GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Sonuncu rus qalası - Qəbələ RLS

Sonuncu rus qalası - Qəbələ RLS

Tarix: 13-12-2012, 13:01 Bölmə :Maraqlı Baxış: 762
Sonuncu rus qalası - Qəbələ RLS
Kermlin gözlənilməz qərarı və ondan sonar...

gundemxeber.az Qəbələ RLS 1985-ci ildən istismardadır. Burada 1400 Rusiya hərbiçisinin qulluq etdiyi bildirilirdi. Stansiya Sovetlər Birliyinin raketlərdən müdafiə kompleksinin 8 əsas obyektindən biri olub. RLS 6 min km radiusdakı məsafəni nəzarətdə saxlaya bilir. Beləcə, İran, Türkiyə, Hindistan da daxil olmaqla, Yaxın Şərqi bütövlükdə, Hind okeanı və Avstraliya qitəsininsə bəlli bir qismini izləmək olurdu. Sovetlər Birliyi dağılandan sonra stansiya Azərbaycanın mülkiyyətinə keçib. Rusiya bu stansiyanı 10 illiyə icarəyə götürmüşdü. Bir müddət öncə Moskva RLS-i ABŞ-la birgə istismar etmək haqda təklif də vermişdi. İcarə müddəti 2012-ci ildə başa çatırdı. Bir ilə yaxındır ki, icarəhaqqı ilə bağlı danışıqlar aparılırdı.
Rusiya Qəbələ RLS-nın istismarının dayandırılması ilə əlaqədar dekabrın 10-da Azərbaycan tərəfinə Nota təqdim edib. Milli Məclisin dekabrın 11-də keçirdiyi iclasda da bu məsələ müzakirə olunub. Bildirilib ki, Rusiyanın Qəbələ RLS-dən imtina etməsi iki ölkə arasındakı münasibətlərə təsir göstərməyəcək.
25 ildir Qəbələ Radiolokasiya Stansiyasında (RLS) elektrik çalışan Alim Cəbrayılov belə deyir. O, stansiyanın bağlanma xəbərini televiziyadan eşidib: «Bu gün səhər komandirdən soruşdum ki, Qəbələ RLS bağlanır? O da dedi ki, mənim bu barədə məlumatım yoxdur, yalan söhbətdir.Həyəcan keçirik ki, bizim, ailələrimizin aqibəti necə olacaq? Söhbət burada çalışan 300 yerli sakinin çörəksiz qalmasından gedir. Mən 25 ildir burada elektrik işləyirəm. Bundan başqa əlimdən iş gəlmir. 46 yaşım var, indən belə harada işləyəcəyəm? Heç çalışmağa yer də yoxdur. Bir-iki idarəyə o vaxt müraciət etmişdim - 90-120 manat maaş verirlər. Bu pulla ailəmi necə dolandıra bilərəm?».
Alim Cəbrayılov Qəbələ RLS-də çalışan 300 yerli işçidən biridir. O əlavə edir ki, 190 işçi 5 aydır əməkhaqqı ala bilmir. Müxtəlif qurumlara müraciətləri nəticəsiz qalıb. Amma indi onları maaşlarından daha çox Qəbələ RLS bağlanandan sonrakı taleləri qayğılandırır. Qəbələ sakini İlham Məmmədov Alim Cəbrayılovdan fərqli olaraq RLS-nin bağlanacağını gözləyirmiş. Deyir ki, son iki aydır burada çalışan əcnəbi hərbçi ailələri ev əşyalarını, mebellərini satmağa başlayıblarmış.
Rusiyanın Xarici Müdafiə Şurasının İdarə Heyətinin sədri Feodor Lukyanov bildirir ki, Azərbaycan Rusiya üçün həmişə enerji tərəfdaşı kimi əhəmiyyətli olub. Onun fikrincə, iki ölkə hərbi, strateji münasibətlər baxımından bir-birinə heç vaxt yaxın olmayıb. O ki qaldı Qəbələ RLS-dən imtinaya, diplomat deyir: «Qəbələ RLS-in istismarı ətrafında mübahisə Armavirdə eyni gücə malik yeni stansiyanın tikintisi bitəndən sonra yarandı. Belə ki, əvvəllər icarəhaqqı Rusiya üçün əlçatımlı idi. Qiymət ucuz idi deyə, RLS-si saxlamaq Rusiyaya sərf edirdi. Lakin Azərbaycan tərəfi qiyməti qaldırandan sonra Qəbələ RLS-in saxlanılması öz aktuallığını itirdi. Strateji nöqteyi-nəzərdən, Qəbələ RLS-dən imtina Rusiyaya heç bir ziyan vurmur. Burada söhbət yalnız nüfuzdan gedir. SSRİ-nin süqutundan 20 ildən çox vaxt keçib və ovaxtki nüfuz anlayışına yenidən baxmaq lazımdır». Feodor Lukyanov hesab edir ki, Qəbələ RLS Amerikaya və digər ölkələrə icarəyə verilsə, iki ölkə arasındakı münasibətlər ziyan çəkə bilər.

Nüşabə Fətullayeva
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran Qəbələ RLS-in gələcəyindən narahatdir

    İran Qəbələ RLS-in gələcəyindən narahatdir ...

    20-12-2012, 13:17

  • 
  • Rusiyanın Qəbələ RLS oyunu

    Rusiyanın Qəbələ RLS oyunu ...

    12-12-2012, 13:11

  • 
  • Ruslar Qəbələ RLS-in ərazisini minalayıblar

    Ruslar Qəbələ RLS-in ərazisini minalayıblar ...

    13-12-2013, 16:13

  • 
  • Hakimiyyətdən Qəbələ RLS açıqlaması

    Hakimiyyətdən Qəbələ RLS açıqlaması ...

    11-12-2012, 17:18

  • 
  • Qəbələ RLS-in təhvil-təslimi necə gedir?

    Qəbələ RLS-in təhvil-təslimi necə gedir? ...

    5-08-2013, 18:08


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu