GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Müstəqilliyin demokratiya çatışmamazlığı

Müstəqilliyin demokratiya çatışmamazlığı

Tarix: 5-03-2013, 09:59 Bölmə :Maraqlı Baxış: 714
Müstəqilliyin demokratiya çatışmamazlığı

Ərazisinin 20 faizi işğal altında olan ölkənin
vətəndaşlarını başqa problemlər də qayğılandırmalıdır


Azərbaycanın əsas problemi nədir? Bəlkə də bu suala ritorik cavab vermək olardı. Son illər onları ən çox narahat edən budur ki, onlar belə suallar eşitmirlər və eşidəndə də ona sidq-ürəkdən, doğru cavab verə bilmirlər: hər şeydən ehtiyatlanmaq, «birdən hökumət adamları olar, xəbərləyərlər» deyə düşünmək indi azərbaycanlılar üçün çox xarakterikdir. Çoxu hətta bunu da etiraf etməyə çətinlik çəkir, daxili «eqo»su buna mane olur, dildə özünü bütün rejimlərdə və situasiyalarda azad hesab etdiyini deyir, amma elə ki, sorğu kağızını uzadırsan və yaxud da ki, mikrofonu yaxınlaşdırırsan, onda başlayır… Amma onları narahat edən suallar bizim üçün həqiqətən də maraqlıdır. Əgər sorğu keçirsəydim narahatlıq yaradan problemləri aşağıdakı kimi sıralayardım.
- Dağlıq Qarabağ probleminin bu vaxta qədər həll olunmaması.
- Ölkədəki korrupsiya və rüşvətxorluq.
- Siyasi azadlıqların məhdudluğu.
- Ailəmin və uşaqlarımın gələcəyi.
Çox maraqlı olardı, görən, azərbaycanlılar bu məsələlərdən hansına daha çox üstünlük verərdi? İndi güman yalnız söhbətlərə və bir də internet sorğularınadır. Amma söhbət çox az adamı əhatə etdiyindən, internet sorğusu isə ictimai sorğunun bəzi tələblərinə cavab vermədiyindən burada da çətinlik yaranır. Məsələn, bu yaxınlarda bir diplomat dedi ki, onun insanlardan eşitdiyi giley daha çox korrupsiya ilə bağlıdır. Niyə də olmasın? Prinsipcə, bu, mümkündür, çünki korrupsiya həqiqətən də artıq ümummilli problemə çevrilib. Ən əsası isə ona qarşı «mübarizə» kəskinləşdikcə onun miqyasları daha da böyüyür. Amma ərazisinin 20 faizi işğal altında olan ölkənin vətəndaşlarını başqa problemlər də qayğılandırmalıdır. Bir daha qeyd edirəm ki, sorğu keçirmək olsaydı narahatlıq yaradan problemlərin iyerarxiyasını bilərdik, görərdik ki, hansı problemə diqqət daha çox üstünlük təşkil edir və yaxud da əksinə, hansı problem insanları daha az qayğılandırır? İndi isə biz qaranlıqda qara pişik axtaranlara bənzəyirik.
Bir neçə il bundan əvvəl bir diplomat müsahibəsində gileylənmişdi ki, partiyalarla, ictimai təşkilatlarla görüşlərdə heç kim Dağlıq Qarabağ probleminə toxunmur, daha çox layihələr təklif edir və qrantlar haqqında danışırlar. O vaxt bu etiraf mənə çox təsir etdi, o vaxta qədər düşünürdüm ki, yəqin ən azı partiyalar ilk fürsətdəcə Qarabağ problemini qaldırır, ona öz baxışlarını izhar edirlər. Amma sən demə belə deyilmiş. Bəlkə də bunu oxuyanda deyəcəksiniz ki, Ağ Evə bu il yüz mindən artıq müraciət olundu, amma buna cavab verildimi? Nə demək olar? Onu demək lazımdır ki, bir qədər də israrlı olmaq, növbəti illərdə də müraciət etmək lazımdır. Ermənilər hər il müraciət edir, ABŞ prezidentinin dilindən «soyqırımı» ifadəsini eşitmək istəyir, amma xoşbəxtlikdən prezident bunu demir. Amma dünya erməniləri həvəsdən düşmür. Onlar bu məsələləri on illərdir ki, başlayıblar və bu gün də davam etdirirlər. Amma biz çox «impulsiv» millətik, səbrimiz çatmır, dərhal məqsədə çatmaq istəyirik. Nə isə. Sözüm bunda deyil.
Belə müraciətlərin Ağ Evə göndərilməsinin bir başqa xeyri də var. Orada nəticə çıxarırlar ki, bəli, bunlar Qarabağ problemi, Xocalı faciəsi haqda düşünürlər, buna görə narahatlıq keçirirlər. Təsəvvür edin, münaqişə 25 ildir ki, davam edir. Amma bu müddət ərzində ilk dəfədir ki, belə bir aksiya keçirilir. Çoxdurmu? Əsla. Çox güman ki, ermənilərin müraciətlərinə də diqqət birdən-birə yaranmayıb, bu da tədricən olub. Məşhur bir filmdə deyilən kimi: «Moskva birdən tikilməyib…».
Buna «ümidsiz mübarizə» də deyirlər. Amma bunun tərəfdarı deyilik. Ümid, xüsusən də inam mütləq lazımdır. Sizifdən yalnız inadı götürməliyik. Bir qədər əvvəl bir diplomatın gileyindən yazdım. Bu illər ərzində nə qədər yol keçilib! Amma biz hələ dağın ətəyindəyik. Tələsmək lazım deyil, zirvə olacaq, mütləq olacaq. Bunun üçün aşağı yox, daim yuxarı baxmaq lazımdır, yalnız yuxarı! Onda zirvə daha yaxşı görünür. Bu yolla həm də bizi narahat edən «zirvələr» haqqında təsəvvür də yaranır, bizi başqa aspektdən tanımağa başlayırlar, tanıyandan sonra isə nəticə çıxarırlar…

Hüseynbala Səlimov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlı məşhurların nə problemi var?

    Azərbaycanlı məşhurların nə problemi var? ...

    31-07-2015, 10:28

  • 
  • Azərbaycan üçün demokratiya tələbi

    Azərbaycan üçün demokratiya tələbi ...

    18-04-2013, 09:55

  • 
  • Xarici siyasət: balansın sonu, yoxsa başlanğıcı?

    Xarici siyasət: balansın sonu, yoxsa başlanğıcı? ...

    15-12-2012, 13:51

  • 
  • Dünyanın Rusiyaya və İŞİD-ə qarşı əməliyyatı

    Dünyanın Rusiyaya və İŞİD-ə qarşı əməliyyatı ...

    17-12-2014, 10:51

  • 
  • “Hökumət monolit deyil”

    “Hökumət monolit deyil” ...

    20-05-2014, 10:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu