GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Təhsil nazirliyindən təhlükəli şəbəkə

Təhsil nazirliyindən təhlükəli şəbəkə

Tarix: 15-05-2013, 13:25 Bölmə :Maraqlı Baxış: 2 047
Təhsil nazirliyindən təhlükəli şəbəkə
Şahrza Əliyev və onun “moren” ləqəbli şəriki haqqında ballada
Bu günki mövzumuz hal-hazırda gündəmdə olan Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyevdən və onun şəriki, biznesdə partnyoru olan “Moren” ləqəbli Bəşirov Mərhəmət adlı şəxs haqqında ilginc məlumatlar yayılıb. Bu barədə yazan dia.az bildirir ki, Şahrza Əliyevlə bağlı mətbuatda çox tənqidi yazılar dərc olunub və sonda həmin yazıların əksəriyyəti jurnalistlərə edilən təyziqlər nəticəsində saytlardan çıxarılıb və ya mətbu orqanlar təkzib verməsinə məcbur edilib
.

Təxminən üç il bundan əvvəl “Yeni Nəsil” (yeni-nesil.az) (ynp.az) portalında “Şahrza Əliyev, yoxsa Şahrza Pəhləvi?” adlı yazı dərc olunmuşdur. Bu yazı dərc olunan gündən “Yeni Nəsil” portalının əməkdaşları Şahrza Əliyevin və onun əlaltıları tərəfindən təyziqlərə məruz qalmışdılar. Düzdür, Şahrza Əliyevin özünün də tanınmış, nüfuzlu müstəqil qəzetlərdə dostları və tərəfdaşları az deyildir və onlar da gecələr restoranlarda keçirilən gizlin görüşlərdə ona ürək-dirək verirdilər ki,narahatçılığa heç bir əsas yoxdur.
Ancaq buna baxmayaraq o “Yeni Nəsil” adlı mətbu orqanın əməkdaşlarına, öz şəriki “Moren” ləqəbli Mərhəmət Bəşirov və saxladığı idmançı dəstəsinin vasitəsi ilə böyük təyziqlər göstərmişdir. Şahrza Əliyevin Bakı şəhərində sağ əli, Lerik rayonundan olan həmyerlisi “Moren” ləqəbli Mərhəmət Bəşirov barəsində 1993-cü ildə çinayət işi başlanmış ,o rəsmi axtarışa verilmışdir.
Buna səbəb onun sahibi olduğu “Anam” adlı bankdan külli miqdarda pul mənimsəyərək bankı müflis vəziyyətinə çatdırması olmuşdur. Çox güman ki,oxuculara “Moren” ləqəbli Bəşirov Mərhəmətin kim olması maraqlıdır. Bu şəxslə bağlı bizdə hətta elə məlumatlar var ki, onlar hələ işıq üzü görməyib. Məsələn ,1990-ci illərin əvvəllərində “Moren”nin ürəyindən elə adamlarla qohum olmaq arzusu keçirdi ki,onların köməkliyi ilə öz böyük layihələrini həyata keçirə bilsin. Ancaq onun bu istəyi ürəyində qaldığına görə arzularının heç biri həyata keçməyib və sonda o müflis olub borca düşdüyündən məsuliyyətdən canını qurtarmaq üçün ölkədən qaçmağa məcbur olub.
Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, bu şəxs 1993-cü ildən, sahibi olduğu “Anam” bankı bankrot vəziyyətinə düşdükdən sonra, hüquq- mühafizə orqanlarından qaçaraq Azərbaycanı tərk etmişdir və Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev ilə çox gözəl münasibətdə olduğu üçün Ukraynada məskünlaşmışdır.O hətta Ukraynada Azərbaycan diasporasının fəal üzvünə çevrilmişdir. Eks-prezident Heydər Əliyev Ukraynada səfərdə olanda və ölkəmizin diaspora üzvləri ilə görüşəndə Mərhəmət Bəşirov cürət edib tədbirə qoşulmuş, kollektivlə birlikdə H.Əliyevlə şəkil çəkdirməyə də nail olmuşdur. Və səhərisi gün bu tədbir Azərbaycan mətbuatında işıqlanmışdır. Tədbirdən çəkilən şəkillər isə qəzetlərin manşet səhifələrində,telekanallarda getmişdir. Bunu görən bizim hüquq- mühafizə orqanları Mərhəmət Bəşirovu tanımışdılar və məlum olmuşdur ki, o axtarışda olan həmin şəxsdir. Bundan sonra Mərhəməti bizim hüquq -mühafizə orqanlarının göstərişi ilə Ukraynada həbs edirlər və o Ukraynada üç ay həbsdə qalır. Ancaq nə səbəbdənsə Mərhəmət sonra məsuliyyətdən azad olunaraq azadlığa buraxılır.
Sonradan aydın olur ki,onun azadlığa buraxılmasında Şahrza Əliyevin böyük rolu olub və Mərhəmət azadlıqda olmasına görə məhz Şahrza Əliyevə borcludur. Mənbənin bildirdiyinə görə Mərhəmətin “Anam” bankına görə dövlətə olan borcunu Şahrza Əliyev ödədiyi üçün Ukrayna hüquq- mühafizə orqanları “Moren”i azadlığa buraxıblar. Bax bu yerdə qayıdaq yenə də 2010-cu ilin axırlarına və 2011-ci ilin əvvəllərinə. Həmin illərə ki, “Yeni Nəsil” portalı Şahrza Əliyevdən məqalə yazıb. O zaman Şahrza Əliyev hədə-qorxu gələrək həmin yazını saytdan çıxartdırmaq istəyirdi. Bu işdə də ona əlindən gələn köməyi edən məhz “Moren” ləqəbli Mərhəmət olub. Mərhəmətin həmişə “Ukraynasayağı” bir devizi ,”ponyatkası” olub;əgər jurnalist xoşluqla başa düşmürsə, demək onu güclə ,idmançıların köməkliyi ilə ilə başa salmaq lazımdır ki, o başa düşsün. Bu səbəbdən “Yeni Nəsil” portalının kollektivi o zaman Mərhəmətin böyük təyziqinə məruz qalırdı . Həmin təyziqlərə məruz qalanlardan biri də tanınmış jurnalist Səbuhi Məmmədli olub. Deyilənə görə,o vaxtlar “Moren” in idmançıları nəşriyyatda “Yeni Nəsil” portalının baş redaktoru Mahmud Rasimoğlunu axtaranda,onların rastına Səbuhi Məmmədli çıxıb .
Kimsə onlara deyib ki, Rasimoğlu ilə Səbuhi Məmmədli dosdurlar və o onun yerini bilə bilər. Deyilənlərə görə Səbuhi Məmmədlinin buna görə hətta həyatı o vaxtlar böyük təhlükə altında olub. Şahrza Əliyevin rəhbərliyi ilə,başda “Moren” ləqəbli Mərhəmət olmaqla, muzdlu idmançılar düz iki həftəyə yaxın jurnalistlərə təyziq göstəriblər ki,həmin yazı “Yeni Nəsil” portalından çıxarılsın. Sonda həmin təyziqlərə dözməyən “Yeni Nəsil” portalının kollektivinin xahişi ilə,həmin yazı baş redaktorun göstərişi ilə portaldan çıxarıldı. Bunların əməllərindən zara gələn jurnalistlər sadəcə bir vaxtacan bu məsələni unutmaq məcburiyyətində qalmışdılar,ancaq bu gün jurnalistlər “Moren” ləqəbli Bəşirov Mərhəmətin kim olduğunu bildikdən sonra,bu məsələni yenidən gündəmə gətiriblər.
Apardığımız araşdırmalar nəticəsində bizə məlum olub ki, Səməd Vurğun küçəsi 118 ünvanında Şahrza Əliyev və “Moren” ləqəbli Bəşirov Mərhəmətin şərikli, təxminən 40 milyon manat dəyərində olan “Jasmin” adlı ticarət mərkəzi var. Bundan başqa, aldığımız məlumata görə Şahrza Əliyevin və Mərhəmət Bəşirovun Bakı şəhərində çoxlu sayda MTK-ları və yeni tikilən binaları var.
Bizi izləyin, araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şahrza Əliyevin karyerası tezliklə həll olunacaq

    Şahrza Əliyevin karyerası tezliklə həll olunacaq ...

    23-12-2012, 11:14

  • 
  • Şahrza Əliyevim maxinasiyaları

    Şahrza Əliyevim maxinasiyaları ...

    1-06-2013, 02:22

  • 
  • Təhsil Nazirliyinin Maliyyə İdarəsinin rəisi işdən çıxarıldı

    Təhsil Nazirliyinin Maliyyə İdarəsinin rəisi ...

    21-05-2013, 11:25

  • 
  • Təhsil Nazirliyində daha bir vəzifəli işdən çıxarıldı

    Təhsil Nazirliyində daha bir vəzifəli işdən ...

    13-06-2013, 14:47

  • 
  • Misir Mərdanovun “sağ əli” hədəfdə

    Misir Mərdanovun “sağ əli” hədəfdə ...

    19-12-2012, 12:04


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu