GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Baba Rzayevin ailə biznesi

Baba Rzayevin ailə biznesi

Tarix: 10-05-2013, 15:16 Bölmə :Maraqlı Baxış: 5 193
Baba Rzayevin ailə biznesi
“Bakıelektrikşəbəkə” adı altında talanan milyonlar
Uzaq ölkələrdən Azərbaycana qonaq gətirən təyyarələrin yolunu işıqlandıran projektorlardan tutmuş Bakı sakinlərinin evində közərən lampalara qədər, ölkə paytaxtında yandırılan elektrik enerjisinin hər kilovatından qazanan bir ailə var. Dövlətin rəsmi sənədlərini saf-çürük edəndən sonra bu qənaətə gəlmək olur...

Taniş olun, Rzayevlər ailəsi
Bu ailənin üzvlərinə Azərbaycanda elektrik məhsullarının satışından tutmuş, elektrik təchizatı ilə bağlı dövlət sifarişlərinin icrasına qədər ciddi işlərlə məşğul olan bir neçə şirkətin təsis sənədlərində rast gəlirik. Bakıda Böyük Şor şosesində işıqlı, çilçıraqlı binası ilə göz oxşayan Santral Elektrik LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə 70 faizi Baba Rzayevə, 30 faizi onun həyat yoldaşı Nərminə Həsənovaya məxsusdur (Balababa Rzayev yerli mətbuata verdiyi müsahibələrində özünü Baba Rzayev kimi tanıdır deyə, biz də mətndə Baba Rzayev kimi qeyd edirik - müəlliflər).
Santral Elektrik LTD Ədliyyə Nazirliyində 2003-cü ildə qeydiyyata alınıb. O vaxt şirkətə Emin Rzayev – Baba Rzayevin qardaşı rəhbərlik edirdi. İndi Santral Elektrikə rəhbərlik səlahiyyəti İlham Həsənova – Baba Rzayevin qaynına verilib. Həm də təkcə Santral Elektrik deyil, əldə etdiyimiz sənədlərə görə bu ailə Azərbaycanda elektrik məhsulları sahəsində əksər şirkətlərə himayədarlıq edir.
Ailənin biznesi 2006-cı ildən sonra çiçəklənməyə başlayıb. Bu isə Baba Rzayev paytaxtın elektrik paylama şəbəkəsinə nəzarət edən dövlət qurumu olan “Bakıelektrikşəbəkə”nin sədri təyin olunan vaxta təsadüf edir. Məhz həmin dövrdə paytaxtın elektrik şəbəkəsi də özəl əllərdən – Barmek şirkətindən alınaraq, bərpa edilmiş dövlət qurumuna –

“Bakıelektrikşəbəkə”yə keçib.

“Santral Elektrik” MMC gizlinləri
Baba Rzayev Santral Elektrikin əsasını 2000-ci ildə Türkiyədən olan tərəfdaşı ilə birlikdə qoyub. Sonralar, 2003-cü ildə türkiyəli iş adamı öz payını Baba Rzayevə satıb. Bakelektrikşəbəkəyə sədr keçdikdən sonra onun, Santral Elektriki də qeyri-rəsmi idarə etdiyi bildirilir. Baba Rzayev İxtisasca elektrik mühəndisi, ADNA məzunu olan Baba Rzayev Bakelektrikşəbəkəyə rəhbər göndərilməzdən əvvəl “Bakelektro” ASC-nin icraçı direktoru işləyib. Hazırda “Bakelektro”ya da onun qardaşı Emin Rzayev rəhbərlik edir. Santral Elektrik Azərbaycanda elektrik avadanlığı, onların quraşdırılması və xidmət sahəsində iri özəl şirkət hesab edilir. İnternet səhifəsindəki məlumatlara görə, “Legrand” (Fransa), “Pirelly” “GEWISS”, “KEMMR.I” (Finlandiya), “Vortice” (İtaliya), “Stanley” (ABŞ), Philips, Osram “Dewallt”, “Massive” və başqa şirkətlərin Azərbaycanda rəsmi distribütoru da Santral Elektrikdir.
Satınalmalar Komitəsinin internet səhifəsində əksini tapmış tender siyahısından görürük ki, 2011-ci il ərzində bu şirkət müxtəlif dövlət qurumlarına elektrik avadanlığı satıb. Bu siyahı dövlət qurumlarının alqı-satqı müqavilələrinin heç də hamısını əks etdirmir.
- Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi Elektrik avadanlıqlarının satın alınması "Santral elektrik LTD" MMC 7844,64
- Prezidentin İşlər İdarəsinin Pansionatı Elektrik malların satın alınması "Santral Elektrik" MMC 3608,98
- Əmlak Məsələləri Dövlət Komitəsi Elektrik avadanlıqlarının, onların quraşdırılması və təmir işlərinin satın alınması "Santral Elektrik LTD" MMC 4748,9
- "Təmiz Şəhər" ASC Projektorlu generatorun satın alınması "Santral Elektrik LTD" MMC 11800
- Hesablama Palatası Lampaların və elektrik malların satın alınması "Santral Elektrik LTD" MMC 3449,14
- Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Generatorların alınması və quraşdırılması işlərinin satın alınması "Santral Elektrik LTD" MMC 25134
- Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Digər maşın və avadanlıqların satın alınması "Santral Elektrik LTD" 11601,76
- Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Elektrik mallarının satın alınması "Santral Elektrik LTD" MMC 16005,96
- Mərkəzi Bank Elektrik mallarının satın alınması "Santral Elektrik LTD" MMC 6127,65
Qaranlıqdan işiq saçan Bakielektrikşəbəkə
Satınalmalar Komitəsinin saytında əksini tapmasa da, Santral Elektrik LTD-nin internet səhifəsində bir il bundan əvvələ qədər göstərilən reklam prospektlərində bu şirkətin həm də Bakı aeroportuna gedən yolun işıqlandırılması, Bakı Beynəlxalq Hava limanının və Bakı Beynəlxalq avtovağzalının bütün xarici elektrik təchizatı, kabel, elektrik xətlərinin çəkilişi, Yeni Bakıneftayırma Zavodu, Səngəçal Terminalı, Milli Olimpiya Komitəsi, Santral Elektrik-in bir il əvvəlki saytında əməkdaşlıq etdiyi şirkətlər haqqında məlumatı.
LukOil şirkətinin baş ofisi, Azəri-Çıraq şirkləti, Dərin Özüllər Zavodu, Bakı Metropoliteninin də işıqlandırma məsələləri ilə məşğul olduğunu görə bilərdik. Amma Santral Elektrik LTD Rzayevlərin “işıqlı biznesinin” ümmanında bir damladır. İşıqlı biznesin hərəkətverici qüvvəsi isə Bakıelektrikşəbəkə ASC-nin tenderləri və alqı-satqı müqavilələridir.
Baba Rzayevin rəhbərlik etdiyi Bakelektrikşəbəkənin fəaliyyəti ekspertlər tərəfindən şəffaf dəyərləndirilmir. Qurumun keçirdiyi tenderlər şəffaf deyil. İnternet saytlarında tender elanlarını görmək olar, amma nəticə və qaliblər barədə bilgi verilmir.
AzadlıqRadiosunun bu barədə sorğuları da “Bakıelektrikşəbəkə” tərəfindən cavablandırılmayıb. ASC-nin İnsan Resursları və Xidmət İdarəsindən sorğuya verilən cavaba görə, “Bakelektrikşəbəkə” ASC göstərdiyi xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliyə dair informasiya verə bilər. Sorğunuz bununla əlaqədar olmadığından onun icrasının təmin edilməsi mümkün deyildir”.

Prezidentə “Bakielektrikşəbəkə” haqqında nə deyiblər?

“Bakıelektrikşəbəkə”nin qeyri-şəffaf tenderləri, yeyintilər barədə hökumətdə də suallar yaranmağa başlayıb. Məsələn, AzadlıqRadiosu bu barədə prezident İlham Əliyevin xüsusi tapşırığı ilə yoxlama aparan Dövlət Nəzarəti Şöbəsinin rəyini əldə edib: “Bakıelektrikşəbəkə” ASC təqribən 90 milyon manat məbləğində 236 müqaviləni dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərini pozaraq tender keçirmədən, razılıq almadan birbaşa bağlamış, bəzi malların alınmasına təcili zərurət yarandığını əsas gətirərək birbaşa müqavilələrin bağlanmasına icazə alsa da, bəzən müqavilələri razılıqdan 4-11 ay sonra imzalamış, bir sıra hallarda isə tenderdən yayınmaq məqsədilə malların məbləği süni surətdə ayrı-ayrı hissələrə bölüşdürülmüşdür.
Hər birinin qiyməti 145375,84 manat olan 2 transformatorun alınmasına təcili tələbatın yaranması əsası ilə icazə alınmasına baxmayaraq həmin mallar xarici şirkətdən 8 ay sonra alınmış və bu müddətdən 5 ay sonra anbara mədaxil edilmişdir. Qeyd olunan müqavilədən 2 ay sonra eyni gücə malik 1 transformator yerli şirkətdən 28600 manata alınmışdır. Eyni zamanda 52,5 min manata “Avalon” markalı avtomobilin alınması və Prezidentə göndərilmiş sənədin surəti rayon idarələrində 231, 3 min manat məbləğində cari təmir işlərinin aparılması icazə alınmadan həyata keçirilib”.
“Bakıelektrikşəbəkə”nin tenderləri ilə əlaqədar suallarımızı Dövlət Satınalmalar Agentliyi cavablandırmayıb. Santral Elektrik LTD-nin “Bakıelektrikşəbəkə” ilə tenderli və tendersiz münasibətləri barədə də suallarımıza cavab tapmırıq.
Amma araşdırmalarımız Santral Elektrik LTD-nin Rzayevlərin işıqlı biznesində yeganə halqa olmadığını göstərir.

Dövlət sifarişini öz şirkətinə verib?

Büdcədən maliyyələşən sifarişləri həyata keçirən “Göknur Bakı LTD”, “GBS” MMC şirkətləri Santral Elektriklə təkcə eyni ünvanı bölüşmür. Bu şirkətlərin təsisçi və rəhbərləri də Rzayevlər ailəsinin üzvləridir. “General Boards System” – GBS Məhdud Məsuliyyətli Cəmiyyətini Baba Rzayevin oğlu və qardaşı - Fuad Rzayev və Emin Rzayev 2003-cü ildə təsis ediblər. Şirkət elektrik avadanlıqları istehsalı ilə məşğuldur. GBS MMC-nin son işləri Bakı beynəlxalq Hava Limanı, Muğam Teatrı, Park Bulvar və Landmark-n işıqlandırmasını təmin etmək olub.
2003-cü ildə yaradılmış “Gök-Nur Bakı LTD”-nin Vergilər Nazirliyi reyestrindən çıxarılmış sənədlərində də Baba Rzayev təsisçi olaraq göstərilir. Digər təsisçi isə Handa Groupdur. Bu şirkət sifarişlərini birbaşa sahibinin başçılıq etdiyi dövlət qurumundan - Bakıelektrikşəbəkədən alıb.
- "Bakıelektrikşəbəkə" ASC 10 kV-luq XLPE (A2XSE) 1x150 markalı kabelin satın alınması "Göknur-Bakı LTD" MMC 47223,6
- "Bakıelektrikşəbəkə" ASC 10 kV-luq XLPE (A2XSY) 1x120 markalı kabelin satın alınması "Göknur-Bakı LTD" MMC 42815,12
- "Bakıelektrikşəbəkə" ASC 10 kV (A2XSY) 1x150 markalı kabelin satın alınması "Göknur-Bakı" LTD MMC 106196,84
- "Bakıelektrikşəbəkə" ASC NYY 3X185 və 1X95 markalı kabellərin satın alınması "Göknur-Baki LTD" MMC 47498,48
- "Bakıelektrikşəbəkə" ASC Müxtəlif növ kabellərin satın alınması Göknur-Baki Ltd MMC 83048,4
Təkcə 2011-ci il üçün tender reyestrində göstərilənlərə görə, “Bakıelektrikşəbəkə”nin “Gök-Nur Bakı”ya rəsmi müqavilələr əsasında ödədiyi pulların ümumi həcmi: 338368,86 manatdır. “Gök-Nur Bakı LTD” müxtəlif növ kabellərin istehsalı və quraşdırılması ilə məşğuldur. Həm “GBS MMC”nin, həm də “Gök-Nur Bakı”nın Zirə qəsəbəsində yanaşı sahədə kabel və elektrik avadanlıqları istehsalı zavodu var. Sonuncuya məxsus zavodun açılışında prezident İlham Əliyev və Mehriban Əliyeva da iştirak edib.
Yeri gəlmişkən, “Bakıelektrikşəbəkə”nin tender qaliblərindən “Azərelektrikşəbəkətikinti” ASC-nin təsisçilərinin də Birinci ledinin ailəsi ilə qohumluq əlaqələri haqqında məlumat var.
Baba Rzayevin başçılıq etdiyi dövlət qurumunun büdcəsindən öz şirkətlərinə verdiyi sifarişlərin vəsaiti təkcə hər Bakı sakininin ödədiyi elektrik haqqından deyil, həm də dövlət büdcəsinin Bakıelektrikşəbəkə ASC-yə səxavətlə ayırdığı infrastruktur sərmayəsindən gəlir.
Son beş ildə dövlət büdcəsindən “Bakıelektrikşəbəkə”yə 335 milyon manat investisiya yatırılıb - 2007-ci ildə 60 milyon manat, 2008-ci ildə 120 milyon manat, 2009-cu ildə 50 milyon manat, 2010-da 55 milyon manat və nəhayət, 2011-ci ildə 50 milyon manat.
“Bakıelektrikşəbəkə” ASC-nin “Azərenerji” ASC-yə 2011-ci il fevralın 1-nə olan balans və balansarxası hesablar üzrə 83 mln. manat kreditor borcları Nazirlər Kabinetinin qərarı ilə silinib.
Konstitusiya Araşdırmaları Fondunun direktoru Əliməmməd Nuriyev deyir ki, qanunvericilik yaxın qohumların nəzarətində olan şirkətlərlə tender müqaviləsi bağlanmasını qeyri-mümkün edir: “Burda açıq-aşkar maraqlar toqquşması baş verib. Təəssüf ki, Bakıelektrikşəbəkə ilə yanaşı bir çox təşkilatlarda da dövlət satınalmaları ilə bağlı qanunun normaları pozulur. Tenderlərdə qohumlar iştirak edirsə, onda bərabər şəraitin yaradılmasından söhbət gedə bilməz. Beləliklə də, milyonlarla vəsait səmərəsiz surətdə dağıdılır. Ümumiyyətlə, qanuna görə, icra strukturunda çalışanlar biznes fəaliyyətilə məşğul ola bilməz. Amma bir tərəfdən Bakıelektrikşəbəkənin səhmləri hamısı dövlətin səhmləridir, digər tərəfdən təsərrüfat hesablı çalışır. Bununla belə, o, biznes fəaliyyətini dayandırmalıdır”.
Bakıelektrikşəbəkə ASC-nin rəsmiləri Baba Rzayevin dövlət vəsaiti hesabına şəxsi biznesini inkişaf etdirməsi ilə bağlı suallarımızı cavablandırmaqdan imtina ediblər. 2011-ci ilin yanvarında prezident tərəfindən elan olunan anti-korrupsiya kampaniyası Bakıelektrikşəbəkə ASC-dən yan keçib.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baba Rzayevin taladığı milyonlar

    Baba Rzayevin taladığı milyonlar ...

    8-01-2014, 23:23

  • 
  • “Azərişıq” ASC-ni Baba Rzayevin şirkətləri yönəldir

    “Azərişıq” ASC-ni Baba Rzayevin şirkətləri ...

    22-04-2016, 21:51

  • 
  • “Bakıelektrikşəbəkə”, yoxsa Baba Rzayevin ailə biznesi?

    “Bakıelektrikşəbəkə”, yoxsa Baba Rzayevin ailə ...

    24-02-2014, 13:53

  • 
  • Baba Rzayevin işçisindən sahibkara böyük zərbə

    Baba Rzayevin işçisindən sahibkara böyük zərbə ...

    9-02-2016, 16:34

  • 
  • Baba Rzayevin gizlinləri

    Baba Rzayevin gizlinləri ...

    24-12-2012, 11:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu