GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Bakıdan gedən türk kommunistləri Qara dənizdə necə boğdular?

Bakıdan gedən türk kommunistləri Qara dənizdə necə boğdular?

Tarix: 3-12-2017, 23:10 Bölmə :Maraqlı Baxış: 484
Bakıdan gedən türk kommunistləri Qara dənizdə necə boğdular?


“The Conversation” saytı yazır ki, Osmanlı imperiyası rəsmən mövcudiyyətinə son qoyandan sonra Türkiyədə yaranmış yeni millətçi hərəkat yeni Türkiyə dövləti üçün yeni dostlar axtarırıdı və bu vaxt onun ən həyati dostu Moskvadakı bolşevik hökuməti oldu.

Buna səbəb o idi ki, həm türk millətçilər, həm də rus bolşeviklər Qərbin imperialist qüvvələrinin hədəsi altında idilər. 1920-ci illər bolşeviklərin Qərb imperializminə qarşı ritorikasının kəllə-çarxda olan vaxtı idi və onlar Türkiyə vasitəsilə müsəlmanları da bu cəbhədə özlərinə birləşdiricəklərinə inanırdılar.
Bolşeviklər demək olar ki, hakimiyyətə gələndən dərhal sonra, 1917-ci ilin 7 dekabrında “Şərqin əzabkeş müsəlmanlarına müraciət” etmişdilər. Bu müraciətdə Rusiya müsəlmanlarına onların din və adətlərinin, milli və mədəni təsisatlarının toxunulmazlığı vəd edilirdi. Bundan başqa bu müraciətdə Şərqin müsəlmanlarına imperialist qarətçilərə və quldarlara qarşı üsyan çağırışı vardı.
Kominternin 1920-ci ildə keçirilmiş ikinci konqresində Lenin belə bir müddəa irəli sürmüşdü ki, inkişaf etmiş ölkələrin proletariatlarının köməyi ilə Asiya ölkələri kapitalizm mərhələsinə qədəm qoymadan birbaşa sosializmə, daha doğrusu sovet sisteminə keçid edə bilər.
Bolşeviklərin bu vədləri, habelə Moskva ilə antiimperialist türklər arasında dostluq perspektivləri 1920-ci illərdə Anadoluda bir sıra sol təmayüllü qruplaşmaların təşəkkül tapmasına təkan vermişdi. Bunlardan ən əhəmiyyətlisi Yaşıl Ordu Cəmiyyəti idi. Bundan başqa 1920-ci ildə hələ Birinci Dünya Müharibəsinin başlanğıcından Rusiyada olan Mustafa Sübhi və yoldaşları Türkiyıə Kommunist Partiyasını təsis etmişdilər.
Sovet hökuməti və Türkiyənin yeni millətçi hökuməti Qərb güclərinə qarşı vahid cəbhədə müdafiə olunmaq məqsədilə 1921-ci ilin 16 martında Moskva müqaviləsi adlı sənədi imzalamışdılar. Bununla da Sovet-Türkiyə dostluğunun uzun bir yolu başlanmışdı. Bu iki ölkə 1925-ci ilin dekabrında hücum etməmək barədə qarşılıqlı pakta imza atmışdlar.
Lakin kommunist bir hökumət hər hansı başqa bir millətçi “burjua” hökuməti ilə sövdələşməyə girdikdə, həmin ölkədəki yerli kommunistlər üçün təhlükə riski qalır.
“The Conversation” yazır ki, Moskva bu dilemmada praktik baxımdan həmişə millətçi hökumətin tərəfini saxlayır və türk kommunistlərə qarşı mövqe tuturdu. Doğrudur Moskva dolayı yollarla Türkiyə kommunistlərini maliyyələşdirirdi, amma strateji məqsədlərlə yeri gələndə onlara arxa çevirəcəyi aydın idi.
Qara dənizdə qətl
1920-ci ilin sentyabrında, Türkiyə Kommunist Partiyasını təsis etdikdən az sonra Mustafa Sübhi və partiyanın başqa liderləri fəaliyyət mərkəzlərini birbaşa Türkiyəyə keçirmək qərarına gəlmişdilər.
Türkiyə Kommunist Partiyasının birinci qurultayı 10 sentyabr 1920-ci ildə Bakıda keçirilmiş, Mustafa Sübhi partiyanın sədri seçilmişdi. O və 15 yoldaşı Türkiyənin müstəqillik müharibəsində iştirak etmək üçün vətənə yollanmışdılar.
Lakin Ərzrumda düşmənçiliklə üzləşən kommunistlər Bakıya qayıtmaq qərarına gəlmişdilər. Bəzi tarixi məlumatlara görə onların Trabzondan çıxan gəmisini Dənizçi Yəhya deyilən bir komandirin adamları dənizdə yaxalamışdılar. Bu hadisə 1921-ci ilin 28 yanvarında baş vermişdi. Kommunistlərin gəmisindən heç kim sağ çıxmamışdı.
Bəzi məlumatlarda Sübhinin və yoldaşlarının qətlində ənvərçilərin əlinin ola biləcəyi də bildirilir. Guya Ənvərin adamları Sübhinin Moskva bolşeviklərinin dəstəyi ilə Türkiyədə hakimiyyəti ələ ala biləcəklərindən narahat olmuşdular.
Əldə olan sənədlər bu qətldə Ankaranın millətçi hökumətinin əhəmiyyətli iştirakını sübut edir. Bolşevik hökuməti türk kommunistlərin ümidlərini heç vaxt bölüşməmişdi. Türk kommunistlərin başına gələnlər barədə xəbər Moskvaya yetişəndə isə Sovet siyasi bürosu sovet kommunistlərinə “sol təmayüllü macəraçı hərəkətlərin təhlükəsi” barədə xəbərdarlıq məktubu göndərmişdi.
Ankara və Moskva hökumətləri bu insidenti dərhal bir kənara qoymuşdular. Onların dostluğunun, qətlə yetirilmiş türk kommunistlərin qanına bulaşsa da, qüvvəsində qalması bolşevik Rusiyasının “yaxın şərq” siyasətinin nə olduğu barədə az da olsa təsəvvür yaradır.
Moskva hökuməti daimi bir dilemma qarşısında idi: Xaricdəki qeyri-kommunist milli-azadlıq hərəkatlarını və yerli kommunist qruplaşmalarını eyni vaxtda dəstəkləmək mümkündürmü?
Rusiya bu dilemmanın həllində ideologiyanı strateji praqmatizmə qurban verməyə həmişə hazır idi.
Atatürkün Türkiyəsində kommunistlərə açıq divan tutulduğu vaxtlarda bütün dünya kommunistləri bu hərəkətə qarşı etiraz bildirirdilər.
Lakin buna baxmayaraq Moskva və Ankara arasında dostluq Soyuq Müharibəyədək davam edəcəkdi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran Dağlıq Qarabağ müsəlmanlarına kömək etməyə hazırdır

    İran Dağlıq Qarabağ müsəlmanlarına kömək etməyə ...

    28-06-2013, 12:58

  • 
  • Ramil Səfərovun azad olunmasının sirri – Şok fakt

    Ramil Səfərovun azad olunmasının sirri – Şok fakt ...

    4-02-2014, 12:16

  • 
  • Türkiyə Cümhuriyyətinin 91 yaşı tamam oldu

    Türkiyə Cümhuriyyətinin 91 yaşı tamam oldu ...

    29-10-2014, 11:39

  • 
  • 28 may zirvəsi

    28 may zirvəsi ...

    28-05-2013, 00:08

  • 
  • “Ermənistandakı rus bazaları bütün türk dünyası və insanlığa qarşı yönəlib”

    “Ermənistandakı rus bazaları bütün türk dünyası ...

    16-12-2015, 17:36


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu