GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Misir Mərdanovun “sağ əli” hədəfdə

Misir Mərdanovun “sağ əli” hədəfdə

Tarix: 19-12-2012, 12:04 Bölmə :Maraqlı Baxış: 951
Misir Mərdanovun “sağ əli” hədəfdə
Şahrza Əliyevin həbsinə hazırlıq görülür

gundemxeber.az Bir müddət əvvəl şair Əli Kərimin oğlu Orxan Kərimovun azadlığa buraxılması Təhsil Nazirliyi ətrafındakı gərginliklə bağlı yeni situasiya yaradıb. Qeyd edək ki, Orxan Kərimovun vəkilləri onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırmışdılar. Hakim vəsatəti təmin etməmişdi. Lakin bundan bir qədər sonra hakim qərarını qəfildən dəyişmişdi və Orxan Kərimov azadlığa buraxılmışdı. Bu, yazıçı Anarla deputat Sabir Rüstəmxanlının prezident İlham Əliyevə müraciətilə izah edilsə də, əsl səbəb bu deyil. “Yuxarılar”da bu planın müzakirə edildiyi ərəfədə belə bir müraciətin olması barədə prezidentə məruzə ediləndə o, bu məsələnin də ciddi araşdırılmasını tapşırıb.
Xatırladaq ki, prezident İlham Əliyevin son müşavirələrdən birində uşaq bağçaları ilə bağlı tənqidi çıxış etmişdi. O, həmin çıxışında konkret hədəf göstərməsə də Təhsil Nazirliyini yemək oğurluğunda ittiham etmişdi: “Mən çox narahatam və narahat idim ki, gələn siqnallar da onu göstərir, hətta uşaqlara heç o aşağı səviyyəli normativlər də verilmir. Uşaqlar ya ac qalır, ya da ki, evlərindən özü ilə yemək gətirirlər”.
Konkret olaraq uşaq bağçaları ilə bağlı məsələdə Təhsil Nazirliyinin məsul işçisi Şahrza Əliyevin başı dərddədir. Çünki iqtisadiyyat şöbəsinin müdiri kimi maliyyə məsələlələrinə məhz o nəzarət edir. Mənbənin bildirdiyinə görə, Ş.Əliyev idarə rəisi olsa da, nazirlikdə ən əhəmiyyətli fiqurdur. Bir çox hallarda o, heç nazir müavinləri ilə da hesablaşmır. Dövlət büdcəsinin təxminən 18-20 faizi təhsil sektoruna ayrılır. Bu, ildə 2-3 milyard manat vəsait deməkdir. Bu vəsaitləri isə Ş.Əliyev idarə edir, yəni hara və nə qədər xərclənməsi barədə qərarı o verir.
Xatırladaq ki, həbsdən azad edilən Orxan Kərimov da məhz Şahrza Əliyevin müavini idi. Bəllidir ki, Orxan Kərimov qondarma ittihamlara, qanunsuz köçürmələrə görə həbs edilmişdi. O, saxta diplom məsələsində və qanunsuz tələbə köçürmələrində günahkar bilinir. Mənbə deyir ki, əslində MTN-in hazırladığı bu əməliyyatın hədəfi Şahrza Əliyev olmalı idi. Ancaq son anda Ş.Əliyev müavinini güdaza verməklə özünü qoruya bilib. Mənbə eyni zamanda O.Kərimovun həbsinə də aydınlıq gətirir - iqtisadiyyat idarəsinin rəis müavini statusuna görə heç bir halda tələbə köçürmələrində iştirak edə bilməz, bu aksiomadır. O.Kərimov, sadəcə, nazirlikdəki daxili intriqaların qurbanı olub.
Amma hər kəsə bəlli idi ki, bu prosesin arxasında O.Kərimov yox, daha yüksək çinli şəxslər durur. Məlumat üçün bildirək ki, köçürmə əməliyyatlarında əsas rolu nazirlik və rektorlar oynayır. Rektorların üzərinə az məsuliyyət düşür, çünki istənilən halda bu məsələ ilə bağlı son sözü Təhsil Nazirliyi deməlidir. Prosedur belədir: rektorlar hansısa tələbənin rəhbərlik etdikləri təhsil ocağına köçürülməsi ilə bağlı nazirliyə müraciət edir. Nazir məsələnin araşdırılmasını aparata tapşırır. Nəticə müsbətdirsə, nazirin imzası ilə məsələ həllini tapır. Onu da bildirək ki, Ş.Əliyev maddi imkanlarına görə istənilən nazirlə rəqabət apara biləcək bir şəxsdir. O, bir müddət öncə O.Kərimovu güdaza versə də, başı üzərindən təhlükə hələ sovuşmayıb. Onun hətta həbs olunma təhlükəsi də var. Hələliksə onun maddi imkanlarının səviyyəsi öyrənilir. Onun həbsi antikorrupsiya şousunun yaxşı reklam kliplərindən biri ola bilər.
Redaksiyamıza daxil olan məlumatlara görə Ş.Əliyev Bakıda fəaliyyət göstərən ticarət şəbəkələrinin, eyni zamanda çoxsaylı ticarət obyektlərinin sahibidir. Mənbə birmənalı şəkildə onu Azərbaycanın üzdə olmayan iri oliqarxlarından biri kimi xarakterizə edir - onun geniş maliyyə imkanları, potensial rəqiblərini sıradan çıxartmaq məharəti, istənilən situasiyanı öz xeyrinə dəyişmək bacarığı var. Bütün bunlara görə də uzun müddət siyasi hakimiyyətin diqqətindən kənarda qalmağı bacarıb. Ancaq maliyyə imkanları getdikcə genişlənən Ş.Əliyev təbii olaraq siyasi hakimiyyətin diqqətini cəlb etməliydi.
Mənbə onu da bildirir ki, Ş.Əliyevin taleyi tezliklə həll olunacaq. Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Ş.Əliyevin korrupsiya əməlləri ilə bağlı təkzibolunmaz sübutlar toplaya bilib. Məsələn, məktəblərin təmir-tikintisi ilə bağlı tenderlər demək olar ki, keçirilməyib, bəzi hallarda isə formal xarakter daşıyıb, dövlət sifarişləri ancaq özlərinə yaxın şirkətlərə verilib. Bütün bunlara birbaşa Ş.Əliyev rəhbərlik edib. Bu, çoxsaylı faktlardan yalnız biridir.
Mövzunu diqqətdə saxlayacağıq. Bizi izləyin...

Tural
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şahrza Əliyevin karyerası tezliklə həll olunacaq

    Şahrza Əliyevin karyerası tezliklə həll olunacaq ...

    23-12-2012, 11:14

  • 
  • Təhsil Nazirliyinin Maliyyə İdarəsinin rəisi işdən çıxarıldı

    Təhsil Nazirliyinin Maliyyə İdarəsinin rəisi ...

    21-05-2013, 11:25

  • 
  • Şair Əli Kərimin oğlu İlham Əliyevə müraciət etdi

    Şair Əli Kərimin oğlu İlham Əliyevə müraciət etdi ...

    9-09-2013, 15:49

  • 
  • Orxan Kərimov bəraət alacağına inanır

    Orxan Kərimov bəraət alacağına inanır ...

    22-01-2013, 09:49

  • 
  • Həsən Kərimov vəfat etdi

    Həsən Kərimov vəfat etdi ...

    20-11-2015, 17:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (294)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu