GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Eldar Əzizovun rüşvətyığma kampaniyası “Şərq bazarı”nda

Eldar Əzizovun rüşvətyığma kampaniyası “Şərq bazarı”nda

Tarix: 5-12-2012, 09:43 Bölmə :Maraqlı Baxış: 2 138
Eldar Əzizovun rüşvətyığma kampaniyası “Şərq bazarı”nda

Sumqayıtda 66 sahibkardan 200 min rüşvət tələb olunur

gundemxeber.az Eldar Əzizov Sumqayıta gəldiyi ilk günlərdə yığıncaqlarda Allahdan qorxduğunu deyirdi. Allaha inanan başçı ötən müddətdə şeytana güvənirmiş kimi sumqayıtlıları talamaqda özünün tayı-bərabəri olmadığını sübut edib. Təbii ki, Əzizovun abadlıq sahəsində gördüyü işləri danmaq olmaz, amma bu işlər hansı tərzdə görülür, kimlər bu prosesə cəlb olunub, necə pullar yığılır, məsələnin əsas tərəfi budur.
Sumqayıtda müasir formada yeni layihə adı altında obyekt sahiblərindən külli miqdarda pul yığılması prosesi E.Əzizovun ayağı bu şəhərə dəyəndən az sonra başlayıb və artıq şəhəri başdan-başa bürüyüb. İndi hətta şəhərin ən ucqar səmtində mağazası, yeməkxanası, hətta balaca bir köşkü olan düşünür ki, Əzizov bəlası onun başı üstünü nə zaman kəsdirəcək. İcra başçısının və onun komandasının soyğunçuluğu bu gün “Şərq bazarı”nda tüğyan edir.
Pul yığan və ev yıxanlardan ibarət komanda
İcra başçısının niyyətini gerçəkləşdirən isə həmişəki kimi Arxitektura,Memarlıq və Şəhərsalma İdarəsidir. Eldar Əzizov məlum olduğu kimi, Sumqayıta gələndən sonra burada tamamilə özünün pul yığanlarından, ev yıxanlarından ibarət komandasını formalaşdırıb. Onların əksəriyyəti Gəncədən gətirilib. Amma aralarında biri var ki, daha amansızdır. Bu Eldar Əzizovla vaxtilə Nizami rayonunda bir yerdə işləyən Kamil Məmmədovdur. Məkkədə müqəddəs torpaqları ziyarət edib hacı titulunu qazanan K.Məmmədov Nizami rayonunda torpaq alveri üstündə həbs olunub. Bu təcrübəli torpaq alverçisi o vaxt tutulanda Əzizovu satmadığı üçün özünə güvən qazandırıb. Bunun sayəsində E.Əzizov onun həbsxanadan çıxmasına yardımçı olub və Gəncədən Sumqayıta gələndən sonra hacı Kamili bu şəhərin Arxitektura, Memarlıq və Şəhərsalma İdarəsinin müdir müavini vəzifəsinə təyin edib.

1 kvadratmetr torpaq sahəsi üçün 1200 manat haqq

Hacı Kamilin yerinin səhv düşüb-düşmədiyini deyə bilmərik, amma fakt budur ki, o, Sumqayıtı Bakı ilə səhv salıb. Burada hər qarış torpaq az qala paytaxtdakı məzənnələrə uyğun satılır. Məsələn, şəhərin mərkəzi hissəsində 1 kvadratmetr torpaq sahəsi üçün Əzizovun adamları 1200 manat haqq qoyublar. Şəhərin qıraq hissəsində, məsələn, 16-17-ci mikrorayonlarda bu 600 manat dəyərindədir. Sumqayıtda imkanlı adamların sayı çox deyil. Hətta belələri varsa belə onlar artıq özlərinə kifayət edəcək qədər mülkiyyətə sahibdirlər. Digər tərəfdən, indi ortalığa çıxıb imkanlı olduqları səbəbindən özlərini hədəf vermək niyyətində deyillər.

İsgəndərovlar klanı Əzizovun qarşısında geri çəkilib

Bu şəhərin ən imkanlı klanı İsgəndərovlar sayılır. Klanın başçısı Zaman İsgəndərovla bundan əvvəlki bütün icra başçıları yola gediblər, əlbəttə, əvəzində öz haqlarını da alıblar. Amma Əzizov ilk baxışda heç bir klanındiqtəsini qəbul edəcək başçı olmadığını sübut etmədiyini sübut edib. İsgəndərovlar bir müddət onun qarşısında duruş gətirə biləcək gücdə olduqlarınınümayiş etdirdilər. Məlumatlarda bildirilirdi ki, Əzizov İsgəndərovlara məxsus “Cavid” Ticarət Mərkəzinin fasadının şüşə ilə əvəzlənməsi üçün 100 min manat istəsə də, rədd cavabı alıb. Əzizov ticarət mərkəzini sökdürəcəyi ilə bağlı hədə-qorxu gəlib. Əslində o başçı kimi bir neçə restoranı, ticarət mərkəzini, hətta məcburi köçkünlərin çörəkpulu qazancı yeri olan kiçik köşkləriu yerlə-yeksan etdirib. Nəticədə neçə adam infarkt olub, çörək qazancı yeri əliondən çıxıb. Bütün bunlar ona görə edilib ki, həmin şəxslər başçının tələb etdiyi pulu verməyiblər. Qeyd edək ki, İsgəndərovlar artıq Əzizovun qarşısından geri çəkiliblər. Xeyli vaxtdır “Cavid” Ticarət Mərkəzinin divarları başçının tələblərinə uyğöun olaraq alkopon şüşə ilə örtülür.

Özəlləşdirmə sənədi olan obyektlərdə yerlə yeksan edilir

E.Əzizov və onun komandası özlərini əsl alverçi kimi aparırlar. Bu alverdə onun əsas qoruyucusu polisdir. Harada obyekt sahibinə hədə-qorxu gəlməklə pul qopartmaq lazımdırsa, ora bəzən yüzlərlə polis əməkdaşı cəlb olunur. Məhz polisin hesabına hətta özəlləşdirmə sənədləri olan obyektləri yerlə-yeksan etdirib. Etiraz edənləri isə polisin vasitəsilə qorxudub, bəzən hətta inzibati məsuliyyətə cəlb edilmələrinə nail olub. İcra hakimiyyəti binasının qarşısına da 3-5 nəfər şikayətçi yığışan kimi post-patrul xidmətinin onlarla əməkdaşı onların başının üstünü kəsdirir, tələblərinin haqlı olub-olmamasına baxmayaraq onların etirazlarını kiməsə çatdırılmasına imkan verilmir.

3 min manat rüşvət verməyən mağazaların qapıları möhürlənib

Qeyd etdik ki, E.Əzizovun sahibkarlara qan uddurmaq kampaniyası “Şərq bazarı”ndakı obyektlərə çatıb. Həmin bazarda mağazası olanlardan birinin verdiyi məlumata görə, üç həftə əvvəl onlaraın yanına gələn elçilər buradakı 66 obyektin hər birinin sahibindən 5 min manat verməli olduğunu bildirib. Mağaza sahibləri razılaşmayıblar. Sonra əraziyə Sumqayıt şəhər icra hakimiyyəti başçısının müavini Akif Quliyev, Sanitar Epidomioloji Stansiyanın rəisi Rafiq Həsənov, Arxitektura, Memarlıq və Şəhərsalma İdarəsinin müdir müavini Kamil Məmmədov, şəhər Ticarət İdarəsinin müdiri Firudin Həsənov 20-yə yaxın polis əməkdaşı ilə gəliblər. Başçının müavini gələnlərin arasında olsa da, mağaza sahiblərindən pul yığma kampaniyasına yenə hacı Kamil başçılıq edir. Akif Quliyevə gəldikdə, o sadəcə rüşvət istəyinə haqq qazandırmaq üçün bazara gəlibmiş. Mənbənin dediyinə görə, başçının müavini pul istənilən mağaza sahiblərini bir yerə toplayaraq soruşub: “Sizdən nə qədər pul istəyirlər?” “5 min manat” eşidəndə heç nə olmamış kimi, daha doğrusu, rüşvətə haqq qazandırırmış kimi, “yaxşı məbləğdir, ödəyin problem birdəfəlik həll olunsun”, - deyib. Bu “ağıllı” məsləhətə baxmayaraq, mağaza sahibləri 5 min ödəməyəcəklərinə israr ediblər. Aradan bir neçə gün keçib, rüşvətyığma komandasından gələn elçilər bu dəfə hərədən 3 min manat tələb ediblər. Ancaq yenə mağaza sahibləri məbləğin çox olduğunu iddia ediblər. İki həftə öncə isə polislərin müşayiəti ilə əraziyə gələn K.Məmmədov və onun adamları 66 mağazanın hamısının qapısını möhürləyərək fəaliyyətlərini qadağan ediblər. Diqqət edin, bu prosesə başçılıq edən müqəddəs torpaqlara gedən bir hacıdır. Hacı titulu daşımaq hara, cammatın cibinə girmək hara? Görəsən, beləsinə hacı demək olarmı? Görəsən, min bir əziyyətlə pul qazanan insandan zorla pul tələb edən bir kəsə hacı demək olarmı? Görəsən, torpaq satmaq üstündə tutulan belə adam Həccə hansı üzlə gedib?
Yeri gəlişkən, hacı titullu K.Məmmədov öz müdirinə qarşı da pislik etməkdən çəkinmir. Etibarlı mənbənin bildirdiyinə görə, K.Məmmədov başçıya yaxınlığından sui-istifadə edərək idarənin müdiri Həsən Həsənovu tamamilə küncə sıxışdırıb. O, sadəcə idarəyə gəlib-gedir və heç bir prosesə müdaxilə edə bilmir. Hacı titullu K.Məmmədov isə özünə yeni kabinet ayırıb, deyilənə görə, otağına nəzarət qurğuları quraşdırılıb, hər kəsə nəzarət olunur. Bundan başqa, heç kimə binaya, xüsusilə K.Məmmədovun kabinetinə mobil telefonla girməyə icazə verilmir. Səbəbinə gəldikdə, bu fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevinkeçmiş deputat Gülər Əhmədova ilə deputat seçilməsi üçün apardığı bazarlıq barədə çəkilən videonu yayımlaması ilə izah olunur. Hacı Kamil də çox adama pislik etdiyindən kiminsə onunla söhbəti yazdırmasından ehtiyatlanır.
Artıq iki həftədir mağaza sahibləri çarəsiz vəziyyətdə çıxış yoli arayırlar. Bəs bu pul nə üçün tələb olunur? Təbii ki, bütün şəhər boyu davam edən bütün ticarət və qeyri-ticarət obyektlərinin alkopon bayır hissəsinin alkopon şüşələrlə örtülməsi burada da tələb olunur. Qeyd edək ki, alınan məbləğlər sonuncu deyil. Belə ki, əgər kimsədən obyektinə görə, 3-5, hətta 10-15 min manat alınırsa, sonra orada görüləcək işlərin də haqıını həmin obyekt sahibi ödəyir. Bu isə ikiqat, bəzən üçqat soyğunçuluq deməkdir. Ən qəribəsi budur ki, sahibkarlardan alınan həmin pullar heç zaman qanuni yolla sənədləşdirilmir. Bu cinayətin üstünün açılmaması üçün E.Əzizov və onun dəstəsi xüsusi üsullardan istifadə edirlər. Təbii ki, özlərinə sərf edən bu üsul belə qanunsuzdur.

Rüşvət verməyənlərsən demə “sanitar epidomoloji tələblərə əməl etmir”

Xatırladaq ki, “Şərq bazarı”ndakı sahibkarlardan pul tələbininm arxasında daha bir hiyləgər niyyət dayanır. Pul tələb edənlərin fikrincə, ərazidə sanitar epidomoloji tələblərə də əməl olunmur. Onların ilkin tələbinə görə, sahəsi 9 kvadratmetrdən çox olan obyektin ərazisində ayaqyolu, soyunub-geyinmə otağı olmalıdır. Amma ən qəribəsi budur ki, tələb olunan 3 min manat verilərsə, bu tələbdən vaz keçiləcək.
Mağaza sahibləri çıxılmaz durumda, elə pul tələb edənlər də. Çünki tələb olunan məbləği hacı Kamilə çatdılrılmasındavasitəçilik edəcək Zaur adlı birisi demək olar hər gün əraziyə gəlib mağaza sahiblərinin “insafa” gələcəyini gözləyir. Bu həmin Zaurdur ki, onu da E.Əzizov Gəncədən Sumqayıta gətirib.
Antisanitariyay gəldikdə, həmin mağazaların bir-iki addımlığında meyvə-tərəvəz satılan piştaxtalar qurulub və sözün həqiqi mənasında hər addımlıq zir-zibillikdir. Hətta bir az yağış yağanda ərazidən palçıq və həmin piştaxtalardan ətrafa atılan tullantı əlindən hərəkət etrmək mümkün olmur.
Bundan başqa “Şərq bazarı”nın direktoru Rəşid Babayevin oturduğu bina bayırdan baxanda xarabalığı xatırladır. Görünür, Babayev işləridə özünə babat kabinet düzəltdirib və ona hər şeydən öncə mağaza sahiblərindən gündəlik haqq daha çox maraqlandırır... və lazımi ünvanlara tələb olunan haqqı vaxtlı-vaxtında çatdlırır. Özü zibilə düşməmək üçün. Amma bu gün sözün həqiqi mənasında zibilə düşən 66 sahibkar çıxılmaz vəziyyətdədir. Əslində E.Əzizovun gəlişi ilə bütün Sumqayıt zibilə düşüb...
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Əzizovun daha bir maxinasiyası üzə çıxır

    Eldar Əzizovun daha bir maxinasiyası üzə çıxır ...

    7-02-2013, 10:34

  • 
  • Eldar Əzizovun "yeni il yığımı"

    Eldar Əzizovun "yeni il yığımı" ...

    7-12-2012, 17:33

  • 
  • Eldar Əzizova meydan oxuyan tapıldı

    Eldar Əzizova meydan oxuyan tapıldı ...

    1-02-2013, 10:27

  • 
  • Sumqayıtda E.Əzizovun əlindən eldar şamları nömrələnir

    Sumqayıtda E.Əzizovun əlindən eldar şamları ...

    16-03-2015, 12:29

  • 
  • Heydər Əliyevin portretinin yandırılması Eldar Əzizovu bitirir - özəl

    Heydər Əliyevin portretinin yandırılması Eldar ...

    16-06-2015, 11:26


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu