GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Zaqatala korrupsiyasının təkanları

Zaqatala korrupsiyasının təkanları

Tarix: 25-03-2013, 11:02 Bölmə :Ölkə Baxış: 1 330
Oqtay Gülalıyev:
“340 milyon manat vəsait xərcləndiyi halda zəlzələ bölgəsində işlərin yarısı görülməyib”
Zaqatala korrupsiyasının təkanları


Mehman Əliyev:
“«Hakimiyyət bu cür zəlzələ, daşqın kimi olaylardan da yaralanır və varlanmaq istəyir”

Zaqatala korrupsiyasının təkanları


Ötən il mayın 7-də Qax-Zaqatala bölgəsində 7 bal gücündə zəlzələ olub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 34 minədək evə baxış keçirilib. Komissiya təxminən 5 min evin qəzalı duruma düşməsi, 6 min evin bərpaya və 11 min evin təmirə ehtiyacı olması barədə rəy verib. Fövqəladə Hallar Nazirliyi bildirir ki, indiyə qədər 3 minə yaxın ev tikilib. Bərpa və gücləndirməyə ehtiyacı olan 5 mindən çox ailəyə ümumilikdə 17 milyon manat kompensasiya ödənilib.
Mamrux kənd sakini Fatma Əfəndiyeva deyir ki, komissiya çox vaxt düzgün rəy vermir: «Komissiya üzvləri gəldi evi yoxlamağa. Kənardan bir neçə yerə baxıb getdilər. Dedim, keçin zirzəmiyə baxın, – dedilər ki, paltarım ağdır, çirklənər. Dedim, evin çardağına baxın, – dedilər ki, zəlzələdən çardağa ziyan dəyməz. Sonra da çıxıb getdilər ki, yekun rəyi qərargahdan öyrənərsiniz. Bu da oldu onların yoxlaması».
Zaqatala rayonunun Faldar kəndində yaşayan Kərimovlar ailəsi də narazıdır. Onlar Novruz bayramını talvarın atlında keçirəcək. Evlərinin zəlzələdən sonra qəzalı vəziyyətə düşməsindən az qala bir il ötüb. O vaxtdan bəri bu ailə toyuq hininə sığınıb. Firuzə Kərimova deyir ki, fövqəladə hallar komissiyası evin bərpa-gücləndirilmə işlərinə ehtiyacı barədə dəfələrlə rəy verib. O, içəri daxil olanda gəmi kimi yırğalanan evinin bərpasına ayrılan vəsaitdən narazıdır: «Bütün qışı həyətdə gecələmişik. Evin bərpasına dövlət 4 min manat kompensasiya ödəyir. Mən 4 min manatla nə edə bilərəm? Bu 4 min manat bir işə yarasaydı, xəstə uşağımla niyə çardağın altında yaşayıram, niyə toyun hinində gecəliyirəm?».
Zəlzələ bölgəsində araşdırma aparan «Kür» Vətəndaş Cəmiyyətinin hesabatında rəsmi rəqəmlərin gerçəklikdən fərqli olduğu göstərilir. Hesabatda bildirilir ki, vəsait xərclənərkən rəqəmlər şişirdilib, xeyli yeyinti hallarına yol verilib. Məsələn, Yuxarı Çardaqlı kəndində 49 evin istifadəyə verildiyi bildirilsə də, əslində orada cəmi 5 ev hazır olub.
Fövqəladə Hallar Nazirliyi zəlzələnin fəsadlarının aradan qaldırılmasına ayrılan 340 milyon manatın xərcləndiyini bildirib. Evlərin tikintisinə 252 milyon, məktəblərin tikintisinə 61 milyon, kompensasiyaların ödənməsinə 17 milyon, layihə, ekspertiza işlərinə 2 milyon, mal və avadanlıqların alınmasına 5 milyon manat xərclənib. Oqtay Gülalıyev deyir ki, bu qədər vəsait xərcləndiyi halda zəlzələ bölgəsində işlərin yarısı görülməyib: «Qax-Zaqatala bölgəsində apardığımız araşdırmanın nəticələri göstərir ki, işlərin yarısından çoxu qalıb. Fövqəladə Hallar Nazirliyi isə bildirir ki, 340 milyon manat təyinatı üzrə xərclənib. Kiçik bir hesablama ilə yeyintinin həcmini təsəvvür edə bilərik. Nazirlik bildirir ki, evlərin tikintisinə 252 milyon manat xərcləyib. Bura yalnız evlərin tikintisi aiddir. Çünki mal və avadanlıqların alınması, eləcə də digər işlər üçün xərclər ayrıca göstərilir. 252 milyon manatı tikilən və tikilməkdə olan evlərin sayına – 5 minə bölsək, görün, rəqəmləri nə qədər şişirdiblər».
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov ötən ilin sonunda zəlzələ bölgəsinə səfər edib. O, zəlzələdən əziyyət çəkənlərlə görüşərək, işlərin apreləcən başa çatacağını bildirmişdi. «Kür» Vətəndaş Cəmiyyətinin üzvü Mehman Əliyev bildirir ki, zəlzələ bölgəsində işlər deyilən kimi görülsəydi, əhali etiraz etməzdi. Onun fikrincə, məmurlar istər Kür daşqınlarını, istərsə zəlzələyə ayrılan vəsaiti özlərinin qazanc mənbəyi sayırlar: «Hakimiyyət bu cür zəlzələ, daşqın kimi olaylardan da yaralanır və varlanmaq istəyir. Səmimi deyim ki, mən heç vaxt inana bilməzdim ki, vəsaitlərin yeyintisi, oğurlanması bu dərəcədə ola bilər. Mən bunu təsəvvür belə edə bilməzdim».
Fövqəladə Hallar naziri isə zəlzələ bölgəsinə son səfərində təbii fəlakətin fəsadlarının sürətlə aradan qaldırıldığını, bərpa işlərinin qaydasında getdiyini bildirib.

Nüşabə Fətullayeva
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zaqatalada zələlənin etraz təkanları

    Zaqatalada zələlənin etraz təkanları ...

    10-02-2013, 10:52

  • 
  • “Kür”dən nazirə sərt suallar

    “Kür”dən nazirə sərt suallar ...

    7-12-2012, 10:58

  • 
  • Zaqatala: ümüdlərin zəlzələdə dağıldığı rayon

    Zaqatala: ümüdlərin zəlzələdə dağıldığı rayon ...

    10-02-2013, 10:50

  • 
  • ATV-nin efirində zəlzələ biabırçılığı

    ATV-nin efirində zəlzələ biabırçılığı ...

    26-07-2014, 12:57

  • 
  • “Kür” Kəmaləddin Heydərovu yoxlayır

    “Kür” Kəmaləddin Heydərovu yoxlayır ...

    17-02-2013, 12:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu