil Həsənli deyib ki, Müsavat Partiyası və bir neçə fərdi üzv Milli Şura sıralarını tərk etdikdən sonra qurumun 91 üzvü qalıb.

O bildirdi ki, 91 nəfərdən 6-sı hazırda həbsdədir, 8 nəfər isə xaricdədir. C.Həsənli bugünkü sessiyada 58 nəfərin iştirak etdiyini və bunun da yetərsay üçün kifayət etdiyini söyləyərək bunun xeyli dərəcədə aktivlik olduğunu qeyd etdi. C.Həsənli üç əsas məsələ - ictimai-siyasi vəziyyətin dəyərləndirilməsi, 2014-cü il üçün fəaliyyət planının müzakirə olunması və Milli Şuranın strukturlaşdırılmasının sessiyanın gündəliyinə salındığını söylədi.

* * * 16:14

Bu dəqiqələrdə Milli Şuranın növbəti sessiyası başlayıb. Sessiya AXC-nin qərargahında keçirilir.

Virtualaz.org saytının sessiyanın gedişini izləyən müxbiri xəbər verir ki, sessiyada Milli Şuranın sədri Cəmil Həsənli, KXCP sədri Mirmahmud Mirəlioğlu, ACP sədri Sülhəddin Əkbər, AXCP sədri Əli Kərimli, Gültəkin Hacıbəyli və qurumun digər üzvləri iştirak edir.

EL Hərəkatının sədri Eldar Namazov mərhum şahmatçı Vüqar Həşimovun cümə axşamı mərasimində iştirak etdiyindən sessiyaya qatılmayıb. Sessiyanın gedişatı ilə bağlı əlavə məlumat veriləcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli Ömərovun qardaşı Milli Şuradan istefa verdi

    Əli Ömərovun qardaşı Milli Şuradan istefa verdi ...

    23-12-2013, 13:41

  • 
  • Əvəz Temirxan Milli Şuradan çıxdı

    Əvəz Temirxan Milli Şuradan çıxdı ...

    24-10-2013, 17:57

  • 
  • ““Yeni Müsavat” dağıdıcılıq və pozuculuqla məşğuldur”

    ““Yeni Müsavat” dağıdıcılıq və pozuculuqla ...

    17-01-2014, 14:37

  • 
  • Eldar Namazovun müavinindən xalqa şok çağırış

    Eldar Namazovun müavinindən xalqa şok çağırış ...

    4-09-2013, 13:01

  • 
  • Cəmil Həsənli Milli Şuranın sədri seçildi – fəxri sədr isə İbrahimbəyov oldu - Yenilənib

    Cəmil Həsənli Milli Şuranın sədri seçildi – fəxri ...

    3-12-2013, 22:36


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu