GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azərbaycan hakimiyyət dəyişikliyinə gedir

Azərbaycan hakimiyyət dəyişikliyinə gedir

Tarix: 17-04-2013, 10:37 Bölmə :Maraqlı Baxış: 858
Azərbaycan hakimiyyət dəyişikliyinə gedir

Seçkilərdən istifadə edərək inqilabi situasiya yaratmaqla hakimiyyətin
qapılarını açmaq müxaliflərin əsas hədəfidir; Azərbaycanda inqilabın olması
qaçılmazdır və bu zərurəti doğuran səbəbləri bilavasitə hakimiyyət yaradır


Prezidentliyə namizədlərin elan olunmasına və partiyalar arasında gedən qarşılıqlı ittihamlara baxmayaraq ölkədə seçki havası hələ tam hiss olunmur. Azərbaycan vətəndaşını isə seçki deyil, daha çox güzaranı üçün ən azından 12 saat işləyib bir parça çörək qazanmaq düşündürür. Amma buna baxmayaraq ölkədə keçiriləcək prezident seçkilərinə nə az, nə çox 7 ay qalıb. Əslində, bu 7 ayda nələrin baş verəcəyini maraq edənlər də azdır. Çünki 2008-ci ildəki seçkilərdə olduğu kimi hər şey özü-özlüyündə aydındır. Amma ortada başqa bir əmma da var ki, bu da Rusiya və İranın Azərbaycan hakimiyyətinə get-gedə artan təzyiqləridi. Qərbin təzyiqləri isə o qədər azdır ki, belə desək, hələ görünmür. Hər halda görünən odur ki, Qərb köhnə rolunu peşəkarlıqla oynamaq üzərində baş sındırır...

Müxalifətin tək yolu

Azərbaycanda müxalifətin olması, daha dəqiq desək, çox şaxəli olması mübahisə edilməyəcək məsələdir. Bu müxalifət əsasən ötən əsrin 80-lərində formalaşan klassik müxalifətə və göründüyündən qat-qat güclü olan, hər gün daha güclənən və ölkə xaricindən idarə olunan islamçı müxalifətə ayrılıb. Bir də Rusiyanın son bir ildə formalaşdırmağa çalışdığı, hələ görünməyən və daha çox separatçı ideyalara dayanan müxalifət var.
Hər üç müxalifətin hakimiyyətə gəlmək üçün seçkilərdən yaralanmaq kimi bir taktikası var, amma bu müxalif qüvvələrin seçkilər vasitəsi ilə hakimiyyətə gəlmək kimi bir strategiyaları yoxdur. Ona görə də, müxalifətin hakimiyyətə gəlmək üçün düşündüyü və aradığı tək bir yolu var: İnqilab...
Seçkilərdən istifadə edərək inqilabi situasiya yaratmaqla hakimiyyətin qapılarını açmaq hər üç müxaliflərin əsas hədəfidir. Ona görə də yazımızda bu suala cavab verməyə çalışacağıq:

Azərbaycanda inqilab ola bilərmi?

Azərbaycanda inqilabın baş verməsi üçün bütün şərtlər var. Hakimiyyət 20 ildir ki, bu şərtləri davamlı olaraq formalaşdırmaqdadır. Yəni 20 illik YAP hakimiyyəti bu ölkədə dağıdıcı və qanlı inqilabın baş verməsi üçün bütün imkanlarını səfərbər edib və etməkdədir. Bu şərtlər aşağıdakılardır:
1. Hakimiyyətin xalqın iradəsi və seçki vasitəsi ilə dəyişdirilməsinin imkansızlığı;
2. Ölkədə sosial bərabərsizliyin olması, sosial ədalətsizliyin pik həddə çatması, dövlət məmurlarının dövləti birbaşa öz şəxsi maraqlarına tabe etməsi, korrupsiya və rüşvətin dövlətlə vətəndaş arasındakı münasibətlərin bir nömrəli tənzimləyicisinə çevrilməsi, hakimiyyətin və ölkə sərvətlərinin, həmçinin bütün iqtisadi sahələrin, müxtəlif biznes və xidmət sahələrinin bir neçə hakimiyyət qruplaşması arasında bölüşdürülməsi,.. (bu sahədə siyahını çox uzatmaq olar);
3. Hakimiyyətin xarici siyasətinin təməl istiqamətini təşkil edən balans siyasətinin iflasa uğraması;
Bu şərtlərin mövcudluğu Azərbaycanda nə zamansa inqilabın olmasını istinasız zəruri edir, amma nə zamansa... Pənah Hüseynin təbirincə desək, o məşum «X» günün nə zaman gələcəyini kəsdirmək olmaz. Hər halda o müdhiş gün 2003-2006-cı illəri əhatə edən “məxməri inqilab”lar dönəmində gəlmədi. 2011-ci ilin fevralında başlayan və hələ də davam edən ərəb inqilabları da Azərbaycana inqilab gətirmədi.
Baxmaraq ki, müxalifət 2003-2005-ci illərdə “məxməri inqilab”ın Azərbaycana gəlişindən əminliyini tam ortaya qoymuşdu və hələ də bu oyunun böyük aktyoru - Qərbin vədlərinə inanaraq buraxdığı səhvlərin acı meyvələrini yeməkdədir. Eyni şey 2011-ci ildə də baş verdi. Yəni müxalifət hakimiyyətin xarici güclərlə münasibətlərinin korlanmasını iddia edərək dağıdıcı ərəb inqilablarının Azərbaycana gələ bilməsinin hesabını apardı və bu məsələdə də Rusiya və Qərb faktoru arasında girinc qaldı.

ABŞ-a üstün gələn iki imperiya

Məxməri inqilablar dönəminin tam qapandığını diqqətə alaraq, hazırda davam edən dağıdıcı «ərəb baharı»nın nədən baş verməsinin səbəbini araşdırmağa dəyər. Hər halda Qəzzafidən, Bin Əlidən, Əsəddən fərqli olaraq ABŞ-ın Yaxın Şərqdə əsas müttəfiqlərindən biri olan və heç bir zaman Vaşinqtonun iradəsinə qarşı çıxmayan Misir prezidenti Hüsni Mübarək hökümətinin qanlı inqilabla devrilməsi, Mübarəkin bütün ailəsinin həbs olunması, topladığı milyardlarla dollarlıq var-dövlətinin əlindən alınması və yeni hökümətin qurulmasına baxmayaraq hələ də inqilabın davam etməsi maraq doğuran məsələdir.
Dünyada böyük geosiyasi savaşın getdiyi indiki dönəmdə «ərəb baharı»nın dünyanın tək supergücü olan ABŞ-ın iradəsi xaricində baş verməsini iddia etmək heç də inandırıcı görünmür. Bəs belə olan halda məsələyə Azərbaycan konteksindən baxdıqda, təbii olaraq ortaya sual çıxır: hazırda beynəlxalq siyasətdə belə bir vəziyyətin hökm sürdüyü şəraitdə, Azərbaycanda inqilabın olması niyə ABŞ-ın maraqları çərçivəsinə daxil olmalıdı?
Axı Azərbaycan böyük geosiyasi savaşda ABŞ-ın iki əsas rəqibinə, Rusiya və İrana qarşı əsas qala rolunu oynayır. Məhz Azərbaycan ərazisindən Qərbə Rusiyadan və İrandan kənar enerji kəmərləri çıxır və bu enerjinin nəqli Qərbin Rusyadan və İrandan enerji asılılğını müəyyən qədər ortadan qaldırır. Üstəlik, Azərbaycan Orta Asiyanın böyük enerji ehtiyatlarını Qərbə ötürmək üçün ən təhlükəsiz dəhlizdir. Azərbaycan hakimiyyəti Qərbin bu maraqlarını təmin etmək üçün hazırlanan layihələrdə iştirak edir və enerji siyasətində Qərbin əsas tərəfdaşı kimi çıxış edir.
Bu halda Azərbaycanda gərginlik ocağının yaradılması ABŞ-ın maraqlarına daxil ola bilərmi? Təbii ki, yox.O halda Azərbaycanda gərginlik ocağının yaradılmasına maraqlı olan Rusiya və İrandır və bu təbiidir...

Rusiyanın aktivləşməsi və…

Rusiya Qərbdən fərqli olaraq Azərbaycanın ənənəvi müxalifətinə nüfuz edə bilmir. Son 20 ildə Rusiya Azərbaycandakı mövsud siyasi qüvvələr arasında öz nüfuzunu itirib və təbii olaraq Rusiya ilə əməkdaşlıq sonda ölkənin müstəqilliyinin itirilməsi ilə nəticələnəcəyi qənaəti yaradır. Vəziyyəti dramatikləşdirən əsas səbəblərdən biri də odur ki, Rusiya Azərbaycan müxalifətinə qətiyyən güvənmir və bu qarşılıqlı inamsızlıq şəraitində tərəflərin əməkdaşlığını xəyal etmək belə çətindir.
Ona görə də rəsmi Moskvanın ölkədə yaşayan azsaylı etnik xalqlara və Rusiyada yaşayan təqribən 2 milyondan artıq azərbaycanlı kütləsinə güvənməkdən başqa çarəsı qalmır. Bir də əsasən İranın nəzarəti altında olan dindar kütlə var ki, Rusiya həmin kütləyə nəzarəti ələ keçirmək üçün İranı inandırmağa çalşır. Lakin görünən odur ki, Rusiya İranı hələ də inandıra bilmir. Digər tərəfdən Rusiya İrana inanıb özünü tələyə salmaq istəmir.
«Milyarderlər İtiifaqı»nı yaratmaqla Azərbaycan hakimiyyətinə təzyiq etmək istəyən Rusiya burda da dalana dirənib. Çünki həmin ittifaqda adı keçən milyarderlərin Azərbaycan xalqı ilə təmasları bu günə qədər sıfır olub. Azərbaycanda Söyün Sadıqovu dünənə qədər nə qədər adam tanıyırdı? Prezidentin qudası Araz Ağalarovun Azərbaycan xalqı nə zaman təması olub? Və yaxud Telman İsmayılovun Azərbaycan xalqının düşüncəsində yalnız bir anlamı oturuşub: əyləncəyə, kefə milyonlar xərcləyən adam...Bəlkə, bundan başqa bir anlamı var?
Hazırkı şəraitdə Rusiyanın Azərbaycanda çevriliş etməsi iki faktora görə imkansızdı:
1. Rusiya Azərbaycanda gedən prosseslərə birbaşa müdaxilə etmək imkanlarını itirib. Faktiki olaraq ölkə daxilində Rusiya ilə əməkdaşlıq edən siyasi güc mərkəzi yoxdur. Ona görə də Rusiya «Milyarderlər İttifaqı» vasitəsi ilə Azərbaycana təzyiq etməyə çalışır. Ancaq «Milyarderlər İttifaqı»nın Azərbaycana təsir etmək imkanları çox azdır. Bütün hallarda bizim «siyasət dəllalarımız» «Milyarderlər İttifaqı»nın maliyyə imkanlarını sömürməklə məşğul olacaqlar.
Etniklər kartdan istifadə etmək də ciddi sonuc gətirməyəcək. Bütün hallardan Azərbaycanda ikinci Qarabağ yaratmaq üçün siyasi-iqtisadi və tarixi məkan yoxdur. Talış və ləzgi kartından istifadə Rusiyaya əlavə dividendlər gətirməyəcək və bu Rusiyanın bölgədəki nüfuzunu daha da sarsıdacaq. Çünki bir-iki “siyasi-dəllal” istisna olmaqla bu xalqlar Rusiyanın Azərbaycana qarşı planına qarşı çıxacaqlar.
Artıq hiss olunur ki, Azərbaycan Böyük Geosiyasi Savaşda öz strategiyasını müəyyənləşdirib. Neftdən böyük gəlirlər əldə edən Azərbaycan hakimiyyəti dünyaya Rusiyanın koloniyası olaraq açılmaq istəmir. Bu, özü-özlüyündə imkansızdır. Azərbaycan hakimiyyətinin özünü təcrid etmək kimi bir lüksü də yoxdur. Bu üzdən Azərbaycan tərəf olaraq çıxış etmək zorundadır və ona görə də Heydər Əliyevin əsasını qoyduğu xarici siyasətdə balans strategiyası artıq öz əhəmiyyətini itirib.
Rusiya və İranın təzyiqləri ilə üz-üzə gələn Azərbaycan hakimiyyəti hər gün daha çox Qərbə doğru yaxınlaşır. Qərb mətbuatının Azərbaycan hakimiyyətini ifşa edən materiallarla çıxış etməsi isə Azərbaycan hakimiyyətini daha çox öz təsiri altında saxlamağa qulluq edir. Əslində isə Qərb Azərbaycanda hakimiyyət dəyişikliyini bir mənalı olaraq qəbul etmir. Bu bölgədə böyük qarma-qarşıqlığın yaranmasına və nəticədə Rusiyanın vəziyyətə hakim olmasına gətirib çıxara bilər.
2. Azərbaycanda status-kvonun dəyişməsi Ermənistanın Rusiyanın təsirindən çıxmasına gətirib çıxara bilər. Birincisi, Rusiya Azərbaycanda hansısa uğur qazanmaq üçün Qarabağ siyasətinə yeni çalarlar gətirməlidir. Bu isə Rusiya ilə Ermənistan arasında uçurum yaradacaq faktordur. Digər tərəfdən Azərbaycanda Rusiyanın aktivliyi artıdığı təqdirdə, qarşılıqlı olaraq ABŞ-ın Ermənistanda aktivləşməsi ilə müşaiyət olunacaq.
Bu bir faktdır ki, Ermənistan dövlətinə ən böyük təsirə malik olan güc ABŞ-dakı erməni diasporudur. Erməni diasporu isə Vaşinqtonun təlimatı ilə Ermənistanda inqilab etmək gücünə sahibdir. ABŞ ona görə Ermənistanın ruspərəst siyasətinə dözür ki, Rusiya Azərbaycanda ABŞ-ın maraqlarını təhdid etmir. Bu təhdid açıq şəkildə reallaşdığı təqdirdə təbii ki, Rusiyanın Ermənistandakı maraqları da ciddi ziyan görəcək.
Bütün bu faktorlardan çıxış edərək demək olar ki, sonucda Vaşinqton və Moskva Azərbaycanda status-kvonun qorunmasında razılığa gələcəklər. Bu razılıq ən azından 5 il qüvvədə olacaq və təbii ki, 2018-ci ildə tərəflər durumu bir daha dəyərləndirib bir daha masaya oturacaqlar...

İran Azərbaycanda vəziyyəti dəyişə bilərmi?

Azərbaycana ən böyük təsir imkanlarından biri də İranın əlindədir. İran Rusiyadan fərqli olaraq Azərbaycanı öz təsiri altına almaq istəmir. İran Azərbaycan dövlətini ortadan qaldırıb bu torpaqları öz sərhədləri içinə almağa çalışır və bunu da artıq gizlətmir.
Amma Tehranda yaxşı başa düşürlər ki, Azərbaycana qarşı hər hansı hərbi addım, ona həm daxildə, həm də xaricdə ciddi problem yaradacaq. Ən azından ortada 1990-cı ildə Səddam Hüseynin Küveyti işğal etməsi kimi bir nümunə var. Təbii ki, Azərbaycanı özünə birləşdirməyə cəhdi ABŞ-ın İran müharibə elan etməsi ilə nəticələnəcək. Üstəlik, Cənubi Azərbaycanda böyük bir milli hərəkatın yaranması da qaçılmaz olacaq.
Ona görə də İran Azərbaycanı ideoloji olaraq ələ keçirməyə çalışır və bu işdə kifayət qədər başarılıdır. Nə qədər gizlətməyə cəhd eləsələr də, İranın siyasi və ictimai təsiri altında olan elektorat Azərbaycan müxalifəti içində ən böyük elektoratdır.
Dindar müxalifət həmçinin Azərbaycan müxalifətinin ən döyüşkən və fanatik kəsimidir. Hər halda Azərbaycan hakimiyyətinin İrana bağlı olan dindar qrupları satın alması və yönlədirməsi indiyə qədər heç bir nəticə verməyib. Ona görə də hakimiyyət davamlı olaraq islamçı müxalifətə qarşı repressiyalarla çıxış etməkdən savayı çıxış yolu görmür. Dini müxalifət isə hicab aksiyalarında öz güclərini minimum şəkildə ortaya qoysa da, hətta bu minumum güc belə sabah üçün qorxunc görünür.
Azərbaycanda hər hansı bir inqilabi prossesdə İrana bağlı olan dindar kəsimin geniş yer alacağı heç kimdə şübhə doğurmamalıdır və inqilabi hərəkatın əsas hərəkətverici və aparıcı qüvvəsi də məhz onlar olacaqlar. Son hicab aksiyasında polislə vuruşan islamçılar məhz bunu ortaya qoydular.
İslamçı müxalifətin demokratik müxalifətlə əməkdaşlığı isə imkansızdır. Çünki islamçıların ənənəvi müxalifətə olan münasibətləri hakimiyyətlə olan münasibətdən heç bir şeylə fərqlənmir. Bu isə o deməkdir ki, Azərbaycanda hər hansı bir inqilabi dalğanın ikinci fazasını mütləq «yaşıl inqilab» təşkil edəcək.

Nəticə

Yuxarıda da qeyd elədik ki, Azərbaycanda inqilabın olması qaçılmazdır və bu zərurəti doğuran səbəbləri bilavasitə hakimiyyət yaradır. Hakimiyyətin özünü dəyişdirəcəyinə isə heç bir ümid yeri yoxdur. Çünki bu halda, hakimiyət öz mahiyyətindən imtina etmiş olacaq. Hakimiyyətin mahiyyətində isə hər hansı bir dəyişimə yol açmaq sonucda rejimin öznün məhvi ilə nəticələnəcək.
Amma nəzərə alsaq ki, bütün canlılar və bütün hakimiyyətlər sonucda yox olurlar, o zaman Azərbaycan üçün ən yaxşı variant tədricən öz mahiyyətini dəyişməsi və hakimiyyəti tamamilə zamanla təhvil verməsidir...

Azər Qaramanlı, pia.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • "Heç kimdən qorxmuram"

    "Heç kimdən qorxmuram" ...

    23-07-2016, 13:22

  • 
  • Türkiyədə İKİNCİ HÜCUM - Sui-qəsdlər dövrü başlayır?

    Türkiyədə İKİNCİ HÜCUM - Sui-qəsdlər dövrü ...

    23-07-2016, 13:31

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu