GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Zaqatala: ümüdlərin zəlzələdə dağıldığı rayon

Zaqatala: ümüdlərin zəlzələdə dağıldığı rayon

Tarix: 10-02-2013, 10:50 Bölmə :Maraqlı Baxış: 4 211
Zaqatala: ümüdlərin zəlzələdə dağıldığı rayon

FHN hesabat verir, icra nümayəndələri
vəd, insanlarsa hələ də evsizdir


Yeni evlərdə yaşayanlar razı, evləri qəzalı olanlar narazı... Zaqatalanın Gözbarax kəndinin sakinləri zəlzələdən sonra bərpa işlərinin ləng getməsindən gileylidirlər.
Qax-Zaqatala bölgəsində olan zəlzələdən 8 ay ötür. Ancaq hələ də qəzalı evdə yaşayan yüzlərlə insan var. Onlar evlərinin təmir olunacağını gözləyirlər.

«Nə qədər qonşuda yaşayacağam?»

«Evim yaşanası vəziyyətdə deyil. Qonşunun evində qalırıq. Deyirlər bərpa üçün kompensasiya veriləcək. 8 dəfə komissiya gəlib, hər dəfəsində də eyni sözlər, - bərpa olunacaq. Bəs nə vaxt? Mayda bir il tamam olur. Görəsən, daha nə qədər qonşuda yaşamalıyam?», bu Gözbarax sakini Aişə Əliyevanın sözləridir.
Təmir-bərpa işlərini Fövqəladə Hallar Nazirliyi (FHN) gerçəkləşdirir. Nazir Kəmaləddin
Heydərov ötən il noyabrın 16-da verdiyi açıqlamada yenidən inşa edilən evlərin çox
hissəsinin təhvil verildiyini söyləyib: «Hər həftə tikintisi aparılan evlərin 10-12 faizi təhvil
veriləcək. Şirkət rəhbərlərinin, iş icraçılarının bildirdiyinə görə, tikintisinə başlanmış evlərin hamısı dekabrın sonunadək istifadəyə veriləcək».

«Elə boş sözlər verilir»

Zaqatala sakini Hacı Vəliyevin də evi qəzalıdır. O, işin ləng getməsindən narahatdır: «Elə boş sözlər verirlər. Zəlzələnin ilinə az qalıb. Sonuncu zəlzələ evimi bərbad vəziyyətə salıb. Yaşamaq mümkün deyil. Deyirlər «təmir olunacaq». Nə vaxt? Barı təmiz əyilib. Evin hər yeri çat-çatdır. Küçədən maşın keçəndə ev necə silkələnirsə, uşaq yatmır».

«İcra hakimiyyəti ayriseçkilik edir»

Hacı Vəliyev zəlzələni təbiətin sürprizi sayır. Sonuncu zəlzələ evlərini yararsız vəziyyətə saldığından üç ailə onun evində məskunlaşıb: «Tikintidə o qədər əyriliklər oldu ki... Kimin pulu var, evi tikildi... Kim ki pul vermədi, batdı. Sanki kənd yalnız varlılar üçündür. İcra hakimiyyəti hamıya bir gözlə baxmır, ayrıseçkilik edir. Narazıçılığımız budur».
Zaqatala şəhər icra başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanov işə müdaxilə etmək yetkilərinin olmadığını bildirir: «Narazı insanlar olmalıdır. Təkcə Zaqatalada 33 min ev var. Ölkə rəhbərliyinin göstərişiylə tikilən gözəl şəraitli evlərdən hamı istəyir. Nazirlik deyəndə ki, qəzalı deyil, insanlar qıcıqlanır, icra hakimiyyətinə əl atırlar. Təbii haldır. Biz qəzalılığı müəyyən etmirik və bu işə məsul komissiyanın tərkibində deyilik».

«O pula 2 kənd tikmək olardı»

Kənd sakini Həzrət Qurbanovun şikayəti evinin sahəsinin yanlış hesablanmasındandır: «470 kvadratlıq evimi 230 kvadrat yazıblar. Ayrılan pula 2 kənd tikmək olardı. Hər gələn komissiya pul gözləyir. Kim pul verirsə, onun evi tikilir. Prezidentə, Fövqəladə Hallar Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlərimiz cavabsız qalıb. Bütün büdcəni dağıdıb yedilər. Axırda da 100-dək ev qaldı kənarda. Əvvəl 385 evin sənədləri vardı, sonradan artdı 620-yə çatdı. Bir qıraqdan pul verib adlarını siyahıya saldırırlar».
E. Ramazanov bütün bunları yalanlayır. İndi rayonda 3 min 3 evdə iş getdiyini, yaxın günlərdə tikintinin bitəcəyini deyir: «Başa çatmayan 250-yə yaxın ev qalıb. Eyni zamanda 1200 qəzalı ev var. Onların tikintisinə yazqabağı başlanacaq. 21 orta-ixtisas təhsil məktəbi, bir bağça və Müəllimlər İnstitutunun binası təmir olunub. İlkin rəqəm 4200 idi. Artıq 3 min ev tikilib. Üstəlik, nazirlik evlərinin təmiri üçün təxminən 3 min adama poçtla 14 milyon manat ödəyəcək».

Tikintini kimlər həyata keçirir?

Gözbaraxdakı tikintini «Azenko» və «Gilan İnşaat» həyata keçirir. «Azenko»nun adını açıqlamaq istəməyən, amma Zaqatalada gedən inşaat işlərinin sahə rəisi sayılan şəxs tikintinin başa çatmaqda olduğunu söylədi: «Bizdən başqa kənddə 3 tikinti şirkəti çalışır. Biz «Azenko» olaraq 176 ev təhvil verməliyik. Hardasa 140-a yaxın evi təhvil vermişik».
«Gilan Holdinq»in hüquq şöbəsinin müdiri Vüsal Dadaşov Zaqataladakı tikintiyə başqa podratçı şirkətlərin də cəlb edildiyini, amma təmir və yenidən inşa məsələlərinə baxmadıqlarını deyir: «Kimə nə qədər ziyan dəydiyini yerli icra orqanı və Fövqəladə Hallar Nazirliyi müəyyənləşdirir. Bizim şirkət ancaq tapşırıq yerinə yetirir».

«Vəsaitin yarısından çoxunun hara xərclənməsi sual doğurur»

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev Qax-Zaqatala bölgəsindəki zəlzələnin fəsadlarının aradan qaldırılması üçün dövlət büdcəsindən öncə 20 milyon manat, daha sonra 300 milyon manat vəsait ayrıldığını deyir: «Fövqəladə Hallar Nazirliyinin noyabrda sorğumuza verdiyi cavabda qeyd olunur ki, vəsaitin 234 milyon manatı xərclənib, yəni ümumi vəsaitin 72 faizi. Görülən işlərlə bağlı bildiriblər ki, 682 ev, 7 məktəb tikilib. Bu da ümumi iş həcminin təxminən 22-23 faizidir. Bölgədə 3 min 500 evin, 35 məktəbin tikilib istifadəyə verilməsi nəzərdə tutulub. FHN-nin yanvarın 27-də açıqladığı rəqəmə görə, 2 min 984 ev istifadəyə verilib. İstər-istəməz, sual ortaya çıxır: Necə olur ki, 682 evi 6 aya tikən nazirlik 40-50 günün içində birdən-birə, az qala, 3 min evin inşasını bitirir? Tikintisi zamanı vəsaitin yarısından çoxunun nəyə xərclənməsi də sual doğurur».
«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının zəlzələ zonasından hazırladığı hesabatda evlərin qiyməti:
Zaqatala: ümüdlərin zəlzələdə dağıldığı rayon

Tikinti, təmir və dizayn xidmətləri göstərən «AZ Dizayn İnşaat» MMC şirkətinin inşa etdiyi evlərin qiyməti:
Zaqatala: ümüdlərin zəlzələdə dağıldığı rayon

Orası Van, burası ziyan

O. Gülalıyev Zaqatalaya Van zəlzələsinə ayrılandan 2 dəfə çox vəsait verildiyini, amma 2 dəfə az iş görüldüyünü düşünür: «Heç Zaqatala zəlzələsi ilə yox, iki il əvvəl baş vermiş Kür-Araz daşqınları ilə müqayisə edək. 460 milyon manat ayrılmışdı. Van zəlzələsinə isə 130 min manat. Kür-Araz daşqınlarına ayrılan vəsaitdən 3 dəfə az olsa da, görülən işlərin həcmi və sürəti ondan 3 dəfə çoxdur. Vanda böyük bir şəhər salınıb. Ən azından problem aradan qalxıb. Ancaq Kür-Araz bölgəsində bu gün də problem var. Zaqatala da onun kimi. İşin sürəti çox aşağıdır».

Təbii fəlakətin zərərini dövlət qarşılamalıdır?

«Hüquq Təşəbbüsləri» Mərkəzinin sədri, hüquqşünas Ziya Quliyev yeni qüvvəyə minən «Mənzil Məcəlləsi»nin 28-ci maddəsinin 5-ci bəndinə görə, təbii fəlakətdən qəzalı vəziyyətə düşən evlərin bərpasını müvafiq icra hakimiyyətinin həyata keçirməli olduğunu deyir: «Mənzil Məcəlləsinə əsasən, təmiri həyata keçirəcək orqan bir ay müddətində Nazirlər Kabinetinə müraciət etməli, Nazirlər Kabineti də bunu təklif formasında prezidentə verməlidir. Zaqatala bölgəsindəki təmir-tikinti ilə bağlı bu cür hala rast gəlmədim. Tikintini FHN həyata keçirir. Ancaq hansı maliyyə əsasında olduğu, vəsaitin necə müəyyənləşdirilməsi haqqında heç bir məlumat yoxdur».
Gülər Mehdizadə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zaqatalada zələlənin etraz təkanları

    Zaqatalada zələlənin etraz təkanları ...

    10-02-2013, 10:52

  • 
  • Zaqatala korrupsiyasının təkanları

    Zaqatala korrupsiyasının təkanları ...

    25-03-2013, 11:02

  • 
  • Zaqatala sakininin həyatı risq altındadır

    Zaqatala sakininin həyatı risq altındadır ...

    13-12-2012, 12:32

  • 
  • Kəmaləddin Heydərovun Zaqatala yalanları açılır

    Kəmaləddin Heydərovun Zaqatala yalanları açılır ...

    24-01-2013, 10:19

  • 
  • Əhməd Əhmədzadə də Zaqatala probleminə qatılır

    Əhməd Əhmədzadə də Zaqatala probleminə qatılır ...

    19-02-2013, 11:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu