GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Oğuz-Qəbələ su kəməri insanları necə susuz qoydu?

Oğuz-Qəbələ su kəməri insanları necə susuz qoydu?

Tarix: 19-02-2014, 23:16 Bölmə :Maraqlı Baxış: 1 235
Oğuz-Qəbələ su kəməri insanları necə susuz qoydu?
262 kilometr uzunluğunda kəmərin suyu niyə bakılılara çatmır?

Axır ki, 2010-cu ilin sonlarında çoxlarının gözlədiyi an yetişdi – Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verildi. Açılış mərasimində paytaxt – Bakı sakinlərinin 75 faizinin içməli su ilə aramsız təmin olunacağı vəd edildi.
O vədlərdən 3 il ötür. Oğuz-Qəbələ-Bakı kəmərinin suyu hələ nə paytaxtın çevrəsindəki kənd və qəsəbələrə çatıb, nə də şəhərin mərkəzinə. Təkcə Korgöz qəsəbə sakinlərindən su problemlərini işıqlandırmaq üçün AzadlıqRadiosuna ildə, azı, 4-5 dəfə müraciət gəlir. Rəsmilər hər dəfə «su problemi çözüləcək» desələr də, nəticə yoxdur.
Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişinə 2007-ci ildə başlanmışdı. Layihə təxminən bir milyard manata başa gəlib. Kəmərinin çəkilişini Neft Fondu maliyyələşdirib.

«LAYİHƏ İFLASA UĞRAYIB»

Səkkiz rayonun ərazisindən keçərək Bakıya gələn 262 kilometr uzunluğunda kəmərin suyu niyə bakılılara çatmır? Səbəb kimi kəmərin mənbəyinin – bulaqların quruması, daha doğrusu, quruma ehtimalları göstərilir. Bakını içməli su problemindən qurtarması bir yana, kəmər çəkildiyi kəndlərdə də su problemi doğurub.
Ekoloq Telman Zeynalov hələ layihənin icrasına başlanmazdan öncə kəmərin zərəri haqda xəbərdarlıq etdiyini deyir. Onun sözlərinə görə, kəmərin quraqlıq, səhralaşma törədəcəyi, bulaqları qurudacağı barədə dönə-dönə ictimaiyyətə üz tutub.
Oğuz-Qəbələ-Bakı su kəməri qaynağını Oğuzun Sincan kəndindən – bulaqlardan və yeraltı su ehtiyatlarından götürüb. Su kəmərinin monitorinqini aparan hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının fikrincə, layihə iflasa uğrayıb, dövlətin milyonlarla manat pulu heçə gedib.

BU HALLARIN BAŞ VERMƏMƏSİ ÜÇÜN...

Oğuz-Qəbələ-Bakı su kəməri dövlət büdcəsindən vəsait ayrılan, amma gözləntiləri doğrultmayan layihələrdən biridir. İqtisadçı Kənan Aslanlı gerçəkləşmiş başqa bir layihəni – Bakının «20 Yanvar» dairəsində inşa olunan körpünü misal çəkir. O, hələ layihənin icrasına başlamazdan öncə bu körpünün səmərəli olmayacağı barədə fikirlərin səsləndiyini xatırladır. Sonra büdcədən vəsait ayrılıb, körpü inşa olunub, amma problemlər qalıb və çözülməyib:
«Bu gün tıxacda qaldığıma görə önəmli tədbirə gecikdim. Körpü salınarkən mütəxəssislər bir yana, taksi sürücüləri də deyirdilər ki, bunun tıxac probleminin həllinə faydası olmayacaq. Çünki bu körpüdən Yasamala və «3-cü Dairə»yə yol ayrılmır. Amma körpünü inşa etdilər. Buna işlə bağlı qurumlarla yanaşı, Hesablama Palatasının da aidiyyəti varmı? Var. Çünki Hesablama Palatasının işi ancaq layihələrə ayrılan vəsaitlərin necə xərcləndiyini hesablamaq deyil, həm də layihənin səmərəliliyini qiymətləndirməkdir. Palata bununla bağlı rəy verməlidir».

ALMANİYA MODELİ...

Kənan Aslanlı bu yerdə Almaniya təcrübəsindən misal gətirir və deyir ki, orada hesablama palatası nəqliyyat nazirliyinin yeni tunelin inşasına dövlət büdcəsindən vəsait ayırmasına lüzum görməyib. Qurum bir neçə cümlədə və anlaşıqlı şəkildə mənfi rəyini əsaslandırıb və çıxış yolunu da göstərib:
«Hesablama Palatasının rəyində göstərilib ki, konkret yol ayrıclarında işıqfor və digər yol nişanları qoymaqla problemin həlli mümkündür. Beləcə, həmin tuneli tikməməklə büdcədə 12.7 milyon avroya qənaət olunmasına imkan yaradılıb. Baxın, arzuolunan hesablama palatası modeli budur: Problemin üzərinə getmək və alternativ çıxış yolları göstərməklə dövlət büdcəsinin vəsaitinə qənaət etmək və bu barədə ictimaiyyəti məlumatlandırmaq».
Kənan Aslanlı deyir ki, Hesablama Palatası dövlət büdcəsi vəsaitlərinin israf olunmaması üçün belə yoxlanışlar aparmalı və rəyini hazırlamalıdır.

HESABLAMA PALATASI NECƏ ÇALIŞIR?

İqtisadçı-ekspert Rəşad Həsənov Hesablama Palatasının İctimai Vəsaitlərə Effektiv Nəzarət Sistemi layihəsiylə bağlı fəaliyyətinin araşdırıb. O bu nəticəyə gəlib ki, Azərbaycan Hesablama Palatasının rəyləri daha çox hökumətinin təbliğinə bənzəyir. Qəliz və az anlaşıqlı dildə yazılan həmin rəylərdə tövsiyə və nöqsanlarla bağlı bölümlər az olur:
«Hesablama Palatasının müstəqil olmaması bir çox hallarda onun fəaliyyətini məhdudlaşdırır. Palata prezidentin, Milli Məclis sədrinin və ya komitə rəhbərlərinin göstərişi əsasında bəlli qurumlarda yoxlama apara bilir. Layihələrlə bağlı rəylər büdcə bələdçisi təəssüratı yaradır və layihələrin təbliğinə bənzəyir. Palatanın hazırladığı tövsiyələr yalnız hökumətə və millət vəkillərinə təqdim olunur. Amma hesab edirəm ki, söhbət ictimai vəsaitlərə nəzarətdən gedirsə, həmin tövsiyələr ictimaiyyətə də açıq olmalıdır».
Rəşad Həsənovun diqqət çəkdiyi başqa bir məqam Hesablama Palatasının dövlət vəsaitlərinə tam nəzarət etməməsiylə bağlıdır. Onun sözlərinə görə, Hesablama Palatası neft və sosial müdafiə fondlarına, Naxçıvanın büdcəsinə, eləcə də digər ictimai təyinatlı vəsaitlərə tam nəzarət edə bilmir.

«GƏRƏK HAMISINI SALASAN İÇƏRİ...»

Hesablama Palatasının fəaliyyəti ilə bağlı tədbirdə sabiq millət vəkili, iqtisadçı Nazim Məmmədov ötən ilin sonlarında Dövlət Neft Şirkətinin layihələrində adı keçən Anar Əliyev barədə yazılanları xatırladıb. O, Hesablama Palatasının rəsmisindən bununla bağlı hər hansı yoxlama aparılıb-aparılmadığını soruşub və Palatanın rəsmisi Faiq Nəcəfovdan qısa bir cavab alıb:
«Bu sualın cavabını sonra mən sizə verərəm». Sualın cavabını eşitmək tədbir iştirakçılarının israrından sonra söhbətə millət vəkili Vahid Əhmədov qarışır: «Mən sizə açıq deyirəm. Hesablama Palatasının yoxlamalar apardığı təşkilatlardan elə biri yoxdur ki, orada maliyyə nöqsanları olmasın. Bu nöqsanlar nəzərə alınsa, onda gərək hamısını tutub salasan içəri».

«MÜSTƏQİLLİK ZƏRURİDİR...»

Hesablama Palatasının daha səmərəli çalışması üçün iqtisadçı Zöhrab İsmayılın xeyli təklifi var. İnvestisiya layihələri ilə bağlı ayrıca rəylərin hazırlanması həmin təkliflərdən biridir:
«Azərbaycan büdcəsinin 40 faizə qədəri investisiya layihələrinə xərclənir. Demək, Hesablama Palatasının bu layihələr barədə ayrıca rəylər hazırlamasına, xərclənən vəsaitin səmərəliliyinin artırılmasına ciddi ehtiyac var».
İnvestisiya layihələrindən söz düşərkən, istər-istəməz, başqa bir sual önəm qazanır: Hesablama Palatası ictimai vəsaitlərin nə qədərinə nəzarət edə bilir?
İqtisadçı Kənan Aslanlının fikrincə, cavabı tapılmalı ən önəmli suallardan biri elə həmin sualdır:
«Mən iri vergi ödəyicilərinin, eləcə də Dövlət Neft Şirkətinin daxil və xaricdəki maliyyə əməliyyatlarını bir kənara qoyuram. Sırf ictimai büdcədə – söhbət 40 milyard manat vəsaitdən gedir – qarşıya qoyulan əsas sual odur ki, Hesablama Palatası bu 40 milyardın hansı hissəsinə nəzarət edə bilir? Bildirsələr ki, hamısına, – bu, reallıqdan uzaqdır. Çünki dünyanın heç bir yerində bütün ictimai vəsaitlərə tam və keyfiyyətli nəzarət etmək mümkün deyil. Azərbaycanda bu maliyyə vəsaitinə nəzarətin qismən həyata keçirilməməsi mümkündür və başadüşüləndir. Hesablama Palatasının yeni yaranması, formalaşmaqda olması, maliyyə və insan resurslarına ehtiyacı səbəb göstərilə bilər. Bütün bunları, haradasa, bağışlamaq olar, çünki zamanla düzələndir. Amma mütləq olmalı bir məsələ də var, o da Hesablama Palatasının müstəqilliyi məsələsidir. Yəni, bu qurumun icra orqanlarından – hakimiyyətdən asılı olmaması məsələsidir. Bu, başlıca və çox vacib bir məsələdir».

«HESABLAMA PALATASI MEDİADA YAZILANLARI OXUYUR...»

Hesablama Palatasının müstəqilliyinin Konstitusiyada təsbit edilməsi də əsas təkliflərdən biridir. Palatanın rəsmisi Faiq Nəcəfov bununla bağlı onların da məsələ qaldırdığını deyir, amma Konstitusiyaya dəyişiklik üçün referendum keçirilməsi gərəkdiyini vurğulayır. O, zamanla bu məsələnin çözüləcəyini bildirir. Hesablama palatasının müstəqil olub-olmamasına gəlincə, Faiq Nəcəfovun sözlərinə görə, bu qurum yetərincə müstəqildir və gərəkli səlahiyyətləri də var:
«Hesablama Palatası öz rəy və tövsiyələrində kifayət qədər ciddi məsələləri qaldırır. Və hökumət əksər hallarda bu təklifləri nəzərə alır. O ki qaldı bu rəy və tövsiyələrin ictimaiyyətə açıqlanmasına, bu tövsiyələr bir çox ölkədə ictimaiyyətə açıq deyil. Burada Almaniya, ABŞ və digər ölkələrin hesablama palatalarından nümunələr gətirilir. Bir məsələni vurğulamaq istəyirəm ki, Azərbaycanda Hesablama Palatası yeni yaranıb və formalaşmaqdadır. Amma bu o demək deyil ki, biz Almaniya, Türkiyə və digər ölkələrin təcrübəsini Azərbaycana köçürməliyik. Biz dünya təcrübəsini öyrənir, Azərbaycana gərəkli olanları tətbiq edirik».
Faiq Nəcəfov deyir ki, Hesablama Palatasının əməkdaşları mediada yazılanları izləyir, ciddi korrupsiya faktları olduqda həmin qurumlarda yoxlama aparılmasını gələcək planlarına daxil edirlər.

«NORMAL HESABLAMA PALATASI OLSAYDI...»

Oğuz-Qəbələ-Bakı su kəməri Bakının içməli su problemini çözmək üçün çəkilmişdi. Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyir ki, bu layihə təkcə büdcədən milyonların israfına deyil, kəmərin keçdiyi ərazidə yüzlərlə ailənin mülkiyyət hüququnun pozulmasına, su qaynaqlarının qurumasına yol açdı: «Normal Hesablama Palatası olsaydı, bu layihəni yoxlayar və bu qədər problemin yaranmasına imkan verməzdi». Layihənin əsas məqsədi Oğuz-Qəbələ ərazisindəki yeraltı su ehtiyatlarından yararlanmaq, Bakıya saniyədə 5 kubmetr həcmində içməli su axıtmaq idi. Kəmər əhaliyə yüksək keyfiyyətli suyun çatdırılmasına, paytaxt sakinlərinin içməli su ilə təchizatına təminat verməliydi.
«Güclü Hesablama Palatası güclü iqtisadiyyat, güclü dövlət deməkdir» – Rəşad Həsənovun tədqiqatı bu sözlərlə yekunlaşır. Hesablama Palatasının rəsmisi isə «zamana ehtiyac var» deyir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hakim qərar verdi: pulu “Azərsu” yox, icra hakimiyyəti ödəsin

    Hakim qərar verdi: pulu “Azərsu” yox, icra ...

    5-02-2015, 01:31

  • 
  • Rusiya-Çin qaz kəmərinin tikintisi başlanır

    Rusiya-Çin qaz kəmərinin tikintisi başlanır ...

    1-09-2014, 14:40

  • 
  • "Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin bərpa işləri bir neçə gün davam edəcək"

    "Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin bərpa ...

    25-08-2015, 14:51

  • 
  • Rusiyada Azərbaycan müzakirələri

    Rusiyada Azərbaycan müzakirələri ...

    18-11-2013, 12:57

  • 
  • Bakı sakinləri nə içir, hansı mənbələrdən içir...

    Bakı sakinləri nə içir, hansı mənbələrdən içir... ...

    10-06-2016, 00:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (264)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu