GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Rusiyanın təzyiqi milli dövlətçiliyimiz üçün təhlükədirmi?

Rusiyanın təzyiqi milli dövlətçiliyimiz üçün təhlükədirmi?

Tarix: 6-12-2012, 13:47 Bölmə :Maraqlı Baxış: 772
Rusiyanın təzyiqi milli dövlətçiliyimiz üçün təhlükədirmi?

gundemxeber.az Son vaxtlar Rusiyanın Azərbaycan iqtidarına qarşı sərgilədiyi mövqe ölkəmizdə birmənalı qarşılanmır. Buna son 20 illik zülm və despot rejimindən xilas yolu olaraq baxanlar kimi, ölkəmizin yenidən rus boyunduruğuna düşəcəyindən ehtiyat edənlər də var. Etiraf edək ki, hər iki yanaşmada həqiqət payı az deyil.
Əlbəttə, Rusiyanın bizim iqtidara qarşı təzyiqləri Azərbaycan xalqının daha rahat və demokratik bir ölkədə yaşaması arzusundan irəli gəlmir və bu səbəbdən də, məlum təzyiqlərə zülmdən qurtuluş yolu kimi baxmaq doğru sayılmaz. Çünki bu təzyiqlərin əsas səbəbi Azərbaycan xalqına xoş gün ağlamaq deyil, ölkəmizin iqtisadi əlaqələrdən doğan zərurətin dolayısıyla getdikcə qərb dövlətlərinin təsiri altına düşməsidir. Məqsəd xüsusilə regional hərbi əməkdaşlıqda, Qərblə bərabər, hərəkət etməyə təşəbbüs göstərən rəsmi Bakını cəzalandırmaq niyyəti daşıyır. Qərbə müəyyən əlaqələr vasitəsilə bağlanan ölkə hakimiyyətinin üzünü yenidən Moskvaya tərəf yönləndirməsi, milli dövlətçilik maraqlarımız baxımından, həqiqətən də arzuolunmaz hal təsiri bağışlayır.
Bununla belə, rəsmi Moskvanın Azərbaycan iqtidarına qarşı yürütdüyü bu siyasətin milli dövlətçilik maraqlarımıza qətiyyən aifiyyatı yoxdur. Ən azı Azərbaycanda mövcud olan indiki hakimiyyətin özünün milli dövlətçiliyə heç bir aidiyyatının olmaması üzündən. Son 20 ildə öz kreslolarında möhkəmlənən bir neçə iri məmurun hədsiz iştahalarının və sərhədsiz hakim gücə çevrilmək istəyinin əsarətinə düşən ölkəmizin mövcud idarəetmə mexanizmini, nəinki milli, hətta hər hansı dövlətçilik ənənələrilə əlaqələndirmək belə mümkün deyil.
Rusiyanın Azərbaycan hakimiyyətinə qarşı mövqeyini milli dövlətçilik anlayışımızın qərbyönümlü xarakterinə zidd əməl kimi təqdim olunması da inandırıcı görünmür. Çünki mövcud iqtidarın Qərblə əlaqələrinin Qərblə inteqrasiya prosesinə aidiyyatı yoxdur. Ölkəmiz heç bir göstəricisinə görə Qərb dəyərlərinin daşıyıcısı olmayıb, olmayacaq da. Nə qədər ki bu hakimiyyət iş başındadır, nə zamansa ölkəmizin demokratik prinsiplərə sadiq ölkə kimi formalaşacağını düşünmək sadəlövhlükdən başqa bir şey ola bilməz. Ən azı o səbəbdən ki, nə sülaləçilik ənənələrinin hakim olduğu indiki Azərbaycan hakimiyyətinin bu dəyərləri mənimsəmək kimi bir həvəsi, nə də indi dilimizdə sevgimizdən qabar bağlamış qərbin bizə demokratik dövlətçilik ənənələri gətirmək istəyi var. Bütün xarici diplomatların və dövlət adamlarının çıxışına nəzər salsaq, onların ölkəmizlə qurulan əlaqələrdə prioritet olaraq qəbul etdikləri dəyərlər sistemini aydın şəkildə görə bilərik. Demək olar ki, bütün əcnəbi dövlət adamları Azərbaycanla bağlı siyasətlərində petrostrateji və hərbi əməkdaşlıq maraqlarının demokratik ənənələrdən öndə gəldiyini dilə gətirməkdən belə çəkinmirlər. Qərb ölkələrinin petrostrateji maraqların ön planda olduğu Səudiyyə Ərəbistanı da, Qətər də Qərbin strateji müttəfiqlərindən sayılır. Amma onlar da öz oliqarx hakimiyyətlərilə bizdən heç də seçilmir. Üstəlik, bizdən fərqli olaraq, həmin ölkələrdə demokratikləşmə qarşısında Rusiya, İran və s. bu kimi milli təhlükəsizlik bəhanələri də yoxdur.
Bütün bu deyilənlərdən çıxarılacaq bir nəticə var. Rusiyanın Azərbaycan hakimiyyətinə təziqlərinin olmayan milli dövlətçilik maraqlarımıza qarşı yönəldiyi haqda söylənənlər həqiqəti əks etdirmir. Əksinə, dünyanın söz haqqı uğrunda geopolitik maraqların qarşı-qarşıya gəlməsinin, bölgənin demokratikləşməsi baxımından, xeyirli tərəfləri də ola bilər və üz-üzə qaldığımız bu vəziyyətdən ölkəmizin gələcəyi naminə faydalanamaq lazımdır. Bunun yolu isə iqtidarın onsuz da həm öz hakimiyyətlərinin, həm də torpaq bütövlüyümüzün sonunu gətirəcək mənasız inadkarlıqda israr etməməsindən keçir. Mümkündür ki, bizimkilərin hədsiz hakimiyyət ehtirasları bölgədə marağı olan qüvvələrin etnik separatizm kartının ortaya atılmasına səbəb olsun və əsl təhlükəli olan da məhz elə budur. Vəziyyətdən çıxış yolu isə ölkənin bütün vətəndaşlarının yararlana biləcəyi demokratik sistem yaratmaq, təcili demokratik islahatlara getmək və xarici siyasət kursunda hansısa supergücün yox, yaşadığımız bütün coğrafiyanın maraqlarını nəzərə almaqdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Ermənistandakı rus bazaları bütün türk dünyası və insanlığa qarşı yönəlib”

    “Ermənistandakı rus bazaları bütün türk dünyası ...

    16-12-2015, 17:36

  • 
  • Rus generalı rəsmi Bakını hədələyib

    Rus generalı rəsmi Bakını hədələyib ...

    6-12-2012, 14:48

  • 
  • Beynəlxalq təşkilatlara savaşın pərdəarxası

    Beynəlxalq təşkilatlara savaşın pərdəarxası ...

    7-04-2013, 12:40

  • 
  • Rusiyanın 2 telekanalı Azərbaycan haqda film çəkir

    Rusiyanın 2 telekanalı Azərbaycan haqda film çəkir ...

    27-02-2016, 17:08

  • 
  • “Ölkə sənədlərlə idarə olunmur”

    “Ölkə sənədlərlə idarə olunmur” ...

    27-11-2013, 16:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu