GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Ölkə sənədlərlə idarə olunmur”

“Ölkə sənədlərlə idarə olunmur”

Tarix: 27-11-2013, 16:35 Bölmə :Müsahibə Baxış: 695
“Ölkə sənədlərlə idarə olunmur”
Fazil Qəzənfəroğlu: “Hakimiyyətdə Rusiya oriyentasiyalı siyasət daha çox önə çıxmağa başlayıb”
“Gündəm xəbər” əməkdaşının suallarına Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Qəzənfəroğlu cavab verib. Müsahibimiz əsasən Vilnus sammitindən, Azərbaycanın seçdiyi strateji siyasi kursdan, İran-Qərb anlaşmasından, rəsmi Bakının Rusya meylli siyasət aparmasından danışıb.
- Fazil bəy, iki gündən sonra Vilnusda Avropa Birliyi ilə Şərq Tərəfdaşlığı ölkələri arasında sayca III sammit öz işinə başlayacaq. Siz Azərbaycan hakimiyyətinin bu sammit çərçivəsində assiosativ üzvlüklə bağlı sazişi imzalamamasını necə qiymətləndirirsiniz?
- Bu real vəziyyətlə bağlıdır. Hazırda Rusiyanın təzyiqi durmadan artır. Bu səbəbdən də qərb tərəfindən Rusiya üçün stimullaşdırıcı addımlar da təqdim edilir. Siz diqqət edin, məncə, maraqlı nüans baş verdi. Ukrayna bu məsələdə Rusiya oriyentasiyasını elan etdi, digər tərəfdən isə Qərblə İran arasında anlaşma əldə edildi. Fikrimcə, bu təsadüfi deyil. Başqa sözlə, Rusiya özü də güzəştlərə gedir. Sanki Qərb Ukraynanı bu strateji oyunda Rusiyanın maraqlarına qurban verdi, amma əvəzində İranla bağlı güzəştlər əldə etdi. Məncə, bu razılaşdırılan bir ssenari idi. Ukraynanı özündə də siyasətçilər anladılar ki, Qərbdən ciddi dəstək nəzərdə tutulmur. Bu dəstək nəzərdə tutulmayanda isə qış fəslində Moskvanın təhdidləri ilə üz-üzə qalmaq ölkənin daxilində problemlərlə üzləşməklə nəticələnəcək. Azərbaycan isə belə seçim qarşısında deyil. Yəni enerji ilə bağlı Azərbaycanın belə bir təzyiqlə üzləşmə ehtimalı mövcud deyil. Azərbaycanın belə bir oriyentasiya götürmək üçün hansısa güzəşti və ya fayda götürəcəyi məsələ yoxdur. Yəni bu ərəfədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın bir güzəşt paketi Azərbaycana təqdim olunmadığına görə, Azərbaycanın Ukrayna yolu ilə getməsinə əsas vermir. Bu baxımdan biz bu mərhələni təhlükəsiz və itkisiz aşmalıyıq. Rusiyanın istəklərinə uyğun addımlar atmamalıyıq. Çünki burada qazancımız olmayacaq. Ukrayna ən azı yaxın dövr üçün enerji ilə bağlı Kremldən güzəştlər qopara biləcək. Amma Azərbaycan üçün belə bir güzəşt yoxdur. Odur ki, biz emossiyalara qapılaraq da tələsik addım atmamalı və Vilnusda sənədin imzalanmasına doğru hərəkət etməliyik.
- Azərbaycanın strateji seçimi Avropaya inteqrasiyadır və bu Milli Təhlükəsizlik Konsepsiyasında da göstərilir. İndi rəsmi Bakının assiosativ sazişi imzalamaqdan faktiki imtina etməsi strateji kursun əleyhinə deyilmi?
- Bilirsinizmi, ölkə sənədlərlə idarə edilmir. Bu gün dövlət sistemi müstəqil şəkildə qərarları qəbul etmək iqtidarına sahib deyil. Çünki qonşu qaba bir siyasət həyata keçirir və bu, bölgədə suverenliyi təhlükə altına almaqdadır. Bunları düşünərək müəyyən addımlar atmaq lazımdır. Bu baxımdan məncə, belə məsələlərdə Azərbaycan ehtiyatlı addımlar atmalı, sənədlərə görə davranış sərgiləməməlidir. Ancaq həm də bu sənədlərdə nəzərdə tutulan istiqaməti öz xalqının marağı üçün davam etdirməlidir. Həm də, siz bilirsiniz ki, bu illər ərzində Avropada bizə çürük qətnamələrdən savayı ciddi dəstək vermədi. Üstəlik belə bir dəstək niyyətini də göstərmədi. Odur ki, belə məsələlər sənədlərə görə deyil, real vəziyyətə uyğun qərarıar olmalıdır. Daha emossiyalarla qəbul edilən qərarlarla olmamalıdır.
- Ermənistan, Ukrayna və Azərbaycan assiosativ sazişi imzalamayacaq. Bu faktı Rusiyanın MDB məkanında istəyinə nail olduğu, bu ölkələri Avropanın bir parçası olmasının qarşısını alması kimi qiymətləndirə bilərikmi?
- Məncə, yox. Fikrimcə, burada Rusiya deyil, Amerika istəyinə nail oldu. Amerika Yaxın Şərqdə mövqelərini gücləndirmək naminə Qafqaz regionuna Rusiyanın təsir zonasına güzəştə getdi. Bunun nə qədər çəkəcəyini bilmək olmur. Amma bütün hallarda bu güzəşt müddətində Rusiyanın hər hansı bir şəkildə zərbələri altında qalmaqdan yayınmaq lazımdır. Amma bu yayınmaq o demək deyil ki, tam Rusiya oriyentasiyalı kurs seçilməlidir. Fikrimcə, bu bizim üçün etibarlı bir yol ola bilməz.
- Azərbaycanın bundan sonra Rusiyaya daha yaxın siyasi kurs seçəcəyini gözləmək olarmı?
- Azərbaycan onsuzda Rusiyaya yaxın siyasi kurs izləyir. Azərbaycan Avropaya yaxın siyasi kurs izləmir ki...Son illərdə, xüsusilə seçki dövründən etibarən Rusiya oriyentasiyalı siyasət daha çox önə çıxmağa başlayıb. Amma sadəcə birdən-birə bəyan edilmir ki, Avropadan üz döndərmişik. Odur ki, məncə, Azərbaycan Rusiya ilə bu qədər yaxınlaşma yolunu tutmamalıdır. Rusiyaya yaxınlaşmaq Azərbaycan üçün heç nə əldə emədən hər şeyi vermək mənasına gəlir. Bu mənada biz Avropa ilə bir sıra məqamlarda münasibətlərimizi balanslı şəkildə saxlamalıyıq. Çünki Avropa da bizə güc baxımından dəstək vermək istəyinə və niyyətinə sahib deyil. Ən azı Avropa prinsipial olaraq Ermənistanın işğalçı siyasətinə sərt münasibət bəsləyərək onu Avropa məkanından sıxışdırmaq yolunu tuta və bu bizim üçün daha cəlbedici ola bilərdi. Amma bunu etmirsə, əvəzində Azərbaycanla Ermənistan arasında bərabərlik işarəsi qoyursa, əslində bu bizə qarşı olan siyasətdir. Çünki bərabərlik işarəsi bizim üçün qəbuledilən ola bilməz.
- İranla Qərb arasında ilk əldə olunan anlaşma Azərbaycanın maraqlarına uyğundurmu?
- Məncə, bu Azərbaycanla münasibəti təhlükəyə soxmur, eləcədə ölkəmizin əhəmiyyətini azaltmır. Eləcə də bütün hallarda Azərbaycan qərbin İranda müharibə aparmaq addımına qarşı maraqlı olmadığını ortaya qoyur, buna heç vaxtı da getməməlidir. Çünki buna getsə bölgədə olan hər hansı bir qarışıqlıq Azərbaycana daha çox zərbə vura bilər. Bu baxımdan məncə, İranla anlaşmanın əldə edilməsi bizim faydamızadır. Yəni ən azı İran nə dərəcədə Azərbaycana qarşı olsa və Ermənistana dəstək vermiş olsa da, Tehranın qərb tərəfdən silahlı münaqişəyə cəlb edilməsi bizim üçün iki baxımdan zərərlidir. Birincisi, İran qonşu dövlətdir və müharibənin fəsadlarının bizə də təsiri olacaq. İkincisi, İranda olan qardaşlarımızın böyük bir acı yaşaması problemi var. Odur ki, həm insani, həm də dövlət baxımından bizim üçün İranın zərbə altında qalması maraqlı deyil. Təbii ki, orada rejim dəyişə, yumşala, demokratiya inkişaf etdirilə bilər. Amma bunun müharibə ilə edilməsi bizə ziyandır. Odur ki, İran ətrafında beynəlxalq təzyiqin azaldılması həm də bölgədə ticarət münasibətlərinin də təzyiq altından çıxması mənasına gəlir. Ancaq bütün hallarda Azərbaycan İran və Rusiya arasında manevrləri davam etdirməklə yanaşı Avropa məkanından uzaqlaşma siyasətinə yol verməməlidir. Bu çox təhlükəlidir. Məncə, Azərbaycan sonradan bunun böyük bir fəsadlarını ödəməli olar. Ermənistan Avropa məkanından uzaqlaşa bilər, çünki bu dövlət ərköyün olaraq Avropa məkanında ayrı imtiyaza sahib bir mövqeyə malikdir. Yəni bu ölkəni qınayıcı təzyiq olmur. Amma Azərbaycan gələcəkdə bu məkana dönmək istəsə böyük ağrılar çəkməli olacaq.
- İranla Qərb arasında razılaşmanın əldə edilməsi Avropa və ABŞ üçün Bakının əhəmiyyətini azaltmırmı?
- Xeyr. Azaltmır. Çünki İranla anlaşmanın əldə olunması hələ məsələlərin tam yumşalması mənasına gəlmir. Çünki burada İsrail faktoru var. Artıq Tələviv bunu öz əleyhinə olan razılaşma kimi qiymətləndirib. Bu o deməkdir ki, yəhudi lobbisi İranla Qərb arasında əldə olunan razılaşmanın pozulmasına maraq göstərəcək. Bu marağı göstərəndə isə Azərbaycanın əhəmiyyəti bir qədər də yüksələcək. Biz bunu müşahidə edəcəyik. Nəzərə alın ki, həm Azərbaycanın, həm də İsrailin İranla barışmadığı nöqtələr var. Odur ki, bu razılaşma məsələyə nöqtə qoyulması halına gəlmir. Əksinə, müvəqqəti atəşgah mənasına gəlir. Hələlik buna prosesin yekun nəticəsi kimi baxmaq da olmaz.
- Bəs son dövrlər İran-Azərbaycan sərhədlərində baş verən halları, xüsusilə, Tehranın sərhəd keçid məntəqələrini bağlamasını, Naxçıvana gedən avtomobilləri buraxmamısını nə ilə izah etmək olar?
-Məncə, burada daha çox texniki məsələ var. Çünki müəyyən məsələlər var ki, ona diqqətlə yanaşmaq lazımdır. Fikrimcə, sərhəddə nəsə baş verirsə, dərhal bunu danışıqlar vasitəsi ilə yoluna qoymaq lazımdır. Mən bunu adicə insdentdən doğan addım kimi qiymətləndirirəm. Fikrimcə, bu İranın təzyiq vasitəsi kimi nəzərdə tutula bilər, amma indilikdə bunun sistemli hərəkət olduğu düşüncəsində deyiləm. Nəzərə alın ki, indiki şərtlər daxilində İranın Azərbaycana belə münasibət də olması real görünmür. İndiki şəraitdə İran xoş görüntü verməyə məhkumdur. Çünki bütün cinahlarda təhlükə mənbəyi kimi görünən ölkə nüvə silahı məsələsində yumşalmaya getdisə, deməli bu məsələdə də aqressiv ölkə kimi görünməyə maraqlı olmaz.
- Azərbaycan hökumətinin M.Ə.Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqda qərarını, eləcədə İlham Əliyevin bir qrup baş redaktorla görüşməsini siyasi hakimiyyətin yumşalması kimi qiymətləndirmək olarmı?
- Mən bunu yumşalma kimi qiymətləndirmirəm. Açığı, mənə elə gəlir ki, bu daha çox prezidentin şəxsi təşəbbüsü ilə atılan addımlardır. Çünki bürokratik mexanizmlər yumşalmaya meylli görünmür. Qeyd etdiyiniz məqamlar isə daha çox reallığın diktəsidir. Təsəvvür edin ki, Rəsulzadənin 130 illiyi gəlir, Azərbaycan bunu qeyd eləmir, amma deyir ki, Demokratik Cümhuriyyətin varisiyik. Bu sonradan böyük qınağa çevrilə biləcək hadisədir. Əslində bu məsələdə prezident ortaya mövqe qoydu.
- Baş redaktorlarla görüş hansı ehtiyacdan doğdu?
- Məncə, çap mediasına müəyyən vəsait ayrılmalıdır. Çap mediasının ortadan qalxması bu vəsaitin ortadan qalxması mənasına gəlir. Ona görə də, müəyyən dərəcədə bu sistemin ortadan qalxmaması üçün atılan bir addımdır. Sizdə bilirsiniz ki, indi çap mediasının yayım imkanı nə qədər geniş olsa da, onun alcılıq imkanları baxımından problemlər var. Yəni vətəndaşların alıcılıq və oxuma qabiliyyəti aşağı düşdyündən bu institutlar özlərini yaşatmaq gücündə deyillər. Bu baxımdan görüş normaldır. Yumşalma və yeniləşmə o zaman olardı ki, siyasi partiyalarla ciddi dialoq olardı və bu prosedə birbaşa prezident iştirak edərdi. Hələ heç bir partiya quruluşu ilə bu səpkidə görüş keçirilməyib. Bu o deməkdir ki, hələlik demokratiya baxımından yumşalma yoxdur. Mətbuat sadəcə Avropanın müəyyən qurumlarının nəzərindədir deyə, mətbuata həssas yanaşılır. Amma bunu siyasi partiyalarla etmək vacibdir. Əks halda ortaya islahat görüntüsü çıxmayacaq.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran-Azərbaycan münasibətləri gərgin Türkiyə-Rusiya-İran üçbucağında nələr vəd edir?

    İran-Azərbaycan münasibətləri gərgin ...

    24-02-2016, 16:38

  • 
  • “Bu addımlar daha çox rejimin özünü qorumağına hesablanıb”

    “Bu addımlar daha çox rejimin özünü qorumağına ...

    3-12-2013, 22:07

  • 
  • “Rusiyanın Azərbaycan hakimiyyətinə təzyiqləri səngimək əvəzinə artacaq”

    “Rusiyanın Azərbaycan hakimiyyətinə təzyiqləri ...

    25-11-2013, 15:23

  • 
  • “Ukrayna Vilnüsdə saziş imzalamasa ciddi zərər dəyəcək” - ŞƏRH

    “Ukrayna Vilnüsdə saziş imzalamasa ciddi zərər ...

    28-11-2013, 13:03

  • 
  • Fazil Mustafadan "Ədalətli Rusiya" partiyasının sədri Mironova -ETİRAZ

    Fazil Mustafadan "Ədalətli Rusiya" ...

    22-01-2016, 12:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu