GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Səfər Əbiyev bitirilir

Səfər Əbiyev bitirilir

Tarix: 15-03-2013, 10:36 Bölmə :Maraqlı Baxış: 1 149
Səfər Əbiyev bitirilir

Arzu Rəhimov və Elçin Quliyev Müdafiə Nazirliyinin
rəhbərliyini istefaya göndərmək istəyirlər


Hərbçi ekspert Üzeyir Cəfərov:
“Bu adamlar ordu ətrafında ajiotaj yaranmasına maraq göstərirlər”


Son aylar orduda baş verən əsgər ölümləri mətbuatın əsas diqqət mərkəzindədir. Orduda əsgər qətllərinə etiraz olaraq yanvar və mart aylarında izdihamlı xalq mitinqləri keçirilib. Ölkənin protest elektoratı müxalifətin, liderlərin iştirakı və qərarı olmadan meydanlara çıxıb orduda baş verənlərə etiraz edirlər. Hakimiyyət prosesin genişləndiyini və aksiyaçıların günbəgün artdığını görür və daha sərt tədbirlərə əl atır.
Bununla belə, əsgər ölümlərinin ardı-arası kəsilmir, müəmmalı şəkildə əsgər ölümləri qeydə alınır. Deputatlar, hüquq müdafiəçiləri və hərbi ekspertlər çıxış yollarını göstərir, təkliflər irəli sürür. Proseslər göstərir ki, hakimiyyət və aidiyyatı qurumlar qətiyyən tədbir görmək, orduda nizam-intizam yaratmaq istəmir. Belə olsaydı ən azı 12 yanvar aksiyasından sonra əsgər qətllərinə son qoyulardı. Ancaq hələ də əsgər meyitləri ailələrinə göndərilir. Onların istintaqı düzgün aparılmır, kiçik rütbəli şəxslər cəzalandırılır. Bir çox hallarda isə əsgərin qanı batırılır, onun ya düşmən gülləsindən öldüyü, ya da intihar etdiyi rəsmi şəkildə açıqlanır. Bu cür davam etdikcə mitinqlərin miqyası genişlənəcək və Müdafiə Nazirliyi üçün başağrısına çevriləcək.
Amma Müdafiə Nazirliyi ölümlərin ciddi şəkildə araşdırıldığını və ordunun inkişaf etdiyini iddia edir. Elə 10 mart aksiyasından sonra MN-nin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu APA-ya açıqlamasında əsgər ölümlərinə qarşı etiraz aksiyası keçirənləri anaların göz yaşından istifadə etməkdə günahlandırıb.
E.Sabiroğlu Müdafiə Nazirliyinin ordudakı hər ölüm faktına görə ciddi araşdırma apardığını və günahkarların cəzalandırıldığını bildirib: “Bəzi qüvvələr yalan informasiyalarla cəmiyyətlə ordu arasında qarşıdurma yaratmaq istəyirlər. Bunu lənətləyirik. Bu aksiyanı keçirmək istəyənlər nə qazandılar, nə əldə etdilər? Bu gəncləri küçəyə çıxaranların niyyəti başqadır”.
Maraqlıdır ki, ölkənin bütün sahələrində problemlər var və yalnız orduda baş verənlərə etiraz olunur. Doğrudur, ordu həssas məsələdir, heç bir sektorda bu qədər ölüm-itim yoxdur və bu artıq dəhşətli vəziyyətə gətirib çıxarıb. Odur ki, aksiyaların davam etməsi təbii haldır.
Ancaq nədənsə baş verən hadisələrlə bağlı hərbçi ekspert Üzeyir Cəfərov “Reytinq” qəzetinə müsahibəsində deyib ki, əsgər ölümləri bəzi məmurların əlində vasitəyə çevrilib. Onun sözlərinə görə, bəzi məmurlar Müdafiə Nazirliyinin rəhbərliyini istefaya göndərmək istəyirlər. Ona görə də aksiyalar körüklənir, əsgər ölümləri gündəmdə saxlanır.
Ü.Cəfərov deyib ki, bu məsələdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Dövlət Sərhəd Xidmətinin rəisi, general - leytenant Elçin Quliyev kimi məmurların xüsusi marağı var: “Bəzi hallarda bu adamlar ordu ətrafında ajiotaj yaranmasına maraq göstərirlər”.
Ü.Cəfərov bildirib ki, dünyasını dəyişən əsgərlər yalnız orduda xidmət etməyiblər: “Onlardan daxili qoşunlarda, sərhəd xidmətində, FHN-də xidmət edənləri də olub. Amma hədəfə yalnız Müdafiə Nazirliyi alınır. Düşünürəm ki, burada məqsəd hər il Müdafiə Nazirliyinə ayrılan iri vəsaitlərə nəzarəti ələ almaqdır. Bu nəzarəti ələ almaq uğrunda isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyi mübarizə aparır”.
Yürüdülən kampaniya ilə Müdafiə Nazirliyinin rəhbərliyinin istefaya gedəcəyinə inanmayan Ü.Cəfərov vurğulayıb ki, Azərbaycanda belə bir mədəniyyət formalaşmayıb: “Düşünürəm ki, əsgər ölümünə son qoymaq üçün ciddi islahatlar aparılmalıdır. Bu həm qanunvericilik sahəsini, həm də ordunun özünün daxili strukturunu əhatə etməlidir. Çünki Azərbaycana ən məhşur generalı gətirib nazir təyin etsən belə, əsgər ölümü yenə davam edəcək”.
Ü.Cəfərovun açıqlamalarında ciddi arqumentlər var. Lakin bunu da nəzərə almaq lazımdır ki, istər daxili qoşunlar, istərsə də sərhəd xidmətində əsgərlik keçən olsun, yenə də ordu olaraq məsuliyyət daşıyırlar. Üstəlik, sərhəd xidmətində və daxili qoşunlarda əsgər ölümü Müdafiə Nazirliyi ilə müqayisədə çox azdır. Bundan əlavə, cəmiyyətdə ordu və hərbi xidmət deyiləndə ağıla gələn ilk fikir Səfər Əbiyev və onun rəhbəri olduğu nazirlikdir.
Odur ki, bu hadisələrdən məmurların sui-istifadə etməsi, baş verənləri kəskinləşdirməsi cəhdləri ola bilər. Ancaq bu haqq vermir ki, Müdafiə Nazirliyinin hər ay və ya həftə əsgərinin meyiti ailəsinə göndərilə. Hətta S.Əbiyev özünə qarşı kompromat savaşı başlandığını görürsə ən azından əsgər valideynlərini sakitləşdirmək üçün addımlar atsın. Orduda qayda-qanun yaratsın və ona qarşı olan qüvvələrin əlinə arqument verməsin. Ona qalsa hakimiyyət daxilində həmişə çəkişmə olub, nazirlər biri-birini “vurublar”, mətbuatda kompromat savaşına start veriblər. Bu baxımdan S.Əbiyevin başı üzərində “qara buludların” olmasında hər iki məmurun barmağı ola bilər. Bu vəziyyətdən çıxış üçün müdafiə naziri bütün imkanlarını səfərbər edib qarşı tərəfi susdurmalı və əsgər ölümlərinin səngiməsinə çalışmalıdır. Əks halda əsgər qətlləri artacaq, aksiyalar böyüyəcək və bu situasiyadan adıçəkilən məmurlar istifadə edəcəklər.

Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya Səfər Əbiyevi yıxır

    Rusiya Səfər Əbiyevi yıxır ...

    25-03-2013, 10:45

  • 
  • Arzu Rəhimov karyerasında əsgər ölümləri

    Arzu Rəhimov karyerasında əsgər ölümləri ...

    19-12-2012, 12:26

  • 
  • Zakir Həsənovun da ordusunda qırğın dayanmır

    Zakir Həsənovun da ordusunda qırğın dayanmır ...

    25-03-2014, 22:24

  • 
  • Səfər Əbiyev ümün qara statistika

    Səfər Əbiyev ümün qara statistika ...

    30-04-2013, 12:10

  • 
  • Orduda daha bir yenilik tətbiq olunub

    Orduda daha bir yenilik tətbiq olunub ...

    6-02-2015, 22:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (370)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu