gundemxeber.az Azərbayan Respublikası Hesablama Palatasının sədri cənab Heydər Əsədova 14 saylı şəhər Poliklinikasında həkim-cərrah işləmişəm Əliyev Ələsgər İbrahim oğlu tərəfindən redaksiyamıza məktub daxol olub. Məktubda Hesablama Palatasının və Maliyyə Nazirliyinin sözügedən poliklinikada baş verən maxinasiyalara laqeyd münasibətindən söhbət açılır. Məktubu tam şəkildə diqqətinizə çatdırırıq: “Mən 05 sentyabr 2002-ci ildən 2007-ci il iyun ayının 5-ə qədər Bakı şəhəri Xətai rayonunda yerləşən 14 saylı şəhər Poliklinikasında həkim-cərrah işləmişəm. İşlədiyim müddətdə Bakı şəhəri Xətai rayonu 14 saylı şəhər Poliklinikasının baş həkimi Mahmudov Əlisahib Balaş oğlunun səhiyyə müəssisəsinin saxlanması üçün ayrılan maliyyə vəsaitini təyinatı üzrə xərclənəməsinin, korrupsiya hallarına yol verməsinin, işçilərin əməkhaqlarından qanunsuz tutulmalar etməsinin, təmir-tikinti adı altında pul silməsinin, adı olub, özü faktiki olmayan işçilər saxlamaqla onların əməkhaqlarını mənimsəməsinin, yaxın qohumlarını işə qəbul etməsinin və sair neqativ hallara yol verməsinin şahidi olmuşam. Əlisahib Mahmudovun yuxarıda sadalanan neqativ əməlləri nəticəsində mənim hüquq və azadlıqlarım pozulub. Mən vətəndaşlıq borcum olaraq və baş həkim tərəfindən pozulmuş hüquqlarımın müdafiəsi məqsədilə Mahmudov Əlisahib Balaş oğlunun qanunsuz əməlləri barədə müxtəlif dövlət orqanlarına, həmçinin kütləvi informasiya vasitələrinə ərizə və şikayətlər ünvanlamışam. 2007-ci ildən hazırkı dövrə qədər Azərbaycan Respublikasının prezidentinə, Milli Məclis sədrinə, Azərbaycan Respublikasının baş nazirinə, İnsan Hüquqları üzrə Müvəkkilə, Prezident Administrasiyasının rəhbərinə, Azərbaycan Respublikasının maliyyə nazirinə, Azərbaycan Respublikasının səhiyyə nazirinə, Azərbaycan Respublikasının Baş Prokuroruna, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, Prezident Administrasiyası Dövlət Nəzarət Şöbəsinə və sair orqan və təşkilatlara, o cümlədən kütləvi informasiya vasitələrinə ünvanladığım ərizə və şikayətlərdə Mahmudov Əlisahib Balaş oğlunun korrupsiya elementlərinə yol verməsi barədə konkret dəllilər göstərmişəm. Həmin dəlillərin bir qismi aşağıdakılardan ibarətdir: -Xətai rayonundakı 14 saylı şəhər Poliknikasına 2003-cü ildə baş həkim təyin olunan Mahmudov Əlisahib Balaş oğlu həmin poliknikanın kadrlar üzrə mufəttişi Əliyeva Zeynəb Yelmar qızı və təsərüffat müdiri-xəzinədarı Manafov Kamil Səlim oğlu ilə qabaqcadan əlbir olmaqla və razılaşmaqla 31 nəfəri poliklinikanın işçisi kimi rəsmiləşdirərək adı olub, özü olmayan bu işçilərin (qeyri-rəsmi olaraq onlara «ölü canlar» deyilir) əməkhaqlarını mənimsəyib, bu vasitə ilə dövlət büdcəsinə küllü miqdarda ziyan vurublar. Mahmudov Əlisahib Balaş oğlunun 14 saylı şəhər Poliknikasında saxladığı «ölü canlar»ın siyahısı aşağıdakı kimidir: 1.Əliyeva Qəndaf Yelmar qızı (sanitarka, kadrlar üzrə mufəttiş Zeynəb Əliyevanın bacısı) 2.Eynullayeva Tənzilə Xanış qızı (sanitarka) 3.İbrahimova Nazlı Abduləli qızı (sanitarka) 4.Bağırova Sara Mirbağır qızı (sanitarka) 5.İsmayılova Zərxanım Əsgər qızı (sanitarka) 6.Əsədullayeva Şahnaz Mikayıl qızı (tibb bacısı) 7.Zəkiyeva Təranə Gəray qızı (tibb bacısı) 8.Zərgərov Nazim Ənvər oğlu (fəhlə) 9.Məmmədov Vüqar Yunis oğlu (bağban) 10.Həsənov Azər Telman oğlu (bağban) başqa yerdə işləsə də anasının saxta imzaları ilə maaşları alınıb (anası Hüseynova Zibeydə isə sanitarka kimi adı işdə getsə də həkim-fizioterapevt yerində işləyir). 11.Mahmudova Günel Əlisahib qızı (tibb bacısı) baş həkimin qızı 12.Əliyev Sədi Vaqif oğlu (gözətçi) həm də Abdullayev Sədi Vaqif oğlu iki soyadla, anası kadrlar üzrə müfəttiş Əliyevə Zeynəbin saxta imzaları ilə təxminən 4 il maaşlar alınıb. Sədi artıq üç ildən artıqdır ki, Bakı şəhər Baş Polis İdarəsində çavuş işləyir 13.Hüseynova Reyhan (tibb qeydiyatçısı) 14.Rzayeva Şəhla (tibb qeydiyatçısı) 15.Əliyeva İradə (fizio-terapevt həkim) təxminən beş ilə yaxındır ki, vəfat edib 16.Əliyeva Pikəxanım (tibb bacısı) 17.Mahmudova Gülnarə (terapevt həkim) 2006-2007-ci illərdə işə gəlməyən, əsassız və səbəbsiz adı işdə saxlanılan. 18.Nəsibova Məlahət (terapevt həkim) təxminən 3 ildən bir qədər artıq «XL» dərman firmasında işləyib. 19.İlhamə (sanitarka) 20.Əlihüseynova İlahə (sanitarka) İradə adlı anası poliklinikada makinaçı işləyir, maaşları da anasının saxta imzaları ilə alınıb. 21.Səttarova Səbinə (peyvənd otağının tibb bacısı) 22.Hüseynova Nəcibə (sanitarka) 23.Abdulrəhimova Ayama (sanitarka) 24.Cəfərov Ağadadaş (fəhlə-bağban) 25.Səmədova Solmaz Əsgər qızı (tibb bacısı) 26.Məmmədova Səkinə Rəsul qızı (tibb bacısı) 27.Hüseynova Sevil Qədir qızı (sanitarka) 28.Tağıyeva Şahnigar - (həkim terapevt, son illərdə BBSİ-nin mütəxəssisi). 29.Məmmədov Güloğlan (nə işlədiyi bilinmir). 30.Şıxəliyev Lətif (nə işlədiyi bilinmir). 31.Abdullayeva Sima (sanitarka).
-Bundan başqa, 14 saylı şəhər Poliknikasının baş həkimi Mahmudov Əlisahib Balaş oğlu poliknikanın təsərüffat müdiri-xəzinədarı Manafov Kamil Səlim oğlu ilə birlikdə faktiki işçilərin maaşlarından mütəmadi olaraq müxtəlif adlar altında (Səhiyyə Nazirliyində və Bakı Baş Səhiyyə İdarəsində müxtəlif vəzifəli şəxslərə illik, rüblük hesabatların guya qəbul etdirilməsi və poliklinikanın kommunal xidmətlərinin, o cümlədən elektrik, qaz, istilik təchizatının yaxşılaşdırılması, müxtəlif həkim otaqlarının təmiri, avadanlıqlarının təzələnməsi və təchizatı adı ilə) tutulmalar etməklə külli miqdarda mənfəət əldə edib. Belə ki, barəsində şikayət verdiyim şəxslər təkcə mənim maaşımdan bu adlar altında 43 ay ərzində 1000 manat saxlayıblar. Həmçinin poliklinikanın digər işçilərindən də göstərilən adlar altında külli müqdarda pul tutulub. -Bundan başqa, 14 saylı şəhər Poliknikasının baş həkimi Mahmudov Əlisahib Balaş oğlu Yəhyayeva Lyubov adlı xəstəyə 20 (iyirmi) ədəd narkotik dərmanlar olan Omnopon və Promedol-u xəstənin həyat yoldaşı Yəhyayev Sabir adlı tikinti sahəsində çalışan şəxsə resept yazmaq yolu ilə sonuncunun əldə etməsinə şərait yaratmış, həmçinin həmin dərmanların vurulmasına nəzarət həyata keçirilmədiyinə görə xəstə Lyubov qısa müddət ərzində ölmüşdür (ola bilər ki, xəstənin əri Sabir narkotik dərmanları xəstəyə ya vurmamış ya da kı, böyük dozada vurmaqla onun ölümünə səbəb olmuşdur). -Bundan başqa, 14 saylı şəhər Poliknikasının baş həkimi Mahmudov Əlisahib Balaş oğlu Əhmədli Bələdiyyəsinin Xudayar adlı sədrindən 2000 ABŞ dolları məbləğində pulu nəğd şəkildə alaraq, poliklinikanın işçilərinə göstərsə də, əslində həmin pulu rəsmiləşdirmədən bir qismini mənimsəmiş, bir hissəsi ilə isə təmiri Atif adlı ustaya apartdırmışdır. Maliyyə Nazirliyinin yoxlaması zamanı isə bələdiyyə ilə razılaşdırılaraq 866 manat pul vəsaitinin guya xərclənməsi barədə 16 oktyabr 2006-cı tarixli əmr verilib. Bu əmrə əsasən göstərilən məbləğin sərfiyyatına dair 86 saylı kassa məxaric orderi tərtib olunub və pulun Bələdiyyənin rəhmətə getmiş sədr müavini Yaşar Məmmədova verilməsi rəsmiləşdirilib. Tərtib olunmuş sənədlərdə həmçinin təmir işlərinin bələdiyyənin üzvləri tərəfindən aparıldığı qeyd olunub. Bütün bunlar Mahmudov Əlisahib Balaş oğlunun qanunzidd əməllərinin kiçik bir hissəsidir. Mənim barəmdə müxtəlif təzyiq vasitələrinə əl atan Mahmudov Əlisahib Balaş oğlunun qanunsuz əməlləri çoxsaylıdır və mən hazırkı ərizədə onların hər birini tam olaraq göstərməyi zəruri bilmirəm. Mənim şikayət ərizəmə əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Bakı şəhəri Xətai rayonunda yerləşən 14 saylı şəhər Poliklinikasının maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasına dair müvafiq qərar qəbul edib və bu qərara əsasən Dövlət Maliyyə Nəzarəti Xidmətinin sektor müdiri Məhəmmədəli Seyfullayev və baş məsləhətçi-nəzarətçi müfəttişi Rövşən Yusifov 08 fevral 2011-ci il tarixdən 000832 saylı vəsiqə ilə həmin müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini təftiş ediblər. Təftiş zamanı bir sıra korrupsiya elementlərinin mövcd olması təsdiqini tapıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 17 mart 2011-ci il tarixli aktından çıxarış: «...2008-2010-cu illərin davamiyyət jurnalları isə poliklinika tərəfindən yoxlamaya təqdim edilmədi. Bununla əlaqədar poliklinikanın baş həkimi tərəfindən yoxlamaya təqdim olunmuş məlumatda 2008-2010-cu illərə aid işçilərin işə davamiyyət jurnallarının saxlanılmadığı göstərilmişdir. Azərbaycan Milli Arxiv İdarəsinin 2004-cü il 24 noyabr tarixli, 28 nömrəli əmri ilə təsdiq olunmuş və 2004-cü il 09 dekabr tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış «İcra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri» haqqındakı təlimatın tələblərinə əsasən işə davamiyyət jurnalları 1 il müddətinə saxlanmalı olduğu halda düzgün olmayaraq 2010-cu ilə aid davamiyyət jurnalının poliklinikada saxlanması təmin edilməmişdir. Poliklinika üzrə rentgen və USM kabinetlərinin fəaliyyəti olmadığı halda USM kabineti üzrə xadiməçi Ş.Əsədullayevaya 2008-ci ilin aprel ayından 2010-cu ilin dekabr ayına kimi olan dövrdə 322,54 manat, USM kabineti üzrə həkim A.Hətəmova 2008-ci ilin may ayından 2011-ci ilin fevral ayına kimi 208,56 manat, tibb bacısı L.Mustafayevaya 2008-ci ilin yanvar ayından 2009-cu ilin dekabr ayından 2011-ci ilin fevral ayına kimi 170,63 manat cəmi 957,07 manat zərərli işə görə əmək haqqına 15 faiz əlavə haqq ödənilmişdir. İmzaların müqayisəsi zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan sənədlərdə 11 nəfəri (Əliyeva Qəndaf, Zəuiyava Təranə, Məmmədov Vüqar, Həsənov Azər, Mahmudova Günel, Abdullayev Sədi, Hüseynova Reyhan, Rzayeva Şəhla, Baxışova (Mahmudova) Gülnarə, Cəfərov Ağadadaş, Məmmədova Səkinə) imzalarında (yoxlama ilə əhatə olunan dövrdə həmin işçilərə 14043 manat əməkhaqqı ödənilməsi sənədləşdirilmişdir) fərqlər mövcuddur. Müraciətdə göstərilən 3 nəfərin (Tağıyeva Şahnigar, Eynullayeva Tənzilə, İsmayılova Zərxanım) isə bəzi aylarda imzalarında fərqlərin olduğu müşahidə edilmişdir (həmin işçilərə yoxlama ilə əhatə olunan dövrdə 3270 manat əməkhaqqı ödənilməsi sənədləşdirilmişdir). İmzalarında fərqlər mövcud olan 2 nəfərdən izahatlar alınmış, onlardan Bakı şəhəri 5-ci Əhmədli, 3 nömrəli evdə yaşayan Əbdülrəhmanova (Məmmədova) Səkinə Rəsul qızı izahatında 2003-cü ildən uşaqlarının xəstə olması ilə əlaqədar işə gedə bilmədiyini və poliklinikanın baş həkimi Ə.Mahmudovu tanımadığını (məlumat üçün qeyd edək ki, 14 saylı şəhər poliklinikasında 2003-cü ilin avqust ayından hal-hazıra kimi Ə.Mahmudov işləmişdir), eləcədə işdən çıxması ilə əlaqədar poliklinikanın baş həkiminə yazılmış 27 fevral 2004-cü il tarixli ərizəni yazmadığını və həmin ərizədəki imzanın ona məxsus olmadığını bildirmişdir. Səkinə Əbdülrəhmanovanın adına 2004-cü ilin mart ayına kimi əmək haqqının ödənilməsi sənədləşdirilmişdir. Bakı şəhəri Nizami rayonu N.Abdullayev küçəsi 4/29 ünvanında yaşayan Rzayeva Şəhla Şükür qızı izahatında 2005-ci ilin iyun ayından 2006-cı ilin ortalarına kimi qeydiyyatçı kimi işə gəlib-getdiyini, 11 iyul 2005-ci il tarixli 32 nömrəli əmrlə ona həvalə olunmuş 0,5 oklad rentgen kabinetində sanitar işini icra etmədiyini və həmin əmrlə tanış olmadığını bildirmiş, əməkhaqqı cədvəllərindəki uyğunsuzluqları isə bəzi hallarda onun əvəzindən həmin cədvəllərdə Kamil adlı şəxs tərəfindən imza edildiyini, lakin əmək haqqı məbləğlərinin özü tərəfindən alındığını göstərmişdir. Həmçinin Ş.Rzayeva işdən azad olunma barədə 08 iyun 2007-ci il tarixli ərizənin onun tərəfindən yazılmadığını, lakin həmin ərizədəki imzanın ona məxsus olduğunu, işə gedib-gəlməyinin çətin olduğu və uzun müddət işə getmədiyi üçün işdən çıxdığını bildirmişdir. İşdən azad olunmuş qalan 9 nəfərdən isə izahatların alınması mümkün olmamışdır. Poliklinikada tibbi avadanlıqların səmərəli və təyinatı üzrə istifadə olunması vəziyyətinin yoxlanılması zamanı müəyyən olundu ki, balansda olan 29920 manat məbləğində bir ədəd RUM-21 markalı Rentgen aparatı yoxlama ilə əhatə olunan dövrdə istismara yarasız vəziyyətdə olmuş və bu səbəbdən təyinatı üzrə istifadə edilməmişdir. Bununla əlaqədar aparılan araşdırma zamanı müəyyən olundu ki, rentgen kabineti fəaliyyət göstərmədiyi halda 14 aprel 2008-ci il tarixli, 56/K nömrəli əmr ilə 1,0 ştat vahidi rentgen otağının xadimə vəzifəsinə təyin olunmuş Ş.Əsədullayeva 16 dekabr 2010-cu il tarixədək tarif cədvəli əsasında 2517,0 manat məbləğində əmək haqqı ödənilmişdir. Bundan başqa komissiyaya poliklinika tərəfindən təqdim olunmuş arayışda göstərilmişdir ki, balans dəyəri 18000 manat olan bir ədəd USM EUB-240 markalı tibbi avadanlığın istismar müddəti bitdiyi, tamamilə yararsız hala düşdüyü, göləcəkdə istifadəsi mümkün olmadığı müəyyənləşdirilərək 2007-ci il 27 noyabr tarixdə əmlakın aktı ləğvi aktı tərtib edilərək təsdiq edilmiş və həmin avadanlığın balansdan silinməsinə icazə verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyində 14 saylı Şəhər Poliklinikası tərəfindən təqdim olunan bütün sənədlərə baxılaraq 2010-cu il 29 sentyabr tarixdə tərtib olunmuş 18 saylı protokola əsasən istismarı başa çıtmış və yararsız vəziyyətə düşmüş bir ədəd USM EUB-240 markalı tibbi avadanlığın balansdan silinməsinə icazə verilmişdir. Təqdim olunmuş sənədlərdən və əmlakın ləğvi aktından göründüyü kimi 2008-ci ilin yanvar ayından 2010-cu ilin sentyabr ayına kimi olan dövrdə 14 saylı şəhər Poliklinikasının balansında olan 18000 manat məbləğində bir ədəd USM EUB-240 markalı tibbi avadanlığın 2007-ci ilin noyabr ayından istifadə üçün tamamilə yararsız hala düşdüyü və gələcəkdə istifadəsinin mümkün olmadığının göstərilməsinə baxmayaraq USM kabinetində 2008-ci ilin yanvar ayından 2008-ci ilin aprel ayına kimi 0,5 ştat vahidi həkim işləmiş Mehriban Məsim qızı Mirzəyeva 27,00 manat, həmin vəzifədə 05 may 2008-ci tarixdə 01 fevral 2011-ci il tarixə kimi 0,5 ştiat vahidi həkim işləmiş Aydın Şeydabəy oğlu Hətəmova 1580,0 manat, həmin kabinetin 01 yanvar 2008-ci il tarixdən 21 iyul 2009-cu il tarixə kimi 0,5 ştat vahidi, həmin tarixdən 14 dekabr 2009-cu il tarixə kimi 1,0 ştat vahidi tibb bacısı işləmiş Leyla Abduləhəd qızı Musayevaya 1029,0 manat, 14 dekabr 2009-cu il tarixdən 01fevral 2011-ci il taixə kimi 1,0 ştat vahidi USM kabinetinin tibb bacısı işləmiş Məleykə Hüseyn qızı Zeynalovaya 1692,0 manat, 15 dekabr 2010-cu il tarixdən 01 fevral 2011-ci il tarixə kimi USM kabinetinin 1,0 ştat vahidi xadimə işləmiş Elnarə Valeh qızı Əsədullayevaya 132,0 manat, ümumilikdə USM kabineti üzrə cəmi 4460,0 manat məbləğində əmək haqqının ödənildiyi müəyyən olunmuşdur». Aktdan göründüyü kimi baş həkimin mənimsədiyi büdcə vəsaitini aşağıdakı kimi qruplaşdırmaq olar: -4460 manat (işləməyən USM kabinetinin işçilərinə) -3574 manat (2517 manat işləməyən Rentgen kabinetinin işçisinə + 957 manat 15% zərərli işə görə) -3270 manat (Şahnigar həkimə, Tənzilə və Zərxanım adlı işçilərə) -14043 manat (11 nəfərin adlarına yazılan əməkhaqqı cədvəllərindəki imzaların sahiblərinə ödənilən) Mənimsənilməsi şübhə doğurmayan cəmi 25247 manat dövlət vəsaiti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 17 mart 2011-ci il tarixli aktında ciddi nəzərə çarpmasın deyə, ayrı-ayrı yerlərdə göstərilmişdir. Bu günədək həmin mənimsənilən pulların bir manatı belə dövlət büdcəsinə qaytarılmamışdır. Maliyyə Nzirliyi tərəfindən 14 saylı şəhər poliklinikasında aparılan iki yoxlamanın heç birində katirovka və təkliflər sorğusuna aid hər hansı araşdırma aparılmayıb (yəni, qanunvericiliyə əsasən dəyəri müəyyən olunmuş həddən artıq olan əşya və cihazların tender və ya katirovka sorğuları ilə alınıb-alınmaması barədə Satınalmalar üzrə Dövlət Agentliyi ilə dəqiqləşmələr aparılmayıb). Bakı şəhəri Xətai rayonunda yerləşən 14 saylı şəhər Poliklinikasında baş vermiş korrupsiya halları ilə bağlı yazdığım şikayət ərizəmə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin səhiyyə müəssisəsinin maliyyə-təsərrüfat fəaliyyətini təftiş edib. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 05 aprel 2011-ci il tarixli, DX-03/04-05-268 saylı məktubunda qeyd olunur ki, Xətai rayonu 14 saylı Şəhər Poliklinikasında aparılmış yoxlama zamanı aşkar olunan nöqsanların ciddiliyi nəzərə alınaraq, yoxlama materialları hüquqi qiymət verilməsi üçün Maliyyə Nazirliyinin 01 aprel 2011-ci il tarixli DX-03/04-03-258-1890 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdirdir. Azərbaycan Respublikasının Baş Prokurorunun köməkçisi, baş ədliyyə müşaviri Yusif Cəlilli 01/1202-mat, 12 aprel 2011-ci il tarixli məktubla Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevə müraciət edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş 01/1202 saylı materialı müvafiq araşdırma aparılmaqla Azərbaycan Respublikası CPM-nin 207-ci maddəsinin tələblərinə uyğun tədbir görülməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərib. Baş həkim özü Korrupsiyaya qarşı Mübarizə İdarəsində 2011-ci il aprel ayının 25-də yazdığı izahatında 14 saylı poliklinikada baş həkim işlədiyi 7 il müddətində 68 nəfəri guya öz ərizəsi ilə işdən çıxardığını göstərmiş, daha 72 nəfər işçini, onlardan da 19 nəfər həkim-tibb bacısını Səhiyyə Nazirliynin xəbəri olmadan, həmin nazirliklə razılaşdırmadan işə qəbul etdiyini etiraf etmişdir. Göründüyü kimi, mənim yuxarı dövlət orqanlarına ünvanladığım şikayət ərizələrində göstərdiyim faktlar bir sıra dövlət orqanının araşdırmaları ilə qismən təsdiq olunmuşdur. Bütün bunlara baxmayaraq hüquq-mühafizə orqanları tərəfindən Əlisahib Mahmudovun əməllərinə bu günədək hüquqi qiymət verilməmişdir. Hesab edirəm ki, Xətai rayonu 14 saylı Şəhər Poliklinikasında Hesablama Palatasının da yoxlama aparması zəruridir. 19 dekabr 2011-ci il tarixli qəbul ərizəsi ilə Sizə ilə müraciət etsəm də, bu günədək tərəfinizdən qəbul edilməmişəm. Daha sonra 10 avqust 2012-ci il tarixdə qəbul olunmaqla bağlı ərizə ilə Sizə ilə müraciət etsəm də, yenə də ərizəmə cavab verilməsi və mənim tərəfinizdən qəbul edilməyim baş tutmayıb. Bununla əlaqədar olaraq Azərbayan Respublikası Hesablama Palatasının 10 avqust 2012-ci il tarixli ərizəyə qanunla müəyyən olunmuş qaydada və müddətdə cavab verməməsinin pozuntu kimi tanınması, 10 avqust 2012-ci il tarixli ərizəyə cavab verilməsi və mənim Azərbayan Respublikası Hesablama Palatasının sədri Əsədov Heydər Xanış oğlu tərəfindən qəbul edilməyim vəzifəsinin Azərbayan Respublikası Hesablama Palatasına həvalə olunması barədə iddia tələbləri ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişəm. Məhkəmə icraatı zamanı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi 25 dekabr 2012-ci il tarixdə qəbul gününüzün olmasını nəzərə alaraq, növbəti məhkəmə prosesini 10 yanvar 2013-cü il tarixə təxirə salmış və mənə 25 dekabr 2012-ci il tarixdə Sizin qəbulunuza getməyin zəruriliyini bildirmişdir. Hesab edirəm ki, Hesablama Palatasının baş verənlərə laqeyd münasibəti rəhbərlik etdiyiniz orqanın kooperativ maraqlarından irəli gəlir. Lakin bu zaman nəzərə almalısınız ki, Sizin qanuni əsası olmayan şəxsi maraqlarınız, yəni səhiyyə müəssisəsində baş verənlərə laqeyd münasibətiniz nəticəsində barəsində şikayət verdiyim Mahmudov Əlisahib Balaş oğlu səlahiyyətlərindən sui-istifadəni davam etdirir, büdcə vəsaitinin təyinatından kənar xərcləyir. Azərbayan Respublikası Hesablama Palatasının Xətai rayonunda yerləşən 14 saylı Şəhər Poliklinikasında audit aparmaqdan imtina etməsi aşağıdakılara görə qanunsuz və əsassızdır. «Hesablama Palatası haqqında» Azərbaycan Respublikası qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə əsasən Milli Məclis Hesablama Palatası yaradır. Hesablama Palatası Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə nəzarəti orqanıdır. Həmin qanunun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət üzrə Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinin həyata keçirilməsinə kömək etmək Hesablama Palatasının fəaliyyətinin əsasını təşkil edir. «Hesablama Palatası haqqında» Azərbaycan Respublikası qanununun 16-cı maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Milli Məclisi daimi komissiyalarının sorğuları əsasında Hesablama Palatasının maliyyə-büdcə ekspertizası keçirmək, rəy hazırlamaq və təkliflər vermək səlahiyyəti vardır. Həmin qanuna əsasən Hesablama Palatası dövlət büdcəsinin gəlirlərini və xərclərini təhlil edərkən zərurət yarandıqda müəssisə və təşkilatlarda audit apara bilər. Maliyyə-büdcə ekspertizası ilə bağlı yoxlamalar aparılması və onların əsasında hesabatlar tərtib və təqdim edilməsi qaydaları Hesablama Palatasının Daxili Nizamnaməsi ilə tənzimlənir. Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsinin 1-ci maddəsinə əsasən Hesablama Palatasının Daxili Nizamnaməsi Azərbaycan Respublikası Hesablama Palatasının işinin təşkilinin və tənzimlənməsinin əsaslarını müəyyənləşdirir. Həmin nizamnamənin 2.0.3-cü maddəsinə əsasən dövlət maliyyə-büdcə nəzarətinin əsas istiqamətlər üzrə həyata keçirilməsi, həmçinin maliyyə-büdcə ekspertizası ilə bağlı auditin keçirilməsi, rəy və hesabatların tərtib və təqdim edilməsi qaydaları nizamnamə ilə müəyyənləşdirilən məsələlər sırasına daxildir. Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsinin 22.1-ci maddəsinə əsasən maliyyə-büdcə ekspertizası ilə bağlı nəzarət tədbirlərinin keçirilməsi «Hesablama Palatası haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq nəzarət obyekti olan qurumlarda mühasibat (maliyyə) uçotu hesabatlarının, ödəniş-hesablaşma və ilkin uçot sənədlərinin Hesablama Palatasının funksiyalarına və fəaliyyət dairəsinə aid edilən məsələlər baxımından yoxlanılmasını nəzərdə tutur. Yuxarıda sadalanan normativ hüquqi aktların tələblərindən göründüyü kimi Hesablama Palatasının 14 saylı şəhər Poliklinikasında audit aparmaqdan imtina etməsi qanunsuz və əsassız olub. Məlumat üçün bildirim ki, Hesablama Palatası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin qərarına əsasən 2012-ci il ilin iyun-iyul aylarında Xəzər rayonunda yerləşən 14 saylı Birləşmiş Şəhər Xəstəxanasında audit aparıb. Bu onu təsdiq edir ki, Hesablama Palatası Xətai rayonunda yerləşən 14 saylı şəhər poliklinikasında da audit apara bilər. Yuxarıda göstərilənlərə və «Hesablama Palatası haqqında» Azərbaycan Respublikası qanununun və Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsinin müvafiq normalarına əsasən Azərbaycan Respublikası Hesablama Palatasının Xətai rayonu 14 saylı Şəhər Poliklinikasında audit aparmasını xahiş edirəm.”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?