GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Gömrük sistemində rəhbərlik uğrunda böyük savaş

Gömrük sistemində rəhbərlik uğrunda böyük savaş

Tarix: 17-01-2014, 12:42 Bölmə :Manşet Baxış: 1 217
Gömrük sistemində rəhbərlik uğrunda böyük savaş
Aydın Əliyev “Rokfeller” ləqəbli Hikmət Məmmədovu yenə biləcəkmi?

Astara gömrük idarəsi ilə bağlı vətəndaş şikayətləri dövrü mətbuatda zaman-zaman ictimailəşdirilsə də, nədənsə bu qurumla bağlı hansısa tədbirin görülməsi yolunda heç bir addım atılmır. Bu da Astara gömrük idarəsinin rəisi Hikmət Məmmədov üçün əlavə şansın verilməsi anlamına gəlməkdədir. Hər halda, Dövlət Gömrük Komitəsinin rəhbərliyi, başda DGK şefi Aydın Əliyev olmaqla bu barədə susurlar. Halbuki…

Hikmət Məmmədov kimdir?

Aydın Əliyevin nədən susmasının səbəblərinə gəlincə, ilk əvvəl Hikmət Məmmədovla bağlı əlimizdə olan faktlara diqqət yetirək. “Gündəm Xəbər”in apardığı araşdırmalar nəticəsində müəyyən olunur ki, özünün geniş maddi imkanları və biznesi baxımından «Rokfeller» ləqəbi ilə tanınan Hikmət Məmmədov bu gün hakimiyyətin üst düzəyində bir çox məmurlarla əlaqədədir. Və elə bunun nəticəsidir ki, DGK rəhbərliyi də bu gün «Rokfeller»in muxtariyyətinə dözmək məcburiyyətində qalıb.
Bu əlaqələrin yaranması və hansı şəraitdə formalaşması isə sirr deyil. Məlumdur ki, Azərbaycanda məmurların, xüsusən də iri ranqlı məmurların həm də biznesləri var. Və bu gün İran-Azərbaycan marşrutu ilə leqal və qeyri-leqal biznes xəttinə malik olan əksər fiqurlar Hikmət Məmmədovla dostlaşıblar. Çünki, ümumi gömrük qapılarının başında Aydın Əliyev dayanırsa, strateji qapının açarları Hikmət Məmmədovun əlindədir. İran qapısından isə Azərbaycana xüsusən nələrin daxil olduğunu təxmin etdikdə, artıq ortada bir şəbəkələşmiş qrupun fəaliyyətinin olduğunu ehtimal etmək olduqca asandır.
Və belə bir şəraitdə «Hikmət Məmmədova nədən gömrük rəhbərliyipnin dişi batmır» sualını cavablandırmaq da rahat olur. Çünki, Hikmət Məmmədov həm də qaranlıq çevrələrin himayədarı kimi fəaliyyətdədir. Yəni onun əsas gəliri heç də Astara gömrükxanasının həyətində saxlanılan və İrana müalicə üçün və yaxud da bir-iki kisə kartof gətirmək üçün gedən xırda vətəndaşdan qopardığı beş-on manatla məhdudlaşmır.

Onun varidatı milyonlarla ölçülür

Elə buna görə də, Hikmət Məmmədov özünün maddi imkanları baxımından bu gün hətta oliqarx-məmurlarla belə ayaqlaşmaqdadır. Xatırladaq ki, Astaranın gömrük şefinin Qubada, Bakıda və Azərbaycanın daha bir neçə bölgəsində obyektləri, həmçinin mülkləri var ki, bütün bunların da toplu qiymətinin təxminən 20-30 milyon manat dəyərində olduğu təxmin edilir.
Təbii ki, bunlar hamısı deyil və bu gün özünü hətta Aydın Əliyevin yerində belə görən Hikmət Məmmədovun əlavə gəlir sahələri, həm də pul şəklində dövriyyədə olan sərvəti var ki, bunlar da ümumən azərbaycanlı balası olan «Rokfeller»in 100-150 milyon manatlıq varidatının mövcudluğundan xəbər verməkdədir.
Bu qədər vəsait isə az pul deyil. Bunu Hikmət Məmmədovun özü də yaxşı bilir. Ona görə də əvvəlcə Qubaya icra başçısı getmək istəyən və gömrükdəki işlərindən «nə vaxtsa ilişə bilərəm» tədarükü ilə geri çəkilmək fikrinə düşən Hikmət Məmmədov bu gün «ilişmə» ehtimallarının az olması səbəbindən iddialarının miqyasını da böyüdüb. Yəni artıq o, icra başçısı yox, elə gömrükdə qalaraq Dövlət Gömrük Komitəsinin rəhbəri olmağı düşünür.

Aydın Əliyev onu yenə biləcəkmi?

Təbii ki, bu gün onların arasında ciddi ədavətin olduğunu elə mətbuatdan da sezmək mümkündür. Dəfələrlə qəzet səhifələrində Aydın Əliyevə qarşı aparılan kampaniyanın arxasından Hikmət Məmmədovun boylandığı müəyyən olunub. Amma, bir daha vurğulayırıq ki, DGK şefinin yetərli gücünün olmaması Hikmət Məmmədovun toxunulmazlığı şəraitində proseslərin sükutla yola verilməsinə gətirib çıxarıb. Yəni, Aydın Əliyev onu nüfuzdan salmağa çalışan rəqibinə qarşı hər hansı addımı ata bilməməsi səbəbindən sadəcə olaraq baş verənləri durdurmaqla yetinməli olub.

Bu dava nə ilə bitəcək?

İstənilən bir rəqabətin yekunda qalibi olmalıdır. Və bu gün Aydın Əliyevlə çəkişən Hikmət Məmmədov da davanı bitirmək fikrinə düşüb. Bu barədə qəzetimizə danışan məlumatlı mənbələr iddia edir ki, Aydın Əliyevin yerinə özünü hazır görən Hikmət Məmmədov , artıq yuxarıdakı himayədarlarının - iş ortaqlarının da xidmətlərindən yararlanmağı düşünür.
«Amma onun bu istəyinə hansı dərəcədə nail olub-olmayacağı isə proseslərin inkişafından asılıdır». Bunu da mənbəmiz əlavə edir və bildirir ki, yaxın günlərdə gömrük sistemi ilə bağlı hakimiyyətin üst düzəyində müzakirələr olacaq: «Ola bilsin ki, bu müzakirələrdə dəyişikliklə bağlı xeyir-dua verilsin. Çünki, Hikmət Məmmədov ciddi şəkildə niyyətlənib. Amma bir fakt da var ki, Aydın Əliyevə qarşı etimadsızlıq da yoxdur. Yəni adam əvvəlki qədərində etimad sahibidir. Belə bir səddi keçmək isə Hikmət Məmmədov üçün asan olmayacaq»…

Fəxri
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gömrük rəisi Hikmət Məmmədovun Qubadakı istirahət mərkəzinə nə baş verir

    Gömrük rəisi Hikmət Məmmədovun Qubadakı istirahət ...

    21-08-2013, 00:59

  • 
  • Aydın Əliyev vətəndaşları qəbul edəcək

    Aydın Əliyev vətəndaşları qəbul edəcək ...

    30-12-2015, 18:15

  • 
  • Gömrük rəisi Aydın Əliyevi də saymır

    Gömrük rəisi Aydın Əliyevi də saymır ...

    25-03-2014, 22:22

  • 
  • Astara gömrüyündə sahibkar soyğunçuluğu

    Astara gömrüyündə sahibkar soyğunçuluğu ...

    3-10-2013, 21:26

  • 
  • Gömrük sistemində kapital savaşı

    Gömrük sistemində kapital savaşı ...

    10-05-2013, 12:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu