"Bizimlə canilər kimi davranırdılar. Sanki terrorçuları saxlamışdılar. Heç bir səbəb göstərmədilər. Təhqir olunduq, aşağılandıq. Bilirsiniz niyə?! Çünki ərim müsəlmandır, türkdür".
Britaniya vətəndaşı, 29 yaşlı Nataşa Politakis deyir.
Londoun Enfild səmtində yaşayan Nataşa Politakis və əri, 31 yaşlı Əli Gül toydan sonra "bal ayı"na Havay adalarına yollanmağa qərar vermişdilər.
Onlar səyahət üçün pul toplamaq məqsədilə "qənaət rejimi"nə də keçmişdilər.
7 min funt-sterlinq məbləğində pul toplayandan sonra Nataşa və onun əri, mənşəcə türk olan Əli Gül ABŞ-a yollandılar.
Los-Anceles hava limanında isə onları saxladılar.
Səbəb rəsmən açıqlanmasa da, aşkardı: Əli Gül müsəlmandı, türkdü.
Hava limanındakı polis bölməsində 26 saat saxlandıqdan sonra Nataşa ilə Əlini yenə də heç bir səbəb göstərmədən ABŞ-dan deportasiya ediblər.
Daşınmaz əmlak agenti, uğurlu biznesmen olan Əli deyir: "Şokdayam, nə deyəcəyimi bilmirəm. Polislər bizə yaxınlaşıb "5 dəqiqəlik söhbət" üçün dəvət etdilər. Sonra 25 saat saxladılar. Sənədlərimiz, vizalaramız tam qaydasında idi. "Bal ayı"na yollanırdıq. Amma bizi deportasiya etdilər".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?