GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Qəzetçilər qadağalara qarşı piket keçirəcək

Qəzetçilər qadağalara qarşı piket keçirəcək

Tarix: 25-01-2014, 15:04 Bölmə :Manşet Baxış: 560
Qəzetçilər qadağalara qarşı piket keçirəcək
“Ayna” və “Zerkalo” qəzetinin redaksiyasında yanvarın 25-də qəzet rəhbərləri və yayım firmalarının nümayəndələri Bakı şəhər Ticarət Departamentinin səyyar qəzet və jurnal satışına qadağa qoyması və yaranmış vəziyyətdən çıxış yolunu müzakirə etdilər.
Toplantıda Bakı şəhər Ticarət Departamentinin qərarı ilə qəzetlərin satışına ciddi zərər dəydiyi qeyd olundu.

“Vəziyyət həddindən artıq kritikdir”

“Yayım” Assosiasiyasının sədri Yaşar Zeynalov bildirdi ki, toplantıda qəzet redaktorları və əl yayım firmalarının təmsilçilərinin iştirakı ilə yaranmış problemdən çıxış yolları birgə müzakirə olunacaq: “Kommersiya direktorlarının və yayımçıları kimi redaktorların da bu toplantıda iştirakı olduqca vacibdir. Ötən toplantıda qərar vermişdik ki, müraciət qəbul edib, tədbir keçirəcəyik. İndi şans yaranıb və hər kəsən öz təkliflərini səsləndirə bilər”.
“Gündəm Xəbər” qəzetinin direktoru Şirin Cəfərli yaradılan əngəllərdən
çıxış yollarından birinin də piketlərin keçirilməsi olduğunu söylədi. Veriləcək qərarı gecikdirmək olmadığını deyən Şirin Cəfərli oxuculara da müraciət etməyi təkilf etdi: “Oxucularımıza da müraciət etməliyik. Vəziyyət həddindən artıq kritikdir. Çıxış yolumuz yoxdur. Qəzeti dayandırmaq məcburiyyətində qalmışıq. Ona görə də, bu gün burda səsləndiriləcək və bizim xeyrimizə olan bütün proseslərdə iştirak edəcəyik”.
Yayımla məşğul olan sahibkar Nadir Əmirov satışa yaradılan əngəllərin acısını yaşadıqlarını söylədi.

“Əli Həsənovun bir zəngi kifayət edir ki, məsələ öz yoluna qoyulsun”

“Qaya” Mətbuat Yayımı Firmasının direktoru Xanhüseyn Əliyev əl yayımı olmayacaqsa qəzet çap etməyə ehtiyac olmayacağını dedi: “Yayım olmayacaqsa qəzet olmayacaq. Qəzet olmayacaqsa Mətbuat Şurası olmayacaq. Mətbuat Şurası da olamayacaqsa Mətbuat dəstək fondu da olmayacaq. Birinci “Qaya”nı vurdular. Sonra “Qasid”i məhv etdilər. Metrostansiyalarda qəzet satışına qadağa qoyuldu. Buna görə də “Metroservis” fəaliyyətini dayandırmalı oldu. İndi də əl yayımına keçiblər. Deyirlər yeni köşklərdə satılır. Ancaq bu yalandır. Vəziyyəti müzakirə edib, addım atmalıyıq. Hacıbala Abutalıbovluq heç nə yoxdur. Əflatun Amaşovla görüşək, o da Əli Həsənovla danışsın. Əli Həsənovun bir zəngi kifayət edir ki, məsələ öz yoluna qoyulsun. Məndə olan məlumata görə yeni köşklər “Qasid”ə veriləcək. “Qasid”də də Əli Həsənovun adamı oturacaq. O da oranı özəlləşdirəcək. O da özəlləşəndən sonra yayım bir əldə olacaq. O deməyəcək ki, satmıram. Götürəcək qəzetləri aşağıda saxlayacaq. Satış üçün verilən qəzetin 90 faizi geri qayıdandan sonra siz nə edəcəksiniz? Təklif edirəm ki, “Kaspi”ninq arşısında aksiya keçirək. Prezident Administrasiyasına getməkdənsə “Kaspi”nin önünə toplaşaq. Prezident Administrasiyasında o bir məmur, “Kaspi”də isə sahibkardır”.
Xanhüseyn Əliyev yayım firmalarının təmsilçirinə müraciət edərək bildirid ki, qəzet firmaları lisenziyadan azaddırlar: “Nazirlər kabinetinin sərəncamı var. Siz lisenziya, kassa aparatından azadsınız. Təkcə icarədarla yer haqqında müqavilə bağlamalısınız. Fiziki şəxs kimi qeydiyyatdan keçməlisiniz. Əgər başqa tələblər irəli sürülürsə bu qanunsuzdur”

“Toplu şəkildə məhkəməyə müraciət edək”

“Novoe Vremya” qəzetinin kommersiya direktoru Məzahir Məmmədlinin sözlərinə görə, tədbirin ümumi qeydləri olmalı, sistem qurulmalıdır. O bildirdi ki, səyyar satışla bağlı yekun qərar verilməlidir.
“Yeni Müsavat” qəzetinin baş redatoru Rauf Arifoğlu isə toplantında təkliflərini səsləndirdi: “Bakı Şəhər İcra Hakimiyəti qarşısında piket keçirək. İcazə üçün müraciət edək, əgər icazə verilməsə yenə keçirək.
Toplu şəkildə məhkəməyə müraciət edək. Artıq “Yeni Müsavat” olaraq biz məhkəməyə müraciət etmişik. Ticarət Departamenti qərar verməyib, veribsə belə əllərində hüquqi sənədləri yoxdur. Bunun özü bəs eləyir ki, biz məhkəməyə üz tutaq. Kritik məqamdır. Prezidentdən tutmuş Mətbuat Şurasının sədri Əflatun Amaşova kimi müraciət etməliyik”.
Rauf Arifoğlu eyni zamanda qəzet redaktorlarına təklif verdi ki, qəzetlərin qiyməti qaldırılsın: “Yayım firmaları qəzet satmağa maraqlı olmalıdır. Yəqin ki, yadınızdadır, ən pis vaxtlarda qəzeti satmağa, oxumağa icazə vermirdilər. Ancaq partizan kimi qəzet satdırıdınız. Çünki, satıcıya yaxşı pul qalırdı. Ona görə təklif edirəm ki, qiyməti daha 10 qəpik artıraq. Satışdan heç nə əldə edə bilmirik. Gələn aydan qəzeti bağlamaq qərarını vermişəm. Bu zarafat deyil, ciddi bir siqnaldır”.

“Biz geri çəkilməməliyik, piketlər davamlı olmalıdır”

“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirdi ki, piket məsələsinə xüsusi diqqət verilməlidir: “Biz tez bir zamanda və böyük tərkiblə piket keçirməliyik. Problem həll olunana kimi biz geri çəkilməməliyik. Piketlər davamlı olmalıdır. Bundan başqa müxətlif etiraz formalarıyla diqqəti bu məsələyə yönəltməliyik”.
“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı etiraz əlaməti olaraq redaksiyaların tətil etməsi təklifini irəli sürdü: “Rəhbəri olduğum qəzet olduqca acınacaqlı durumdadır. 24 ildir bu qəzetləri buraxıram. Biz Elçibəy zamanında ümummilli tətil etmişdik. Bir gün müəyyən edək və bu tətili gerçəkləşdirək. Bu çox böyük hay-küyə səbəb olmaqla yanaşı diqqəti əsas məsələyə yönəldəcək”.
Rahim Hacıyev Elçin Şıxlının tətil məsələsinə münasibət bildirirək qeyd etdi ki, bu təklifi də dəyərləndirmək lazımdır: “İctimaiyyət də görsün ki, hansı problemlərlə üz-üzə qalmışıq”.
“Yeni Müsavat” qəzetinin yayım direktoru Ələsgər Süleymanov qeyd etdi ki, yayım biznesi cəlbedici biznesə çevirilməlidir: “Nə qədər ki, yayım biznesini cəlbedici biznesə çevirməmişik, bura heç kimi cəlb etmək olmayacaq, olanlar da çıxıb gedəcək. Bu biznesi elə vəziyyətə gətirməliyik ki, bura axın olsun. Təklif edirəm ki, qiyməti elə həddə qaldıraq ki, yayımçıya da qəzet satana da redaksiyaya da normal pul qalsın. Bir maşının parkovkası saatına bir manatdır. Bu məbləği hamı da verir və heç kim də etiraz etmir. Biz də qəzetləri bir manat etsək, bu pulun 20 faizi yayım firmasına, 20 faizi satıcıya, 60 faizi də redaksiyaya qalsa bura çox adam gələcək. Satıcı çalışacaq ki, çox qəzet götürüb çox satsın. Bu barədə fikirləşin. Gec-tez biz bu məsələyə qayıtmalı olacağıq”.

***

Tədbirin yekununda gələn həftənin birinci günü – yanvarın 27-də Bakının mərkəzindəki Sabir bağında piket keçirilməsi ilə bağlı meriyaya müraciət edilməsi qərara alındı. Eyni zamanda həftənin dördünücü günü – yanvarın 30-da Beynəlxalq Mətbuat Mərkəzində qəzet rəhbərlərinin, əl yayımının işçilərinin, siyasətçilərin, deputatların, eləcə də oxucuların iştirakı ilə geniş toplantı keçirilməsi barədə razılıq əldə olundu.
Həmçinin 7 media orqanı bir günlük tətil keçirilməsi xəbərdarməsi ilə bağlı qərar qəbul etdi.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qəzetlər səyyar satışa qadağadan çıxış yolu axtarır- FOTOLAR

    Qəzetlər səyyar satışa qadağadan çıxış yolu ...

    17-01-2014, 15:19

  • 
  • GÜNDƏM XƏBƏR QƏZETİNİN KEÇİRDİYİ AKSİYA QƏZET REDAKTORLARINI BİR ARAYA GƏTİRDİ(VİDEO-FOTOLAR)

    GÜNDƏM XƏBƏR QƏZETİNİN KEÇİRDİYİ AKSİYA QƏZET ...

    22-11-2013, 14:57

  • 
  • Mətbuat yayımı ilə bağlı konfrans keçirilir

    Mətbuat yayımı ilə bağlı konfrans keçirilir ...

    30-01-2014, 12:52

  • 
  • Mətbuat nümayəndələri dövlət başçısına müraciət ünvanladı (Yenilənib, FOTOLAR)

    Mətbuat nümayəndələri dövlət başçısına müraciət ...

    30-01-2014, 15:10

  • 
  • Qəzetlər piketlə bağlı BHİŞ-ə müraciət ünvanladı

    Qəzetlər piketlə bağlı BHİŞ-ə müraciət ünvanladı ...

    27-01-2014, 13:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu