GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » İsmayıllıdan çıxan dərslər

İsmayıllıdan çıxan dərslər

Tarix: 30-01-2013, 10:06 Bölmə :Maraqlı Baxış: 778
İsmayıllıdan çıxan dərslər

Hakimiyyət vətəndaşa və idarəçiliyə münasibətin dəyişməzsə
Azərbaycan böyük bir etiraz meydanına çevriləcək


İsmayıllıda baş verən olaylar cəmiyyəti silkələdi. İlk baxışdan adi məişət zəminində baş verən toqquşma kütləvi iğtişaşa yol açdı. Bir neçə nəfərin davasından yaranan olay Azərbaycanın baş xəbərinə çevrildi. Bu haqda
dünyanın nüfuzlu qəzetləri yazdı. Sakit rayonun insanlarını küçəyə axışmağa vadar edən səbəb nə idi? Gənclər nədən narazıydılar? Bunlar qədər bir başqa önəmli sual da var: Bu iğtişaşa nədən sevinənlər tapıldı?
Ötən il Qubada iğtişaş baş verdikdə narazı insanlar icra hakiminin evini və mülkünü yandırdılar. İsmayıllıda da hadisələr təxminən eyni ssenari ilə cərəyan etdi. Yenə icra hakiminin evinə hücum oldu, mülkü və bahalı maşınları yandırıldı. Demək, hər iki narazılığın oxşar cəhətləri var ki, insanlar narazılıqlarını bu şəkildə ifadə edirlər. Bu səbəbdən hər iki hadisə və onlar arasındakı bağlılığı diqqətlə öyrənməli və belə halların təkrarlanmaması üçün mühüm dərslər çıxarılmalıdır.
Birinci dərs. Bölgələrdəki insanlar yaşadıqları rayonların idarəetməsinə cəlb edilməlidirlər. Yəni bölgədə çatışmazlıq və ya müxtəlif sosial problemlər varsa, onu həlli yollarına həmin rayonun vətəndaşları da cəlb olunmalıdırlar. İnsanların idarəetməyə cəlbi isə yalnız bələdiyyələr səviyyəsində mümkündür. Təəssüf ki, Azərbaycanda bələdiyyələr faktiki icra hakimiyyətlərinin əlavəsinə çevriliblər, büdcələri də kasaddır. Bələdiyyə sədrlərinin işi isə torpaq alqı-satqısından ibarətdir. Demokratik və idarəetmənin güclü, şəffaf olduğu ölkələrdə bələdiyyələr
potensiallarını fəaliyyətləri ilə sübut edirlər. Avropa ölkələri və qonşu Türkiyə buna əyani sübutdur. Biz də bu sistemə keçməliyik. Ancaq bu sistemin Azərbaycan işlək formaya gətirilməsi üçün bələdiyyələr haqqında qanunda ciddi dəyişikliklərə ehtiyac var. Başqa sözlə, bələdiyyələrin funksiyaları artırılmalıdır. Bələdiyyələrə keçirilən seçkilər də demokratik və şəffaf olmalıdır ki, bütün təbəqələrin təmsilçiləri bölgələrinin idarəedilməsində kifayət qədər rol ala bilsinlər.
İkinci dərs. Bölgələrdə torpaq satışına diqqət yetirilməlidir. Əlbəttə, hər bir Azərbaycan vətəndaşı istənilən yerdə torpaq və ev ala bilər. Ancaq bu alqı-satqı zamanı yerli xüsusiyyətlər də nəzərə alınmalı, ədalət prinsipi pozulmamalıdır. Quba hadisələri zamanı yerli əhalini qıcıqlandıran səbəblərdən biri də bəzi varlı adamların evlərinin kəndə gedən su arxlarının qarşısını almalarıydı. Ya da elə öz müşahidələrimdən çıxış edərək, məşhur Qəçrəş kəndinə gedən yolda yolboyu 2 metrlik hasarların çəkilməsini göstərə bilərəm. Yerli və kasıb insanları bu hündür hasarlar da qıcıqlandırır. İsmayıllı olayları zamanı da ən böyük narahatlıq bu kimi hallarla bağlı idi. Yəni varlı insanlar İsmayıllı rayonu ərazisində hektarlarla torpaq sahələri alır, böyük hasarlar tikir və sonra da bəziləri yandırılan “Çıraq” otelinin sahibləri kimi pulları ilə ətrafdakıları qıcıqlandırırlar.
Üçüncü dərs. Quba və İsmayıllı olaylarında xarici iz axtarmaqdan uzağam. Ancaq hazırda Azərbaycanın iki qonşusu – Rusiya və İranla münasibətlərinin gərgin olduğu da nəzərə almalıyıq. Hər iki dövlətin siyasi və hərbi dairələri Azərbaycanı zəiflətmək üçün fürsət axtarırlar. Moskva və Tehranın Azərbaycanda baş verən son toqquşmalarda birbaşa rolları olmasa da, hər ikisinin iğtişaşların davamlı şəkil almasında ciddi maraqları ola bilər. Önəmli olan xarici qüvvələrə bu kimi fürsətlərin verilməməsidir. Bunun üçün isə birinci növbədə yuxarıdakı iki dərsdən
ciddi nəticə çıxarmalıyıq.
Müasir dünyada hər bir dövlətin təhlükəsizliyi fərdlərin təhlükəsizliyindən keçir. Əgər vətəndaş özünü məmləkətində təhlükəsiz hiss edirsə (müxalifət lideri ölkəsinin istənilən bölgəsinə rahat səfər edib tərəfdarlarıyla görüşə bilirsə), gələcəyi üçün ümidlidirsə, sosial rifahı təmin olunubsa, ədalətsizlikdən sığortalanıbsa, demək o öz dövlətinin təhlükəsizliyinə də canla başla qulluq edəcək. Əks halda, Quba və İsmayıllı olaylarının təkrarlanması ehtimalı azalmır..
Elxan Şahinoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Məndə Əflan İbrahimovun iğtişaşa çağırış videoları var"

    "Məndə Əflan İbrahimovun iğtişaşa çağırış ...

    23-08-2013, 14:34

  • 
  • Baş verənlər dünya mediasında

    Baş verənlər dünya mediasında ...

    25-01-2013, 11:59

  • 
  • “Vaşinqton Post” İsmayıllıdan yazdı

    “Vaşinqton Post” İsmayıllıdan yazdı ...

    27-01-2013, 12:09

  • 
  • Ramiz Mehdiyevin gizli planı

    Ramiz Mehdiyevin gizli planı ...

    5-02-2013, 10:28

  • 
  • Qubada narazılıq bitmir

    Qubada narazılıq bitmir ...

    8-05-2013, 16:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu