Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüş müğənni Azərin Bakı İstintaq Təcridxanasında saxlanılan müxalif mövqeli gənc fəal, NİDA Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlını dəstəkləyən bəyanatla çıxış edib.
“Turan” agentliyinin məlumatına görə, Azərin Zaur Qurbanlının həbsdən buraxılması istədiyini bəyan edib.
Qeyd edək ki, bu gün tanınmış telejurnalist Sevil Nuriyeva da özünün facebook səhifəsində Zaur Qurbanlıya dəstək olduğunu və gənc fəala azadlıq istədiyini yazmışdı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?