GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Arzu Rəhimovun idarəsində bespridel

Arzu Rəhimovun idarəsində bespridel

Tarix: 21-04-2013, 13:12 Bölmə :Maraqlı Baxış: 913
Arzu Rəhimovun idarəsində bespridel

Hərbi Xidmətə Çağırış İdarəsinin yerli orqanlarında
özbaşınalıq: Səfərbərlik idarəsi dəlilərin axtarışına çıxıb


Son vaxtlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerlərdəki bəzi şöbələrində maraqlı tendensiya müşahidə edilməkdədir. Özəl mənbədən redaksiyamıza daxil olan məlumata görə, adıçəkilən qurumun yerlərdəki bəzi nümayəndələri əqli yararsızlığı səbəbilə həqiqi hərbi xidmətdən azad edilən şəxslərdən faydalanmaq siysətinə start verib. Belə ki, əqli pozğunluğu səbəbi ilə xidmətdən qanuni surətdə azad edilən şəxsləri idarəyə çağıran yetkililər onların yenidən müayinədən keçiriləcəyini, əqli pozğunluqları təsdiq ediləcəyi təqdirdə Maştağada onlar üçün təsis edilən əlaqədar dövlət qurumuna göndəriləcyini bildirir: “Əqli pozğunluğa malik övladlarına əlaqədar qurum tərəfindən rəsmi çağırış gəldiyini görən valideynlər övladları ilə bağlı əsl həqiqəti yetkililərin diqqətinə çatdırmaq üçün bütün lazımi sənədləri götürüb adıçəkilən qurumun yerlərdəki şöbələrinə gedirlər. Burada isə onlara bildirilir ki, gəncin həqiqətdə əqli pozğunluğa malik şəxs olduğunu müəyyənləşdirmək üçün onun yenidən tibi müayinədən keçməsi lazımdır. Yetkililər gəncin valideyninə bildirir ki, əgər şəxsin əqli pozğunluğu isbat edilməzsə, o zaman dərhal həqiqi hərbi xidmətə göndəriləcək. Valideynin yetkililərə təqdim etdiyi arayış və sənədlər isə etibarsız hesab edilir və valideynlər növbəti dəfə uşaqlarını tibbi müayinədən keçirmək məcburiyyəti qarşısında qalırlar. Lakin tezliklə proseslər daha gərgin şəkil alır və valideyn övladını “dəlixana”dan çıxartmaq öz ailə büdcəsinə nəzər salmaq məcburiyyəti ilə üzləşir ”.

Ağıllılara hərbi xidmət, dəlilərə Maştağa

Mənbənin sözlərinə görə, üzləşdikləri situasiyanın çaşqınlığından çıxa bilməyən valideynlər çox keçmir ki, ikinci şoku yaşayır: “İdarəyə gətirilən uşaqla fərdi söhbət etmək və müayinə etmək adı ilə onu valideyndən ayıran yetkililər qısa müddətdən sonra bildirirlər ki, onların övladlarının əqli pozğunluğa sahib olduğu təsdiqləndi, məhz buna görə də idarə onu Maştağadakı dəlixanaya yolladı. Yetkililərin fikrincə, madam ki, gənc həqiqətən dəlidir və bu məqsədlə həqiqi hərbi xidmətdən azad edilib, o zaman onun yeri ev yox, dəlixana olmalıdır. Baş verənləri dərk etməkdə çətinlik çəkən valideynə isə bildirirlər ki, əgər razıdırsa “insanlıq naminə” ona “kömək edə” bilərlər. Başqa sözlə desək, məhz bu mərhələdən sonra yetkililər valideyinə kömək vəd edir və bildirir ki, əgər o, bir qədər “hərəkət etsə”, o zaman övladını “dəlixana”dan qurtara bilərlər. Beləliklə də, bir anın içində valideynlər dalana dirənir ki, bu da sonucda əksər valideynləri yetkililərin təklifi ilə razılaşmaq məcburiyyəti qarşısında qoyur”.

Dəlilər əsgər gedir?

Tədricən populyarlaşmaqda olan mövcud tendensiya hələlik o qədər də geniş vüsət almasa da, baş verənlərdən xəbərdar olan valideynlər bundan ciddi narahatlıq keçirir. Xüsusilə də əqli pozğunluğa malik övlad valideynləri hesab edir ki, insanlara bu cür süni problemlər yaradan şəxslər cəzalandırılmalıdır: “Əqli baxımdan lazımınca inkişaf etməyən və psixi çatışmazlığı səbəbi ilə həqiqi hərbi xidmətdən azad edilən uşaqların valideynləri baş verən prosesləri narahatlıqla izləməkdədir. Bu valideynlər yaxşı bilir ki, günün birində analoji çağırış məktubu onların da ünvanına gələ bilər. Bu zaman eyni situasiya ilə onlar da qarşılaşmalı olacaqlar. Buna görə də valideynlər bu kimi olayların qarşısının alınmasını, vətəndaşlara heç nədən süni problemlər yaradılmamasını tələb edir. Həmçinin, insanlar hesab edir ki, dövlətin əqli pozğunluğa malik şəxs kimi tanıdığı vətəndaşları yenidən geriyə çağırması, onların əqli-psixi durumunun yenidən müayinəsini həyata keçirməsi bütün dünya praktikasında rast gəlinməyən, absurd bir addımdır. İnsanların fikrincə, əgər bu zərərli tendensiyanın qarşısı alınmazsa, o zaman Azərbaycan bütün dünyada “dəlilərin əsgər getdiyi ölkə” kimi tanınacaqdır. Bu isə beynəlxalq aləmdə kifayət qədər mənfi reytinqə malik Azərbaycan üçün əlavə xal itkisi deməkdir”.

Rayonlarda “dərə xəlvət tülkü bəy” siyasəti

Mənbənin sözlərinə görə, adıçəkilən problem daha çox qaçqın rayonlarında və mərkəzdən uzaq bölgələrdə müşahidə edilir ki, bu da həmin qurumların özlərini daha güvəndə hiss etməsi ilə bağlıdır: “Məlum problem qaçqın rayonlarında, habelə paytaxtdan uzaq rayonlarda müşahidə edilir ki, bu da həmin qurumların psixoloji baxımdan özlərini daha güvəndə, əlçatmaz və toxunulmaz hesab etmələri ilə bağlıdır. “Dərə xəlvət tülkü bəy” siyasətini əsas tutaraq öz vəzifə səlahiyyətini aşan şəxslər hesab edir ki, onların bu özbaşınalıqları gizli qalacaq və ictimai diqqət kəsb etməyəcəkdir. Məhz bu səbəbdən də onlar əqli yararsızlığı isbat edilən şəxsləri yenidən sorğu-suala tutur, onların həqiqi hərbi xidmətə cəlb edilə biləcəyini söyləməklə valideyn narahatlığından faydalanmağa çalışırlar. Bu isə dövlət qurumlarında yer tutan bəzi məmurların rüşvət və korrupsiyaya qarşı ölkə başçısı səviyyəsində mübarizə aparıldığı bir zamanda öz “bacarıqlarını” dəlilərdən belə faydalanacaq qədər inkişaf etdirdiklərini göstərir”.

Şamil
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rüşvətin səfərbər edildiyi xidmət

    Rüşvətin səfərbər edildiyi xidmət ...

    9-05-2013, 13:38

  • 
  • Hərbi xidmətə çağırış başladı

    Hərbi xidmətə çağırış başladı ...

    1-10-2013, 13:01

  • 
  • Səfər Əbiyevə sarsıdıcı zərbə

    Səfər Əbiyevə sarsıdıcı zərbə ...

    13-12-2012, 17:01

  • 
  • Səfərbərlik xidmətindən hərbi ekspertə xatırlatma

    Səfərbərlik xidmətindən hərbi ekspertə xatırlatma ...

    26-02-2014, 13:29

  • 
  • Çağırışçıların hərbi xidmətə başlama tarixi dəişdirilir

    Çağırışçıların hərbi xidmətə başlama tarixi ...

    19-11-2013, 12:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu