GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Dünya və Azərbaycan milyarderləri

Dünya və Azərbaycan milyarderləri

Tarix: 11-12-2012, 12:21 Bölmə :Maraqlı Baxış: 1 617
Dünya və Azərbaycan milyarderləri

Ölkələr borca düşür, fərdlər milyarder olur!

gundemxeber.az Bu günlərdə Wealth-X adlı təşkilat dünyada ən çox milyarderi olan 10 dövlətin siyahısını açıqlayıb. Məlumatdan görünür ki, mövcud qlobal qeyri-müəyyənliyin, avrozonada və ABŞ-da borc böhranının, Asiya qitəsində iqtisadi artım ahənginin aşığı düşdüyü bir vaxtda milyarderlər hələ də qalmaqdadır. Maraqlıdır ki, bu «nadir fərd»lər ilbəil varlanmaqda davam edirlər.
Məlumata görə, il ərzində dünya milyarderlərinin sərvəti 14,0 faiz (760 milyard dollar) artaraq, fantastik rəqəmə (6,19 trilyon) çatmışdır. Dünyada onların sayı da artmaqda davam edir və hesabat dövründə 9,4 faiz qalxaraq, 2 min 160 nəfərə çatıb. Bəs, bu insanlar haralarda yaşayırlar və hansı ölkələrdə onların sayı daha çoxdur?
Sözügedən təşkilat bu suala cavab vermək istiqamətində araşdırmalar apararkən milyarderlərin ən çox olduğu 10 dövlətin siyahısını hazırlayıb. Həmin siyahını oxucuların diqqətinə çatdırırıq:
Sırada 10-cu yerdə Kanada qərar tutub. Bu ölkədə rəsmi qeydiyyata alınmış milyarderlərin sayı 40 nəfərdir. Onlar öz aralarında ümumi məbləği 105 milyard dollar təşkil edən sərvəti «bölüşdürürlər».
Bundan başqa, Kanada həm də sayına görə 8-ci yeri tutan ultravarlı diasporun vətəni sayılır. Onlardan hər birinin aktivləri 30,0 milyon dolları aşır və aralarında milyarderlərin çəkisi 0,8 faiz təşkil edir. Məhz onlar ölkədəki varlı insanların əlində olan sərvətin (595,0 milyard dollar) 18,0 faizinə sahibdirlər.
9-cu pillədə Braziliya dayanır. Bu ölkə, ümumi sərvəti 300,0 milyard dollar qiymətləndirilən 49 milyarderin vətəni sayılır. Həm də Braziliya, bu 10-luğa daxil olan yeganə Latın Amerikası ölkəsidir.
Ötən il braziliyalı milyarderlərin sərvəti 3,5 faiz artıb. Ümumilikdə isə, bu ölkədə 30,0 milyon dollardan yuxarı sərvəti olan 4 min 640 nəfər ultravarlı fərd qeydə alınıb. Belələrinin sərvəti 865,0 milyard dollar həcmində qiymətləndirilir.
8-ci məqamda İsveçrə dayanır. Bu da təsadüfi deyil. Belə ki, uzun dövrdən bəri İsveçrə həm bank ölkəsi, həm də iqtisadiyyatı stabil olan (son qlobal iqtisadi böhrana qədər) bölgə kimi tanınır. Bu ölkədə 57 milyarderin yaşadığı bildirilir ki, onların da ümumi sərvəti 125,0 milyard dollar həcmində qiymətləndirilir. Buradan görünür ki, hər bir İsveçrəli milyarder öz sandığında orta hesabla, 2,2 milyard dollar «gizlədir».
Yeddinci yerdə Honkonq dayanıb. Yalnız formal qaydada kontinental Çindən asılı olan Honkonqda 64 milyarderin yaşadığı bildirilir. Onların sərvətinin ümumi həcmi 190,0 milyard dollar həcmində qiymətləndirilir. Honkonq Asiyanın ən başlıca maliyyə mərkəzlərindən biri sayılır.
Sırada 6-cı pilləni qonşu Rusiya tutur. Milyarderlərin sayına görə, bu ölkə 5-ci yerdədir.
Bu ölkədə milyarderlərin sayının 97 nəfər, sərvətinin ümumi həcminin isə 380,0 milyard dollar təşkil etdiyi bildirilir. Son bir ildə rusiyada milyarderlərin sayı 17 nəfər artıb. Amma maraqlıdır ki, hesabat dövründə Rusiya milyarderlərinin ümumi sərvətinin həcmi 29,0 faiz aşağı düşüb. 30,0 milyondan yuxarı sərvətə malik fərdlərin ümumi sərvətinin həcmi isə bu qonşu ölkədə 605,0 milyard dollar təşkil edir.
İlk beşliyin sırasını Hindistan açır. Bu ölkədəki milyarderlərin sayı 109 nəfər, ümumi sərvətlərinin sayı isə 190,0 milyard dollar təşkil edir. İqtisadi gücünə görə, Hindistan Asiya qitəsi iqtisadiyyatı daxilində, Yaponiya və Çindən sonra, 3-cü yerdə dayanır. Bu lkədə orta hesabla, hər bir milyarderin payına 1,7 milyard dollar düşür.
Bu yarışda 4-cü mövqe Almaniyanın əlindədir. Bu ölkədə miyarderlərin sayı 137 nəfər, sərvətlərinin ümumi həcmi isə 550,0 milyard dollardır. Almaniya, avrozonada bu siyahıya düşən yeganə dövlətdir.
Yarışda, bürünc medalı Böyük Britaniya alıb. Məlumata görə, Birləşmiş Krallıqda milyarderlərin sayı 140 nəfər, sərvətlərinin ümumi sayı isə 430,0 milyard dollar təşkil edir. Həm də milyarderlərin sayına görə, Britaniya Avropada birinci sırada dayanır. Amma milyarderlərinin sərvətinin həcminə görə, britaniyalılar Almaniyadan 120,0 milyard dollar geri qalır.
İkinci yerdə Çin dayanır. Bu ölkədə 147 milyarderin yaşadığı bildirlir. Onların sərvətinin ümumi həcmi isə 380,0 milyard dollar təşkil edir. Orta hesabla, hər bir çinli milyarder 2,6 milyard dollar sərvət üzərində sərəncam verir.
Nəhayət, gözlənildiyi kimi, sırada birinci pilləni ABŞ tutur. Bu ölkədə 380 milyarderin yaşadığı bildirilir. Onların ümumi sərvəti isə 2,05 trilyon dollar həcmində qiymətləndirilir. Yaşanan iqtisadi çətinliklərə baxmayaraq, otən ilə ABŞ-da milyarderlərin sayı 25 nəfər, sərvətlərinin ümumi həcmi isə 8,0 faiz artıb.
«Vestifinance.ru» saytının təqdim etdiyi bu məlumatlara yalnız onu əlavə etmək olar ki, Azərbaycanda da milyarderlərin sayı ilbəil artmaqdadır. Amma adını sadaladığımız ölkələrdən fərqli olaraq bizdə sürətlə varlanan adamlar iş adamları yox, oliqarxlaşmış dövlət məmurları, siyasi hakimiyyət rəhbərləridir. Məsələn, heç bir şübhə yoxdur ki, Azərbaycanda ən bir neçə şəxsin - Heydərovların, Məmmədovların, Mehdiyevlərin və başqalarının varidatı milyard manatlarla qiymətləndirilir. Amma onların adı heç vaxt rəsmi siyahılarda olmur, bəlli səbəblərdən.

Vaqif Nəsibov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 12 il sonra, 2025-ci ildə... - HESABAT

    12 il sonra, 2025-ci ildə... - HESABAT ...

    14-06-2013, 15:52

  • 
  • Dünyada ən çox qazanan beş milyarder - Adlar

    Dünyada ən çox qazanan beş milyarder - Adlar ...

    20-12-2013, 12:17

  • 
  • Dünyanın ən güclü ordularının siyahısı açıqlanıb

    Dünyanın ən güclü ordularının siyahısı açıqlanıb ...

    26-06-2013, 02:36

  • 
  • Azərbaycanda 35 min qul var!

    Azərbaycanda 35 min qul var! ...

    17-10-2013, 15:35

  • 
  • Ən varlı ölkələr - SİYAHI

    Ən varlı ölkələr - SİYAHI ...

    26-06-2013, 13:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu