GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Eynulla Fətullayev paradoksu

Eynulla Fətullayev paradoksu

Tarix: 21-04-2013, 13:15 Bölmə :Maraqlı Baxış: 1 750
Eynulla Fətullayev paradoksu

Hamıya bəlli adamın ictimai və siyasi portretinin ştrixləri

Məlum olduğu kimi Bakı Ağır Cinayətlər Məhkəməsində baş nazirin müavininin sabiq köməkçisi Vaqif Hüseyn barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Maraqlıdır ki, V.Hüseynovun Elşad Abdullayevə görə həbs olunduğu deyilsə də sabiq rektor ondan şikayətçi deyil. Əslində Vaqif Hüseynovun işində maraq doğuran digər bir faktor Eynulla Fətullayevlə bağlıdı. Belə ki, sözügedən cinayət işinin başlamasına hüquq müdafiəçisi Eynulla Fətullayevin Baş Prokurorluğa göndərdiyi məktub və disklər olub. E.Fətullayev məktubunda qeyd edib ki, diskləri istintaqa kömək etmək üçün təqdim edir.
Elşad Abdullayev olayı ilə bağlı E.Fətullayevin müəmmalı mövqeyi bir müddət öncə Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin sədri Azad Mursaliyev tərəfindən də etirazla qarşılanmışdı. O qəzetimizə açıqlamasında bildirmişdi: “Başa deşülməyən məqam isə , nə qədər təcüblü olsada E.Fətullayevin bu gün E.Abdulayev haqqında söylədiyi cəfəngiyat fikirlərinin , zərərçəkmişi susdurmağa çalışan bəzi cinayətkar ünsürlərin bir sıra KİV-də dərc olunan absurd xarakterli fikirlərilə üstbəüst düşməsidir. Bir hüquq müdafiəçisinin, qardaşı oğurlanmış, universiteti bağlanmış, istər özü, istərsədə yaxın qohumları təqiblərə məruz qalmış, fiziki cəhətdən məhf olunmağa məruz qalmış və bu səbəbdən məcburiyət qarşısında doğma el obasını tərk edərək muhacirət həyatı yaşayan professor haqqında reallıqdan uzaq həqiqəti əks etdirməyən fikirlər söyləməsi artıq bu cəmiyətin mənəvi cəhətdən ağır travma almasından xəbər verir. Dırnaqarası bu qəhramana demək istədiyim odur ki, əgər bir hüquq müdafiəçisi kimi, insanların tapdalanmış hüquqları uğrunda mübarizə aparmaq fikrində deyilsinizsə, sizdən artıq dərəcə də xahiş edirəm heç olmasa həmin insanların özlərinin hüquqlarının müdafiə etmələrinə maneə yaratmayın. Siz kimlərlə isə yaxın dost, qardaş, qohum ola bilərsiniz, amma bu qətiyən sizə əsas vermir ki, baş verən hadisələri təhrif edəsiniz.”
Ümumiyyətlə son vaxtlar Eynulla Fətullayevlə bağlı bir çox müəmmalı olayların şahidi oluruq. Bəs əslində bu şəxs kimdir? Eynulla Fətullayevin ictimai və siyasi portretinin bəzi ştrixlərini diqqətinizə çatdırırıq.

Üzüdönüyün yandırdığı körpülər

O, hələ tələbə ikən YAP üzvü oldu. Bunun mükafatı olaraq, ali təhsilini bitirən kimi böyük etimadla əmək və əhalinin sosial müdafiəsi nazirinin köməkçisi vəzifəsinə təyin olundu. Burada özünə o qədər heyran oldu ki, sonda sadəcə çevrəsi deyil, həm də ona etimad göstərənlər belə Eynulladan üz çevirdilər.
Bu olaylar 90-cı illərin ortalarında baş verdi. Daha sonra dönüb oldu, Sosial Demokrat. Hətta partiya rəhbərliyi onu “İstiqlal” qəzetində ən yüksək vəzifəyə təyin etdi. Burada heç ikicə il dözmədi və ASDP-nin qatı düşməninə çevrildi. Daha sonra ANS TV-də hansısa yolla etimad qazanaraq “istedadlı fikir adamı” kimi fəaliyyətə başladı. Lakin çox çəkmədi ki, ANS TV-nin “sevimlisi” haqqında elə bu kanalda “Bədbəxt Adam” adlı 2 hissəli sənədli film çəkildi.
2005-2006-cı illərdə baş redaktoru olduğu “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərində çalışan kollektiv onun həbsdə olduğu müddətdə hüquqlarının müdafiəsi uğrunda bütün məhrumiyyətlərə dözərək əzmlə mübarizə aparsalar da, Eynulla Fətullayev həbsdən çıxan kimi bu insanlara şükranlıq etmək əvəzinə, onların düşməninə çevrildi. İndi hər iki qəzetin sabiq əməkdaşları və Eynulla Fətullayev arasında düşmənçilik ruhu hökm sürməkdədir.
Beynəlxalq səviyyədə Eynulla Fətullayevin hüquqlarını müdafiə etmiş “Amnesty International” kimi ciddi bir təşkilat belə, 2013-cü ilin 22 yanvar tarixində onunla bir daha əməkdaşlıq etməmək haqqında qərar qəbul etmişdir. Halbuki, 2009-cu ildə “Amnesty International” ona hər kəsə nəsib olmayan xüsusi mükafat vermişdi. Bu beynəlxalq qurumun bəyanatında belə qeyd olunur: “Eynulla Fətullayev “Amnesty International” ın işçilərini və onun layihəsinə cəlb olunmuş digər şəxsləri qəsdən aldatmağa cəhd göstərib".
“Amnesty International” təşkilatının Qafqaz və Ukrayna üzrə nümayəndəsi Maks Tucker İngiltərənin “BBC” radiosuna açıqlamasında onunla bağlı daha sərt şəkildə fikrini belə ifadə etmişdir: “Biz artıq Eynulla Fətullayev kimi insan haqlarının müdafiəçisi rolunda çıxış edən insanlarla ortaq projeləri reallaşdıra bilmərik”.
“Amnesty International” Eynulla Fətullayevlə bağlı belə bir məşhur qərarından sonra, Almaniyanın “Marshall Fondu” kimi ciddi bir təşkilat da onunla əməkdaşlıq etməkdən imtina etdi. O, 2007-ci ildə həbs olunduqdan sonra beynəlxalq insan haqları təşkilatları, hətta Avropanın ən güclü dövlətləri də onun hüquqları uğrunda çox ciddi şəkildə mübarizə aparmışdılar. Almaniya bu məsələdə daha sərt mövqe nümayiş etdirmişdir. O, həbsdən azad olunduqdan sonra beynəlxalq qurumlara təşəkkür etmək əvəzinə, özünü az qala Cənubi Afrikada 25 il həbs cəzası çəkmiş Nelson Mandela kimi hər yerdə təbliğ etməyə cəhdlər göstərdi. Onun davranışlarından belə çıxırdı ki, ona “Nobel” mükafatı verilməlidir. Buna görə də Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle Eynulla ilə bağlı belə bir açıqlama vermək zorunda qaldı:
“Eynulla Fətullayev bilməlidir ki, onun Almaniya ilə bağlı irəli sürdüyü ittihamların heç bir əsası yoxdur. "Amnesty International" təşkilatı Almaniya Federal Hökumətindən maliyyə dəstəyi almır. Biz "Black Sea Trust" və ya "Open Society Institute" təşkilatlarına sizinlə əməkdaşlığa son qoymaq, dəvət olunan natiqlərin konfransa gəlməmələri üçün təzyiq gostərməmişik. Fətullayevin "Black Sea Trust" təşkilatı tərəfindən maliyyələşmə haqqında dedikləri isə tamamilə yalandır”.

Dostlara asanlıqla “əlvida” deyən qeyri-standart şəxs

Uzun müddət Azərbaycanda analitik baxışları ilə tanınan politoloqların çevrəsində görünməklə öyünməyi sevən Eynulla Fətullayev müəyyən müddət keçəndən sonra həmin fikir adamlarına arxa çevirmək kimi vərdişləri də sərgiləmişdir. Bir zamanlar Azərbaycan Sosial Demokrat Partiyasının lideri olmuş Zərdüşt Əlizadə ilə eyni cəbhədə durmağı ilə öyünən Fətullayev gözlənilmədən Zərdüşt Əlizadə başda olmaqla digər “SOSDEM”çi politoloqlardan uzaqlaşaraq, modernist politoloqlardan Eldar Namazov, Leyla Əliyeva və digərləri ilə isti münasibətlər qurmağa başladı. Bu dəfə də özünün ənənəsinə sadiq qalaraq onların haqqında mətbuatda xoşa gəlməyən açıqlamalar verməklə asanlıqla həmin körpüləri yandırmışdır.
Belə ki, Fətullayev Eldar Namazovla bağlı “Olaylar İA”-ya verdiyi açıqlamasında belə bir ilginc fakt ortaya qoydu: “O, nəinki ciddi siyasi hərəkata, heç kiçik qeyri-hökumət təşkilatına da rəhbərlik etmək bacarığına malik deyil. Onun indi irəli sürdüyü fikirləri həm də digər uğursuz layihələrinin taleyi gözləyir. Belə bir adamın - ciddi siyasətlə məşğul olmağa can atan, fəqət ciddi uğura imza ata bilməyən şəxsin - yeni siyasi profonasiyası məndə ironiya hissi oyadır. Eldar Namazov nəinki ciddi siyasi hərəkata, o, heç kiçik qeyri-hökumət təşkilatına da rəhbərlik etmək bacarığına malik deyil”.
Onda sual oluna bilər ki, “Realnıy Azerbaydjan” qəzetinin sayəsində məşhurluq qazanan Fətullayev elə həmin qəzetdə Eldar Namazovun analitik yazılarının dərc olunması üçün bir zamanlar niyə xüsusi şəkildə canfəşanlıqlar edirdi. Daha sonra isə “Gündəlik Azərbaycan” qəzetinin əməkdaşları olmuş, onun hüquqlarının müdafiəsi üçün uzun müddət əmək vermiş Şahvələd Çobanoğlu, Natiq Cavadlı və digərləri ilə daha sərt şəkildə, hətta söyüş və təhqir səviyyəsinə çatan qalmaqallar yarandı. Eynullanın jurnalist kimi həbs olunması zamanı onun azadlığı uğrunda fəal mübarizə aparmış ABŞ-ın “Azadlıq” radiosunun “Azərbaycan Redaksiyası” ilə də gərgin münasibətləri yaranmışdır. Bu barədə redaksiyanın xidmət rəhbəri Xədicə İsmayıla olan münasibəti elə bunun təsdiqidir.
Siyasi kuluarlarda Eynulla Fətullayevə olan münasibət də ürəkaçan deyil. Belə ki, onun vaxtilə AXCP sədri Əli Kərimliyə, Müsavat başqanı İsa Qəmbərə, ADP sədri Sərdar Cəlaloğluna, KXCP sədri Mirmahmud Mirəlioğluna, eləcə də iqtidarda olan YAP və Ana Vətən partiyalarına qarşı münasibətləri də heç vaxt səmimi olmamışdır. Onun yerli insan haqları təşkilatları ilə münaqişləri isə daha sərt xarakter daşıyır. Azərbaycan İnsan Haqları Mərkəzinin sədri Eldar Zeynalov, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva, Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə, İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov, Beynəlxalq Aministiya təşkilatının üzvü Əvəz Həsənov, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və digər insan haqları təşkilatları ilə çoxsaylı problemləri yaranmışdır. Belə ki, insan haqlarının müdafiəsi məsələsində digər qurumlar kollegial şəkildə fəaliyyət göstərdikləri halda, Eynulla Fətullayev özü haqda müştəbeh düşüncə tərzinə malik olduğu üçün, bu mühüm prosesdə kənarda qalmışdır.
Beləliklə, Fətullayev bir tərəfdən ölkə daxilində, digər yandan isə beynəlxalq səviyyədə insan haqlarının müdafiəsi proseslərində tamamilə təcrid olunmuş duruma düşmüşdür. Özünün süni şəkildə xarizmasının anormal formada aludəçisi olan bu şəxsin iddialarının daha nə qədər davam edəcəyinin cavabını tapan olacaqmı?

Yevangel kilsəsinin uzaq gizli uzantıları

Keçmiş Sovetlər Birliyinin çöküşü ərəfəsində Azərbaycanda “rusdilli” icmalar proqramı olduqca məxfi şəkildə intişar tapmağa başladı. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Xaçmaz, Zaqatala və digər şəhərlərdə yevangel kilsəsi rusdilli əhalidən ibarət xüsusi şəbəkələr qurmuşdu. Keçmişdə “rusdilli” proyekti ilə yerli manqurtlardan ibarət kadr hazırlığı siyasəti yürüdülürdüsə, bu dəfə onlardan dövlət müstəqilliynə yenicə qovuşmuş Azərbaycan dövlətində fərqli maraqlar üçün istifadə olunması qərarı verildi. Bakı şəhərinin İçəri Şəhər, Sovetski Məhəlləsinin yuxarı hissəsi, 28 May Metrosu həndəvəri, Nizami, Xətai rayonlarında yevangel kilsəsinin gizli stukturları yaradıldı. Xristian Kilsəsi məsələsində hər zaman bütün təriqətlər və məzhəblər arasında ortaq uzlaşma siyasəti missiyasını yevangel kilsəsi aparmışdır. “Rusdilli” Sovetski Məhəlləsi siyasətində əsasən orta məktəblərin yuxarı sinif şagirdləri arasında yevangel kilsəsi daha fəal siyasətə üstünlük vermişdir. Həmin dönəmdə Eynulla Fətullayev məhz belə bir mühitdə böyüdü. O, daim yevangel kilsəsinin himayəsi adı altında hərəkət etməklə “o budaqdan bu budağa qonmaq” taktikası ilə hərəkət etmişdir.
Apardığımız müşahidələrə görə, yevangel kilsəsinin əsas strateji hədəflərindən biri də öz kadrlarının hüquq və azadlıqlarını qorumaq məqsədilə siyasi mənada obrazlarını yaradaraq, onların daim fərqli ictimai qurumlarda təmsil olunma taktikasından istifadə edilir. Bu şəxslər gah jurnalist, gah siyasi partiyalardan birinin üzvü, gah da hansısa QHT sektorunun nümayəndəsi statusunda addım atmağı çox sevirlər. Bu sınanılmış metodların Eynulla Fətullayevin də ictimai-siyasi fəaliyyəti ilə tamamilə üst-üstə düşdüyünün şahidi olmaq mümkündür. Onu bu günə kimi daim irəli getməkdə istiqamətləndirən səbəblərdən biri də məhz bu amillə bağlıdır.
Unutmaq olmaz ki, Azərbaycanda postmodernizm düşüncəsinə uyğun, Qərb ölkələrinin neokolonial siyasəti müstəvisində aparılan təbliğat da məhz Eynulla Fətullayevin təsisçisi və baş redaktoru olduğu “Gündəlik Azərbaycan” qəzetində həyata keçirildi. Həmin qəzetdə özlərini “ən ağıllı”, “modern” düşüncəli sayan, yevangel kilsəsinin mətbəxində anti-milli düşüncə tərzinə uyğun şəkildə daim öz milli kimliyinə, dövlətinə qarşı üsyanlar püskürməyə hazır olan, özlərini “ÇE” (Ernesto Çe Gevara) adı ilə neoinqilabçı hesab edərək ictimai düşüncəni azdırmağa çalışan, Qərbin “beyin yuma” kimi müdhiş strategiyasında iştirak edənlərə geniş tribuna yaradılmışdı. Belə bir dalğanın baş verməsi, postmodernistlərin Azərbaycanın milli dəyərlərinin əleyhinə geniş miqyasda hücuma keçməsi Bakıdakı bütün səfirliklər və xristian missioner təşkilatları tərəfindən xüsusi hesabatlarda belə qeyd olunurdu. Eynulla Fətullayev isə bundan məmnunmuş kimi iri həcmli qrant layihələrində iştirak etməkdən xüsusi zövq alırdı. Çünki, yevangel kilsəsinin vasitəçiliyi ilə bütün bunlar ən uğurlu “proje”lər olaraq baş tutmuş kimi görünürdü. Halbuki, bu sınanılmış beyinyuma siyasətində yer alanlar hər zaman öz xalqına qarşı çıxanlar, öz tamahının və ağılsızlığının qurbanı olan kəslər olub.
Əslində belə bir hal onların sadəcə ictimai deyil, həm də şəxsi faciələrinin təməlində dayanan ən böyük problemdir. Eynulla Fətullayev kimiləri özləri üçün nə qədər problemlər yaradırlarsa, bir o qədər də cəmiyyət üçün bu aqibəti sərgiləyirlər. Onlar unudurlar ki, üzüdönüklük onların mənəvi faciəsinin təməlidir.

İlkin Süleymanov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eynulla Fətullayevə sərt ittihamlar

    Eynulla Fətullayevə sərt ittihamlar ...

    18-04-2013, 10:27

  • 
  • Eynulla Fətullayev məhkəməyə şok sənədlərlə hazırlaşır

    Eynulla Fətullayev məhkəməyə şok sənədlərlə ...

    22-08-2013, 12:28

  • 
  • Eynulla Fətullayev Söyün Sadıqovu söydü

    Eynulla Fətullayev Söyün Sadıqovu söydü ...

    30-03-2014, 19:49

  • 
  • Eynulla Fətullayev keçmişini unudub

    Eynulla Fətullayev keçmişini unudub ...

    23-01-2013, 10:53

  • 
  • Eynulla Fətullayev sui-qəsdçilərlə görüşdü

    Eynulla Fətullayev sui-qəsdçilərlə görüşdü ...

    13-12-2012, 17:10


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu