GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Ramiz Mehdiyev Səfər Əbiyevə qarşı

Ramiz Mehdiyev Səfər Əbiyevə qarşı

Tarix: 10-02-2013, 10:42 Bölmə :Maraqlı Baxış: 2 539
Ramiz Mehdiyev Səfər Əbiyevə qarşı

Müdafiə naziri Prezidentə nə məruzə edib, hansı cavabı
alıb; ordu əleyhinə kampaniyanın ilginc təfərrüatları


Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun müəmmalı ölümündən sonra başlanan və az müddətdə genişlənən Müdafiə Nazirliyinə, xüsusən də onun rəhbərliyinə qarşı kampaniya davam edir. Diqqəti çəkən odur ki, bu kampaniyada müxtəlif səbəblərdən orduda həyatlarını itirmiş əsgər və zabitlərin ailələrindən, hərbi yönümlü QHT-lərdən, hakimiyyətə müxalif mövqedə dayandığını elan edən ictimai təşkilatlardan və siyasi partiyalardan, eləcə də müstəqil mətbuatdan daha çox, birmənalı olaraq iqtidaryönümlü kimi tanınan təsisatlar, şəxslər fəal iştirak edir. Hətta nə qədər qəribə olsa da, hakimiyyətin müxtəif qanadlarında təmsil olunan şəxslər də (məsələn, Siyavuş Novruzov kimi) birbaşa müdafiə naziri Səfər Əbiyevi və onun ətrafını hədəfə götürən bu kampaniyanın əsas iştirakçılarından birinə çevriliblər. Bu isə təsadüfi ola bilməz...
Azərbaycan reallığında hakimiyyətdə təmsil olunan və ya ondan «qidalanan» şəxsin, təşkilatın iqtidarın yüksək rütbəli nümayəndələrindən birinə qarşı özbaşına bəyanatlar səsləndirməsi praktikasına nadir hallarda təsadüf olunur. Belələri isə ya Fərhad Əliyevin, ya da ən yaxşı halda Hüseyn Abdullayevin taleyini yaşayırlar. Bu baxımdan hakimiyyət cəbhəsindən Əbiyevə və ətrafına qarşı başlanan hücumların «razılıq əsasında» olduğu şübhə doğurmur.

Məqsəd Əbiyevin vəzifəsindən uzaqlaşdirilmasına nail olmaqdır

Bununla bağlı «Azpolitika.info»ya hakimiyyətə yaxın etibarlı mənbdən ilginc məlumatlar daxil olub. Bu haqda danışmazdan öncə bəzi məqamları yada salmaq istərdik.
Diqqətli oxucuların yadındadırsa, hələ br müddət əvvəl «Azpolitika.info» ölkədə baş verən son hadisələrə həsr olunan yazısında (bax:«köhnə qvardiya» yenidən prezidenti şantaj taktikasını seçib» başlıqlı məqaləyə) bir sıra amillərə əsaslanaraq əsgər Ceyhun Qubadovun ölümü ilə əlaqədar Bakının Fəvvarələr meydanında keçirilən izdihamlı aksiyanın hakimiyyətdəki bəzi qüvvələr tərəfindən dəstəkləndiyi ehtimalını irəli sürmüşdü. Həmin amilləri təkrarlamaq istəmirik, maraqlananlar məqaləni saytımızda oxuya bilər.
Sonradan saytımızın bilgi aldığı hökumətə yaxın mənbə də bu ehtimalı təsdiqləmişdi (bax: «hakimiyyətdə Səfər Əbiyevə qarşı böyük inamsızlıq» adlı məqaləyə). O, aksiyanın ordudakı problemləri deyil, Səfər Əbiyevi hədəfə götürdüyünü bildirmişdi. Sitat: “Fikir verdinizsə, Ordudakı daha böyük itkilərə susan, laqeyd qalan partiyalar - hansı ki, çoxu hakimiyyətin nəzarətindədir və hər ay bəlli ünvanlardan pullarını alırlar - eyni mərkəzdən idarə olunurlarmış kimi, əsgər Qubadovun ölümü ətrafında necə böyük hay-küy saldılar, bəyanat yarışına girişdilər. Ardınca da Fəvvarələr Meydanında icazəsiz aksiya keçirildi. Hökumətin müxalifətdə, QHT sektorunda nə qədər adamı var idisə, hamısını tökdülər ora və polisin də hər hansı ciddi müdaxiləsinə rast gəlinməd.i Sonra da Səfər Əbiyevdən narazı keçmiş hərbçiləri saldılar ortaya ki, Müdafiə nazirinin istefası üçün imza kampaniyasına başlasınlar... Yəni, bütün bu şouda məqsəd Səfər Əbiyevin vəzifəsindən uzaqlaşdirilmasına nail olmaqdır.»
Qeyd edək ki, mənbəmiz Əbiyevə qarşı hücumların hakimiyyət daxilindən qaynaqlandığını bildirsə də, konkret ünvan söyləməkdə çətinlik çəkmişdi. Ancaq yuxarıda bildirdiyimiz kimi, hakim elitaya yaxın digər mənbəmiz həm bu haqda, həm də Əbiyevə qarşı kampaniyanın təfərrüatları ilə bağlı daha detallı bilgilər əldə edib.

Bütün hallarda Ramiz Mehdiyevin adı şübhə altına düşüb

Beləliklə, mənbənin iddiasına görə, Səfər Əbiyevə və onun ətrafına qarşı «mütəşəkkil» hücumlar, bunun kimlər tərəfindən təşkil edilməsi, məqsədi və sairlə bağlı həm Müdafiə Nazirliyi, həm də MTN tərəfindən araşdırmalar aparılıb. Ortaya çox ilginc nəticələr çıxıb.
Belə ki, ilk olaraq Bakının Fəvvarələr meydanında keçirilən izdihamlı aksiyanın iştirakçı tərkibi ilə bağlı araşdırmalar aparılıb. Aparılan çəkilişlərin təhlili nəticəsində həmin aksiyada təxminən 16 min insanın iştirak etdiyi dəqiqləşdirilib. Həmin insanların qruplaşdırılması zamanı isə daha ilginc faktlar ortaya çıxıb. Məlum olub ki, orduda baş verən ölüm hallarından səmimi şəkildə narahat olaraq, öz istəyilə aksiyaya qatılanların sayı elə də çox olmayıb. Əksəriyyətin iştirakı əvvəlcədən təşkil olunub. Aksiyaya qatılanların əksəriyyətini «Sədərək» Ticarət Mərkəzində çalışanlar (ticarətçilər, pul yığanlar, mühafizəçilər və sair), Prezident Administrasiyasından verilən göstərişlərlə hərəkət edən QHT və siyasi partiyaların nümayəndələri təşkil edib. Onların adbaad siyahısı da çıxarılıb.

İlham Əliyev məlumatlandırılıb

Belə də yuxarıda qoyduğumuz sual yenidən aktuallaşır: Onlara bu razılığı kim(lər) verib?
Mənbənin iddiasına görə, aparılan tədqiqatın dərinləşdirilməsi, aksiyaya insanları gətirən təşkilatçıların, eləcə də Əbiyevin istefası üçün imza kampaniyasında fəal iştirak edən bəzi hərbiçilərin əlaqələrinin araşdırılması, bəzilərinin dindirilməsi nəticəsində məsələnin arxasında duranların da kimliyi tam müəyyənləşdirilib. Ən maraqlısı və qəribəsi odur ki, bütün hallarda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adı şübhə altına düşüb. Daha açıq desək, araşdırmaların nəticəsində Səfər Əbiyevə qarşı başlanan kampaniyanın arxasında Ramiz Mehdiyevin kölgəsi görünüb.
Mənbənin iddiasına görə, müəyyən dəqiqləşdirmələr apardıqdan və əmin olduqdan sonra Səfər Əbiyev qeyd olunanlarla bağlı prezident İlham Əliyev Davos Forumundan qayıtdıqdan sonra ona məruzə edib. Ancaq prezident Əbiyevə məsələdən xəbərdar olduğunu (ola bilsin MTN daha çevik hərəkət edib-müəl.) bildirib, nazirə narahat olmamağı, öz işilə məşğul olmağı tapşırıb.
«Məsələnin araşdırıldığını bildirən prezident eyni zamanda Səfər Əbiyevə orduda onun müdafiəsilə bağlı başlanan kampaniyanı da dayandırmağı tapşırıb» - deyə mənbə bildirir.
Mənbənin iddiasına görə, son dövrlər Əbiyevə qarşı başlanan kampaniyanın zəifləməsi, anti-Əbiyevçilərin elan etdikləri aksiyanı təxirə salmaları, eləcə də müdafiə nazirini dəstəkləyən bəyanatlara son verilməsi bununla bağlıdır. Bəs Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müdafiə nazirini hədəfə götürməsi nə ilə bağlı olub? Mənbəmiz bununla bağlı konkret fikir bildirməkdə çətinlik çəksə də, hökumət dəhlizlərində bəzi ehtimalların səsləndiyini qeyd etdi.

Çoxsaylı ehtimallar və əlahəzrət fakt

Birinci ehtimal budur ki, Ramiz Mehdiyev Elşad Abdullayevin məlum videolarından, açıqlamalarından sonra onun üzərində fokuslaşan ictimai diqqəti başqa istiqamətə yönəltməyə cəhd edib. İctimaiyyətin Ramiz Mehdiyevin istefası ilə bağl getdikcə yoğunlaşan tələblərinin «Əbiyevin istefası» tələbilə əvəzlənməsinə çalışıb. Müəyyən etapda buna nail də olub.
Əgər məqsəd bu olubsa, başqa bir nazirin deyil, Əbiyevin hədəf seçilməsi də təsadüfi sayılmamalıdır. Məsələ ondadır ki, ordu ictimaiyyətin daim diqqət mərkəzində olan, cəmiyyətin əksər üzvlərinin bilavaistə bağlı olduğu qurumdur. Ona görə də orduda baş verən hər hansı neqativ hadisəni şişirtməklə, ictimai narazılıqları bu istiqamətə yönəltmək daha asandı. Mümkündür ki, Mehdiyev də məhz bu amili əsas götürərək, diqqəti öz üzərindən yayındırmaq üçün hədəf kimi Səfər Əbiyevi seçib.
İkinci ehtimal, Əbiyevə qarşı hücumların bu il keçiriləcək prezident seçkiləriylə əlaqədar hakimiyyət daxilindəki cəbhələşmə ilə bağlı ola bilməsi ehtimalıdır. Məlum olduğu kimi, həm prezident seçkilərində iştirak, həm də seçkidən sonra ölkəyə mütləq mənada kim(lər)in nəzarət etməsilə bağlı Mehdiyevin başçılıq etdiyi «Naxçıvan klanı» ilə «Paşayevlər» arasında ciddi fikir ayrılıqları var. Bu haqda çox yazılıb, təkrarlamaq istəmirik.
Əbiyev isə bu klanlaşmadan kənardadır, birbaşa prezidentə bağlı şəxs kimi tanınır. Eyni zamada onun Türkiyə hərbi elitası vasitəsi ilə Qərblə isti münasibətlər qurduğu bildirlir. O da məlumdur ki, «Paşayevlər»in gücü əksər iqtisadi sektorlara nəzarət etməkdədir. Mehdiyevin başçılıq etdiyi klan əsasən güc strukturlarını nəzarətdə saxlayır. Müdafiə Nazirliyi isə «Naxçıvan klanı»nın nəzarətində olmayan əsas güc strukturu kimi qalır. Bu baxımdan Mehdiyevin ordunun başına məhz onun rəhbərlik etdiyi klanın siyasi maraqlarını qoruyan şəxsi gətirmək istədiyi şübhə doğurmur. Təsadüfi deyil ki, artıq bir müddətdir ictimai-siyasi dairələrdə “Naxçıvan klanı” ordunun başına öz adamını (bu zaman FHN başçısı Kəmaləddin Heydərovun, Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyevin adları çəkilir) gətirmək istədiyinə dair məlumatlar səslənir.
Qeyd edək ki, Qərblə isti münasibətlər qurması da Ramiz Mehdiyevin Əbiyevi hədəfə götürməsinə səbəb olan faktorlardan biri kimi çıxış edə bilər. Məlum olduğu kimi, Qərb Azərbaycan hakimiyyətindən prezident seçkilərinədək əsaslı siyasi islahatlar aparılmasını tələb edir. Bu islahatların isə həm də hakimiyyətdə ciddi kadr dəyişikliklərinə səbəb olacağı şübhə doğurmur. Elə buna görə də Azərbaycanda Rusiyameyili qüvvələrin rəhbəri kimi tanınan Ramiz Mehdiyevin buna müqavimət göstərdiyi bildirilir. Əgər prezident islahatlara qərar verərsə, Qərbə bağlı müdafiə nazirinin onun yanında olması Rusiyameyili qüvvələrin müqavimətinin asanlıqla qırılmasına səbəb ola bilər. Bu baxımdan indiki situasiyada Mehdiyevin, hətta onun başçılıq etdiyi klana daxil olmasa belə Səfər Əbiyevin dəyişdirilərək, yerinə yeni bir şəxsin (hansı ki, seçkiyə qədər nə Qərblə bağlantılar qura, nə də orduda öz komandasını formalaşdıra bilər-müəl.) gətirilməsində maraqlı olduğu istisna deyil.
Əlbəttə, bunlar ehtimallardır, əsl həqiqəti Mehdiyevin özü bilir. Lakin şübhə doğurmayan fakt odur ki, müdafiə nazirinə və ətrafına qarşı başlanan kampaniyada Ramiz Mehdiyevin adı böyük hərflərlə keçir!
Murad Məmmədov,
azpolitika.info
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səfər Əbiyevə qarşı ordudaxili narazılıqların daha bir sirri

    Səfər Əbiyevə qarşı ordudaxili narazılıqların ...

    12-05-2013, 16:54

  • 
  • Hakimiyyətdə Səfər Əbiyevə qarşı böyük inamsızlıq

    Hakimiyyətdə Səfər Əbiyevə qarşı böyük inamsızlıq ...

    4-02-2013, 10:36

  • 
  • Azərbaycan Ordusunun əsgəri yaralanıb

    Azərbaycan Ordusunun əsgəri yaralanıb ...

    11-07-2013, 12:55

  • 
  • Nəcməddin Sadıqova qarşı  hücum əmri

    Nəcməddin Sadıqova qarşı hücum əmri ...

    17-12-2012, 12:27

  • 
  • Səfər Əbiyevin vəzifədən çıxarılmasının sirri

    Səfər Əbiyevin vəzifədən çıxarılmasının sirri ...

    22-10-2013, 21:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu