gundemxeber.az Rusiyanın “Nezavisimaya qazeta” qəzeti bildirib ki İsrailin “Mossad” kəşfiyyatı Azərbaycan rəhbərliyinə ölkədən Rusiya hərbçilərini çıxarmağı tapşırıb: “İsrail kəşfiyyat orqanları bildiriblər ki, Qəbələ RLS öz işini görməklə yanaşı eyni zamanda ölkə ərazisində Rusiyanın maraqları üçün casusluq fəaliyyəti həyata keçirib”. Onu da bildirək ki, bu məlumat İranda böyük ajiotaj yaradıb. Belə ki, fars-molla KİV-i artıq Qəbələ RLS əndişələrini gizlətmirlər. “AranNews” yazır: “Belə nəzərə gəlir ki, Azərbaycan Respublikası rəsmiləri bu stansiyanın illik icarə haqqnı yuxarı qaldırmaqla dolayı yolla onun fəaliyyətinin dayandırılması üçün şərait yaratdılar. Rusiya mütəxəssislərinin RLS-i tərk etmələri ilə eyni zamanda ABŞ və İsraillin bu stansiyadan İrana qarşı casusluq üçün istifadə etmək istəmə ehtimalları artır. Bu da ölkəminiz milli hədəf və maraqları ilə uyğun deyil. Hər halda qarşıdakı dəyişiklikləri gözləmək, RLS-in nəticələrinin qorunacağı və ya oradakı qüvvələrin dəyişiləcəyi barədə daha diqqətli fikir yürütmək lazımdır. Qeyd edək ki, Qəbələ RLS-i Azərbaycanın Qəbələ rayonunda yerləşir və bu rayon məlumat və araşdırma mərkəzi kimi tanaınmışdır. Azərbaycan bu stansiyanı 2002-ci ildə 7 milyon dollar müqabilində Rusiyaya icarəyə vermişdi. Stansiyanın 2500 hektar sahəsi var və 1100 nəfər kadr burada çalışır. Buradakı radar qurğuları üçün16 mərtəbəli bir binadan istifadə edilmişdir, Yaxın və Uzaq Şərqi, Afrikanın bir hissəsini əhatə edəcək gücə malikdir. Stansiyanın əhatə dairəsi İran, Türkiyə, Çin, Pakistan, Hind, İraq, Avstraliya, habelə, Afrika ölkələrinin bir çoxunu, Sakit və Hind okeanlarının adalarının bəzilərinə şamil olur”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?