GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Rasim Musayev haqda şok məlumatlar

Rasim Musayev haqda şok məlumatlar

Tarix: 27-01-2013, 11:46 Bölmə :Maraqlı Baxış: 7 454
Rasim Musayev haqda şok məlumatlar

Tərtərdə tabel silahını necə itirən polis
rəsinin vəzifədən getməsinin gizlinləri


Gəncədə uzun müddət idi ki, nisbi sakitlik hökm sürürdü… Daha doğrusu, məlum qruplaşmalar arasında uzun müddət idi davam edən intriqaların ardınca nəhayət, ötən il atəşkəs elan olunmuşdu. Amma neçə gün əvvəl bu “atəşkəs” pozuldu. Ölkə mətbuatının yazdığına görə, “atəşkəs”i Gəncənin RİH başçısı Elmar Vəliyevlə Gəncə ŞPİ-nin rəisi pozdular.

Polis rəisi niyə işdən gedib?

Mətbuatın yerli sakinlərə və Gəncə ziyalılarına istinadən verdiyi məlumatlara görə, 20 Yanvar faciəsinin ildönümü ilə bağlı keçirilən tədbirdə Gəncənin şəhərinin icra başçısı Elmar Vəliyev şəhərin bir sıra rəhbər şəxslərini hədələyib və onlara təhqiramiz münasibət göstərib. Prosesin gedişində ŞİH başçısı tərəfindən Azərbaycan Texnologiya Universitetinin rektoru Telman Məlikov iclasda ağır şəkildə təhqir edilib. Daha sonra icra başçısı “Gəncənin axundu da mənim barəmdə öz imzası ilə şikayət edib” deyə Gəncə ruhanisi haqda təhqiramiz ifadələr işlədib. İclasda iştirak edən mənbənin iddiasına görə, E.Vəliyevin axund adlandırdığı şəxs Qafqaz Müsəlmanları İdarəsinin Gəncəbasar bölgəsi üzrə nümayəndəsi, qazı Hacı Tahir Abbasovdur. Mətbuatın yazdığına görə, təhqir olunan hər iki şəxs, yəni Gəncənin axundu Seyid Tahir və Texnologiya Universitetinin rektoru polis rəisi Rasim Musayevə müraciət edərək ondan kömək istəyiblər. Rəis bu müraciətdən sonra E.Vəliyevlə görüşüb. Bu zaman bir müddətdir araları soyuq olan rəislə başçı arasında mübahisə düşüb. Mübahisə inkişaf edib və hər iki məmur əlbəyaxa davaya başlayıblar… Sonra yazılanlara görə, guya Rasim Musayev icra başçısının kabinetində Elmar Vəliyevə kəllə zərbəsi vurub və onu yerə sərib… Və guya sonradan məsələyə Gəncənin prokuroru Adil Vəliyev qarışıb… Bütün bunlardan sonra isə guya Gəncədə işləyə bilməyəcəyini bildirən Rasim Musayev öz ərizəsi ilə vəzifəsindən istefa verib…

Ağla batmayan versiyalar, bir də Elmar Vəliyevin döyülməsi…

Bütün deyilən şayiə və ya mülahizələrə rəğmən, bir məsələni bilmək lazımdır ki, hər bir icra başçısı Prezidentin yerlərdəki səlahiyyətli və etibarlı nümayəndəsi, rəis isə daxili işlər nazirinin səlahiyyətli və etimadlı nümayəndəsidir. Və bir halda ki, rəis nazirə, nazir də Prezidentə tabedir, nə qədər ərköyün olmasından asılı olmayaraq heç bir rəis başçıya kəllə atmaz!!! Nəinki kəllə atmaz, həm də onu kəllə ilə vurub yerə sərməz… Bilənlər bilir ki, icra başçısı istənilən halda rayondakı bütün hüquq mühafizə orqanı rəhbərlərini, həmçinin digər təyinatlı nazirliklərin yerlərdəki idarə rəislərini Prezident Administrasiyasının rəhbəri R.Mehdiyevə birbaşa məruzə edərək raport verib işdən çıxartdıra bilir. Bu, aksiomadır və hətta icra hakimiyyətləri haqqında “Əsasnamə”də RİH başçısının səlahiyyətləri ətraflı təsbit olunub.
Təsəvvür edin, hüquqşünas təhsili olan, az-çox dünyagörüşü olan hansı rəis və ya prokuror, məhkəmə sədri, təhsil şöbəsinin müdiri və s. İcra başçısının kəskin iradlarına kəllə ilə cavab verər? Bir halda ki, həmin rəisin öz nazirinə şikayət etmək, gileylənmək və s. kimi imkanları var, niyə bunu etmədən başçıya kəllə atıb hələ sonradan da özünü həbs edilmək təhlükəsi ilə üz-üzə qoysun? Bütün bunlarla biz heç də Gəncə ŞİH başçısının kabinetində atılan kəllənin təsir dairəsini azaltmaq istəmirik… Amma indi ortaya başqa maraqlı faktlar çıxır…

Rasim Musayev 1992-ci ildə Tərtərdə tabel silahını necə “itirib” və sonra necə özününküləşdirib?

R.Musayevin Gəncə Şəhər Pİ-nin rəisi vəzifəsindən kənarlaşdırılmasının üstündən hətta bəzi mülahizələr ortaya çıxdı ki, guya onu Nizami RPİ-yə rəis təyin edəcəklər və s. Halbuki general rütbəli bir keçmiş rəisin adi bir rayona rəis təyinatı mümkünsüzdür… Onu yaxşı halda DİN-də hansısa vəzifə gözləyir, ya da pesiyaya çıxıb yüksək təqüdlə başını saxlamaq… Amma baş verənlərlə bağlı “Təzadlar” şok məlumatlar dərc edib. Qəzetin elektron poçtuna Ş. Həsənov imzalı müəllif tərəfindən daxil məktubda deyilir: “Söhbət son günlər adı qalmaqallarda hallanan Gəncənin keçmiş rəisi Rasim Musayev barədədir. Mən R.Musayevi hələ 1992-ci ildə Tərtərdə və sonra Bərdədə işləyən vaxtdan tanıyıram… Həmin vaxt məni də Bakıdan cəbhədəki müharibə vəziyyəti ilə bağlı Tərtərə ezam etmişdilər. Bakı Polisində işləyirdim. Həmin vaxt Rasim Musayev Tərtərdə sahə inspektoru (“uçastkovı”) işləyirdi… Polis işçilərindən ibarət bir rota düzəldilmişdi, rəhbəri də Kəlbəcərdən olan Şükür adlı şəxs idi. Şükür bir müddət Laçın RPŞ-də işlədi, hazırda təqaüdə çıxdığını bilirəm… Rotada 70-80 nəfər idik. Əsasən, Marquşavan istiqamətində olan hücumların qarşısını alırdıq. Tərtərin rəisi isə Ağdamdan olan Ələsgər Əliyev idi… Bir gün Rasim Musayev bizə dedi ki, tabel silahımı özümə götürəcəyəm. Biz inanmadıq. O, rota komandirinə raport yazdı ki, tabel silahımı itirmişəm, onun silinməsi üçün əmr verilsin (Lazım olsa, o vaxtkı şahidlərin hamısı sağdır, sizinlə görüşdürə bilərəm). Beləliklə, komandir Şükürün etirazına baxmayaraq Rasim Musayev tabel silahını “itirdi”, əvəzində başqa silah aldı. Həmin tabel silahının taleyini araşdırsalar, çox sirlər ortaya çıxar… Sonralar isə bilirəm ki, Tərtərə İsa Bağırov adlı rəis gəldi. O, sonralar Yasamalın rəisi oldu. İ.Bağırov Rasim Musayevi işdən çıxartdı. R.Musayev Bərdəyə təyinat aldı. Lakin Sərdar Həmidovun sayəsində İsgəndər Həmidov nazir olan kimi, xahiş etdirdi və təzədən Tərtərə qayıtdı… R.Musayev sonralar DİN-də də işlədi, amma nədənsə idarənin rəisi Ramiz Nağıyev onu burda da işdən kənarlaşdırdı… Sonralar Binəqədidə RPİ-nin rəis müavini olanda da sərəncama çıxartdılar. Bir müddət sonra onu DİN-nin İctimai Təhlükəsizlik İdarəsində işə apardılar… Hətta Nazim Nağıyev rəis olanda onu işdən çıxarmışdı, o isə Prezidentə nazir Usubovdan teleqramlar vurdu ki, mən “91-lər”dənəm, ölkəni dağıdaram… Yəni, mitinqlərdə H.Əliyevin hakimiyyətə qayıdışına səs vermişəm və s. Sonradan nə oldusa, nazir canının dərdindən onu Cəlilabada rəis göndərdi… Bir il işləyəndən sonra isə sehirli əl onun Gəncəyə rəis getməsinə, general rütbəsi almasına nail oldu… Yəni demək istəyirəm ki, Rasim müəllim çox maraqlı həyat yolu keçib. Onun Tərtərin o vaxtkı rəisi İsa Bağırovla olan bir məcarasını isə bu yazımı dərc etsəniz, sizə göndərəcəyəm. Həmçinin Binəqədidəki iki şok hadisə barədə…”
Rasim Musayevlə əlaqə saxlayıb əlavə məlumat ala bilmədik. Bütün hallarda bir sual açıq qalır: o boyda vəzifədən, özü də Azərbaycan gerçəkliyində kim öz ərizəsi ilə istefa verər?
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gəncənin polis rəisinin gözlənilməz istefasının şok səbəbləri

    Gəncənin polis rəisinin gözlənilməz istefasının ...

    23-01-2013, 10:49

  • 
  • Elmar Vəliyev Hacıbala Abutalıbovun “sökmə yolu” ilə gedir

    Elmar Vəliyev Hacıbala Abutalıbovun “sökmə yolu” ...

    12-02-2014, 15:14

  • 
  • Gəncənin icra başçısı qəzaya düşdü

    Gəncənin icra başçısı qəzaya düşdü ...

    30-09-2013, 11:40

  • 
  • Gəncənin şefindən şok maliyyə maxinasiyası

    Gəncənin şefindən şok maliyyə maxinasiyası ...

    10-02-2013, 10:53

  • 
  • Elmar Vəliyev sonun başlanğıcındadır

    Elmar Vəliyev sonun başlanğıcındadır ...

    27-12-2013, 00:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu