GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Şərin bir addımlığında

Şərin bir addımlığında

Tarix: 28-03-2014, 09:04 Bölmə :Maraqlı Baxış: 732
Şərin bir addımlığında
MDB HAMILIQLA RUSİYANIN TƏRƏFİNİ TUTUR...

Siyasətin çox qəribə xüsusiyyətləri var. O, ya adamı biganə saxlayır, ya da bütünlüklə onun həyatına sirayət edir. Rusiyanın ağla gələn və gəlməyən hərəkətləri, hətta bayram günlərində də birinci dərəcəli xəbərlər kimi gündəmi zəbt etdi. Bu günlərdə Qazaxıstanın və Ermənistanın ardınca Belarus da öz mövqeyini açıqladı, Krımı Rusiyanın tərkib hissəsi kimi tanıdı.
Azərbaycan istər-istəməz dolaşıq vəziyyətə düşüb. Bir tərəfdən ən azı hakim elitalar arasında normal münasibətlərin olduğu bildirilir. O biri tərəfdən isə, bu ölkə nə Krımı Rusiyanın tərkib hissəsi kimi tanıya bilir, nə də Gömrük Birliyi və Avrasiya İttifaqı ilə bağlı münasibətini açıqlayır.
Şərin bir addımlığında
Əvvəllər də yazmışdıq ki, bundan sonra MDB-də Azərbaycan üçün çətin olacaq. Özbəkistan da Kollektiv Təhlükəsizlik Təşkilatından çıxıb, özü də ikinci dəfə. Amma ümid varmı ki, Rusiya onu təzədən bu təşkilata qaytarmayacaq? Ümid varmı ki, Özbəkistan özü də bir daha ora qayıtmamaq üçün müqavimət göstərəcək? Belə ümid yoxdur. Bu vaxta qədər Azərbaycan faydalı “geosiyasi orkestr”da təmsil olunmuşdu. Moldovanın və Ukraynanın MDB-yə çox tənqidi münasibəti vardı. Bu illər ərzində Ukrayna hətta MDB-nin nizamnaməsini də ratifikasiya etməmişdi və MDB daxilində geosiyasi fraksiyaya başçılıq edirdi. İndi bunlar olmayacaq.
Şərin bir addımlığında
Azərbaycan ən böyük təhlükəni Qarabağdan gözləyir. Təbii ki, Qarabağ Rusiyanın əlində olan başlıca “rıçaq”dır. Amma bir məsələ var ki, Rusiya bu “rıçaq”dan onsuz da nə vaxtsa mütləq istifadə edəcək. MDB ölkələrinin bir-birinin ardınca Krımı Rusiyanın tərkib hissəsi kimi tanımasından sonra adamın ağlına başqa bir şey də gəlmir. Kim Rusiyanı bundan çəkindirə bilər? Qərb? Rusiya ona məhəl qoymur. Azərbaycanı itirmək təhlükəsi? Rusiya Azərbaycanı onsuz da özününkü hesab etmir.
Azərbaycanın əlində tək bir kasad arqument var. O da budur ki, Rusiya Minsk Qrupunun həmsədridir. Qarabağda başqa bir addım atacağı təqdirdə onun vasitəçi dövlət kimi reputasiyası korlana bilər. Bəlkə də bu, yeganə arqumentdir ki, Rusiyanın ağılsız hərəkətlərinin qarşısını ala bilər. Amma bu il atəşkəs haqqında müqavilə imzalanmasının 20 ili tamam olur. Vəziyyət elə gətirib ki, indi Azərbaycanın bu razılaşmanın davam etməsini arzulamaqdan savayı bir çıxış yolu yoxdur. Gözləmək lazımdır. Bu gün deyilməyi mümkün olan yeganə həqiqət budur. Başqa çıxış yolu yoxdur.
Bir çox məsələlər Qərblə Rusiya arasındakı münasibətlərdən asılı olaraq çözüləcək. Bu münasibətlər isə hələ aydınlaşmayıb. Rusiyanı yalnız kəskin və birmənalı soyuq müharibə dayandıra bilərdi. O variant isə hələ götür-qoy edilir. Bəlkə də heç güman edilən tərzdə də soyuq savaş olmayacaq. Hələlik Qərb bir məsələni dəqiq bəyan edib: onun Krıma görə Rusiya ilə savaşmaq fikri yoxdur. İqtisadi sanksiyalara gəldikdə isə, təəssüf ki, Qərbin də Rusiyadan asılı olduğu məqamlar var. Rusiyaya Qərbdən nə lazımdır? Ona qaz ixrac etməyə imkan verilsə bu, Rusiyanı tamam qane edər. Çox güman ki, ona bu imkan veriləcək.
Ölkə iqtisadiyyatı da əvvəlki kimi planlı sosialist iqtisadiyyatı deyil. Bir sözlə, bu dəfə Rusiya ilə çox çətin olacaq.
Düzdür, oliqarxların bank hesablarının dondurulması da adi məsələ deyil. Amma V.Putin Rusiyada elə bir siyasi ab-hava yaradıb ki, artıq heç kim səsini çıxara bilmir. Yeganə “rıçaq” Rusiyanı silahlanma yarışına cəlb etməkdir. Amma Rusiya buna gedəcəkmi? ABŞ-n hərbi büdcəsi Rusiyanın bütün büdcəsindən iki dəfə artıqdır. Ona görə də Rusiya bu yarışı çoxdan uduzub və təkbaşına daha ona baş qoşmaz.
Amma Rusiyanın nüvə arsenalı var. İ.Stalinin ən böyük günahı bəlkə də Avropanın və Asiyanın yarısını işğal etmək, milyonlarla insanı düşərgələrdə tələf etmək deyildi. Onun ən böyük günahı Rusiya kimi dövlətin əlinə nüvə silahını vermək idi.

GERİYƏ, 1991-Cİ İLƏ DOĞRU?
İndi Rusiya zamanı da inversiya etmək fikrinə düşüb. V.Putin deyir ki, indi bizim üçün 91-ci ildir. Amma bayırda saatların əqrəbi 2014-cü ili göstərir. Bu bəlkə də yeganə ümiddir. Qərb də təəssüf ki, bu illər ərzində öz gücünü əsasən sosialist düşərgəsinə və Baltikyanı ölkələrə yönəltdi. Digər keçmiş sovet ölkələrinə bir o qədər də diqqət yetirmədi. İndi növbəti dalğa gəlməlidir. Əgər bu dalğa olmasa, bir az çətin olacaq. Yerli hakimiyyətlər də insanların müstəqilliklə bağlı tərəddüdlərə qapılması üçün əllərindən gələni ediblər. Gəl, məsəl var, deyiblər ki, mollaya görə məsciddən küsməzlər. Dövlət də belədir. Hakimiyyətlər gəldi-gedərdi, bu gün var, sabah yoxdur, dövlət isə əbədidir. Təbii ki, dövlətçilik hissi Rusiyada olduğu kimi anormal təxəyyül formasını almamalıdır. Amma bu hissi itirmək də olmaz...
Hüseynbala SƏLİMOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kremlin yeni imperiya planları

    Kremlin yeni imperiya planları ...

    20-12-2012, 13:25

  • 
  • "Krımı Rusiyanın hesab etmək hələ tezdi"

    "Krımı Rusiyanın hesab etmək hələ tezdi" ...

    26-03-2014, 10:00

  • 
  • Qəbələ RLS-in dalğasında Rusiya çöküşü

    Qəbələ RLS-in dalğasında Rusiya çöküşü ...

    15-12-2012, 14:47

  • 
  • Putinlə YAP-ın Rusiyada gizli anlaşması

    Putinlə YAP-ın Rusiyada gizli anlaşması ...

    7-12-2012, 13:33

  • 
  • Putindən yeni MESAJ: Avrasiya İttifaqının iclası MDB sammiti ilə eyni günə salındı

    Putindən yeni MESAJ: Avrasiya İttifaqının iclası ...

    21-10-2013, 13:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (126)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu