Müğənni Sevda Yəhyayeva estetik əməliyyat etdirən həmkarlarından danışıb. Açıqlamasında müğənni bildirib ki, vaxtında edilən əməliyyatlara normal münasibət bəsləyir: “İstər sənət adamı, istər adi insan olsun, fərqi yoxdur. Əgər bir insanın hər hansı nahiyəsində qüsur varsa və bu onda kompleks yaradırsa, bunu aradan qaldıra bilər. Estetik əməliyyat etdirməyə normal baxıram. Əgər əməliyyat doğru şəkildə aparılıbsa, gözəlləşməkdə nə qəbahət ola bilər. Amma gərək çərçivədən çıxmayasan, doğru həkim seçəsən, araşdırasan. Hazırda mənim heç bir əməliyyata ehtiyacım yoxdur. Qırx yaşımdan sonra ehtiyacım olsa, mən də bunun üçün həkimə müraciət edəcəm”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?