"Xırda məmur olan Tural Əliyev Samir Nuriyev və Hikmət Hacıyevin adından necə istifadə edir?"
Bu haqda müstəqil QHT nümayəndələri gundemxeber.az-ın redaksiyasına ünvanladıqları müraciətlərində qeyd ediblər.
Onlar həmçinin bildiriblər ki, "Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev QHT sektorunda diktaura yaradıb. 2023-cü ilin 21 dekabr tarixində bu sektora rəhbər təyin edilən Tural Əliyev, bir il keçməmiş bütün QHT sektorunu özündən narazı salmağı bacarıb. Bəs QHT-ləri Tural Əliyevdən narazı salan nədir? Niyə vətəndaş cəmiyyəti institutları bunca problemlər içərisində həm də Tural Əliyev problemi yaşayır?
Prodüser şinelindən çıxan Tural Əliyevin hakimiyyət sevgisi: “Mən nə deyirəmsə, o da olacaq!”
Vaxtiylə Xalq artisti Röya Ayxanın prodüseri olan Tural Əliyev, Administrasiyaya yol tapandan və QHT sektoruna müdir təyin ediləndən sonra əsl simasını ortaya qoydu. Hakimiyyətyönlü QHT-ləri açıq şəkildə müdafiə edən Tural Əliyev, azad, müstəqil QHT-lərə qarşı sözün həqiqi mənasında açıq düşmənçilik mövqeyi sərgiləməyə başladı. “Mən nə deyirəmsə, o da olacaq!” şüarı ilə hərəkət edən Tural Əliyev, özünü əsl ağa kimi aparmaqda, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adından sui-istifadə etməkdədir. Tural Əliyev bəzi hallarda QHT-lərə verdiyi əmrləri Samir Nuriyev və Hikmət Hacıyevin tapşırığı kimi təqdim edir. Bildirir ki, əgər deyilənlər yerinə yetirilməsə, o zaman həmin QHT-nin fəaliyyəti dayandırılacaq.
Şöbə müdiri olmaq arzusu Tural Əliyevi yeyib-bitirir Simasından tutmuş davranışlaırna qədər hər bir hərəkətindən təkəbbür tökülən Tural Əliyev ölkədəki minlərlə vətəndaş cəmiyyəti institutunun boğazına kəndir keçirib onlara sahiblənmək istəyir. Halbuki, bu, ölkə konstitusiyasına, dövlətimizin yürütdüyü azadlıq və demokratiya siyasətinə ziddir. Şöbə müdiri olmaq üçün dəridən-qabıqdan çıxan Tural Əliyev bilməlidir ki, onu QHT sektoruna nəzarət etmək, bu sektorun inkişafına dəstək vermək üçün təyin ediblər. Ona görə təyin etməyblər ki, QHT-ləri əmr və göstərişləri ilə zinhara gətirsin, insanları dövlətdən, Prezident Administrasiyasından narazı salsın. Ola bilsin ki, Röya Ayxana prodüserlik edən zaman Tural Əliyev Xalq artistinin kaprizlərinə çox məruz qalıb və elə bilir ki, bütün münasibətlər sistemi məhz bu cür olmalıdır. Əgər belədirsə, o zaman Tural Əliyev ciddi səhvə yol verir və hesab edirik ki, o, öz zamanını QHT sektorunun məhvinə deyil, əsəblərinin, yersiz eqosunun müalicəsinə sərf etsə daha doğru olar. Prezident Administrasiyasından isə xahiş edirik ki, QHT-lərin canını bu sekrora yamaq olan Tural Əliyevdən xilas etsin və imkan versin ki, vətəndaş cəmiyyəti öz məhdud gücünü Tural Əliyev kimilərin şəxsi arzularını təmin etməyə deyil, daha faydalı işlərə sərf etsin."
Yazıda adıçəkilən Tural Əliyevin də mövqeyini dinləməyə hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?