GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Mahir Abdullayev cinayətində iştirak edən şəbəkə

Mahir Abdullayev cinayətində iştirak edən şəbəkə

Tarix: 28-03-2013, 18:57 Bölmə :Maraqlı Baxış: 2 103
Mahir Abdullayev cinayətində iştirak edən şəbəkə

Müdafiə Komitəsindən Baş Prokurorluğa ittihamlar

Necə olur ki, on ilə yaxın bir muddətdə prokurorluq orqanları sırf M.Abdullayevin oğurlanması, lap göturək prokurorluq orqanlarının töfsif etdikləri öldurülmə faktı ilə heç kimi saxlamır, bu günə kimi istər zərərçəkmişə, istərsədə içtimayətə heç bir məlumat vermir, cinayət işinin illərlə istintaqını aparan onlarla prokurorluq əməkdaşı heç bir nəticə əldə etmir, cinayətləri ört bastır edən əməkdaşları ilə bağlı daxili xidməti araşdırmalar aparılmır, prokurorluq əməkdaşları töhmət belə almırlar, cəzalanmırlar, işdən qovulmurlar?
Mahir Abdullayevin hüquqlarının müdafiə komitəsinin üzvləri butun əziyyətlərə qatlanaraq damcı-damcı informasiya toplayıb Mahirin oğurlanma faktına müstəqil şəkildə aydınlıq gətirməyə çalışırlar. Bu qalmaqallı hadisəyə aydınlıq gətirilməsində zərərçəkmiş E.Abdullayevdən tutmuş, ta içtimayətin ayrı ayrı təbqələrindən olan onlarla insanların köməyindən yararlanmağa çalışırıq və inandırım sizi artıq komitədə kifayət qədər konfidensial xarakter daşıyan məlumatlar toplanmışdır. Hətta Azərbaycan Respublikası Baş Prokurorluğunun nəzdində yaradılmış Mustəqil İstintaq Komisiyasının heç bir əhəmiyyət vermədiyi və lazımı şəkildə sona kimi araşdırmadığı Nərimanov rayon məhkəməsinin keçmiş sədri Hacı Ağababa Babayevin , DİN-nin 7-ci idarəsinin əməkdaşı Rövşən Abasquliyevin , MTN-nin əməkdaşı İlqar Abbasovun rektor E.Abdullayevlə məlum videolarından, eləcədə komitənin İçtimai Təhqiqat Qrupunun əldə etdiyi faktlardan aydın olunmuşdur ki, Abdullayev Mahir İslam oğlu Azərbaycan Respublikası DİN-nin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin Müvəqqəti Saxlama İzolyatorunun rəisi tərəfindən qəbul edilib və bir müddət həmin izolyatorda saxlanılıb. Bu olay təxminən 2007-2008-ci illəri əhatə edir. Komitə olaraq ən azından bu ehtimalları irəli sürmək uçun çox ciddi bilgilərə malikik. Yəni M.Abdullayevin həyatda olmasına dair sonuncu ciddi məlumat bundan ibarətdir ki, yaxın vaxtlarda həmin məlumat komitə tərəfindən Azərbaycan Respublikasının Prezidentinə, KİV-ri vasitəsi ilə Azərbaycan içtimayətinə, xarici dövlətlərin Azərbaycandakı səfirliklərinə, beynəlxalq təşkilatlara təqdim ediləcək. Lakin son zamanlar respublikanın kütləvi informasiya vasitələrində bir sıra informasiyalar öz əksini tapmışdırlar ki, həmin informasiyalar əsasən Abdullayev Mahir İslam oğlu heç də zərərçəkmişin qeyd etdiyi kimi oğurlanmayıb, əksinə sağ salamatdır, hətta bunu təsdiq edən video göruntulər də mövcuddur.
Xüsusilə “Yeni Müsavat” qəzetinin elektron saytında dərc olunmuş “Mahir Abdullayev sağdır, bunu çoxdan bilirəm” başlıqlı Aygün Muradxanlının məqaləsini qeyd etmək lazımdır. Məqalə yazarın Səyyarə Heydərovadan goturulmuş musahibəsi əsasında dərc edilmişdir.
Xatırlatmaq isteyirdik ki, hələ 11.03.2013-ci il tarixində, “Yeni Musavat” qəzetinin elektron saytında dərc olunmuş “Keçmiş rektorun kompromatlarını təftiş edən qadından yeni şok açiqlamalar” başlıqlı məqalədə Milli Təhlükəsizlik Nazirliyinin keçmiş zabiti, bir neçə ildir Fransada mühacirətdə yaşayan Ramin Nağıyev “Səyyarə Heydərovanın Gülər Əhmədovanın sifarişi ilə yayılan videomateriallarla bağlı saxta ekspert rəyi əldə etməyə çalışdığının” bildirilməsi öz əksini tapmışdır. Bu məqalədə yazarın suallarını cavablandırarkən S.Heydərova keçmiş müstəntiq R.Nağıyevin söylədiklərini qismən təsdiq edərək bildirmişdir ki, “Yanvarın 18-də Məni Gülər Əhmədova ilə bağlı açılan cinayət işi üzrə müstəntiq İsmayıl Ağayev 3 saat dindirib. Mən də bildiyim bütün faktları istintaqa danışmışam.”
Elə həmin məqalədə yazarın S.Heydərovaya - Ramin Nağıyevin ekspertizaya vasitəçilik etməyiniz haqqında söylədikləri haqqında nə deyə bilərsiz? Sualını aşağıdakı kimi cavablandırmışdır: “ Bu haqda Gülər Əhmədovanın oğlu ilə görüşüb danışmışam. O, mənə bildirdi ki, anası bu işi mənim görməyimi istəyir. “
Bu azmış kimi həmin müsahibə zamanı S.Heydərova bildirir ki, -“ Gülər Əhmədova ümumiyyətlə o otaqda olmayıb. Görüntüdəki Gülər deyil. Bunlar hamısı professionallıqla qurulmuş oyundur. Həmin videoda mən sizə Gülər Əhmədovanın əvəzində Elşad Abdullayevin guya itmiş qardaşı Mahir Abdullayevi göstərə bilərəm. O, çəkiliş aparılan zaman orada olub.”
İndisə qayıdaq S.Heydərovanın 23.03.2013 – cu il tarixli musahibesinə, yəni sonuncu söylədiyi cəfəngiyatla dolu fikirlərinə. S.Heydərova bu musahibesində 11.03.2013-ci il tarixində verdiyi musahibeni təkrarlamaqla bərabər, bir sıra yeni həqiqətə uyğun olmayan fikirlər söyləyir. S.Heydərovanın iddialarına görə, “ ABU rektorunun yaydığı ilk videoda onun illərdir itkin düşən qardaşı Mahir Abdullayev də görünür. Səyyarə Heydərova bildirir ki, Elşad Abdullayelə Ramin Nağıyev arasında əlaqə var, bundan başqa, R.Nağıyev Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir. Onun sözlərinə görə, Ramin Nağıyevlə Elşad Abdullayevin əlbir olmasında məqsəd Azərbaycandakı iri dövlət məmurlarından şantaj yolu ilə böyük pullar qoparmaqdır: “Ramin Nağıyev mənə Moskvadan, Yunanıstandan dəfələrlə zəng edərək hədələyib. Həmin nömrələrə Azərbaycanın yüksək rütbəli məmurlarına da şantaj zəngləri daxil olub. Ancaq mən susmaq fikrində deyiləm. Bir daha bildirirəm ki, Mahir Abdullayev sağdır və mən bunu çoxdan bilirəm. Elşad Abdullayevin yaydığı ilk videoda Mahir Abdullayev görünür. Montaj da elə buna görə edilib”.
İlk baxışdan S.Heydərovanın müsahibəsində hörmətli oxucunun ola bilər ki, ciddi bir mesaj diqqətini cəlb etməsin. Amma diqqət edin bu fikirlər artıq saqqız kimi bir muddətdir çiynənilməkdədir. Bu fikirləri hər birimizin duşunduyu kimi sıradan olan gənc bir xanım yazar, heç də böyük həyat təcrubəsi olmayan insan, yürüdülən fikirlərə dair mütəxəsis olmayan şəxs söyləyir. Amma əslində S.Heydərova haqqında oxucularımızın bilmədikləri nyuanslarda vardır. S.Heydərova kifayət qədər hazırlıqlı, ən azından MTN-nin izolyatorunun abuhavasını görmüş bir insandır.
S.Heydərovanın musahibəsi nəyə hesablanıb? Tam əminliklə söyləmək olar ki, S.Heydərova heç də bu məsələdə təsadüfi insan deyil. S.Heydərovanın müsahibəsində Azərbaycan içtimayətinə, şəxsən E.Abdullayevə, onun yaxınlarına ciddi mesaj var. Məsələ M.Abdullayev olayının nə qədər ciddi olmasından, bu işin obyektiv şəkildə başa çatdırmaq prespektivinin mümkünsüzlüyündən, bu işdə adı hallanan şəxslərin dindirilməsinə şərait yaradılmayacağından gedir.
Hətta şübhəniz olmasın ki, yaxın zamanlarda S.Heydərovanın içtimayətə təqdim etdiyi ədalətsiz yönəldici plana əsasən Azərbaycandakı iri dövlət məmurlarından şantaj yolu ilə böyük pullar qopartmağa çalışan, Moskvadan, Yunanıstandan dəfələrlə zəng edərək muəyyən insanları hədələyən, həmin nömrələr vasitəsilə Azərbaycanın yüksək rütbəli məmurlarına şantaj zəngləri edən insanlar haqqında prokurorluq bəyanatlar yayacaq. Zərərçəkmiş tərəfindən hələ bir neçə il öncə hüquqmuhafizə orqanlarına, yaxın dövrlərdə içtimayətə təqdim olunan video və audio yazıların Azərbaycan gerçəkliklərinə tam uygun olaraq montaj olmasına dair prokurorluq orqanları tərəfindən bəyanat verilməsinə belə təcüb etmərəm. S.Heydərovanın bu gün verdiyi musahibə sabah prokurorluq orqanlarının məharətlə hazırladığı ədalətsiz , içtimayi qınaqla qarşılaşmayan qərarların maneəsiz tətbiq olunmasına zəmin yaratmaq rolu oynayır. Bu musahibə bir sui içtimayəti misli görunməyən ədalətsiz qərarların verilməsinə, insanları bu cəfəngiyatları qəbul etməyə hazırlamaq uçun böyük canfəşanlıqla səpilən toxumlara bənzəyir.
Bütün bunları söyləməkdə zərərçəkmişin kifayət qədər əsası var. Necə olur ki, on ilə yaxın bir muddətdə prokurorluq orqanları sırf M.Abdullayevin oğurlanması, lap göturək prokurorluq orqanlarının töfsif etdikləri öldurülmə faktı ilə heç kimi saxlamır, bu günə kimi istər zərərçəkmişə, istərsədə içtimayətə heç bir məlumat vermir, cinayət işinin illərlə istintaqını aparan onlarla prokurorluq əməkdaşı heç bir nəticə əldə etmir, cinayətləri ört bastır edən əməkdaşları ilə bağlı daxili xidməti araşdırmalar aparılmır, prokurorluq əməkdaşları töhmət belə almırlar, cəzalanmırlar, işdən qovulmurlar? Əksinə nə baş verir? Zərərçəkmişə qarşı saysız hesabsız cinayət işləri açılır, zərərçəkmişin rəhbərlik etdiyi universitet butun mövcud sivil qanunlara zidd olaraq bağlanılır, özünun və ailə üzvlərinin bank hesablarına həbs qoyulur, numayəndəsinin konstitusyon huquqları sayilan azad hərəkət etmə huquqları kobud şəkildə pozulur, vəkilinin cinayət işində numayəndəsi kimi taninmaqdan imtina edilir, gülerqeyt cinayət işində zərərçəkmiş kimi tanınmır .
Bu gun Mahir məsələsinin ört bastır edilməsində əhəmiyyətsiz xidmətlərindən məharətlə istifadə olunan cılız duşuncələrə malik insanların musahibələrini təhlil etmək fikrində deyilik. Sadəcə bildirmək istərdik ki, bu musahibələr bir daha onların nə qədər çirkin məqsədlərə xidmət etdiyini göstərir, hətta bəzi hallarda bu insanlar emosianal durumlarını gizlədə bilməyib tərbiyəsizliyə belə yol verirlər, bununlada içtimayət arasında onsuzda şübhə altında olan reputasiyalarını bir daha şuurlu şəkildə çirkaba bulayırlar. Bunlar unudurlar ki, içtimayətin gözü tərəzidir və bu tərəzi artıq bu gun deyil, dunən də deyil, bunların ağılları kəsməyə başlayandan öz göstəricilərini ortaya qoymuşdur.
Ortada bir cinayət var, ailə başçısı oğurlanıb. İnsanın itməsi bir muamma olaraq qalmaqdadır. Hadisələrin detallarının aydınlaşdırılmasına başlamamışdan əvvəl huquq muhafizə orqanları, məlum olmayan səbəblərdən onlarla bir cəbhə boyu addımlamağa çalışan bəzi dırnaq arası qazet maqnatları, siyasətçi-işbazlar, bu günə kimi bir nəfəri olsa belə ədalətsiz muhakimədən qutarmayan vəkillər, saxta ekspertlər, ayrı-ayrı klanlara manqutluq edən millət vəkilləri bilərəkdən içtimayətdə belə bir fikir formalaşdırmağa çalışırlar ki, güya heç kim oğurlanmayıb, heç kim öldürülməyib, ümumiətlə bu olay içtimayətin muzakirə məsələsinə çevrilməli deyil. Amma bütün təziklərə baxmayaraq bu hadisə son dövrlərdə adam oğurluğu ilə baglı baş verən və açılmayan cinayət hadisələrinin birinə çevrilib.
Əgər Mahir Abdullayevin Hüquqlarını Mudafiə Komitəsinin üzvü Vidadi İsqəndərlinin sözləri ilə desək : “Əslində bu çox maraqlı hadisədir. Mən huquqşunas və prokurorluğun sabiq əməkdaşı olaraq hesab edirəm ki, Mahir Abdullayev işi XX! əsrin ən dəhşətli cinayətidir. Bəlkədə bu hadisə Hacı Məmmədov cinayətini kölgədə qoyacaq. “ Nə qədər acınacaqlı olsa bunu demək məcburiyətindəyik ki, istər zərərçəkmiş, istərsədə son zamanlar yeni yaradılmış Mahir Abdullayevin Huquqlarını Mudafiə Komitəsi tərəfindən prokurorluq orqanlarına, içtimayətə təqdim olunmuş onlarla subut xarakteri daşıyan materiallarda respublikanın güc strukturlarının, məhkəmə və prokurorluq orqanlarının əməkdaşlarının adları keçir. Bəlkə də respublikanın içtimayi təhlükəsizlik və yaxud sırf təhlükəsizliyi baximindan özəyini təşkil edən bu təşkilatları əyinlərinə mundir geymiş ayrı ayrı şəxslərin bilərəkdən və yaxud məcburiyət qarşısında bu işə məsuliyyətsizcəsinə, bəzi konkret epizodlarda isə cinayətkarcasınə laqeyd münasibətləri ucbatından ittiham etmək duzgun olmazdı. Lakin reallıq ondan ibarətdir ki, biz nəqədər istəsək belə bu təşkilatların nüfuzlarını bu işdə açıq aydın passivlik numayiş etdirdiklərindən sığortalaya bilmirik. Nədən ? Bu günə kimi bu təşkilatlardan heç birisi əməkdaşlarından birisini olsa belə konkret Mahir olayı ilə bağlı buraxdıqları səhfə, itirdikləri qiymətli zamana görə, etdikləri cinayətlərə əsasən cəzalandırmamışdırlar, əksinə Mahir məsələsi ilə bağlı qaldırılmış cinayət işinin istintaqında adları keçən bəzi zabitlər orden və medallara təltif olunmaları uçün dövlət başçısı qarşısında məsələlər qaldırılmış və yaxud da şan şöhrətlə teqaudə göndərilmişdirlər. Bu dövlət başçısını aldatmaq deyilmi ? Razılaşın ki, hörmətli cənablar elə bu kimi neqativ səbəblərdən DİN-nin, MTN-nin, prokurorluq orqanlarının mutəxəsislərinin cəlb olunduğu əməliyyat axtarış tədbirləri hələ də bir nəticə verməyib. Razılaşın ki, elə bu kimi tuğyan edən özbaşınaliqlar ucbatından on ilə yaın bir muddətdə Mahirin ogurlanması və yaxud qeyd etdiyiniz kimi öldürülməsi faktı ilə bağlı bir nəfər olsun belə şübhəli şəxs qismində saxlanılmayıb. Belə olan halda razılaşın ki, bir Azərbaycanlı ailə başçısını oğurlayaraq, onun himayəsində olanları gözu yaşlı qoyanlar , bir nəslilə qarşı repressiv metodlardan istifadə edərək özgəsinin illərlə əldə etdiyi malını, mulkunu almaq istəyənlər qarşısında nəin ki, zərərçəkmiş, onun numayəndələri, eyni zamanda siz də acizsiniz.
Baxmayaraq ki, 2003-cü il oktyabrın 13-də baş verən hadisənin ustündən xeyli vaxt keçib həqiqəti söyləməkdən çəkinirsiniz. Bu nəqədər davam edəcək ? Həqiqətənmi siz inanırsınız ki, zaman keçdikcə, vaxt otdükcə zərərçəkmişin israrlı muqaviməti, tələbləri heçə enəcək, yaraları sağalacaq və yaxud qardaş qardaşın başından, bacı qardaşından, övlad atasından keçəcək ?
Əgər biz Mahirin çalışdığı təşkilatın, onun yerlərdə olan nufuzunu nəzərə alsaq, bu təşkilatla bərabər digər, xüsusilə DİN-nin, Baş prokurorluğun da astronomik imkanlarınin olması halını da yuxarıda qeyd etdiyimiz detallara əlavə etsək, həmin zaman axtarışlara laqeyd yanaşıldığını çəkinmədən vurğulamaq olar. Əgər belə deyilsə istər istəməz ortaya sual çıxır. M.Abdullayevin axtarışları nə uçün bir nəticə vermir ? Həmçinin bunun üzərinə yaxın keçmişimizdə Hacı Məmmədovun “ daha dəhşətli cinayətkar dəstə hələ də azadlıqdadır “ səsləndirdiyi fikirləri əlavə etsək mənzərə aydınlaşar.

Mahir Abdullayevin Hüquqlarını
müdafiə Komitəsi tərəfindən hazırlanmışdır
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Mahir Abdullayev cinayətində iştirak edən şəbəkə

    Mahir Abdullayev cinayətində iştirak edən şəbəkə ...

    27-03-2013, 10:49

  • 
  • Mahir Abdullayevin hüquqlarını müdafiə komitəsi yaradılır

    Mahir Abdullayevin hüquqlarını müdafiə komitəsi ...

    15-02-2013, 00:06

  • 
  • Oğurlanmış Mahir Abdullayevin hüquqlarının Müdafiə Komitəsi açıqlama verdi

    Oğurlanmış Mahir Abdullayevin hüquqlarının ...

    27-02-2013, 16:40

  • 
  • Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi yaradıldı

    Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi ...

    19-02-2013, 10:13


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (268)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu