Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev açıqlama verib.Elman Abdullayev deyib ki, Qəbələ RLS-in təhvil-təslim prosesinin nə vaxt yekunlaşacağı ilə bağlı dəqiq tarix açıqlamaq mümkün deyil: “Rusiya tərəfi ilə ekspertlər səviyyəsində qarşılıqlı danışıqlar aparılıb, təhvil prosesi həyata keçirilib. Hər iki tərəfdən komissiyalar fəaliyyət göstərir. Bu komissiyalar daşınar və daşınmaz əmlakın inventarlaşdırma işlərini aparıb, müvafiq tədbirlər həyata keçirib. Təhvil-təslim işlərinin nə vaxta yekunlaşacağının dəqiq tarixini isə açıqlamaq çətindir. Konkret tarixlər göstərmək mümkün deyil”.
Qəbələ RLS-in istismarı 2012-ci ilin dekabr ayının 10-dan dayandırılıb.
Sorğu
Yeni dizaynımız necədir?